Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Speleologiya
Spleologiya (yun. spelation –mağara, logos – elm, təlim) — mağaralar haqqında elmin kompleks biliklər sahəsi olub, mağaraların mənşəyini, morfologiyası, mikroiqlimi, oradakı çayları, gölləri, floranı, faunanı, ölmüş heyvanların izlərini, vaxtilə mağaralarda uzun müddət yaşayan insanların maddi mədəniyyətini, divar rəsmlərini, heykəltaraşlıq təsvirlərini, həmçinin Yer altında yaşayan insanların bioloji və fizioloji problemlərini öyrənir. Fiziki coğrafiyanın bir şöbəsi olan Speleologiya həmçinin, mağaraların coğrafi yayılması və istifadə edilməsi məsələləri ilə yaxından məşğul olur.
Teleologiya
Teleologiya (lOH.talos — nəticə, məqsəd və …logiya) məqsəd və məqsədəuyğunluq doktrinasıdır. Bu təlim məqsədləri (məqsədə uyğunluğu və ya məqsədə yönəldilmə qabiliyyətini) Tanrı tərəfindən müəyyən edilən (H. Volf) və ya təbiətin daxili səbəbləri hesab edilən (Aristotel, Q. Leybnits) təbiət hadisə və proseslərinə aid edir. Teleoloji anlayışlar arasındakı fərqlərdən asılı olmayaraq, onların hamısı təbiətdə və cəmiyyətdə baş verən prosesləri antropomorfizm ruhunda dərk etmək, yəni onların insan fəaliyyəti kimi əvvəlcədən müəyyən edilmiş hansısa məqsədə uyğun olduğunu təsəvvür etməklə xarakterizə olunur.