Sarıgah — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.[2]
kənd | |
Sarıgah | |
---|---|
41°03′23″ şm. e. 45°08′45″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Qaraqoyunlu mahalı]] |
Rayon | [[Karvansaray rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 800 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponim qədim türk dilində «iri, nəhəng, uca, hündür, yüksək, dik» mənasında işlənən sarı sözü ilə[3] «qayalıqda, dağda təbii və ya süni oyuq, mağara» mənasında işlənən kah // kaha sözünün[4] birləşməsindən əmələ gəlib «böyük mağara yanında salınan kənd» mənasını ifadə edir. Deməli, toponimin ikinci komponenti gah kah sözünün fonetik variantıdır və sözdə k~g səs əvəzlənməsi baş vermişdir. Bu hadisə Azərbaycan dili üçün qanunauyğun haldır.
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 10.V.1951-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sangyuğ qoyulmuşdur.