Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sektor11
"Sektor11" və ya "Sector11" azad azarkeş qrupu — Azərbaycanda mütəşəkkil futbol azarkeş qrupu. == Yaranma tarixi == Yaranma tarixi 1 iyul 2010-cu ildən başlayan qrup "Facebook" sosial şəbəkəsində açılan səhifəsi ilə qısa müddətdə tanınmış və fəal azarkeşləri öz ətrafında toplamağı bacarmışdır. Futbol matçları zamanı oyunu Tofiq Bəhramov adına Respublika Stadionunun 11-ci sektorunundan izlədiklərinə görə "Sector 11" adını qəbul etmişlər. == Fəaliyyəti == Bütün idman növlərində çıxış edən Azərbaycan komandalarını və idmançılarını dəstəkləyirlər. Azərbaycanda ilk dəfə olaraq stadionda xoreoqrafik pankartlar açmışlar. Qrupun 400-ü fəal olmaqla min üzvü var ki, onlar Türkiyədən sifariş edilən xüsusi şərf, üzvlük biletləri və barabanlarla təmin ediliblər. Azarkeş qrupunun rəhbər qurucuları Elnur Şərifli və Araz Əliyevin qərarı ilə "Sector 11" öz rəsmi fəaliyyətini 2013-cü ildə dayandırmışdır. == Mükafatları == "Qarabağ" – "Streymur" maçının mütəşəkkil fan klubu.
Sektor
Dairə sektoru - dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə deyilir. Sektorun sahəsi S = пr²a/360⁰-ə bərabərdir. Burada a — qövsün dərəcə ölçüsü , r — radiusdur.
Spektral cihazlar
Spektral cihazlar-müxtəlif uzunluqlu dalğaları yaxşı ayırd edən,spektrin ayrı-ayrı hissələrinin bir-birini örtməsinə imkan verməyən (sanki) cihazlardır.İş prinsipi işığın dispersiya hadisəsinə (prizmalı spektroskoplar) və difraksiyası hadisəsinə(difraksiya qəfəsli spektrometrlər) əsaslanır. Dispersiya hadisəsi-mühitin sındırma əmsalının işığın dalğa uzunluğundan asılı olaraq dəyişməsinə deyilir.Spektr-dispersiya nəticəsindəağ işığın üçüzlü prizmadan keçməsi zamanı yaranan mənzərədir.Spektrdə rənglərin düzülmə ardıcıllığı-qırmızı,narıncı,sarı,yaşıl,mavi,göy və bənövşəyi. Monoxromatik işıq-müəyyən dalğa uzunluguna malik olan işıqdır. Deməli ağ işıq mürəkkəb işıqdır. İnfraqırmızı şüalar-dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olan işıqdır. Ultrabənövşəyi şüalar-dalğa uzunluğu bənövşəyi işığın dalğa uzunluğundan kiçik olan şüalardır. Dispersya hadisəsi birinci dəfə 1606-cı ildə Nyuton tərəfindən müşahidə edilmişdir. Normal dispersiya-dalğa uzunluğu artdıqca sındırma əmsalı azalan dispersyadır. Anomal dispersiya-dalğa uzunluğu artdıqda sındırma əmsalı artan dispersyadır. Spektroqraflar-spektri fotolöhvəyə cəkməyə imkaan verən cihazdır.
Vektorial kəmiyyət
Vektorial kəmiyyət — Fizikada ədədi qiyməti və istiqaməti ilə xarakterizə olunan fiziki kəmiyyətdir. Vektorial kəmiyyətlərin vektorial hasili vektorial, skalyar hasili skalyar kəmiyyətdir. Vektorun modulu – onun ədədi qiymətidir. Vektorial kəmiyyətlərə sürət, təcil, qüvvə, impuls, yerdəyişmə, uzunluq, intensivlik və s. daxildir. Vektorial kəmiyyətlər üzərində ox çəkilmiş hərflərlə işarə edilir. == Mənbə == A.Mehrabov və b. Fizika kursu, Bakı: Maarif, 1982.
Bazar sektoru
Qəza Sektoru
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 1,7 milyon.
Sentral park
Sentral park və ya Mərkəzi park (ing. Central park) — Amerika Birləşmiş Ştatlarının, Nyu York şəhərinin, Manhetten rayonunda yerləşən 341 hektar ərazisi olan çox böyük ümumi bir şəhər parkıdır. İllik orta hesabla 25 milyon ziyarətçisi ilə Mərkəzi Park, Birləşmiş Amerikada ən çox ziyarət edilən şəhər parkıdır. Bir çox film və televiziya şouları bu parkı dünyada ən məşhur şəhər parkı etmişdir və həmçinin Mərkəzi parkda üzmək qanunlara ziddir. Sentral park, Dünyanın ən məşhur şəhər parklarından biridir və Nyu Yorkun simvollarındandır. == Tarixi == Nyu-york şəhərinin Manhetten rayonunda yerləşən xəstəlik saçan və nizamsız sahəyə sahib bir bataqlıq, şəhər xalqının nəfəs ala biləcəyi, zaman keçirə biləcəyi bir sahəyə çevrilməsi tələb olunmuşdur. Bunun üçün 1857-ci ildə Mərkəzi Park komissiyası sahə tənzimləmə müsabiqəsi keçirmişdir. Frederik Lo Olmsted və tərəfdaşı Calvert Vaux bu müsabiqəyə qatılmağa qərar vermişdi. Hazırladıqları layihə 33 layihədən birinci seçilmişdir. Olmsted mühəndis olaraq Sentral Park layihəsinin başına keçmişdir.
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Özəl sektor
Özəl sektor — iqtisadiyyatın fərdlərin və ya şirkətlərin mənfəət əldə etmək üçün sahib olduğu və idarə etdiyi hissəsi. Bu, istehsal, maliyyə, pərakəndə satış və xidmətlər də daxil olmaqla, geniş sənaye sahələrini əhatə edir. Dövlətin sahib olduğu və idarə etdiyi dövlət sektorundan fərqli olaraq, özəl sektor bazar qüvvələri və rəqabət tərəfindən idarə olunur. Özəl sektor iş yerlərinin yaradılmasında, sərvətin formalaşmasında və innovasiyaların idarə edilməsində mühüm rol oynayır. Bununla belə, bu, həm də iqtisadi tənəzzüllər, bazar dəyişkənliyi və tənzimləyici dəyişikliklər kimi çətinliklərə məruz qalır. Özəl sektorun uğuru çox vaxt iqtisadiyyatın sağlamlığının və sabitliyinin əsas göstəricisi kimi qəbul edilir. ABŞ kimi azad sahibkarlığın bərqərar olduğu ölkələrdə özəl sektor daha genişdir və dövlət firmalara daha az məhdudiyyətlər qoyur. ÇXR kimi daha çox hökumət səlahiyyətinə malik ölkələrdə dövlət sektoru iqtisadiyyatın böyük hissəsini təşkil edir.Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2013-cü ildə aparılan bir araşdırmada müəyyən edilmişdir ki, inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 90 faizi özəl sektordadır.
Xəzərin Azərbaycan sektoru
Xəzərin Azərbaycan sektoru — Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan ərazisi. == Tarixi == 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında Xəzərin Azərbaycan sektorunda yerləşən neft yataqlarının birgə işlənməsi barədə sazişin bağlanması bu regiona iqtisadi marağı daha da artırmış, qısa müddət ərzində dünyanın 12 ölkəsindən 20 neft şirkəti burada aparılan işlərə cəlb edilmiş və bu Xəzər dənizinin digər sektorlarında da işlərin canlanmasına səbəb olmuşdur. == Xəzərin Azərbaycan sahilərinin morfodinamikası == Xəzər dənizinin Azərbaycan sahillərinin geomorfoloji quruluşu öz müxtəlifliyi ilə xarakterizə olunur, belə ki geoloji quruluş, tektonik rejim və hidrometeoroloji şəraitdən aslıdır və sahillərin formalaşmasında mühim rol oynayır. Görkəmli alimlər O.K.Leontyev və A.S.Xəlilov Xəzər dənizinin qərb sahillərini üç əsas əraziyə bölür: Qərb sahilləri Terek çayı mənsəbindən Sumqayıt çayına qədər. Abşeron ərazisi Sumqayıt çayından Buta burnuna qədər. Cənubi-Qərb ərazisinin cənub hissələrinə qədər.Qərb sahilləri abrazion akkumlyativ, alçaq dağlıq relyefə malik olub, dənizdən ensiz sahə ilə ayrılır. Abşeron ərazisinin sahil zonası Xəzər dənizi sahillərinin, ən mürəkkəb quruluşa malik olanıdır. Abşeron zonası N.N.Mehdiyev tərəfindən dörd yarımrayona ayrılır bunlar: Şimali Abşeron Şimali Şərq Şah Dili Cənubi Abşeron yarımrayonu.Bu rayonlar sahillərin müasir inkişaf şəraitinə görə bir-birindən fərqlənirlər və köklü süxurlardan təşkil olunmuş akkumlyativ buxtaların abrazion burunlarla növbələşməsi ilə xarakterizə olunur. Şimali-Şərq rayonu Amburan burnundan Girdan burnuna qədər olan sahil zonasını əhatə edir. Şah Dili rayonu Abşeron yarımadasının Cənubi-Şərq qurtaracağında yerləşir və düz akkumlyativ sahilə malikdir.
İqtisadiyyatın ikinci sektoru
İqtisadiyyatın ikinci sektoru – sektoru istehsal sənayesini əhatə edən iqtisadiyyatın üç sektorlu modelində. Hazır, istifadəyə yararlı məhsullar istehsal edən və ya tikinti ilə məşğul olan sənaye sahələrini əhatə edir. İkinci sektor adətən ilkin sektor məhsullarını (yəni xammal) götürür və digər müəssisələr tərəfindən istifadəyə, ixraca və ya daxili istehlakçılara satışa (üçüncü sektor vasitəsilə paylamaq yolu ilə) uyğun hazır məhsullar yaradır. Bu sənayelərin çoxu böyük miqdarda enerji istehlak edir və fabrik və avadanlıq tələb edir; sayından asılı olaraq çox vaxt yüngül və ya şiddətli olaraq təsnif edilirlər. Onlar həmçinin ekoloji problemlərə səbəb ola biləcək və ya çirklənməyə səbəb ola biləcək tullantı və tullantı istilik yaradır (Mənfi xarici təsirlərə baxın). Nümunələrə tekstil, avtomobil və əl işləri daxildir. == İstinadlar == == Ədəbiyyat == Fisher, Allan GB. Production, primary, secondary and tertiary.
Sektor (Mortal Kombat)
Sektor (ing. Sektor) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Proqramlaşdırılmış robotlardan biridir. Bleyz üzərində qələbə qazandıqdan sonra Sayraks və Smouk adlı proqramlaşdırılmış robotların gücünü qazanır.
Sektor Qaza(qrup)
Sektor Qaza (rus.; Сектор Газа) — 1987-ci ildə Voronej şəhərində yaradılmış, SSRİ və Rusiyanı təmsil edən rok qrupu. Qrupun yaradıcısı Yura Hoy ləqəbiylə tanınan Yuri Klinskidir. Qrup 2000-ci ilə kimi fəaliyyət göstərib. 9 iyun 1988-ci ildə Voronej şəhərinin rok zalında qrupun ilk konserti baş tutub. == Tarixi == Sektor Qaza qrupu 5 dekabr 1987-ci ildə Voronejdə, "Yuri Hoy" ləqəbi ilə tanınan Yuri Klinski tərəfindən qurulub. Yuri Hoyun qrupu yaratdığı rok zalı, Voronejdə zavodların yaxınlığında yerləşdiyi üçun zalın ətrafı tüstu və duman ilə əhatəli olurmuş. Bu cür ətraf mühit, Yuri Klinskiyə tez tez partlayışların olduğu İsrailin Qəzzə zolağını xatırladır. Buna görədə yeni yaradılan qrupa Sektor Qaza adı verilir.Sektor Qazanın qrup şəklində ilk çıxışı 9 iyun 1988-ci ildə yerli rok klubunda baş tutur, lakin qrupun rəsmi qurulduğu tarix Yuri Klinskinin ilk solo konsert verdiyi 5 dekabr 1987-ci il tarixindən hesablanır.1990-cı ildə qrupun ilk studiya albomları olan Zloveşie Mertvetsı (rus: Зловещие Мертвецы) və Yadryona Voş (rus: Ядрёна Вошь) albomları çıxır. Klinski albom yazılacaq studiyanın icarə pulunu vermək üçun motosiklini satır.1991-ci ildə Sektor Qaza SSRİ Mərkəzi Televiziyasında 50x50 və Programma A proqramlarında çıxış edərək televiziyada debüt edir. Bu debüt qrupu məşhurlaşdırır.
Sektor Qaza (qrup)

Çoxparametrli spektral nəzəriyyə haqqında mühazirələr
Prof. Hamlet İsaxanlının (Hamlet İsayevin) 1985-ci ildə Kanadada, Kalqari Universitetinin Riyaziyyat və Statistika departmentində oxuduğu mühazirələrin mətnindən ibarət ingiliscə kitab. The University of Calgary. Lectures on Multiparameter Spectral Theory of Orerators. Hamlet Isayev. Department of Mathematics and Statistics, 1985. == Məzmun == Preface Lecture 1. Tensor determinantal maps, matrix operators and the separating system of operators associated with multi-parameter spectral problems. Lecture 2. Tensor determinantal maps of self-adjoint operators.
Sektor 11 azad azarkeş qrupu