1. Lərzəyə salmaq, titrətmək, yerindən oynatmaq, laxlatmaq, dağıtmaq, pozmaq, alt-üst etmək. Zəlzələ bir çox binanı sarsıtdı.
– Böyük bir gurultu ətrafı sarsıtdı.
2. məc. Dəhşətə gətirmək, lərzəyə salmaq.
Faşizmin gözünə sancdınız bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni.
3. məc. Müvazinətini pozmaq; bərk həyəcanlandırmaq.
Başqa mühit, başqa vəziyyət meyli [Rozanın] dəruni aləmini sarsıtmışdı.
Arvadının ölümü Haşım kişini bərk sarsıtmışdır.