Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
Kitabi Dədə Qorqud. Səkrəyin dastanı — Arif Məhərrəmovun filmi. Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib. == Məzmun == Bu film "Dədə Qorqud" eposunun boylarından birini ekranda əks etdirir. Burada Əkrək və Səkrək adlı iki qardaşın başına gələn sərgüzəştlərdən danışılır. Kino əsəri tamaşaçıları birliyə, dostluğa səsləyir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssamlar: Arif Məhərrəmov, Yelena Qolubeva Bəstəkar: Arif Məlikov Kinooperator: Antonina Korotnitskaya Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamları: Vaqif Məmmədov, Firəngiz Quliyeva, Bəhmən Əliyev, Aleksandra Şirinova, Solmaz Hüseynova Rəssamlar: Lalə Məmmədova, Tamilla Əsgərova, P.Axundov, Hüseyn Cavid İsmayılov (Hüseyncavid İsmayılov kimi), Əli Əliyev Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Arifə Hatəmi Operator assistenti: Səidə Rəhimova Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Seyid Əhmədov (S.Əhmədov kimi) === Filmi səsləndirənlər === Həsən Məmmədov — Dədə Qorqud; Uşun qoca (titrlərdə yoxdur) Pərviz Bağırov — Səkrək (titrlərdə yoxdur) Əminə Yusifqızı — Səkrəyin anası (titrlərdə yoxdur) Kazım Abdullayev — Hökmdar (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Əkrək (titrlərdə yoxdur) == Həmçinin bax == Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Sekstin Akvası
Sekstin Akvası (lat. Aquae Sextiae – "Sekstin suları") — e.ə. 122-ci ildə əsası qoyulmuş Fransanın Eks-en-Provans şəhərinin latınca adı. Roma konsulu Qay Sekstin Kalvin sallüvilərin məğlub ölkəsində bir Roma yaşayış məntəqəsi kimi və onun şərəfinə "Sallüvilərin Sekstin Akvası" (lat. Aquae Sextiae Salluviorum ) adlandırılmışdır. Bu, "Sallüvilərin Sekstin suları (bulaqları)" mənasını verir. Qəsəbə Massiliyadan (indiki Marsel) 26 km məsafədə yerləşirdi və Romaya gedən yolda forpost kimi xidmət edirdi. E.ə. 102-ci ilin yayında Sekstin Akvası yaxınlığında, Roma konsulu Qay Mari 30–40 min nəfərlik ordu ilə say azlığına baxmayaraq tevtonları məğlub etmiş və bununla da "barbarlar"ın Romaya hücumunun ilk dalğasını dəf etmişdir.
Sekstin Akvası döyüşü
Sekstin Akvası döyüşü — e.ə. 102-ci ildə Qay Marinin rəhbərliyi altında olan Roma qüvvələri ilə nəhayət, tevtonlar və ambronlar arasında Sekstin Akvası kəndində baş tutmuş döyüş. "Barbarlar" Alp dağları üzərindən İtaliyaya irəliləməyə çalışarkən məğlub olmuşdular. Sağ qalan əsirlərin bəzilərinin Üçüncü Kölə müharibəsində üsyan edən qladiatorlar arasında olduqları bildirilmişdir.
Seybətin
Seybətin — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Seybətin kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Ləğv edildikdən sonra ərazisi Masallı şəhərinə qatılmışdır. Seybətin küçəsi adlandırılır, amma əhalinin dilində hələ də "Seybətin kəndi" olaraq bilinir. Yuxarı baş və aşağı baş olaraq iki hissədən ibarətdir. Əsədüllah Seyf-Əddini — Qafqazda yüksək bilikli alim və böyük fəqih 1 məktəb fəaliyyət göstərir. 2 məscidi var.
Səreyin
Səreyn (Sarıqaya) — Iran Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Sərein
Səreyn (Sarıqaya) — Iran Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Sokratın müdafiəsi
Sokratın müdafiəsi (yun. Άπολογία Σωκράτους, Apología Sokrátus) — Yunan filosofu Platon tərəfindən yazılmış, Sokratın bir qrup Afinalı tərəfindən şəhərin tanrılarına inanmaması və gəncləri inancdan çəkindirməsi səbəbi ilə günahlandırılması, Afina demokratiyası tərəfindən mühakimə olunması və cəzalandırılmasından bəhs edən dialoq. Əsər "Euithipron" əsərinin davamı olaraq yazılmışdır. Sokratın müdafiəsi əsəri "Euithipron" və "Kiriton" bölmələri ilə birlikdə, üçlük təşkil edirlər. "Euithipron"da məhkəmədən əvvəl, şahidlərin dindirilməsi və məhkəmə prosesi haqqında danışılır. "Kiriton" hissəsində isə məhkəmədən sonra yaşanan hadisələr göstərilir. Eramızdan əvvəl 403-cü ildə Afina demokratiyası Afina və Sparta arasındakı Peloponnes müharibəsindən, minlərlə insanın öldürülməsinə və ya sürgün edilməsinə səbəb olan Otuz Tiranın qovulmasından sonra yenidən qurulma prosesinə başladı. Müxtəlif təbəqədən olan afinalılar, gənc əhalisini itirmiş və epidemiyalardan əziyyət çəkən şəhəri yenidən qurmaq üçün birlikdə işləməyə başladılar. Şəhərin qanunlarına yenidən baxıldı. Belə bir dövrdə həyat tərzi "fəlsəfə etmək" olaraq ümumiləşdirilə bilən Sokrat; suallar, köhnə müdrikləri təhlil edən, bəzən çürüdən sorğulayıcılığı və Afinanın liderlərinə istiqamətləndirdiyi tənqidləri ilə bir çox düşman qazandı.
Sokratın ölümü
Sokratın Ölümü (Fransızca: La Mort de Socrate) 1787-ci ildə fransız rəssamı Jak-Lui David tərəfindən çəkilmiş kətan üzərində yağlı boyadır. Rəsm onun o onillikdəki bir çox əsərləri kimi klassik mövzuya diqqət yetirir, bu halda Platonun öz Fedonunda Sokratın edam hekayəsi. Bu hekayədə Sokrat Afina gənclərini korlamaqda və qəribə tanrıları tanıtmaqda günahkar bilinir və zəhərli baldıran içərək ölümə məhkum edilir. Sokrat fürsət düşəndə ​​qaçmaqdansa, öz ölümünü şagirdləri üçün son dərs kimi istifadə edir və bununla sakitliklə üzləşir. Fedon Sokratın ölümünü təsvir edir və eyni zamanda Platonun filosofun son günlərini təfərrüatlandıran dördüncü və sonuncu dialoqudur ki, bu da Euthyphro, Apology və Crito-da ətraflı təsvir edilmişdir.
Sərein şəhristanı
Səreyn şəhristanı - Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Səreyn (Sarıqaya) şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,197 nəfər və 3,937 ailədən ibarət idi. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir, mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Bir həsrətin nəğməsi
Bir həsrətin nəğməsi — qısametrajlı sənədli filmi rejissor Ziya Şıxlinski tərəfindən 1997-ci ildə çəkilmişdir. "Azanfilm" Studiyasında istehsal edilmişdir. Film vaxtilə Azərbaycanda yaşamış almanlardan və onların bu torpaqda qoyduqları silinməz izlərdən bəhs edir. == Məzmun == Film vaxtilə Azərbaycanda yaşamış almanlardan və onların bu torpaqda qoyduqları silinməz izlərdən bəhs edir. == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı 1997-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı == Xarici keçidlər == İzlə Bir həsrət nəğməsi "Səs" qəzeti. 5 oktyabr 2007. səh. 12.
Şirkətin balans dəyəri
Şirkətin balans dəyəri və yaşirkətin xalis dəyəri (ing. Book value or Carrying value) — şirkətin balans hesabatında göründükləri kimi qeyri-maddi aktivlər və öhdəliklər çıxılmaqla şirkətin cəmi aktivləridir, yəni tarixi dəyərlə. Şirkətin balans dəyəri adətən onun bazar dəyərindən fərqlənir. Aswath Damodaran. Инвестиционная оценка. Инструменты и методы оценки любых активов. М.: «Альпина Паблишер». 2011 [Investment Valuation: Tools and Techniques for Determining the Value of Any Asset]. ISBN 978-5-9614-1677-0.
Şöhrətin yumruğu (film, 1991)
Şöhrətin yumruğu (ing. Fist of Glory) — 1991-ci ildə Co Mari Avellana tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. Vyetnam müharibəsi ABŞ ordusunun məğlubiyyəti ilə başa çatır. Bu səbəbdən ABŞ ordusunun əsgərləri buranı tərk edirlər. Lakin Ceyms Li qanlı rinqdə vuruşmağı davam etdirir. Dostu Reynoldsu mafiya qrupundan xilas etmək üçün onunla rinqdə görüşməyə məcbur olur... Şöhrətin yumruğu — Internet Movie Database saytında.
Bir həsrətin nəğməsi (film, 1997)
Bir həsrətin nəğməsi — qısametrajlı sənədli filmi rejissor Ziya Şıxlinski tərəfindən 1997-ci ildə çəkilmişdir. "Azanfilm" Studiyasında istehsal edilmişdir. Film vaxtilə Azərbaycanda yaşamış almanlardan və onların bu torpaqda qoyduqları silinməz izlərdən bəhs edir. == Məzmun == Film vaxtilə Azərbaycanda yaşamış almanlardan və onların bu torpaqda qoyduqları silinməz izlərdən bəhs edir. == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı 1997-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı == Xarici keçidlər == İzlə Bir həsrət nəğməsi "Səs" qəzeti. 5 oktyabr 2007. səh. 12.
Sənətin sönməyən ulduzu. İsmayıl Osmanlı (film, 2014)
Sənətin sönməyən ulduzu. İsmayıl Osmalı filmi rejissor Sənan Sultanov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film SSRİ Xalq Artisti İsmayıl Osmanlının həyat və yaradıcılığından bəhs edir. Əsas rolları Firudin Bağıroğlu, Mirsadıq Aşumov, Emin Orucov, Elşən Adıgözəlov ifa edirlər. Film teatr və kino aktyoru, SSRİ xalq artisti İsmayıl Osmanlının xatirəsinə həsr olunub və onun həyat və yaradıcılığından bəhs edir. İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.