Sarıbaş — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Sarıbaş | |
---|---|
41°31′27″ şm. e. 47°04′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.602 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sarıbaş kəndi XIV əsrdə yaşayış məskəni kimi formalaşmışdır. Cəlairlər Sarıbaş kəndinin ilk daimi sakinləri olmuşdur.[1] Kənd XVI əsrin ortalarında (1556) yerli azərbaycanlıların (türklər) və Dağıstandan köçüb gələn saxur ailələrin məskunlaşması nəticəsində daha da böyümüşdür.[2] İlisu sultanlığı zamanı Sarıbaş mövcud 3 qrup kəndlər qrupundan Qaradolaq (İlisu) qrupuna daxil idi. Məhz Qaradolaq qrupuna türk mənşəli kəndlər daxil idi. (Sarıbaş, İlisu, Ağçay, Qaşqaçay, Yuxarı Malax, Aşağı Malax, Əmbərçay).[3] Regionda mövcud olan islamın şafiilik və hənəfilik məzhəblərinə zidd qeyri mühafizəkar dünyagörüşünə malik əhali qrupuna malikdir. Yerli əhalinin dünya görüşündə daha cox atəşpərəstlik və xristianlıqla bağlı elementlərin çoxluğu maraq doğurur.
Sarıbaş oykonimi, sadə.[2] Kənd əhalisinin çox hissəsi Cəlayir kəndinə köçmüşdür. Sarıbaş yaşayış məntəqələri Ermənistanda və Krımda da qeydə alınmışdır.[2]
Kənd əhalisinin mədəniyyəti diffuz (qaynayıb qarışma nəticəsində yaranan) mədəniyyətdən təsirlənmişdir.
1955-ci ildə istehsal olunmuş "Alagöz yaylağında" filmi Sarıbaş kəndinin çobanlarına həsr olunmuşdur.[4]
Sarıbaş kəndi iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 7 | 8 | 12 | 19 | 23 | 26 | 28 | 28 | 25 | 21 | 14 | 10 | 18,4 |
Maksimum orta, °C | 0 | 1 | 4 | 11 | 17 | 21 | 24 | 24 | 19 | 13 | 7 | 2 | 11,9 |
Minimum orta, °C | −6 | −7 | −3 | 3 | 7 | 10 | 12 | 12 | 9 | 5 | 0 | −4 | 3,2 |
Mütləq minimum, °C | −15 | −17 | −13 | −5 | 1 | 4 | 7 | 7 | 2 | −3 | −8 | −13 | −4,4 |
Yağıntı norması, mm | 32 | 40 | 58 | 79 | 74 | 54 | 39 | 28 | 44 | 70 | 62 | 35 | 615 |
Mənbə: [1] |
Sarıbaş kəndi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, İlisu kəndindən 7 km. şimal-qərbdə Kürmükçayın yuxarı səthində Əyriçayın hövzəsində yerləşir.[5] Qışı sərt, yayı isə mülayimdir.Yüksək dağlarla əhatə olunub.[6]
Hazırda Sarıbaş kəndinin əhalisi monoetnik olsa da tarixi mərhələlər üzrə burada məskunlaşmış müxtəlif etnik qrup və xalqların qaynayıb qarışması nəticəsində formalaşmışdır. Buna türk kökənli tayfalara mənsub bir neçə nəsil və saxurlar daxildir.[mənbə göstərin]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 49 təsərrüfatda hər iki cinsdən təxminən 131 nəfər əhali yaşamaqdadır.[7]
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |