Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan SSR Ali Sovetinin II sessiyası (film, 1939)
Azərbaycan SSR Ali Sovetinin II sessiyası qısametrajlı sənədli filmi 1939-cu ildə Azərfilmdə istehsal edilmişdir. Kinolent respublikamızda Azərbaycan SSR Ali Sovetinin II sessiyasının işi və onun qəbul etdiyi qərarlar haqqındadır. == Məzmun == Kinolent respublikamızda Azərbaycan SSR Ali Sovetinin II sessiyasının işi və onun qəbul etdiyi qərarlar haqqındadır. Burada deputatların Azərbaycanda kiril əlifbasına keçidlə əlaqədar çıxışları verilmişdir.
VASXNİL-in avqust sessiyası (1948)
VASXNİL-in 1948-ci il avqust sessiyası (rus. Августовская сессия ВАСХНИЛ 1948 года) — 31 iyul–7 avqust 1948-ci il tarixlərində Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin təsdiqi ilə Trufim Lısenko və onun tərəfdarları tərəfindən təşkil edilən Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) geniş iclası. "Miçurin aqrobiologiyası" ilə klassik genetika arasında qarşıdurmada əsas hadisə hesab edilir. Sessiyada qəbul edilən qərar SSRİ-də biologiya elmlərinin normal inkişafı üçün mənfi nəticələr vermişdir. Klassik genetika diskreditasiya edilmiş, bu tədqiqatlarla məşğul olan alimlər təhsil və elm müəssisələrindən qovulmuş və ya başqa sahələrə köçürülmüşdülər. О положении в биологической науке: Стенографический отчёт сессии Всесоюзной академии сельскохозяйственных наук имени В. И. Ленина, 31 июля — 7 августа 1948 г. (200000 nüs.). М.: ОГИЗ-Сельхозгиз. Ред. коллегия: В. Н. Столетов, А. М. Сиротин, Г. К. Объедков.
Cessika
Cessika — ad. Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Cessika Steffens — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Cessika Muskat — Malta müğənnisi və aktrisası.
Deysiya
Deysiya (lat. Deutzia) — zoğalçiçəklilər sırasının hortenziyakimilər fəsiləsinə aid bitki cinsi.
Hestiya
Hestiya — Yunan mifologiyasında ilahə. Zevsin bacısıdır. Mifologiyada haqqında ən az məlumat olan ilahədir.
Kassiya
Kassiya (lat. Cassia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Messina
Messina — İtaliyanın Siciliya muxtar vilayətində ən böyük üçüncü şəhər. 243.000 əhalisi var.
Resessiya
Resessiya (geologiya) - dənizin quru ilə əvəz olunmadığı hallarda çöküntü top­lanmada fasilə
Rossiya
Rossiya (aviaşirkət) — Rusiyada fəaliyyət göstərən aviaşirkət. "Rossiya" açıq sənədli filmlər festivalı — Rusiyada hər il keçirilən kino festivalı.
Sensasiya
Sensasiya – Latın sözü olub "hiss" mənasını bildirir. Hər hansı hadisənin, məlumatın güclü təəsürat yaratması sensasiya deməkdir. Əsl sensasiya tapmaq jurnalistin böyük arzusudur. Əfsus ki, sensasiya qovğasında yalan məlumatlar da olur. Sensasiyalı məlumatlar "utka" termini adı altında tanınır. Termin qısaldılmış NT (latınca non testatur – yəni "yoxlanılmayıb" mənasını bildirir). Ən məşhur jurnalistika "utka"larından biri haqda bir vaxt Rusiyanın "Elm və həyat" jurnalında yazılmışdır. 1835-ci ildə "Nyu York San" qəzeti astronom C. Qerşelin güya ay planetinin sakinlərini gördüyü yazılmışdı. Qəzet uzun müddət öz oxucularına "özgə planetlər" haqda danışırdı. Çoxları bu "utka"ya inanmışdılar.
Serbiya
Serbiya (serb. Србија / Srbija) ya da Serbstan, rəsmi adı Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü.
Spetsiya
Spetsiya (it. La Spezia) — İtaliyanın Liquriya regionunda şəhər.
Versiya
Versiya (lat. versio — dəyişiklik) — hansısa faktın müxtəlif izahı. Versiya — cinayət işinin baxılmasında müstəntiqin və məhkəmənin düzgün qərar üçün təxmin etdiyi mülahizə. Versiya — 1)rəvayət, şayiə; 2)xəbər; 3)eyni hadisənin və ya faktın başqa variantda (bir-birindən fərqli), bir neçə cür ifadə və izah edilməsi; 4)müəyyən proqramlaşdırma dilinin hazırlanan və yayılan növbəti variantı; 5)ehtiyatların paylanması sisteminin əvvəllər alınmış ehtiyata (məsələn, yaddaş bloku, rabitə xətti və s.) qaytarılması; 6)proqram məhsulunun redaksiyası. Adətən, ədədlərlə ifadə olunur, məsələn 2.0 onu bildirir ki, bu, proqramın ilk buraxılışının ikinci redaksiyasıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sesessiya
Sesessiya (lat. secessio secedo - “gedirəm”), ayrılma — dövlətdən (adətən federativ) onun hər hansı bir hissəsinin (adətən federasiya subyektinin) ayrılması. Həmçinin "separatizm" də adlanır. Bu mənada termin Amerika istiqlal müharibəsi zamanı meydana gəlmişdi. Sesessiya termini latınca cedo felindən gəlir, müəyyən bir hərəkət, yerdəyişmə (hərfi və məcazi mənada) deməkdir. Sonradan, cedo sözünün mənası hüquqların ötürülməsi, yenidən tabeçilik və təyinat (yəni bir şey verməyə yönəlmiş hərəkət) kimi anlayışlarla da tamamlandı. Cedo felindən cessio (tapşırıq, cession) və retrocessio (əks hərəkət) isimləri əmələ gəlmişdir. Cedo felinə se-(ayırmaq) prefiksini əlavə etməklə ayırmaq, qopmaq (yəni ayırmağa yönəlmiş hərəkət) mənasında olan secedo feli, ondan isə secessio (ayrılmaq) isimi əmələ gəlmişdir. Bu əsasda hər üç ingilis termini: cession, retrocession və secession hüquqi və tarixən bir-biri ilə bağlıdır. Sesessiyanın iki əsas nəzəriyyəsi var: hər hansı bir səbəbdən ayrılmanın ümumi qanunu (Seçim nəzəriyyəsi) və kobud ədalətsizliyi düzəltmək üçün ayrılma (Just Cause Theory).
Seliya
Seliya (latış. Sēlija‎; lit. Sėla) və ya Auqşzeme (lit. Augšzeme) — Latviyanın mədəni diyarı. O, Zemqale diyarının tərkibi hissəsi sayılır. Seliya adı bu torpaqlarda yaşamış sellar xalqından gəlir. Seliya Latviyanın cənub-şərqi hissəsində, Dauqava çayının sol sahilində yerləşir (sağ qolunda isə Vidzeme və Latqale yerləşir). Qərbində o, Zemqaledən Taurkalne meşə massivi ilə ayırılır, şərqdə isə Belarusnan yanında olan Karslava şəhərinə qədər uzanır. Onun cənubunda isə Litvadır.
Sepiya
Sepiya — Yumşaqbədənlilər tipinin başayaqlılar sinfinə daxil olub, onurğasız heyvanlar içərisində daha yüksək inkişaf etmiş formalardandır. Sepiyanın bədəni bir-birindən aydın şəkildə seçilən iki hissədən-baş və gövdədən ibaraətdir. Sepiya bütün başıayaqlılarda olduğu kimi bir çox ələmətlərinə görə başqa yumşaqbədənlilərdən nəzərə çarpacaq dərəcədə fəqlənir. Sepiyanın baş hissəsi dördbucaqlı formadadır və ön hissəsində ağız dəliyi yerləşmişdir. Ağızın ətrafında 10 ədəd hiss orqanları və ya qollar vardır. Onlardan 8 ədədi nisbətən qısa, 2 ədədi isə uzundur. Qısa hiss orqanlarının içəri tərəfi çoxlu miqdarda dairəşəkili sormaclarla təchiz olunmuşdur. Sormaclar uzununa istiqamətdə bir neçə cərgədə düzülmüşdür və güclü əzələri vardır. Bu sormaclar vasitəsilə sepiya lazimi yerdən yapışa bilir. Qalan iki hiss orqanları kifayət qədər uzundur və şikarın tutulmasına xidmət edir.
Sessi
Sessi (fr. Cessy) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01071. Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 115 km şərqdə və Burk-an-Bres şəhərindən 70 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 3992 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 2739 nəfər arasında (15-64 yaş arasında) 2215 nəfər iqtisadi fəal, 524 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.9%, 1999-cu ildə 75.1%). Fəaliyyət göstərən 2215 sakindən 2056 nəfəri (1080 kişi və 976 qadın), 159 nəfəri işsizdir (77 kişi və 82 qadın).
Ensizyarpaq kassiya
Epidendrum sessile
Bulbophyllum clandestinum (lat. Bulbophyllum clandestinum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum clandestinum növü Banqladeşdən Sakit okeannın qərb hissəsinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum bolovenense Guillaumin Bulbophyllum myrianthum Schltr. Bulbophyllum ovalifolium (Wight) E.C.Parish [Illegitimate] Bulbophyllum profusum Ames Bulbophyllum sessile (Kuntze) J.J.Sm. Bulbophyllum sparsifolium Schltr. Bulbophyllum teysmannii J.J.Sm. Bulbophyllum trisetosum Griff. Bulbophyllum volkensii Schltr.
Hamar deysiya
Hamar deysiya (lat. Deutzia glabrata) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərq, Çin, Koreyada yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir.
Jessica May
Cessika Mey (5 dekabr 1993, Paranasiti[d], Parana ştatı) — Braziliya əsilli Türk televiziya aktrisası.
Jessica Seinfeld
Cesika Senfild (doğum adı Nina Daniel Sklar; 12 sentyabr, 1971) ABŞ-lı yazıçı və xeyriyyəçi. O ərzaqların hazırlanması ilə bağlı iki bitik nəşr etdirib, Uşaq Arabası(Baby Buggy)nın və Nyu-Yorkdakı ehtiyaclı ailələrə yardım fondunun yaradıcısıdır. Gülüş oyunçusu Cerri Senfild ilə evlidir. == Keçmiş həyatı == Senfild Nyu-York ştatı, Oster Beydə doğulub,üç qızdan ortancılıdır, Vermmont ştatı, Börlingtonda orta təbəqədən bir ailədə böyüyüb. Anası əlli ildən çox bir şəhər toplum işçisi və Hant orta məktəbində məmur kimi çalışmış, atası isə bilgisayar proqram mühəndisi olmuşdur. Senfild, Vermont Universitetini bitirdikdən sonra Qızıl Bitiklər İnterteimen və Tommi Hilfigerdə ictimai əlaqələrdə işlədi.
Kütyarpaq kassiya
Matteo Pessina
Matteo Pessina (21 aprel 1997, Montsa, İtaliya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və İtaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İtaliya futbolçusu. == Klub karyerası == Akademiya səviyyəsində bir neçə il oynadıqdan sonra Pessina 2014-cü ildə Monza klubunda peşəkar karyerasına başlamışdır. 2015-ci ildə "Milan" klubuna transfer olur və ardıcıl olaraq Leççe, Kataniya və Komo klublarına icarəyə göndərilir. 7 iyul 2017-ci ildə Pessina "Atalanta" klubu ilə müqavilə imzalamışdır. 25 avqustda o, Speziya klubuna icarəyə verilmişdir. 26 avqust 2019-cu ildə Pessina satın alma bəndi ilə "Hellas Verona" klubuna icarəyə göndərilir. 10 fevral 2021-ci ildə İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Napoli" klubu ilə oyunda iki qolla yadda qalmışdır. Komanda rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. Beləliklə "Atalanta" klubu finala vəsiqə əldə etmişdir. == Milli karyerası == Pessina İtaliya U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında üçüncü yerə sahib çıxmışdır.
Messina Universiteti
Messina Universiteti (it. Università degli Studi di Messina) — İtaliyanın Siciliya muxtar vilayətinin Messina şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1548-ci ildə qoyulmuşdur.
Morava (Serbiya)
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Nahamar deysiya
Nahamar deysiya (lat. Deutzia scabra) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. Yaponiyada və ya Çində yabanı halda bitir. Nahamar, xırda, ulduzlu tükcüklərlə örtülmüş yarpaqlarına görə belə adlandırılmışdır. Hündürlüyü 2,5 m olan koldur. Zoğlarının qabığı qırmızı və ya boz-qonur rəngli, sonradan tökülür. Yarpaqları sadə, yumurtavari, neştər formasında və ya uzunsov-yumurtavari, kənarları xırda dişli, tüklü, nadir hallarda çılpaq olub, qarşılıqlı düzülmüşdür. Natamam lələkvari damarlıdır. Yarpaqaltıqları yoxdur. Saplaqları 1 sm uzunluqdadır.
Əşiya
Əşiya və ya Yeşaya (ivr. ‏יְשַׁעְיָהוּ‏‎, Yəšaʿyāhū; mənası – «Rəbb xilas edir»), həmçinin İsaiya — e.ə. VIII əsrdə yaşamış yəhudi peyğəmbər. «Əşiya peyğambərin kitabı» adını ondan götürmüşdür. «Əşiya peyğambərin kitabı» əsərində Əşiya peyğambər deyə xitab edilir, fəqət «Əşiya peyğambərin kitabı» ilə hər hansı bir tarixi Əşiya arasında dəqiq əlaqə qarışıqdır. Ənənəvi nöqteyi-nəzərə görə, «Əşiya peyğambərin kitabı»nın bütün 66 fəsli bir insan – Əşiya tərəfindən yazılmışdır. Ehtimal olunur ki, kitab iki dövrdə yazılıb – e.ə. 749-cı il və ya e.ə. 686-cı il. Kitabda Böyük Kirdən bəhs olunur və İsrail millətini Babiloniya əsarətindən xilas etmək üçün nəzərdə tutulmuşdur.