Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qayğısız əkizlər (film, 1997)
Qayğısız əkizlər (hind: जुड़वा; Rom: Judwaa; Azərbaycan dilinə tərcüməsi: “Əkizlər”) hind dilində çəkilmiş, 7 fevral 1997-ci ildə kinoteatrlarda nümayiş etdirilmiş hind romantik komediya filmidir. Ceki Çanın Əjdaha Əkizləri filminin əsasında 1994-cü ildə Teluqu dilində çəkilmiş “Salam Qardaş” filminin remeykidir. (1994).
Gəmi sarğısı
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Pi sayısı
Pi ədədi ( π {\displaystyle \pi } ) — çevrənin uzunluğunun onun diametri ilə nisbətinə bərabər olan riyazi sabit. π {\displaystyle \pi } -nin adı, Yunan dilində (περίμετρον) yəni "Dairənin uzunluğu" sözünün ilk hərfi olan π hərfindən alınmışdır. Bu hərf latın əlifbasında π {\displaystyle \pi } olaraq simvollaşdırılır. π {\displaystyle \pi } həm də Arximed sabiti və Lüdolf ədədi olaraq da bilinir. Riyaziyyat kitablarında π ≈ 3.1415 {\displaystyle \pi \approx {3.1415}} olaraq ifadə edilməsinə baxmayaraq həqiqi cavabını əldə etmək üçün vaxtaşırı təkrar olunmayan sonsuz sayda pilləyə ehtiyac var. 65 pilləli π {\displaystyle \pi } = 3, 14159 26535 89793 23846 26433 83279 50288 41971 69399 37510 58209 74944 5923 Fabrice Bellard 2010-cu ildə Çudnovski alqoritmi ilə π {\displaystyle \pi } ədədinin 2.699.999.990.000 pilləlisini tapmışdır. Arximed 3.1/7 ilə 3.10/71 arasında bir ədəd olaraq hesablamışdır. Misirlilər 3.1605, babillilər 3.1/8, Ptolemey 3.14166 olaraq, İtalyan Lazzarini 3.1415929, Fibonaççi isə 3.141818 ilə hesablamışdırlar. XVIII əsr də π {\displaystyle \pi } 140 pilləyə qədər,XIX əsrdə isə 500 pilləyə qədər hesablandı.Dünyanın ilk kompüterində cəmi 2035 pilləlisi hesablanmış, müasir dövrün kompüterlərində isə milyonlarla pilləlisi hesablana bilir. == Dəqiq qiyməti == Onu tam dəqiq hesablamaq mümkün olmadığı elmə aydındır.
Reynolds sayısı
Axışqanlar mexanikasında Reynolds sayı yaxud Reynolds ədədi bir mayenin (müəyyən) ətalət qüvvələrinin (FI), özlülük qüvvələrinə (Fv) nisbətinə bərabərdir, nəticə olaraq da bu iki növ gücün bir-birinə mayenin bir axış vəziyyətində nisbi əhəmiyyətini verir. Buna görə Reynolds sayısı düzgün axış və çalxalantılı (turbulent) axış kimi müxtəlif axış rejimlərini xarakterizə etmək üçün istifadə olunur. Axışqanlar mexanikasında istifadə olunan ən vacib digər əmsallardan biridir və dinamik oxşarlığı təyin etmək üçün istifadə olunur. Həndəsi cəhətdən oxşar bir axış nümunəsi fərqli axış dəyərləri olan iki fərqli maye içərisindədirsə, eyni uyğun əmsal varsa, dinamik analoq adlanır. Məsələn, bir milçək qanadının necə işlədiyini başa düşmək üçün milçək qanadının böyüdülmüş modellərinin suda işlədib və eyni hadisənin daha yavaş sürətlə araşdırılaraq tədqiq edilməsi mümkündür. Burada vacib olan şey, suyun və havanın işlədiyində eyni Re sayına sahib olmalarıdır. Borudakı sıxılmaz axışdakı Re sayı 2300-dən azdırsa, laminar axın sayılır və böyükdürsə, çalxantılı axın sayılır. İstilik köçürməsində də Reynolds teoremi fərqli nisbətlərlə istifadə edilməkdədir. Reynolds sayının artması istilik ötürmə əmsalını artırır. Reynold sayı adını 1842 ilə 1912 illəri arasında yaşamış olan və bu sayıyı tanıtan Osborne Reynolds 'dan almışdır.