QARAQULAĞ

I
(Xaçmaz, Salyan)
bayquş. – Qaraqulağ xiyirə ulamaz (Xaçmaz)
II
(Salyan)
etinasız, sayğısız. – Çox qaraqulağ adamdı, heş kimi saya salmır
QARAQINCIXMA
QARALAMAX
OBASTAN VİKİ
Türkmən qaraqulağı
Türkmən qaraqulağı (lat. Caracal caracal michaelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinin adi qaraqulaq növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Başqa altnövlərindən fərqli olaraq ölçüləri iridir. Bədəninin uzunluğu( 5 nüsxəsinin Türkmənistanda keçirilən ölçülməsinə görə) erkəklərdə 730-820, orta 782; dişilərdə 690-810, orta 766. Peysərdə hündürlüyü 450–500 mm. Açıq-qum rəngdədir. == Arealı == İranın və Əfqanıstanın şimal ərazilərində, Orta Asiyanın cənub-qərbində yayılıblar. Qərb sərhədi Xəzər dənizinin şərq sahili boyunca Buzaçi yarımadasına qədərdi. Buradan sərhədi Üstyurtdan Aral dənizinə qədər və şərq sərhədi Aral dənizinin qərb sahili boyu və Amudərya çayı boyu gedir.
Türkmənistan qaraqulağı