Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Söndürmə və qaraltma
Söndürmə, Qaraltma (Blanking) -görüntünün displeyə verilməsi zamanı elektron şüasının bir sətirdən o birinə keçid anında siqnalın qısa müddətli söndürülməsidir. Kompüterin monitorunda elektron şüası ritmik olaraq ekran boyunca qaçaraq şəkil “çəkir”. Şüa soldan sağa və yuxarıdan aşağıya dəqiq sinxronlaşdırmış sxem üzrə hərəkət edir. Sətrin sağ ucuna çatdıqda siqnal ani olaraq sönür ki, şüa növbəti sətrin başlanğıcına qayıtsın. Bu qayıdış üfüqi qayıdış, bu yerdəyişmə zamanı siqnalın verilməsindəki ani fasilə isə üfüqi qaraltma intervalı adlanır. Anoloji olaraq, siqnal displeyin sağ aşağı küncündə elə sönür ki, elektron şüası sol yuxarı küncə qayıtsın. Mövqenin belə dəyişilməsi şaquli qayıdış, uyğun fasilə isə şaquli qaraltma intervalı adlanır. Görüntünün ekrana verilməsi zamanı elektron şüası geri dönərkən iz qoymasının qarşısının alınması üçün qaraltma zəruridir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.