Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saravak
Saravak — Kalimantan adasında yerləşən Malayziyanın iki ştatından biri. Ştat həmçinin Sabah, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Bu ərazi Malayziya yarımadasının ştatlarından kənarda qaldığına görə xüsusi muxtariyyət hüququna malikdir. İndiki dövrdə ştat Bumi Kenyalang (kərgədan quşlarının torpağı) kimi tanınır. Ştat müstəqil Bruney dövlətinin ətrafını əhatə etməklə bərabər, cənubdan İndoneziya dövləti ilə, şimal-şərqdən Sabah ştatı ilə sərhədlərə malikdir. Saravak Kalimantan adasının şimal-qərbində yerləşir. Ştatın inzibati mərkəzi əhalisinin sayı 700,000 olan Kuçinq şəhəridir. Saravakın əsas şəhərləri Miri, Sibu və Bintuludur. 2010-cu il sıyahıyaalmasına əsasən ştatın əhalisi 2,420,009 nəfərdir.
Saruman
Saruman — 3-cü çağda Orta Dünyaya Vaların təmsilçisi olaraq gələn ilk sehrbaz. Saruman nə insan, nə də elfdir. O istaridir. İnsanlar arasında tanındığı Saruman adı rohancadır. Saruman yaşlı insan cildində təsvir olunur. 3-cü çağın sonlarında saç-saqqalının çoxu ağarmışdır. Ağzının ətrafındakı tüklər qaradır. Uzun boylu, uzn sifətli, dərin gözlüdür. Ağ paltar geyinir. Görünüş və xasiyyət olaraq Qandalfa bənzəyir.
Sarkoma
Sarkoma (ing. sarcoma) – BT-nın bədxassəli şişi.
Savmak
Savmak(yun. Σαύμακος) —Bospor padşahlığında dövlət çevrilişi etmiş skif əyanı. Bospor padşahlığının taxtına iddi edən və yerli skiflər tərəfindən dəstəklənən Savmak öz əli ilə V Perisadı öldürmüşdü. Bu dövrdə II Tiqranla müttəfıq olan Kiçik Asiyadakı Pont padşahlığının hökmdarı VI Mitridat Yevpatorun (e.ə. 132–64) fəal işğalçılıq siyasəti Roma imperiyasının şərq sərhədləri üçün təhlükə törədirdi. VI Mitridat e. ə. 107-ci ildə Savmakın üsyanını yatırdıqdan sonra Bospor padşahlığını, Qara dəniz sahilindəki bütün yunan şəhərlərini həmçinin Kiçik Ermənistanı və Kolxidanı özünə tabe etmişdi. Lakin Roma imperiyasının şərq əyalətləri olan Qalatiya, Vifiniya, həmçinin Kappadokiya uğrunda mübarizədə ağır məğlubiyyətə uğramış, e.ə. 64-cü ildə Pont padşahlığının varlığına romalılar tərəfindən son qoyulmuşdu.
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.
Sarma
Sahilboyu sıra dağlardan Baykal gölünün üzərinə əsən güclü, bora tipli küləkdir. Sürəti 40 m/san -ə çatır. Ən çox oktyabr - dekabrda təkrar olunur.
Sarkoma Yuinq
Sarkoma Yuinq (ing. Ewing´s sarcoma) – sümüyün birincili bəd xassəli şişi olub, birbaşa sümük hüceyrələrindən yaranır.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Liliya Sakmar
Liliya Sakmar (başq: Лилиә Һаҡмар, doğumu: 3 oktyabr 1962, Yumaşevo aulu, Baymak rayonu, Başqırdıstan MSSR) — Başqırd şairi, dramaturqu, jurnalisti, tərcüməçisi, Başqırdıstan Respublikası və Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü (1996), Başqırdıstan Respublikası və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü (2000), Beynəxalq Ədəbiyyat Fondunun üzvü (2009) == Həyatı == Liliya Zeynulla qızı Kaibova (təxəllüsü Liliya Sakmar) 3 oktyabr 1962-ci ildə Başqırdıstan MSSR-in Baymak rayonunun Yumaşevo aulunda anadan olmuşdur. 1984-cü ildə Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinin başqırd-rus bölməsini bitirmişdir. Universiteti bitirdikdən sonra Xaybullinsk rayonunda İsyanqıldinsk orta məktəbində rus dili və ədəbiyyatı müəllimi, rayon komsomol komitəsinin katibi, Bayquskar kəndində kitabxanaçı vəzifələrində işləmişdir. 1989-cu ildən Ufada qadınlar üçün “Başqırdıstan qızı” dərgisinin, gənclər üçün “Yaşlek” qəzetinin, daha sonra respublikanın mədəniyyət və incəsənət təmayüllü “Tamaşa” (2015-ci ilə qədər) jurnalının redaktoru və baş redaktorun müavini vəzifələrində çalışmışdır. Yaradıcılığı Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayan Liliya Sakmar altı bədii kitabın, çox sayda mahnı mətninin müəllifidir. “Sınmış telefon” (Боҙоҡ телефон), “Ulduz körpüsü” (Йондоҙло күпер) adlı dram əsərləri Başqırdıstan teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. “Ural Batır” operasının librettosunun müəllifidir. “Türk Dünyası” dərgisi ilə sıx əməkdaşlıq edir. Əsərləri Ukrayna, rus, türk, tatar və başqa dillərə çevrilmişdir. == Mükafatları == Teşekkür belgesi.
Sakmar (Baymak)
Sakmar (başq. Һакмар, rus. Сакмар) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 45 km, kənd sovetliyindən (Teməs): 18 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 85 km. Kənd Sakmara çayının sahilində yerləşir. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (90%) üstünlük təşkil edir.
Sarman rayonu
Sarman rayonu (tatar. Сарман районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Şimaldan Tukay, şimal-şərqdən Minzələ, şərqdən Müslim ilə, cənub-şərqdən Aznakay, cənub-qərbdən Almət, qərbdən Zəy rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi şəhər tipli Sarman kəndidir. Şərqi Zakamyenin aşağı şimal-şərq hissəsində, Minzələ və Mell çaylarının (İk çay hövzəsi) su toplama hövzəsində yerləşir. Ərazi meşə-çöl zonasındadır. Rayonun böyük qismi şumlanmış ərazinin çox yüksək faizi ilə xarakterizə olunur. 1920-ci ilə qədər Sarman rayonunun ərazisi Ufa quberniyasının Minzələ qəzasının tərkibinə daxil idi. 1920-ci ildə Minzələ rayonu yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.
Sarmat zəngçiçəyi
Sarmat zəngçiçəyi - (lat. Campanula sarmatica) Çoxillik bitkidir. Gövdəsi yoğun, dikduran, sadə ya da budaqlı, hündürlüyü 50 sm, tüklənmişdir. Kökyanı yarpaqları 10 sm uzunluqda, 3-5 sm enində, uzunsov və ya yumurtavari-uzunsov, ucları kütdür. Gövdə yarpaqları yumurtavari-uzunsov, qısa saplaqlıdır. Yuxarı yarpaqları oturaq, kiçik ölçülü, lansetvaridır. Yarpaqların hamısı iki tərəfdən keçəvari, kənarları dişlidir. Çiçəkləri 2,5-3 sm uzunluqda, salxımvari çiçəkqrupuda, tacı açıq mavi, bəzən ağ rəngdədir. Kasacığınn dişləri üçkünclansetvari, iti, çiçək tacından 2-3 dəfə qısadır. Qutucuq əyilmiş, toxumları açıq-boz, yumurtavari, yastılanmış, haşiyələnmişdir.
Cenni-Vanda Barkman
Cenni-Vanda Barkman (1922 – İyul 4, 1946) İkinci dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi olmuşdur. Onun uşaqlığı Almaniyanın Hamburq şəhərində keçmişdir. 1944-cü ildə Polşada yerləşən Ştutthof həbs düşərgəsinin qadın gözətçisi olmuşdu ki, nəticədə orada kı məhkumlara qarşı qəddarlıq göstərmiş və bəzilərinin ölümünə səbəb olmuşdur. O, həmçinin qaz kameraları üçün qadın və uşaqların seçilməsində iştirak etmişdir. Olduqca şiddətli davranışlara sahib olduğu üçün qadın məhkumlar, ona Gözəl Kabus adını vermişdilər. Sovet qoşunları əraziyə çatdıqda Barkmann artıq Ştutthofdan qaçmışdır. O, 1945-ci ilin may ayında Qdansk şəhərinin qatar stansiyasında qaçmağa çalışarkən tutulmuşdur. O, və onun həmkarları Ştutthof həbs düşərgəsində törətdikləri cinayətlər üzündən məhkəmədə təqsirkar qismində iştirak etdilər. O, məhkəmə boyunca sakit tərzdə gülümsəyirdi və verdiyi ifadələrdə düşərgənin qadın gözətçiləri ilə zarafatlaşdığını bildirdi. Bundan başqa o, şahid ifadələrini dinləyərkən açıq-aşkar saç düzümünü qaydasına salırdı.
RS-28 Sarmat
RS-28 Sarmat (ru: РС-28 Сармат; NATO kod adı: SS-X-30) Rusiya istehsalı olan MIRV ağır termonüvə qitələrarası ballistik raketdir. Raket inkişaf mərhələsindədir və köhnəlmiş R-36M raketlərinin yerini alması planlaşdırılır. Döyüş başlığı 10-24 MIRV arasında dəyişir. Əməliyyat mənzili 10,900 km, maksimum sürəti 20.7 Mach, idarəetmə sistemini INS, GLONASS, Astro-ətalət təşkil edir.
Helen Şarman
Helen Şarman (ing. Helen Patricia Sharman; 30 may 1963, Şeffild, İngiltərə) — Böyük Britaniya kosmonavtı.
Anuşka Şarma
Anuşka Şarma(hind. अनुष्का शर्मा; 1 may 1988, Ayodxya, Uttar Pradeş) — hind aktrisası və modeli. == Həyatı == 1 may 1988-ci ildə Banqalorda yüksək rütbəli ordu zabiti ailəsində anadan olmuşdur. İlk filmi 2008-ci ildə "Bu cütlüyü Tanrı yaradıb" olmuşdu. Meşhur hindistanlı kriket oyunçusu Virat Kohlinin sevgilisidir. Qardaşı Karneş Şarma ilə birlikdə Clean slate films şirkətini qurmuşdur.
Kim Şarma
Kim Şarma (ing. Kim Sharma; d. 21 yanvar 1980) — məşhur Hindistan aktrisası və modeli . == Həyatı == 21 yanvar 1980-ci ildə anadan olub.Onun əmisi oğlu, məşhur aktyor - Arjun Rampaldır.Üç bacısı var. Anası yaponiyalı atası hindistanlıdır.Ailəlidir.
Robin Şarma
Robin Şarma (16 iyun 1964, Port-Hoksberi[d], Yeni Şotlandiya) — kanadalı yazıçı. Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarma, 1965-ci ildə Yeni Şotlandiya, Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Onun nitqləri "USA Today", "National Post" və "The Globe and mail" kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının "Sən öləndə kim ağlayacaq?", "Superhəyat! 30 günlük həqiqi həyata səyahət", "Titulsuz lider" və "Ferrarisini satmış rahib" kimi dünyaca məşhur kitabları var. Ən sevdiyi kitab: Paulo Keolyo – Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir.
Konkona Sen Şarma
Konkona Sen Şarma (3 dekabr 1979, Yeni Dehli) hind aktrisasıdır. Bollivudun yeni simalarından biridir. O, rejissor Aparna Senin qızıdır. Dörd yaşında debüt etdikdən sonra 2001-ci ildə peşəkar karyerasına başlamışdır. O, müxtəlif Filmfare Mükafatlarını qazanmışdır. Onun ən məşhur filmləri “Metroda həyat” və “Gözlərdəki həqiqət” filmləridir.