Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Savanna
Savannalar (rus. саванна, ing. savanna, savannah) — subekvatorial qurşaqda ot örtüyünə və seyrək ağac və kollara malik geniş ərazilər. Savannalar üçün ilin sərt şəkildə quru və yağışlı mövsümə ayrılmaları xarakterikdir. Savanna — /isp. Sa-bana/ – tək-tək, bəzən qrup şəklində ağac və kol bitkiləri ilə birlikdə tropik və subtropikin kserofit ot bitkilərindən təşkil olunmuş, zonal landşaft tipi.
Savona
Savona — İtaliyanın Liquriya regionunda şəhər.
Sauna
Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır. Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır.
Qolçomaqlıqdan salınma
Qolçomaqlıqdan salınma (rus. раскулачивание, translit. raskulaçivanie; ukr. розкуркулення, translit. rozkurkulenniya) - İlk beş illik planın 1929-1932-ci illərində milyonlarla qolçomaq (varlı kəndli) və onların ailələrinin tutulması, deportasiyası və edam olunması da daxil olmaqla Sovet siyasi repressiyaları kampaniyası idi. Əkin sahələrinin müsadirə edilməsini asanlaşdırmaq üçün Sovet hökuməti qolçomaqları SSRİ-nin sinfi düşmənləri kimi göstərdi. 1930-1931-ci illərdə 1,8 milyondan çox kəndli sürgün edildi. Kampaniya əks-inqilabla mübarizə və kəndlərdə sosializm qurmaq məqsədi güdürdü. Sovet İttifaqında kollektivləşmə ilə eyni vaxtda həyata keçirilən bu siyasət Sovet Rusiyasındakı bütün kənd təsərrüfatını və bütün əməkçiləri səmərəli şəkildə dövlət nəzarəti altına aldı. Qolçomaqlıqdan salınma zamanı aclıq, xəstəlik və kütləvi edamlar 1929-cu ildən 1933-cü ilədək ən az 530.000-dən 600.000 nəfərin ölümünə səbəb oldu, lakin daha yüksək hesablamalar mövcuddur: tarixçi Robert Konkvest 1986-cı ildə 5 milyon insanın öldüyünü təxmin etdi.
Savanna iqlimi
Savanna iqlimi- Subekvatrorial iqlim qurşağının daxilində savanna təbii zonası daxilində formalaşır. Ekvatordan bir neçə dərəcə şimal və cənubda yerləşən bölgələrdə iqlim ümumiyyətlə qurudur. Ancaq müəyyən aylarda orada çox isti olur və tez-tez yağışlar yağır. Dünyada yerləşən bu cür yerlərə savanna zonaları deyilir. Bu ad Afrikada geniş ərazini tutan savanna regionundan gəlir. Savanna iqlim qurşağı ekvatordan hər iki tərəfində olub, tropik xətlərin arasında yerləşir. Hansı ki, tropik xətlərdə günəş ildə iki dəfə zenitdə olur. Bu zaman həmin ərazilərdə hava çox isti olur. Bu istilər zamanı yüksək miqdarda su buxarlanır ki, bu yenidən leysan yağışları formasında geri qayıdır. Savanna iqlim qurşağı ekvatorial zonayada uyğun gəldiyi üçün mart və sentyabr aylarında da günəş zenitdə olur.
Brassica saruna
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Sakuma Kanae
Sakuma Kanae (佐久間鼎, Kanae Sakuma, 7 sentyabr 1888, Çiba prefekturası – 9 yanvar 1970) – Yaponiya dilçisi və psixoloqu. Çiba prefekturasında doğulmuş və Tokio Universitetindən məzun olmuşdur. Kyuşu və Toyo universitetlərində professorluq etmiş, Yaponiya Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir. Geştalt psixologiyasını Yaponiyaya gətirən şəxs kimi tanınır. Müasir yapon dilinin qrammatikasını tədqiq etmiş və Tokio ləhcəsi əsasında yapon dilinin fonetikasını öyrənmişdir. Başlıca əsərlərinə yapon dilinin fonetikası haqqındakı tədqiqatlarından bəhs edən "Nihon onseyqaku" (1929), müasir jestlərin istifadəsindən bəhs edən "Qenday nihonqo no hyoqen to qoho" (1936) və yapon dilinin nəzəri tədqiqindən bəhs edən "Nihonqo no qenqo riron" (1959) daxildir. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983.
Savona əyaləti
Savona əyaləti — İtaliyanın Liquriya regionunda əyalət.
Afrika savanna fili
Afrika savana fili (lat. Loxodonta africana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin afrika fili cinsinə aid heyvan növü.
Afrika savana fili
Bar Sauma (mitropolit)
Nisibisli Foma Bar Sauma (klass. süry. ܒܪܨܘܡܐ, hərf. "oruc oğlu", "daha sürətli"; yun. Βαρσοῦμας; V əsr, Şanlıurfa – 491, Nüseybin) — Nisibis yepiskopu. İlk illərində kölə olmuş, sonra Edessa məktəbində oxumuşdur. Məktəbin himayədarı, Edessa yepiskopu İva Bar Sauma ilə birlikdə nestorianizmin tərəfdarı idi və onunla birlikdə İkinci Efes Məclisinin qərarı ilə Edessadan qovulmuşdu. Xalkidon Məclisində hər ikisi bəraət qazanaraq Edessaya qayıtmış, lakin İvanın ölümündən sonra Bar Sauma yenidən Edessanı tərk edib Persiyaya qayıtmağa məcbur olmuşdur. Bar Sauma şah Firuz ilə yaxın əlaqələr qurmuş, onun himayəsində kilsə təsis etmiş və Nisibis yepiskopu olmuşdur. O, Nisibisdə bir ilahiyyat məktəbi yaratmış, sonralar Mopsuestiyalı Feodorun ruhunda ekzegetika əsərləri və Şərqi Asiyada nestorianlığı yayan missionerlər üçün populyar olmuşdur. Bar Saumanın fəaliyyəti sayəsində nestorianlıq uzun müddət Sasani dövlətində xristianlığın yeganə forması olaraq qalmışdır.
Şavarma
Şavarma — Levant ərəb və türk ət bişirmə növü. Qoyun əti, toyuq əti, hinduşka əti, mal əti, dana əti, və ya qarışıq ətlər fırlanan şişə çəkilir və müddətcə bir gün olaraq qril ola bilər. Ətin taraşları boşqabda yeyilir və ya sandviç şəklində pita çörəyinin içində yeyilir. Şavarma Fatuş, Tabule, Tabun çörəyi, pomidor, soğan, cəfəri, kahı, kələm və xiyar ilə yeyilir. Sousları tahini, humus, şalğam və iti mango turşusundan ibarətdir. İndi bütün dünyada fəstfud kimi tanınır. Şavarma türk sözü olub, "çevirmə"-dən ərəb dilinə "şavarma" kimi keçmişdir.
Şaurma
Şavarma — Levant ərəb və türk ət bişirmə növü. Qoyun əti, toyuq əti, hinduşka əti, mal əti, dana əti, və ya qarışıq ətlər fırlanan şişə çəkilir və müddətcə bir gün olaraq qril ola bilər. Ətin taraşları boşqabda yeyilir və ya sandviç şəklində pita çörəyinin içində yeyilir. Şavarma Fatuş, Tabule, Tabun çörəyi, pomidor, soğan, cəfəri, kahı, kələm və xiyar ilə yeyilir. Sousları tahini, humus, şalğam və iti mango turşusundan ibarətdir. İndi bütün dünyada fəstfud kimi tanınır. Şavarma türk sözü olub, "çevirmə"-dən ərəb dilinə "şavarma" kimi keçmişdir.
Şavun
Şavun-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şavun-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Şavun-i Süfla (Germi)
Şavun-i Süfla (fars. شاون سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (5 ailə).
Şavun-i Ülya (Germi)
Şavun-i Ülya (fars. شاون عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 126 nəfər yaşayır (24 ailə).