Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selesten Buqle
Selesten Buqle (1.6.1870, Kot-dü-Nor dep-ti, Sen-Briyo – 25.1.1940, Paris) — fransız sosioloqu, Fransız sosioloji məktəbinin nümayəndəsi. == Həyatı == 1893-cü ildə Ali Normal Məktəbi bitirmişdir. Tuluza universitetində (1900–1907-ci illər ) və Sorbonnada (1908-ci ildən professor) dərs demiş, Sosial Sənədləşdirmə Mərkəzinin direktoru (1920-ci ildən), Ali Normal Məktəbin direktoru (1935-ci ildən) olmuşdur. E. Dürkheymin davamçısı olan, həmçinin G. Zimmelin ideyalarından bəhrələnən Buqle sonuncunun təsiri ilə sosiologiyanın vəzifəsini sosial formaların, onların səbəb və nəticələrinin öyrənilməsində görürdü. == Fəaliyyəti == Buqle sosiologiyada biologizmi tənqid etmiş, Qərb cəmiyyətlərində bərabərlik ideyalarının yayılmasının sosial amillərini araşdırmışdır (“Bərabərlik ideyaları”, 1899).Buqlenin Hindistanda kasta sisteminin sosioloji təhlilinə həsr olunmuş “Kasta rejiminə dair oçerklər” (1908) kitabı klassik əsərə çevrilmiş və bu sahədə aparılan sonrakı tədqiqatlara (L. Dümon və b.) əhəmiyyətli təsir göstərmişdir. Üçüncü respublika ideologiyasının mühüm elementi olan həmrəylik ideyalarının Fransa cəmiyyətində formalaşmasında Buqlenin də xidməti vardır.
Seleste Bissardella
Seleste Bissardella (d. 17 oktyabr 1988; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Seleste Bissardella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.