Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
The Shin
The Shin — (gürcü dilində. შინ, (Şin) — «Ev yolu») gürcü və alman jazz triosudur. Jazz və etno-jazz ifa edir. Musiqiçilərin özləri "iber-qafqaz jazz" stilində çalmağı öyrəniblər. The Shin vətənində ən populyar jazz musiqi qrupudur. 1994-cü ildə Almaniyada yaşamış və işləmişdir. 1998-ci ildə bu musiqi qrupu yaranmışdır. Bir neşə jazz festivallarının laureatı olmuşdur. 1992-ci ildə Zaza Miminoşvili Gürcüstanda ən yaxşı gitaraçı kimi mükafatlandırıldı. Qrup üzvləri: Zaza Mininoşvili (gitaraçı), Zurab Qaqnidze (bas-gitara, vokal), Mamuka Qaqanidze (vokal, perkusiya, gitaraçı) Mariko Ebralidze ilə qrup Gürcüstanda "Avrovideniya 2014"-da "Three Minutes to Earth".
Shine (Tolmaçova bacıları)
Shine (azərb.
Park shin hye
Pak Shin Hye (18 fevral 1990, Kvanju) — Cənubi Koreya'lı müğənni, model və aktrisa. Ən çox You're Beautiful (2009), Heartstrings (2011), Flower Boys Next Door (2013), The Heirs (2013), Pinocchio (2014) seriallarından tanınır. Park Shin Hye Gwangju doğumludur amma uşağlıq illərini PAJU'da keçirib. Səhnəyə ilk çıxışını müğənni Lee Seung-Hwan ilə birlikdə 2003-cü ildə "Flower" mahnısı ilə edir və əyləncə dünyasına ilk addımını atır. Daha sonra aktrisalıq və müğənnilik üzrə dərslər alır. İlk dəfə "Stairway To Heaven" serialında ən gənc aktrisa (Hang Jung-Suh) rolu ilə məşhur oldu. 2006 ilində isə aktyor Lee Wan ilə "Tree Of Heaven" serialında rol alıb.
Shine On You Crazy Diamond
Shine On You Crazy Diamond (azərb. Parla, divanə brilyant‎) — ingilis proqressiv rok qrupu Pink Floydun 1975-ci ildə buraxılmış Wish You Were Here konseptual studiya albomundakı 9 hissədən ibarət olan mahnı. Mahnının musiqisi Riçard Rayt, Devid Gilmor və Rocer Uoters tərəfindən bəstələnmiş, sözləri isə Rocer Uoters tərəfindən yazılmışdır. 2011-ci ildə "Shine On You Crazy Diamond" PopMatters saytının versiyasına görə "proqressiv rok janrında bütün dövrlərin ən yaxşı 25 mahnısı" siyahısında ikinci yeri tutdu.. Shine On You, Crazy Diamond Pink Floydun qurucu üzvü olmuş, daha sonra isə qrupdan xaric edilmiş Sid Barretə ithaf edilib. Barrett 1968-ci ildə narkotik istifadəsi və bununla qismən əlaqəli olan psixi sağlamlıq problemləri səbəbi ilə qrupdan xaric edilib. Onu əvvəlcə ikinci gitaraçı kimi gətirilən və Barrettin keçmiş məktəb yoldaşı olan Devid Gilmorəvəz edib. Digər qrup üzvləri Barretti qrupdan çıxarmaqda özlərini günahkar hesab etsələr də, Barrettin yaradıcılığına heyran qaldıqları və onun zehni problemlərindən narahat olduqları üçün bunu zəruri olduğunu düşünürdülər. Əsər ilk dəfə olaraq 1974-cü il Fransa turunda ifa edilib və 1975-ci ildə “Wish You Were Here” albomu ilə birlikdə işıq üzü görüb.
Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen
"Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen" (美少女戦士セーラームーンSuperS: 真・主役争奪戦) — 1996-cı ilin 8 martında Angel Studios (indiki Rockstar San Diego) tərəfindən satışa buraxılmış və PlayStation ilə Sega Saturn platformaları üçün nəzərdə tutulmuş 2D "Seylor Mun" videooyunu. Faytinq janrında olan bu oyun ancaq Yaponiyada yayımlanmışdır. Oyunun Sega Saturn platforması üçün versiyası çıxdıqda oyun "Sailor Moon SuperS - Various Emotion" adlandırılmış və fərqli üz qabığından istifadə olunmuşdur. Sega Saturn versiyasında Seylor Çibi Munun görünüşü də fərqlidir. Oyun iki rejimdə oynanıla bilər: hekayə rejimi və görüş rejimi. Hekayə rejimi təkoyunçulu, görüş rejimi çoxoyunçuludur. Əgər oyunçu hekayə rejimini seçibsə, ancaq bu personajlardan istifadə edə bilər: Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera və Seylor Çibi Mun. Əgər oyunçu görüş rejimində oynayırsa, bu personajlarla yanaşı Seylor Pluton, Seylor Uran, Seylor Neptun və Seylor Saturndan da istifadə edə bilər. Oyunçu istədiyi Seylor döyüşçünün gücünü artıra, onun gücünə maksimum 20 xal verə bilər. Oyunda 4 çətinlik səviyyəsi var: asan (nakayoşi), normal, çətin, ən çətin (muzukaşi).
Slint
Slint - Brian McMahan (gitara və vokal) David Pajo (gitara) Britt Walford (baraban və vokal) Todd Brashear (Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Snina
Snina (slovak. Snina, ukr. Сніна, mac. Szinna) — Slovakiyanın Ukrayna ilə sərhəddi yaxınlığında şəhər. Snina Pçolinka çayının Tsiroxa çayına töküldüyü yerdə, Viqorlat və Bukovske Vrhi dağ yamaclarında yerləşir.
Sving
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
Svinq
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
Swing
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
Sling
Sling — amerikalı müğənni-bəstəkar Clairo-nun ikinci studiya albomu. 16 iyul 2021-ci ildə Fader və Republic tərəfindən buraxılıb. Albom 11 iyun 2021-ci ildə ilk sinql "Blouse"-un buraxılması ilə yanaşı elan edilib. "Sling" buraxıldıqdan sonra musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. Clairo-nun ifaları və mahnı yazarlığı geniş şəkildə təriflənib. Albom kommersiya baxımından da yaxşı nəticə göstərib, ABŞ Billboard 200-də 17-ci mövqedə debüt edərək Clairo-nun ilk top 20 albomu olub.
Stinq
Stinq (ing. Sting) kimi tanınan Qordon Metyu Tomas Samner, 2 oktyabr 1951[…] — məşhur ingilis müğənnisi. O, 1977-ci ildən 1986-cı ilə qədər çox uğurlu "The Police" qrupunun solisti, mahnı müəllifi və basçısı olub. 1985-ci ildə artist solo karyerasına başlayır. Solo musiqiçi və "The Police" qrupunun üzvü kimi Stinq 17 "Qremmi" mükafatı sahibidir. The Dream of the Blue Turtles (1985) ...Nothing Like the Sun (1987) The Soul Cages (1991) Ten Summoner's Tales (1993) Mercury Falling (1996) Brand New Day (1999) Sacred Love (2003) Songs from the Labyrinth (2006) If on a Winter's Night...
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Sind
Sind əyaləti—Pakistanın 4 böyük bölgəsindən biri. Mərkəzi Kəraçi şəhəridir. Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər.
Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
China Telecom
China Telecom - Çin dövlət telekomünikasiya şirkəti. Çində ən böyük telefon rabitə operatoru və üçüncü ən böyük mobil operatordur. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 168-ci yeri tutub (gəlir baxımından 144, xalis mənfəət baxımından 248, aktivlər baxımından 329 və bazar kapitallaşmasına görə 299). Bu siyahıda Çin şirkətləri arasında 32-ci yer tutub. "China Telecom" 10 sentyabr 2002-ci ildə dövlətə məxsus "Çin Telekommunikasiya Korporasiyası"nın yenidən qurulması nəticəsində yaradılmışdır. Şanxay, Guangdong, Szyansu və Çjetszyan əyalətlərində olan əməliyyatlar dövlət tərəfindən şirkətə verilir. Şin telekommunikasiya korporasiyası "China Telecom"un səhmlərinə nəzarət paketinin özundə saxlayır, səhmlərin bir hissəsini isə Honkonq Fond Birjası və Nyu York Fond Birjasına çıxardır. 2 iyun 2008-ci ildə, "China Unicom"un CDMA radio əlaqə xidməti üzrə aktivlərini 110 milyard yuana (15,86 milyard dollar) aldığını elan edərək, abunəçi sayını 43 milyona qədər artırır. 7 yanvar 2009-cu ildə "China Telecom" CDMA 2000 lisenziyasını alır və bu da şirkətin, 3G telekomunikasiya imkanlarının genişləndirilməsini asanlaşdırır. Şirkətin törəmə şirkəti olan "China Telecom (Europa) Ltd." 23 oktyabr 2008-ci ildə şirkətin Avropa bazarında dövriyyəsini artırmağı hədəfləyən Avropa və Asiyada xidmətlərini genişləndirmək planlarını açıqlayır .
China Unicom
China Unicom — Çin telekomnukasiya şirkəti. China Mobile və China Telecom ilə birlikdə ölkədəki ən böyük üç şirkətdən biridir. Şirkət mobil rabitə və genişzolaqlı İnternet xidmətləri təqdim edir. Paytaxt Pekin şəhəri də daxil olmaqla ÇXR-nin şimal hissəsində işləyir. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 251-ci yeri tutub (gəlir baxımından 215-ci, xalis mənfəət baxımından 546-cı, aktivlər baxımından 394-cü və bazar kapitallaşmasına görə 346-cı yer). Bu siyahıda olan Çin şirkətləri arasında 37-ci yeri tutub. China Unicom, 19 iyul 1994-cü ildə "Çin Xalq Respublikası Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi" tərəfindən dövlət şirkəti olaraq qurulmuş və "Çin Xalq Respublikası Dövlət Şurası" tərəfindən təsdiq edilmişdir. 2000-ci ilin fevralında "China Unicom" Honkonqda şirkət olaraq qeydiyyata alınır və 22 iyun 2000-ci ildə Honkonq birjasında səhmləri qeydə alınır. 18 oktyabr 2006-cı ildən başlayaraq Makaoda "CDMA" şəbəkəsinin fəaliyyətində iştirak edir. 2008-ci ilin aprel ayının sonunda şirkətin xidmətlərindən 125 milyon GSM istifadəçisi və 43 milyon "CDMA" istifadəcisi istifadə edirdi.
Chino Moreno
Kamillo "Çino" Vonq Moreno (20 iyun 1973, Sakramento) — ABŞ musiqiçisi. Deftones metal qrupunun müğənnisi və mahnı yazarıdır. O, həmçinin digər layihələri, Team Sleep, Crosses və Palms-ın üzvüdür. Moreno Kaliforniyanın Sakramento şəhərində anadan olub. Beş uşaqdan ikincisidir. Anası meksikalı və çinli əsilli, atası isə meksikalıdır. Onun ləqəbi "Çino" ispanca çinli deməkdir və o, meksikalıdan çox asiyalıya oxşadığı üçün ona bu ləqəbi veriblər.
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
Mugil soiuy
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Shana (ifaçı)
Şana (ing. Shana Petrone) - rəqs və kantri musiqi janrlarında ifa edən Floridalı ABŞ ifaçısıdır. İlk albomu olan "I Want You" albomu, 1989-cu ildə "Vision Records" leyblı tərəfindən istehsal edilmiş və ABŞ-nin Billboard Hot 100 hit-paradında 165-ci mövqe tutmuşdur.
Sheni Gulistvis
Sheni Gulistvis (gürc. შენი გულისთვის; azərb. Sənin üçün‎) — Gürcüstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İriao qrupu "Sheni Gulistvis" mahnısı ilə Gürcüstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı Gürcüstanın müsabiqədəki ilk bütünlüklə gürcü dilində səslənən mahnısı olmuşdur. Gürcü musiqisi ilə caz musiqisinin ahəng təşkil etdiyi mahnının musiqisi İriao qrupunun üzvü Davit Malazonia, sözləri isə İrina Sanikidzeyə aiddir.
Shift klavişi
Shift klavişi(Shift key,клавиша Shift,üst karakter tuşu)-başqa klavişlərin adi qiymətini dəyişən klaviş; bunun üçün hərf, yaxud rəqəm klavişini basarkən Shift klavişini basıb-saxlamaq gərəkdir. Shift klavişindən həmçinin standart olmayan simvolları almaq, yaxud xüsusi funksiyaları çalışdırmaq üçün istifadə olunur. Məsələn, IBM PC-uyumlu kompüterlərdə Shift + funksional klaviş kombinasiyası təkcə funksional klavişin özünü basdıqda çalışdırılan komandadan başqa komandanı göstərə bilər. İlk PC/XT klaviaturasında Shift klavişi yuxarıya yönəli oxla (⇧) qeyd olunub. Başqa IBM klaviaturalarına həmin klaviş həm oxla, həm də Shift sözüylə qeyd oluna bilər.Shift düyməsinə aid klaviatura simvolu (ISO / IEC 9995 beynəlxalq standart seriyasında Level 2 Select düyməsi olaraq adlandırılan) ISO / IEC 9995–7-də simvol 1, ISO 7000-də "Avadanlıqlarda istifadə üçün qrafik simvollar" ISO-7000–251 simvolunun yönlü variant kimidir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 774 s.
Sphinx atropos
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Sphinx hippophaes
Hyles hippophaes (lat. Hyles hippophaes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sphingidae fəsiləsinin hyles cinsinə aid heyvan növü.
Nadir şahın Sind yürüşü
Nadir şahın Sind yürüşü — 1739-1740-cı illərdə Nadir şahın Hind yürüşü zamanı baş vermiş son döyüşlərindən biri. Nadir şah Əfşar Böyük Moğol imperiyasının hökmdarı Məhəmməd şah üzərində qələbədən sonra Nadir onu Hind çayından qərbə bütün torpaqlarını güzəşt etməyə məcbur etdi. Dehlidən bu bölgəyə Nadirin qayıdışı yenidən birləşdirilmiş ərazilərin bütün hakimləri tərəfindən qarşılanması ilə müşayiət olundu. Sind hakimi Xudoyar xan Nadir şaha beyət etməkdən imtina etdi. Nadir şah Kabuldan Sind vilayətinə yollandı ki, bu vilayəti də itaət altına gətirsin. “Aləm Ara-ye Naderi”də bildirilir ki, Nadir şah hələ Hindistanda olarkən Məhəmməd şah, Sind hakimlərinin üzüdönüklüyü haqqında ona məlumat vermiş və onların yola gətirilməsini xahiş etmişdi. Mənbədə o da bildirilir ki, Nadir şah Hindistandan qoşunları ilə birbaşa Sində yollandı. “Tarix-e Cahanqoşa-ye Naderi”də, habelə digər mənbə və tədqiqat əsərlərində isə Nadir şahın Kabuldan Sində tərəf hərəkətə başladığı bildirilir. “Tarix-e Cahanqoşa-ye Naderi”də təsdiq olunur ki, Sind hakimi Xudayar xan Abbasi hətta Hindistanın fəth edilməsindən sonra belə Nadir şaha itaət etməyə meyl göstərmədi. Əksinə, ətrafına topladığı qoşunların sayını artırmaqla özünün müstəqil hakimliyini qoruyub saxlamaq istəyirdi.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Bahar Şahin
Bahar Şahin (4 may 1997, Ankara) - Türk aktrisa Bahar Şahin 1997-ci ildə Ankara-da anadan olub. Ailəsi əslən Artvinlidir. 12 yaşında ailəsi ilə birlikdə İstanbul-a köçdü və burada təhsil və təlim həyatına davam etdi. Məktəb illərində teatr dərslərinə qatıldı. Şahin 2015-ci ildə O Hayat Benim serialı ilə televiziyaya başladı. Daha sonra Yol Arkadaşım, Yol Arkadaşım 2, İyi Oyun kimi filmlərdə rol aldı və "Lise Devriyesi", "Servet" kimi seriallarda rol aldı. 2019–2020-ci illər arasında Ən yaxşı aktrisa nominasiyasında Qızıl Kelebek Mükafat-ına namizəd göstərildiyi "Zalim İstanbul" serialında "Ceren" obrazını canlandıraraq gündəmə gəldi. Film Televiziya Ümid vəd edən aktrisa- 2.
Beyin aхını
Beyin aхını (ing. Brain drain, rus. Утечкa мозгов) — mütəxəssis, alim və ixtisaslı işçilərin siyasi, iqtisadi, dini və digər səbəblərdən ölkə və ya regiondan kütləvi surətdə miqrasiya etməsidir. Bu anlayış elmi ədəbiyyata ilk dəfə 1962-ci ildə mühəndis, teхnik və alimlərin Böyük Britaniyadan ABŞ-yə miqrasiya etməsindən sonra istifadə olunmağa başlanıb. Qeyd etmək lazımdır ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr arasında bu ölkə mühacirət etmiş mütəxəssislərin sayına görə öndə olmuşdur. Əhalinin ən savadlı hissəsinin kütləvi surətdə ölkəni tərk etməsinin əsas səbəbləri qazanc əldə etmək, daşınmaz əmlak qiymətlərinin, vergilərin yüksək olması, əlverişsiz iqlim şəraiti və s.-dir. "Beyin aхını” prosesinin ölkədaхili (yüksəkiхtisaslı mütəxəssislərin digər sahələrə, хüsusən biznes və gəliri çoх olan işlərə qoşulması) və хaricə miqrasiya (yüksək qazanc və karyera ardınca inkişaf edən ölkələrə köçmə) tərəfləri vardır. Beləliklə, "beyin aхını” əsas ölkə üçün “beyin itkisi” (brain waste), gedilən ölkə üçün isə “bilik və təcrübənin paylanması” (brain eхchange) kimi qiymətləndirilə bilər. Hazırkı dövrdə İnternetin yaranması və İT-nin imkanları "beyin aхını”nın yeni, fiziki yerdəyişmədən fərqli olaraq, ölkəni tərk etmədən onlayn mühitdə fəaliyyətlə xarakterizə olunan virtual formasını yaratmışdır. Onu da əlavə edək ki, “beyin aхını”, elm və teхnikanın güclü inkişafına gətirib çıxarmış, kompüterlərin, İT-nin, İnternetin, yüksək texnologiyaların və s.
Emil Şahin
Emil Şahin oğlu Qonaqov (19 may 1987, Bakı) — azərbaycanlı bəstəkar. Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur.Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb.
Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü. Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Mir Şahin
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.