Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sektor
Dairə sektoru - dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə deyilir. Sektorun sahəsi S = пr²a/360⁰-ə bərabərdir. Burada a — qövsün dərəcə ölçüsü , r — radiusdur.
Merganser serrator
Uzunburun pazdimdik (lat. Mergus serrator) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin pazdimdik cinsinə aid heyvan növü.
Mergus serrator
Uzunburun pazdimdik (lat. Mergus serrator) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin pazdimdik cinsinə aid heyvan növü.
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Özəl sektor
Özəl sektor — iqtisadiyyatın fərdlərin və ya şirkətlərin mənfəət əldə etmək üçün sahib olduğu və idarə etdiyi hissəsi. Bu, istehsal, maliyyə, pərakəndə satış və xidmətlər də daxil olmaqla, geniş sənaye sahələrini əhatə edir. Dövlətin sahib olduğu və idarə etdiyi dövlət sektorundan fərqli olaraq, özəl sektor bazar qüvvələri və rəqabət tərəfindən idarə olunur. Özəl sektor iş yerlərinin yaradılmasında, sərvətin formalaşmasında və innovasiyaların idarə edilməsində mühüm rol oynayır. Bununla belə, bu, həm də iqtisadi tənəzzüllər, bazar dəyişkənliyi və tənzimləyici dəyişikliklər kimi çətinliklərə məruz qalır. Özəl sektorun uğuru çox vaxt iqtisadiyyatın sağlamlığının və sabitliyinin əsas göstəricisi kimi qəbul edilir. ABŞ kimi azad sahibkarlığın bərqərar olduğu ölkələrdə özəl sektor daha genişdir və dövlət firmalara daha az məhdudiyyətlər qoyur. ÇXR kimi daha çox hökumət səlahiyyətinə malik ölkələrdə dövlət sektoru iqtisadiyyatın böyük hissəsini təşkil edir.Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2013-cü ildə aparılan bir araşdırmada müəyyən edilmişdir ki, inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 90 faizi özəl sektordadır.
Sektor (Mortal Kombat)
Sektor (ing. Sektor) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Proqramlaşdırılmış robotlardan biridir. Bleyz üzərində qələbə qazandıqdan sonra Sayraks və Smouk adlı proqramlaşdırılmış robotların gücünü qazanır.
Sektor Qaza(qrup)
Sektor Qaza (rus.; Сектор Газа) — 1987-ci ildə Voronej şəhərində yaradılmış, SSRİ və Rusiyanı təmsil edən rok qrupu. Qrupun yaradıcısı Yura Hoy ləqəbiylə tanınan Yuri Klinskidir. Qrup 2000-ci ilə kimi fəaliyyət göstərib. 9 iyun 1988-ci ildə Voronej şəhərinin rok zalında qrupun ilk konserti baş tutub. == Tarixi == Sektor Qaza qrupu 5 dekabr 1987-ci ildə Voronejdə, "Yuri Hoy" ləqəbi ilə tanınan Yuri Klinski tərəfindən qurulub. Yuri Hoyun qrupu yaratdığı rok zalı, Voronejdə zavodların yaxınlığında yerləşdiyi üçun zalın ətrafı tüstu və duman ilə əhatəli olurmuş. Bu cür ətraf mühit, Yuri Klinskiyə tez tez partlayışların olduğu İsrailin Qəzzə zolağını xatırladır. Buna görədə yeni yaradılan qrupa Sektor Qaza adı verilir.Sektor Qazanın qrup şəklində ilk çıxışı 9 iyun 1988-ci ildə yerli rok klubunda baş tutur, lakin qrupun rəsmi qurulduğu tarix Yuri Klinskinin ilk solo konsert verdiyi 5 dekabr 1987-ci il tarixindən hesablanır.1990-cı ildə qrupun ilk studiya albomları olan Zloveşie Mertvetsı (rus: Зловещие Мертвецы) və Yadryona Voş (rus: Ядрёна Вошь) albomları çıxır. Klinski albom yazılacaq studiyanın icarə pulunu vermək üçun motosiklini satır.1991-ci ildə Sektor Qaza SSRİ Mərkəzi Televiziyasında 50x50 və Programma A proqramlarında çıxış edərək televiziyada debüt edir. Bu debüt qrupu məşhurlaşdırır.
Sektor Qaza (qrup)

Sektor 11 azad azarkeş qrupu
"Sektor11" və ya "Sector11" azad azarkeş qrupu — Azərbaycanda mütəşəkkil futbol azarkeş qrupu. == Yaranma tarixi == Yaranma tarixi 1 iyul 2010-cu ildən başlayan qrup "Facebook" sosial şəbəkəsində açılan səhifəsi ilə qısa müddətdə tanınmış və fəal azarkeşləri öz ətrafında toplamağı bacarmışdır. Futbol matçları zamanı oyunu Tofiq Bəhramov adına Respublika Stadionunun 11-ci sektorunundan izlədiklərinə görə "Sector 11" adını qəbul etmişlər. == Fəaliyyəti == Bütün idman növlərində çıxış edən Azərbaycan komandalarını və idmançılarını dəstəkləyirlər. Azərbaycanda ilk dəfə olaraq stadionda xoreoqrafik pankartlar açmışlar. Qrupun 400-ü fəal olmaqla min üzvü var ki, onlar Türkiyədən sifariş edilən xüsusi şərf, üzvlük biletləri və barabanlarla təmin ediliblər. Azarkeş qrupunun rəhbər qurucuları Elnur Şərifli və Araz Əliyevin qərarı ilə "Sector 11" öz rəsmi fəaliyyətini 2013-cü ildə dayandırmışdır. == Mükafatları == "Qarabağ" – "Streymur" maçının mütəşəkkil fan klubu.
Natiq Səhrətov
Natiq Zakir oğlu Səhrətov (10 oktyabr 1990-cı ildə Tovuzda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda qapıçı kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Bioqrafiyası == Natiq Səhrətov 1990-cı ildə Tovuz şəhərində keçmiş futbolçu Tural Səhrətovun ailəsində anadan olmuşdur. O, doğma şəhərinun futbol məktəbinin yetirməsidir. == Klub karyerası == Natiq Səhrətov öz peşəkar futbolçu karyerasına 2010-cu ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda start vermişdir. O, klub daxilində № 27 forma ilə çıxış etmişdir. O, Turan klubu ilə Azərbaycan Premyer Liqasında debütünü 12 may 2011-ci ildə Zaqatalanın Simurq klubuna qarşı oyunda etmişdir.