SARALMAQ

f. Sarı rəng almaq, sarı olmaq.
Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı. İ.Əfəndiyev.
Yazısı pozulmuş kağız hisdən sapsarı saralmışdı. B.Bayramov.

// Yetişmək (meyvə haqqında).
Sonra o ilin payızında … heyvalar saralanda, dam üstünə qalxmış tənəklərdə ağır üzüm salxımları aşağı asılanda Afaq da ilkini doğdu. Ə.Məmmədxanlı.
“N” şəhərindən uzaqlaşarkən hər tərəfdə yetişmiş taxıl zəmiləri saralırdı. S.Şamilov.

// Xəzan olmaq, solmaq, soluxmaq.
Gün altında quruduqca vətən çölləri; Öz vaxtından tez saralır güllər, çiçəklər. S.Vurğun.
Hava yavaş-yavaş tutulub qaralır, narın çiskin başlayır, asta yel saralan çinar yarpaqlarını töküb ətrafa səpələyirdi. S.Rəhimov.

// Xəstəlikdən, dərddən, həyəcandan, qorxudan və s.-dən üzünün rəngi qaçmaq, solmaq. Azardan saralmaq. Qorxudan saralmaq.
– Eşq oduna yanan aşkara yanmaz; Pünhan-pünhan mənim kimi saralı. Aşıq Ələsgər.
Şahməmməd adı eşidəndə pişxidmətin rəngi saraldı. Çəmənzəminli.
Hər yerdən “doğrudur, doğrudur!” səsi gəldikcə Yarməmməd ölür, Salman saralırdı. M.İbrahimov.

Синонимы

  • SARALMAQ 1. SARALMAQ, SARI OLMAQ, SARI RƏNG ALMAQ 2. saralmaq bax solmaq
  • SARALMAQ solmaq — ağarmaq

Антонимы

  • SARALMAQ SARALMAQ – AĞARMAQ Rəngi günü-gündən saralır (Ə.Haqverdiyev); Məhtabanın rəngi ağarmışdı (S.Rəhimov)
SARALMA
SARALTI

Значение слова в других словарях