Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
Shift klavişi
Shift klavişi(Shift key,клавиша Shift,üst karakter tuşu)-başqa klavişlərin adi qiymətini dəyişən klaviş; bunun üçün hərf, yaxud rəqəm klavişini basarkən Shift klavişini basıb-saxlamaq gərəkdir. Shift klavişindən həmçinin standart olmayan simvolları almaq, yaxud xüsusi funksiyaları çalışdırmaq üçün istifadə olunur. Məsələn, IBM PC-uyumlu kompüterlərdə Shift + funksional klaviş kombinasiyası təkcə funksional klavişin özünü basdıqda çalışdırılan komandadan başqa komandanı göstərə bilər. İlk PC/XT klaviaturasında Shift klavişi yuxarıya yönəli oxla (⇧) qeyd olunub. Başqa IBM klaviaturalarına həmin klaviş həm oxla, həm də Shift sözüylə qeyd oluna bilər.Shift düyməsinə aid klaviatura simvolu (ISO / IEC 9995 beynəlxalq standart seriyasında Level 2 Select düyməsi olaraq adlandırılan) ISO / IEC 9995–7-də simvol 1, ISO 7000-də "Avadanlıqlarda istifadə üçün qrafik simvollar" ISO-7000–251 simvolunun yönlü variant kimidir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 774 s.
Half-Life: Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
Shilpa Shetty
Şilpa Şetti Kundra (8 iyun 1975, Manqalur, Karnataka) Hindistanlı aktrisa, kinorejisor, kino prodüseri, rəqqasə, yazıçı, iş adamı və əsasən hind filmlərində çəkilmiş keçmiş modeldir. Şetti iki Filmfare Mükafatı nominasiyası qazanmış “Baazigar” (1993) trillerində debüt etmişdir. Bunun ardınca ikili rol oynadığı Main Khiladi Tu Anari (1994) adlı döyüş-komediya janrındakı filmdə baş rolda oynamışdır.
Suniel Shetty
Sunil Şetti (Suniel Shetty; doğum adı: Sunil V. Shetty; 11 avqust 1961, Manqalur) hind aktyor, kino prodüseri, televiziya adamı və əsasən hind filmlərində fəal olan sahibkardır. Demək olar ki, 30 illik karyerasında o, 100-dən çox filmdə rol almışdır. O, Popcorn Entertainment Private Limited prodakşnın sahibidir. O, Popcorn Motion Pictures bayrağı altında Khel – No Ordinary Game, Rakht və Bhagam Bhag kimi bir sıra filmlərin prodüseri olmuşdur. Suniel Shetty 11 avqust 1961-ci ildə Manqalor ştatının Mulki şəhərində Tulu dilli Bunt ailəsində anadan olmuşdur.
Conatan Svift
Conatan Svift (ing. Jonathan Swift; 30 noyabr 1667[…], Dublin, İrlandiya krallığı[d][…] – 19 oktyabr 1745[…], Dublin, İrlandiya krallığı[d]) — ingilis-irland yazıçı-satirik, publisist, filosof, şair və ictimai xadim. == Həyatı == Conatan Svift 1667-ci il 30 noyabrda Dublində anadan olmuşdur. Həyatı ağır şərtlər altında keçmişdir. Buna görə də yaşadığı ağalar-qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadmış və yaradıcılığında bütün ömrü boyu bunlara qarşı barışmaz mübarizə aparmışdır. Bu mübarizə ideyası onun "Qulliverin səyahəti" romanında da aydın görünür. Əsərin tam adı belədir: "Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin səyahəti" (1772–1773) Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və sərkədələr arasındakı bənzəyişi verməklə onları ifşa etmişdir. Onları cırtdan liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Satirik tənqid və yumor Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi liliputlar ölkəsindən başqa nəhənglər ölkəsində, uçan Saputi adasında, ağıllı, düşüncəli atlar diyarında da olmuş, bu ölkənin hər birində C. Svift təsvir etdiyi hadisələr vasitəsilə öz zamanındakı cürbəcür nöqsan və eybəcərliklərin üstünü açmışdır.
Maykl Svift
Teylor Svift
Teylor Svift (ing. Taylor Swift; 13 dekabr 1989, Vest-Ridinq[d], Pensilvaniya) — amerikalı müğənni-bəstəkar. XXI əsrin ən nüfuzlu musiqiçilərindən biridir.[kimə görə?] Svift mahnı yazmağa 14 yaşında ikən başlayıb, o, 2005-ci ildə Big Machine Records ilə müqavilə bağladıqdan sonra kantri müğənnisi olmuşdur. Sviftin 2006-cı ildə yayımladığı öz adını daşıyan studiya albomu daxil olmaqla altı albomu Big Machine tərəfindən buraxılıb. Teylorun ikinci albomu "Fearless"dən "Love Story" və "You Belong with Me" mahnıları ABŞ-də ən çox dinlənən treklər olmuşdur. Onun rok elementlərinə malik olan növbəti albomu "Speak Now" (2010) hit-paradlara birinci pillədə qərarlaşıb. 2012-ci ildə buraxdığı "Red" albomundan "We Are Never Ever Getting Back Together" sinqlı onun uğurunu daha da artırmışdır. Daha sonra 2014-cü ildə "1989" albomunu yayımlayan Svift kantri imicindən uzaqlaşdı, albomun "Shake It Off", "Blank Space", və "Bad Blood" mahnıları önəmli populyarlıq qazandı. 2017-ci ildə buraxdığı "Look What You Made Me Do" sinqlı ilə altıncı albomu "Reputation"u dəstəklədi. Big Machine-dən ayrıldıqdan sonra Svift 2018-ci ildə Republic Records ilə müqavilə bağladı və yeddinci studiya albomu olan "Lover" 2019-cu ildə buraxıldı.
Taylor Swift (albom)
Taylor Swift — amerikalı müğənni Teylor Sviftin ilk studiya albomu. 24 oktyabr 2006-cı ildə Big Machine Records tərəfindən buraxılıb.
Thirty Seconds to Mars
Thirty Seconds to Mars — 1998-ci ildə məşhur Amerikalı aktyor Jared Leto (vokal, gitara) və qardaşı Shannon Leto (baraban) tərəfindən qurulan alternativ rock qrupu, heyətinə Matt Wachter (bas, klaviatura) və Solon Bixler'i (gitar) daxil etdikdən sonra ilk albom işlərinə başladı. Cared Leto-nun gətirdiyi şöhrətdən uzaq bir şəkildə qrupun meydana gəlməsini təmin etməyə çalışan qrup, öz adlarıyla eyni adı daşıyan ilk albomlarını 2002-ci ildə Virgin Records vasitəsilə satışa çıxardı. "30 Second To Mars" albomunun istehsal kreslosunda Bob Ezrin oturarkən, alboma gələn tənqidlər həm müsbət həm də mənfi oldu. Albomdan "Capricorn (A Brand New Name" və "Edge Of The Earth" sinql olaraq nəşr olundu, ancaq hər iki sinql da siyahılarda əhəmiyyətli bir müvəffəqiyyət əldə edə bilmədi. 2005-ci ildə satışa çıxarılan ikinci albom "A Beautiful Lie" ilə Amerika siyahılarında 36-cı sıraya yerləşən qrupda bu albomla gitarist dəyişikliyi baş verdi və Bixlerin yerinə Tomo Milişevic heyətə daxil oldu. Albomun sözlərində insanın hisslərinə toxunan qrup, sound olaraq da olduqca yüksək bir atmosferi yaxalamağı bacardı. Albomdan "Attack", "The Kill" və "From Yesterday" sinql olaraq nəşr olunarlarkən, "The Kill" və "From Yesterday", Amerika Müasir Rock siyahılarında müvəffəqiyyət əldə etdi. 2006-cı ildə MTV Video Musiqi Mükafatlarından "The Kill" mahnısına çəkdikləri video kliplə "MTV2 Mükafatı"-na layiq görülən qrup, eyni ilin Oktyabr ayında ‘Welcome To The Universe' turnesine çıxdı. Turnenin sponsorluğunu MTV2 üstlənərkən, qrupa turnede Head Automatica, The Receiving End Of Sirens və Cobra Starship kimi qruplar yoldaşlıq etdi. Turne əsnasında "From Yesterday" parçasına bir də video klip çəkən qrup, bu kliplə bir qanun imza ataraq ilk dəfə bir Amerikan qrupunu Çin Xalq Respublikasında göründürdü.
SWIFT
SWIFT (ing. Society for Worldwide Interbank Financial Telecommunication) – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib. SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur. Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.SWIFT demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr SWIFT standartları əsasın öz milli köçürmə sistemləri standartlarını yaradıblar.
Şrift
Şrift yada Yazı tipi (en. font) – eyni üsluba (məsələn, Courier), şəklə (kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan simvollar yığını; şriftlərin üslublarını (TYPEFACE) bir-birilə dəyişik salmaq olmaz. Şrift, verilmiş dizayna malik müəyyən ölçülü, üslublu və qalınlıqlı bütün simvolların çoxluğudur; şriftin üslubu isə dizaynın özüdür. Ekran görüntüsünü formalaşdırarkən və sənədləri çap edərkən şriftlər ya rastr görüntülər (nöqtələrin kombinasiyası) vasitəsilə, ya da konturlara (müəyyən riyazi düsturlara) görə formalaşdırılır. Müxtəlif şriftlərin tətbiqinə imkan verən proqramlar, onları ekranda yarada bilməsələr belə, şriftin şəkli və ölçüsü haqqında informasiyanı printerə verir. Printerin lazım olan şrifti əks etdirməsi üçün, ya şrift haqqında tam informasiya proqram tərəfindən printerə yüklənməli, ya da printerin özünə və ya printerin şrift kartricinə (FONT CARTRİDGE) yerləşdirilməlidir . Rastr şrifti — unikal bit görüntüsü (nöqtələrin kombinasiyası) kimi təsvir olunan, müəyyən ölçü və üslublu simvolların yığınıdır. Rastr şriftlərə misal olaraq Microsoft Windows və Mac OS əməliyyat sistemlərinin ekran şriftlərini göstərmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ekran Şrifti
Ekran şrifti (screen font,экранный шрифт)-xüsusi olaraq kompüterin ekranında əks olunmaq üçün hazırlanmış şrift ölçüsü (keql). Macintosh kompüterlərində ekran şriftləri rastrlıdır (PIXEL-BY-PIXEL DESIGNS), onlar həm ekranda əks olunmaq, həm də printerdə çap olunmaq üçün istifadə olunur. Çox zaman ekran şriftinin PostScript-uyumlu printerdə çap olunmaq üçün uyğun PostScript şrifti olur. == Təsnifat == Şriftlər müxtəlif meyarlara görə təsnif edilir. Əvvəla, bu, qrafik əsasdır. Şrift simvolları Klassik/Standart, Dar, Geniş, Əlavə Geniş və Əlavə Dar ola bilər. Doldurma ştrixlərinin xarakteri həm də şriftin vizuallaşdırılmasını dəyişir. Adi, konturlu, rəngli, eversion, lyuklu ola bilər. Serif. Xarakterik xüsusiyyətlər seriflər və simvolun yuxarı hissəsində kəsikli çıxıntıdır.
Daxili şrift
Daxili şrift ( ing. internal font ~ ru. встроенный шрифт ~ tr. iç yazıtipi) – printerin özündə olan və onun daimi yaddaşında (READ-ONLY MEMORY, ROM) saxlanılan və buna görə də printeri söndürdükdə “itməyən” şrift. Printerlərin əksəriyyəti başqa yardımçı şriftlərlə də işləyə bildiklərindən, daxili şrift anlayışı yalnız verilmiş printer üçün həmişə “əlçatan” olan şriftlərə aid edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çıxıntısız şrift
Çıxıntısız şrift (ing. sans-serif, rus. рубленный шрифт) — simvollarının aşağı, yaxud yuxarı uclarında qısa ştrixləri, yaxud naxışları olmayan şrift. Çıxıntısız şrift, adətən, çıxıntılı şriftə nisbətən daha düz həndəsi xarici görünüşə, eləcə də qalın və nazik cizgiləri arasında daha az kontrastlığa malık olur. Çıxıntısız şriftlərdən, adətən, adi mətndə deyil, başlıqlarda istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 744 s.
Mustafa xan Şiftə
Mustafa xan Şiftə (1809 - 1869)—Urdu ədəbiyatının tanınmış şairi. Nəvab Mustafa xan, əslən Bengaş tayfasına mənsup bir patandır. Babası Vəli Dad xan, II Şah Aləm (1754-1806)in səltənəti sırasında Kuhata bağlı Bangaşadan Dehliyə gəlmişdir. Bir tayfa rəisi olan atası Nəvab Mustafa xan, Şərqi Hindistan Şirkəti gücləriylə savaş halındəkı Raca Sindhianın ordusunda yüksək bir vəzifədəydi. Sindhianın məğlubiyyətə uğradılmasından sonra, Lord Lakenin səflərinə keçən Mustafa xan, savaşan güclər arasında barış və anlayışın təmin edilməsindəki xidmətlərindən dolayı Şərqi Hindistan Şirkəti tərəfindən Hodəl və Palval cagiri ilə mükafatlandırıldı. 1813-cü ildə böyük oğlu Nəvab Mustafa xan Şiftə üçün Cahangirabad cagirini də aldı. Güclü bir olasılıkla Nəvab Mustafa xan 1817-ci ildə Dehlidə öldü. Nəvab Məhəmməd Mustafa xan Şiftə, 1809-cu ildə Dehlidə dünyaya gəldi . İlk təhsilini o zamanın adətlərinə uyğun olaraq evində aldı. Mianci Malamal, Mövlanə Haci Məhəmməd Nur Dəhləvi, Mövləvi Kərəmullah Dəhləvi, Şeyx Abdullah Sirac Hənəfi və Şeyx Məhəmməd Abid Sindhi, qaynaqlarda müəllimləri arasında zikr edilir.
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT)
SWIFT (ing. Society for Worldwide Interbank Financial Telecommunication) – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib. SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur. Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.SWIFT demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr SWIFT standartları əsasın öz milli köçürmə sistemləri standartlarını yaradıblar.