REKTOR

I. i. rector, head of a university; (qadın) rectress, rectoress; (İngiltərədə) chancellor; Şotlandiya Universitetinin ~u Lord rector

II. s. rectoral; ~ seçkisi rectoral election; ~ vəzifəsi rectoral duty

REKTİFİKASİYA
REKTORLUQ
OBASTAN VİKİ
Rektor
Rektor (lat. rector — idarə edən, rəhbər) — ali məktəbin rəhbəri. Dirçəliş dövründə çoxsinifli məkəblərin baş müəllimləri və müdirləri rektor adlanırdı. Fransada tədris dairəsinin ("Akademiya") rəhbəri də rektor adlanır.
Ceyhun Məmmədov (rektor)
Ceyhun Valeh oğlu Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı (2020-ci ildən), ilahiyyat üzrə fəlsəfə doktoru. == Həyatı == Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü illərdə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
Elmar Qasımov (rektor)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Elxan Hüseynov (rektor)
Elxan Bahadur oğlu Hüseynov (1 yanvar 1948, Kirovabad) — Sumqayıt Dövlət Universitetinin rektoru (2014-2023)), Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor. == Həyatı == Elxan Bahadur oğlu Hüseynov 1 yanvar 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə Gəncə şəhəri 18 nömrəli tam orta məktəbi bitirmişdir. 1966–1967-ci illərdə Azərbaycan dəmir yolu Gəncə şəhəri Vaqon deposunda defektoskopist vəzifəsində çalışmışdır. 1967–1970-ci illərdə Yüngül Sənaye Nazirliyinin Elmi-Tədqiqat laboratoriyasında laborant, 1970–1971-ci illərdə Azərbaycan LKGİ Oktyabr rayon komitəsində təlimatçı, 1971–1973-cü illərdə Azərbaycan Dövlət Universitetində Komsomol komitəsi katibinin müavini vəzifələrində çalışmışdır. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir[2]. 1973–1974-cü illərdə ordu sıralarında xidmət keçmiş, 1974–1978-ci illərdə Yerli Sənaye Texnologiya texnikumunda komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Bakı şəhər komitəsində təlimatçı, Azərbaycan KP Oktyabr Rayon Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1978–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Partiya Komitəsi Katibinin müavini olmuş, 1991–1995-ci illərdə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1995–1999-cu illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999–2002-ci illərdə BDU-nun birinci prorektoru-tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır. 2002–2010-cu illərdə Azərbaycan Respublikasından kənarda diplomatik fəaliyyətdə olmuşdur.
Fuad Hacıyev (rektor)
Fuad Hacıyev (tam adı: Fuad Hacı oğlu Hacıyev; 27 yanvar 1962, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru. == Həyatı == 27 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirib. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirib və “Mühəndis-texnoloq” ixtisasına yiyələnib. 1994-cü ildə ali siyasi təhsil alıb – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirib və “politoloq” ixtisasına yiyələnib. İdmanla məşğul olduğu müddətdə karate üzrə yaşıl kəmərə layiq görülüb. Karate üzrə SSRİ-nin mükafatçısı olub. Sərbəst güləş üzrə bir sıra uğurlar qazanıb. == Karyerası == Ali təhsilini başa çatdırdıqdan sonra istehsalatda mühəndis-texnoloq işləyib, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə işləyib. 90-cı illərdə kommersiya ve sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Fuad Ələsgərov (rektor)
Fuad Ələsgərov (Fuad Nəsrullah oğlu Ələsgərov) — 1989–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor. == Həyatı == 1989–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur. 1979–84-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan olmuşdur. 7 iyul 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Maqsud Məmmədov (rektor)
Maqsud Məmməd oğlu Məmmədov (dekabr 1897, İrəvan – 5 yanvar 1938, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq maarifi komissarı, repressiya qurbanı. == Həyatı == Maqsud Məmmədov 1897-ci ildə İrəvan şəhərində kəndli ailəsində dünyaya göz açıb. İrəvan gimnaziyasında oxuyub. Əmək fəaliyyətinə 1915-ci ildə doğulduğu şəhərdə müəllim kimi başlamışdır. 1920-ci ildən 1923-cü ilədək Bakı Şəhər Xalq Ərzaq Komissarlığı İdarəsinin rəisi vəzifəsində işləmişdir. 1925–1927-ci illərdə Naxçıvan MSSR Fövqəladə Xalq Maliyyə Komissarlığında çalışmış, 1929–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olmuşdur. 1931-ci ildə Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır. Elə həmin ildə Azərbaycan K(b)P MK-nın katibi təyin edilən Maqsud Məmmədov 1933-cü ilə kimi bu vəzifədə çalışmışdır. Maqsud Məmmədov 1933–1934-cü illərdə Azərbaycan Partiya Tarixi İnstitutunun direktoru olmuşdur. Partiya işində zəngin təcrübəsini nəzərə alaraq yenidən Azərbaycan K(b)P Mərkəzi Komitəsində işləməyə dəvət etmişlər.
Tofiq Əliyev (rektor)
Tofiq Məmməd oğlu Əliyev (1 iyul 1928, Gəncə – 6 noyabr 1993, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru (1967), professor (1969), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1989), hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru (1988–1993), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), iki dəfə SSRİ Dövlət mükafatı (1969, 1983) və Azərbaycan SSR Dövlət mükafatı (1974) laureatı. Tofiq Məmməd oğlu Əliyev 1928-ci il iyun ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. 1945-ci ildə Gəncə şəhərində 4 saylı orta məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuşdur. 1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək mühəndis elektrik ixtisasına yiyələnmişdir. 1967-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə etmişdir. Tofiq Məmməd oğlu Əliyev 1993-cü ildə vəfat etmişdir. Tofiq Məmməd oğlu Əliyev 1988-ci ilin iyun ayından etibarən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işlər üzrə prorektor vəzifəsinə, həmin ilin dekabrından isə rektor vəzifəsinə təyin edilmiş və 1993-cü ilə kimi bu vəzifədə çalışmışdır. Tofiq Məmməd oğlu Əliyev 227 elmi məqalənin, 213 ixtiranın, 40-a yaxın monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun rəhbərliyi altında 5 elmlər doktoru, 38 elmlər namizədi hazırlanmışdır. Tofiq Məmməd oğlu Əliyev Azərbaycan "Cihazsənaye" Elmi-Texniki Cəmiyyətinin sədri, Sumqayıt şəhər Xalq Deputatları Şurasının deputatı seçilmişdir.
Yadigar Əliyev (rektor)
Çingiz Əliyev (rektor)
[mənbə göstərin] Çingiz Əliyev (tam adı: Çingiz Mansur oğlu Əliyev; v. 7 yanvar 2019) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru (24 iyul 2015-7 yanvar 2019). Əliyev Çingiz Mansur oğlu 5 yanvar 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Leninqrad Su Nəqliyyatı İnstitutunu gəmi mühəndisliyi ixtisası üzrə bitirmişdir. 1987–93-cü illərdə "Xəzərdənizneftdonanma" idarəsində kapitan köməkçisi vəzifəsindən kapitan rütbəsinə kimi yüksəlmiş, 1993–96-cı illərdə "Xəzərdənizneftdonanma" idarəsində dənizdə təhlükəsiz üzmə xidməti üzrə rəis müavini, 1996–2006-cı illərdə British Petroleum şirkətində dəniz işləri üzrə rəis , 2006–13-cü illərdə "Caspian Marine Services" LTD şirkətində direktor. 2013-cü ilin dekabr ayından Azərbaycan Dövlət Dəniz Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır. 2014-cü ilin iyul ayından 2015-ci ilin iyul ayınadək isə tədris və tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışmışdır. Həmçinin "Naviqasiya" kafedrasının dosenti kimi fəaliyyət göstərib. "Caspian Marine Services" LTD şirkətində işlədiyi dövrdə o, gəmilərdə istifadə olunan baş və köməkçi mühərriklərdə silindr oymaqlarının sıradan çıxması səbəblərini araşdırmış və dərin elmi tədqiqatlar aparmış. "Silindr oymaqlarının xarici səthinə məsaməli örtük çəkməklə dizel mühərriklərinin uzunömürlülüyünün artırılması" mövzusunda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
İbrahim Cəfərov (rektor)
İbrahim Cəfərov (tam adı: İbrahim Həsən oğlu Cəfərov; 20 yanvar 1956, Düdəngə, Noraşen rayonu) — Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru (25 iyul 2013 – 06 sentyabr 2022). Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub. 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980–1985-ci illərdə həmin institutda tələbə olub, "Bitki mühafizəsi" fakültəsini bitirib. 1985–1988-ci illərdə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub. 13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib. 1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.
İsmayıl Əliyev (rektor)
Əliyev İsmayıl İsrafil oğlu (1950, Naxçıvan rayonu) — pedaqogika elmləri doktoru, professor, "Naxçıvan" Universitetinin rektoru (1999–2019), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. İsmayıl Əliyev 1950-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1957-ci ildə Naxçıvan şəhər 1 №-li orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1967-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmiş, 1968-ci ilin sentyabr ayınadək həmin məktəbdə laborant vəzifəsində işləmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Filialının dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1972–1973-cü illlərdə 32 №-li Texniki-peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1973-cü ilin mart ayından Naxçıvan Dövlət Pedaqoji İnstitutu (indiki Naxçıvan Dövlət Universiteti) pedaqogika kafedrasında əvvəlcə pedaqoji təcrübə üzrə inspektor, sonradan assistent, müəllim, baş müəllim, dosent, kafedra müdiri, tarix-filologiya fakültə dekanının müavini vəzifəsində işləmişdir. 1988-ci ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 2002-ci ildə ABŞ Bioqrafiya İnstitutu tərəfindən ilin adamı seçilmişdir. 2005-ci ildən Naxçıvan Dövlət Universiteti pedaqogika və psixologiya kafedrasının professorudur. "Naxçıvan" Universitetinin ilk rektoru olmuşdur.
Şahin Bayramov (rektor)
Şahin Vaqif oğlu Bayramov (4 iyul 1979, Mingəçevir) — iqtisad üzrə fəlsəfə doktoru, Qarabağ Universitetinin rektoru. Mingəçevir Dövlət Universitetinin sabiq rektoru. Şahin Bayramov 1979-cu il 4 iyul tarixində Mingəçevir şəhərində anadan olub. 2012-ci ildə "Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri" mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2015-ci ilin sonunda ABŞ-nin Nyu York şəhərində "İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı"nda (Advanced Executive Leadership Program) iştirak edib. Üç gün davam edən intensiv seminarlarda liderlik keyfiyyətləri, vizion, missiya və məqsədlərin müəyyən edilməsi, strateji qərarların qəbulu, heyətin və risklərin idarə olunması, kommunikasiya və danışıqlar aparılması bacarıqları, böhran şəraitində idarəetmə və digər mövzularda praktiki təlimlər keçirilib. Tədbirə Avropa kontinentindən qoşulan yeganə nümayəndə Ş. Bayramov Seminarda aktiv iştirak edib. 2016-cı ilin fevralında ABŞ-nin Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında (International Universities Networking Conference – IUNC North America 2016) iştirak edib. Tədbir çərçivəsində ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və UNEC-ə xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub.
Şamil Əliyev (rektor)
Şamil Əliyev (1912, Şuşa – 1969, Bakı) — Bakı Dövlət Universitetinin rektoru (1941–1944). Şamil Əliyev 1912-ci ilin dekabrında Şuşada anadan olub. Əvvəlcə Şuşa şəhərindəki birinci dərəcəli məktəbdə oxuyub, sonra təhsilini Müəllimlər Seminariyasında davam etdirib. Ali təhsil almaq məqsədilə Bakıya gələn Şamil Əliyev 1928–1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix və eyni vaxtda şərqşünaslıq fakültələrində oxuyub. İnstitutu bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumuna müəllim kimi göndərilən Şamil Əliyev bir neçə il burada fəaliyyət göstərib. Elmə olan marağı onu yenidən paytaxta gətirib. Aspiranturada təhsil alan Şamil Əliyev 1936-cı ildə İpəkçilik üzrə namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb. Akademik Fuad Qasımzadə yazırdı: 1939-cu ildə Azərbaycan hökumətinin qərarı ilə Şamil Əliyev Moskvaya partiya məktəbində oxumağa göndərilib. 1941-ci ildə həmin məktəbi bitirən Şamil Əliyev bir müddət Ümumittifaq Radio Komitəsində Yaxın və Orta Şərq ölkələri üçün verilişlər şöbəsinə başçılıq edib. Hərtərəfli və geniş biliyə malik Şamil Əliyevin əsas tədqiqat sahəsi siyasi iqtisad olsa da, onun başqa elmlərə də marağı var idi.
Borley Rektorluğu
Borley Rektorluğu - Şərqi İngiltərənin Esseks əyalətinin Borley şəhərində yerləşən və İngiltərənin ən lənətlənmiş evi kimi təsvir edilmiş məşhur ev. 1862-ci ildə Borley kilsəsinin inzibati binası kimi tikilmiş və 1939-cu ildə baş vermiş yanğından sonra 1944-cü ildə sökülmüşdür. Qotik üslublu binanın tikildiyi gündən etibarən lənətləndiyi iddia edilmişdir. 1929-cu ildə Daily Mirror qəzetində sözügedən binada paranormal fəaliyyətlərin baş verməsi ilə bağlı xəbərlər dərc edilmişdir. Harri Pris adlı parapsixoloq Borley rektorluğu binasının ingiltərədə məşhurlaşmasında xüsusi xidmətləri olmuşdur.

Значение слова в других словарях