Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Secret Land (musiqi)
Secret Land (ing. Gizli torpaq) – Məşhur alman müğənnisi Sandra Kretunun 1988-ci ildə istehsal olunmuş "Into a Secret Land" albomuna daxil olan mahnılardan biridir. == Mahnı haqqında == Mahnı ilk dəfə 1988-ci ilin sentyabr ayında dünya ölkələrinin hit-paradlarına təqdim olunmuşdu. Xüsusilə, Almaniya, İsveç İsveçrə və İsrail kimi ölkələrin hit-paradlarında böyük uğur qazanmışdır. Almaniyanın "German Top 20" hit-paradında 1988-ci ilin oktyabr ayında 7-ci pilləyə qalxmış və noyabrın 7-dən 17-ə kimi bu pillədə mövqesini dəyişmədi. "German Top 20" hit-paradında 10 həftə səslənmişdi. "Secret Land" İsrailin hit-paradında daha məşhur olmuş və "Israel Top 20" hit-paradında ilk mövqeni tutmuşdu. 1999-cu ildə "Secret Land" mahnısının yeni versiyası təqdim olunmuş və populyarlığını davam etdirmişdi. Yeni versiya Almaniya, Çexiya və İsrail ölkələrin hit-paradında nisbətən aşağı mövqedə olsa da, mahnının öz populyarlığını itirmədiyi bəlli olur.
Secret Wars (komiks, 2015)
"Secret Wars" (azərb. Gizli müharibələr‎) — 2015-ci ilin 6 mayında Marvel Comics tərəfindən nəşr olunan və hazırda da yayınlanan komiks. Gizli müharibələr Marvel dünyasında baş verən ən böyük hadisədir. == Arxa plan == 2015-ci ildə nəşr olunan bu komiksdən əvvəl 1984-1985-ci illərdə "Secret Wars" və davamı olan "Secret Wars II", 2004-cü ildə "Nik Furinin Gizli müharibələri" adlı eyniadlı komikslər də nəşr olunmuşdur. Marvel Comics 1985-ci ildə nəşr olunan "Secret Wars" komiksinin 30 illiyi münasibəti ilə yenə eyniadlı komiks nəşr etmək qərarı almışdır. == Hekayə == Hekəyə üç hissədən ibarətdir: Son günlər (ing. Last Days) Battleworld Müharibə zonaları (ing. War Zones) === Məzmun === Hər şey Qara Panteranın İlluminati komandasını yenidən toplaması ilə başlamışdır. Qrup sonsuz sayda dünyaların tək-tək məhv olduğunu kəşf etmişdir. Bu hadisələrə İşğal (ing.
Çerete
Çerete (it. Cerete) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir. Əhalisi 1378 nəfər (2008), əhalinin sıxlığı 106 nəfər/km². Sahəsi 13 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 0346.
Şəcərə
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.
Şərəfə
Şərəfə (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Şərəfə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Məntiqi səfsətə
Fəlsəfədə formal səfsətə, deduktiv səhv, məntiqi səfsətə və ya non sequitur ( Latınca "təqib etmir" mənasını verir ) məntiqi quruluşundakı bir qüsur ilə etibarsız göstərilən bir standartda səliqəli şəkildə ifadə edilə bilən düşüncə nümunəsidir. məntiq sistemi, məsələn təklifi məntiqi . Belə arqument etibarsız olan deduktiv arqument kimi təyin olunur. Mübahisənin özü həqiqi əsaslara sahib ola bilər, lakin yenə də yalan bir nəticəyə malikdir . Beləliklə, formal səfsətə deduksiyanın yanlış olduğu üçün məntiqi bir proses deyil. Bu, nəticənin həqiqətinə təsir göstərə bilməz, çünki rəsmi məntiqdə etibarlılıq və həqiqət ayrıdır.
Şərəfə (Germi)
Şərəfə (fars. شرفه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (31 ailə).
Şərəfə (Masallı)
Şərəfə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Şərəfə (Şərəf-abad) kəndində 54 evdə 202 nəfəri kişilər, 132 nəfəri isə qadınlar olmaqla 334 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi.Şərəfə kənd inzibati ərazi dairəsi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir. 2012-ci ilin sonuna olan məlumata əsasən bu ərazi dairəsinin sahəsi 1.121 hektar, əhalisi isə 3.962 nəfərdir.Şərəfəlilər Böyük Vətən müharıbəsində və Azərbaycanın bütövlüyü uğrunda Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmuş, itkin və şəhidlər vermişdir. Hazırda kəndin əhalisi 2331 nəfərdir. == Toponimiyası == Keçmiş adı Şərəfabad olmuşdur. Şərəfə bu adın qısaldılmış formasıdır. Oykonim Şərəf (şəxs adı) və abad (kənd) komponentlərindən düzəlib, “Şərəfin kəndi” mənasındadır. Görünür, kəndi Şərəf adlı şəxs bina etmişdir.
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Təltif edən orqan == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. == Medalın ümumi təsviri == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir. Bütün yazılar və elementlər relyeflidir.