Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Semiria
Semiria (lat. Semiria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Semiria viscosa
Semiria (lat. Semiria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Semidi adaları
Semidi adaları (ing. Semidi Islands) — Kadyak arxipelaqına daxil olan 9 adadan ibarət qrup. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kodyak Aylend borosuna aiddir. Kodyak adasından cənub-qərbində, Alyaska yarımadasının sahilləri ilə Çirikov adası arasında yerləşir. Qrupun ən böyük adaları Aqxiyok və Çovietdir. Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir. Adaların ümumi sahəsi 30,17 km²-dir. Daimi əhali yoxdur.
Semiçi adaları
Semiçi adaları (ing. Semichi Islands, aleut. Самиян) — Aleut adaları qrupuna daxil olan adalar qrupu. == Coğrafiya == Bütün adalar vulkan mənşəllidir. Bitki örtüyü olduqca kasıbdır. Sahillərini Sakit okean və Berinq dənizinin suları yuyur. Qrupa 3 əsas: Alaid, Nizki, Simiya və 2 kiçik ada daxildir: Hammerhed və Lotus. Adalar Attu adasından cənub-şərqdə, Aqattu adasından isə şimal-şərqdə yerləşir. Qrupun maksimal hündürlüyü 204 metrdir (Alaid a.). adalar qırmızısifət qarabatdaq və bozqanad qağayıların əsas yuvalama ərazisidir.
Mark Smiti
Mark Smiti (1 mart 1973) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mark Smiti Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Mark Smiti Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Semit-hamit dil ailəsi
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.
Mariya Şestiç
Mariya Şestiç (d. 5 may 1987, Banyaluka) — Bosniyalı musiqiçi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı təmsil edib.
Şemiyi (Alye)
Şemiyi (fr. Chemilly) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03073. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 637 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 430 nəfər (15-64 yaş arasında) 325 nəfər iqtisadi cəhətdən, 105 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.2%). Fəal olan 325 nəfərdən 313 nəfər (155 kişi və 158 qadın), 12 nəfər işsiz (4 kişi və 8 qadın) idi.
Məcid Səmii
Məcid Səmii (19 iyun 1937, Tehran) — Neyrocərrah, iranli tibbi alimi. Almaniyada yaşayır Məcid Səmii Tehranda anadan olmuşdur. Ailəsi Tehrandan Rəştə gedərək Telefon Evi məhəlləsində (Bahr əl-Ulum) yerləşdikdən sonra, ilk təhsilini bu şəhərdə və orta təhsilini Rəştdə Şahpur Liseyində tamamladı.
Qoyko Mitiç
Qoyko Mitiç (serb. Гојко Митић, doğ.1940) — serb əsilli yuqoslav kinoaktyoru, rejissoru və kaskadyoru. == Həyatı == Qoyko Mitiç 13 iyun 1940-cı ildə Serbiyanın Leskovats şəhəri yaxınlığındakı Stroykovts kəndində kəndli ailəsində anadan olub. Belqrad Bədən Tərbiyəsi institutunu bitirib.
Səmti müəyyənetmə
Səmti müəyyənetmə və ya Orientirinq (ing. Orienteering) — xəritə və kompasdan istifadə edərək nabələd ərazidə verilmiş məntəqələri sürətlə tapmaq üçün naviqasiya bacarığı tələb edən idman növüdür. Yarış zamanı iştirakçılara taparaq qeyd olacaqları nəzarət məntəqələrinin göstərildiyi xüsusi topoqrafik xəritə olan idman xəritəsi verilir. Əsası hərbi təlim olan bu idman növünün müxtəlif seksiyaları vardır. Bunlardan ən qədimi və daha çox məşhur olanı qaçış (ayaq) orientirinqidir. Bu səbəbdən səmti müəyyənetmə dedikdə qaçış orientirinqi başa düşülür. Bununla belə, zaman çərçivəsində xəritədən istifadə edərək istiqaməttapma tələb edən idman növləri orientirinq idman növlərinə daxildir. Orientirinq bir sıra dünya idman proqramlarına, o cümlədən Dünya Oyunları və Dünya Polis və Yanğın Oyunları sıralarına daxil edilmişdir. == Orienterinq idman növləri == Orientirinq özündə naviqasiya bacarıqları tələb edən bir sıra idman növlərini birləşdirir. Hər birinin özünəməxsus qayda və qanunları olan idmanlarda xüsusi məntiq və trayektoriya seçim bacarığı tələb edilir.
Vladislav İlliç-Svitıç
Vladislav Markoviç İlliç-Svitıç (rus. Владисла́в Ма́ркович И́ллич-Сви́тыч, 12 sentyabr 1934, Kiyev — 22 avqust 1966, Obraztsova kəndi, Moskva vilayəti) —Sovet dilçisi. == Həyatı == == Yaradıcılığı == XIX əsrin əvvəllərindən başlayan müqayisəli-tarixi metod əsasında yaranmış zəngin elmi mənbələr XX əsrin 60-cı illərində Sovet alimi V.M.İlliç-Svitıça daha əsaslı araşdırmalar aparmağa imkan vermişdir. O, 1966-cı ildə "Opıt sravneniə nostratiçeskix əzıkov (semitoxamitskiy, kartvelğskiy, indoevropeyskiy, uralğskiy, dravidiyskiy, altayskiy)" adlı qiymətli əsərini hazırlamış, əsər müəllifin vəfatından bir neçə il sonra - 1971-ci ildə çap olunmuşdur. Ensiklopedik lüğətdəki:"Nostratik dillərin qohumluğu fərziyyəsini Daniya alimi X.Pedersen irəli sürmüş, Sovet alimi V.M.İlliç-Svitıçın işləri onun elmi cəhətdən əsaslı olduğunu sübut etmişdir". - sözləri nostratik nəzəriyyənin doğruluğunu təsdiq etməklə yanaşı, bu sahədə V.M.İlliç-Svitıçın böyük xidmətlərini də göstərir. V.M.İlliç-Svitıç qeyd edilən dil ailələrində işlənən 245 sözün etimoloji təhlilini vermiş, ulu dildən gələn həmin sözlərin dil ailələrindəki arxetiplərini dəqiqləşdirib müqayisələr aparmaq istiqamətində xeyli iş görmüşdür. Ciddi fonetik araşdırmalar aparmış, dil ailələri arasındakı səs uyğunluqlarını müəyyənləşdirmək əsasında sözlərin eyni mənşədən törədiyini əks etdirən zəngin faktlar toplamışdır. Qeyd edilən altı dil ailəsi üzrə əvəzliklərin və əvəzliklərdən törəmiş şəxs şəkilçilərinin geniş cədvəlini vermişdir. Lüğət məqalələri alimin hər bir dil ailəsinə necə həssaslıqla yanaşdığını aydın göstərir.
Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası — Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı üçün 2011-ci ildə yaradılmış qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşən idman federasiyası, 2012-ci ildən etibarən respublika üzrə keçirilən səmti müəyyənetmə çempionatlarının əsas təşkilatçısı, beynəlxalq yarışların isə Azərbaycan üzrə ilk və tək iştirakçısıdır. Federasiyaya hazırda Mirəli Kazımov rəhbərlik edir. == Tarixi == Əsası Finlandiyada qoyulan və 1977-ci ildən bəri Beynəlxalq Olimpiya Kommitəsi tərəfindən tanınan orienterinq, Azərbaycanda əsasən səmti müəyyənetmə adı ilə bilinir. Sözügedən idman növünün ölkədə inkişafı və geniş vüsət alması 1960-ci illərə təsadüf edir. Belə ki, 1963-cü ildə SSRİ-də keçirilən çempionatda azərbaycanlı atletlər də iştirak etmişdir. Müstəqillik dönəmində ilk ölkə çempionatı 1995-ci ildə keçirimişdir. 2011-ci ildə isə Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı, o cümlədən bu idman sahəsinə dair fəaliyyətlərin yerli və beynəlxalq miqyasda koordinasiyası məqsədilə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası (ASMEİF) təsis olunmuşdur.Federasiya fəaliyyətə başladıqdan qısa müddət sonra, 2012-ci ilin oktyabrında Nabranda Azərbaycanda ilk dəfə səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku uğrunda yarış keçirdi. Yarış zamanı, Azərbaycan tarixində ilk dəfə olaraq, müasir kompüter sistemlərinin tətbiqi ilə hər iştirakçının distant elektron qeydiyyatı baş tutmuşdur. == Fəaliyyəti == === Beynəlxalq yarışlarda iştirakı === Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası, Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasının təşkilatçılığı ilə 2013-cü ilin iyulunda Finlandiyada keçirilən səmti müəyyənetmə idman növü üzrə dünya çempionatında iştirakı ilə qlobal miqyasda intensiv fəaliyyətə başladı.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.