SHIN

shin1

n anat. baldır

shin2

v dırmaşmaq; to ~ up a tree ağaca dırmaşmaq

SHIMMER
SHINDY
OBASTAN VİKİ
The Shin
The Shin — (gürcü dilində. შინ, (Şin) — «Ev yolu») gürcü və alman jazz triosudur. Jazz və etno-jazz ifa edir. Musiqiçilərin özləri "iber-qafqaz jazz" stilində çalmağı öyrəniblər. The Shin vətənində ən populyar jazz musiqi qrupudur. 1994-cü ildə Almaniyada yaşamış və işləmişdir. 1998-ci ildə bu musiqi qrupu yaranmışdır. Bir neşə jazz festivallarının laureatı olmuşdur. 1992-ci ildə Zaza Miminoşvili Gürcüstanda ən yaxşı gitaraçı kimi mükafatlandırıldı. Qrup üzvləri: Zaza Mininoşvili (gitaraçı), Zurab Qaqnidze (bas-gitara, vokal), Mamuka Qaqanidze (vokal, perkusiya, gitaraçı) == Avrovideniya 2014 == Mariko Ebralidze ilə qrup Gürcüstanda "Avrovideniya 2014"-da "Three Minutes to Earth".
Park shin hye
Pak Shin Hye (18 fevral 1990, Kvanju) — Cənubi Koreya'lı müğənni, model və aktrisa. Ən çox You're Beautiful (2009), Heartstrings (2011), Flower Boys Next Door (2013), The Heirs (2013), Pinocchio (2014) seriallarından tanınır. == Həyatı == Park Shin Hye Gwangju doğumludur amma uşağlıq illərini PAJU'da keçirib. Səhnəyə ilk çıxışını müğənni Lee Seung-Hwan ilə birlikdə 2003-cü ildə "Flower" mahnısı ilə edir və əyləncə dünyasına ilk addımını atır. Daha sonra aktrisalıq və müğənnilik üzrə dərslər alır. == Karyerası == İlk dəfə "Stairway To Heaven" serialında ən gənc aktrisa (Hang Jung-Suh) rolu ilə məşhur oldu. 2006 ilində isə aktyor Lee Wan ilə "Tree Of Heaven" serialında rol alıb.
Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen
"Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen" (美少女戦士セーラームーンSuperS: 真・主役争奪戦) — 1996-cı ilin 8 martında Angel Studios (indiki Rockstar San Diego) tərəfindən satışa buraxılmış və PlayStation ilə Sega Saturn platformaları üçün nəzərdə tutulmuş 2D "Seylor Mun" videooyunu. Faytinq janrında olan bu oyun ancaq Yaponiyada yayımlanmışdır. Oyunun Sega Saturn platforması üçün versiyası çıxdıqda oyun "Sailor Moon SuperS - Various Emotion" adlandırılmış və fərqli üz qabığından istifadə olunmuşdur. Sega Saturn versiyasında Seylor Çibi Munun görünüşü də fərqlidir. == Hekayə == Oyun iki rejimdə oynanıla bilər: hekayə rejimi və görüş rejimi. Hekayə rejimi təkoyunçulu, görüş rejimi çoxoyunçuludur. Əgər oyunçu hekayə rejimini seçibsə, ancaq bu personajlardan istifadə edə bilər: Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera və Seylor Çibi Mun. Əgər oyunçu görüş rejimində oynayırsa, bu personajlarla yanaşı Seylor Pluton, Seylor Uran, Seylor Neptun və Seylor Saturndan da istifadə edə bilər. Oyunçu istədiyi Seylor döyüşçünün gücünü artıra, onun gücünə maksimum 20 xal verə bilər. Oyunda 4 çətinlik səviyyəsi var: asan (nakayoşi), normal, çətin, ən çətin (muzukaşi).
Lonicera shintenensis
Yapon doqquzdonu (lat. Lonicera japonica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiya, Koreya və ya Çində yayılmışdır. == Botaniki təsviri == Ətirli yarımhəmişəyaşıl lianadır. Yapon doqquzdonu çox tez böyüyür və çoxlu miqdarda zoğlar əmələ gətirir.2 ildən bir iyun-iyul aylarında bol və uzunmüddətli çiçəkləyir. Onun çiçəkləri ağ, al-qırmızı çalarlı və ətirli olur. Zərif yarpaqlı, qızılı-sarı naxışlı formaları vardır. == Ekologiyası == Quraqlığa davamlıdır, münbit torpağı sevir. == Azərbaycanda yayılması == Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. == İstifadəsi == Yol kənarlarında istifadəsi məqsədyönlüdür.
Outbreak Company: Moeru Shinryakusha
Outbreak Company və ya tam adı ilə Outbreak Company: Moeru Shinryakusha (アウトブレイク・カンパニー 萌える侵略者, Autobureiku Kanpanī: Moeru Shinryakusha, azərb. Üsyan şirkəti: Moe işğalçısı‎) — İçiro Sakaki tərəfindən yazılan, Yuuqen tərəfindən çəkilən ranobe seriyası. 2011-ci ilin dekabrından bu yana Kodansha tərəfindən 18 cildi işıq üzü görmüşdür. Kiri Kaciya tərəfindən hazırlanmış manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ildən 2014-cü ilə kimi nəşr olunmuşdur. Anime adaptasiyası 2013-cü ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. == Məzmun == Kano Şiniçi uşaqlıq dostuna qarşı bəslədiyi məhəbəttin qəmgin sonluqla başa çatmasından sonra otaku olan gənc oğlandır. Bir gün internetdə gəzərkən bir şirkətin otaku axtardığını görür və bütün testi bitirərək işə qəbul olunur. Amma Şiniçi bunun sadə bir iş olmadığını öyrənir, belə ki, iş Yaponiyada deyil, paralel dünyadadır. Yaponiya hökuməti bir gün təsadüfən bu paralel dünyaya keçid verən bir çat kəşf etmiş və bu çatdan həmin dünyaya keçərək oranın əhalisi ilə dostluq münasibətləri qurmuşdur.
Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir. == Məzmun == Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.
Shinchosha
Shinchosha (新潮社, Shinchōsha) — 1896-cı ildə qurulmuş Yaponiya nəşriyyatı. Baş qərargahı Tokio şəhərinin Şincuku xüsusi rayonunda yerləşir. Shinchosha Yaponiya Fentezi Roman Mükafatının sponsorlarından biridir.
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Shine (Tolmaçova bacıları)
Shine (azərb.
Shine On You Crazy Diamond
Shine On You Crazy Diamond (azərb. Parla, divanə brilyant‎) — ingilis proqressiv rok qrupu Pink Floydun 1975-ci ildə buraxılmış Wish You Were Here konseptual studiya albomundakı 9 hissədən ibarət olan mahnı. Mahnının musiqisi Riçard Rayt, Devid Gilmor və Rocer Uoters tərəfindən bəstələnmiş, sözləri isə Rocer Uoters tərəfindən yazılmışdır. 2011-ci ildə "Shine On You Crazy Diamond" PopMatters saytının versiyasına görə "proqressiv rok janrında bütün dövrlərin ən yaxşı 25 mahnısı" siyahısında ikinci yeri tutdu.. Shine On You, Crazy Diamond Pink Floydun qurucu üzvü olmuş, daha sonra isə qrupdan xaric edilmiş Sid Barretə ithaf edilib. Barrett 1968-ci ildə narkotik istifadəsi və bununla qismən əlaqəli olan psixi sağlamlıq problemləri səbəbi ilə qrupdan xaric edilib. Onu əvvəlcə ikinci gitaraçı kimi gətirilən və Barrettin keçmiş məktəb yoldaşı olan Devid Gilmorəvəz edib. Digər qrup üzvləri Barretti qrupdan çıxarmaqda özlərini günahkar hesab etsələr də, Barrettin yaradıcılığına heyran qaldıqları və onun zehni problemlərindən narahat olduqları üçün bunu zəruri olduğunu düşünürdülər. Əsər ilk dəfə olaraq 1974-cü il Fransa turunda ifa edilib və 1975-ci ildə “Wish You Were Here” albomu ilə birlikdə işıq üzü görüb.
Shingeki no Kyojin
Attack on Titan (azərb. Nəhəngə hücum‎) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人, azərb. Hücum edən nəhəng‎) — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa Akkaman və Armin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.
Shinnersia
Shinnersia (lat. Shinnersia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Shinnersia rivularis (A.Gray) R.M.King & H.Rob.
Shinnersia rivularis
Shinnersia (lat. Shinnersia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Shinnersia rivularis (A.Gray) R.M.King & H.Rob.
Shinnersoseris
Shinnersoseris (lat. Shinnersoseris) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Shinnersoseris rostrata (A.Gray) Tomb Sinonim Lygodesmia juncea var.
Shinnersoseris rostrata
Shinnersoseris (lat. Shinnersoseris) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Shinnersoseris rostrata (A.Gray) Tomb Sinonim Lygodesmia juncea var.
Thaksin Shinawatra
Taksin Çinnavat (tay ทักษิณ ชินวัตร ; 26 iyul 1949[…], Sankanpxenq[d]) — Tailand iş adamı, siyasətçi və ziyarətçi professorudur. 2001-ci ildən 2006-cı ilədək Taylandın Baş naziri vəzifəsində çalışmışdır. Hakimiyyətdən kənarlaşdırıldıqdan sonra 2008-ci ildə korrupsiyada günahkar bilinir və hazırda özünü sürgündə yaşayır. Thaksin 1987-ci ildə mobil telefon operatoru Advanced Info Service və İT və telekommunikasiya konqlomeratı Shin Corporation şirkətini qurdu və nəticədə onu Taylandın ən varlı adamlarından biri etdi. O, 1998-ci ildə Tay Rak Tayland Partiyasını (TRT) qurdu və sürüşkən bir seçki qələbəsindən sonra 2001-ci ildə Baş Nazir oldu. Tamamilə vəzifə tutan ilk demokratik yolla seçilmiş Baş nazir və 2005-ci ildə yenidən seçildi. böyük əksəriyyəti. Taksin 2500-dən çox insanın öldüyü "narkotiklərə qarşı müharibə" elan etdi. Thaksin hökuməti yoxsulluğu azaltmaq, infrastrukturu genişləndirmək, kiçik və orta sahibkarlığı təşviq etmək və ümumdünya səhiyyə əhatə dairəsini genişləndirmək üçün proqramlara başlamışdır. Thaksin, müsəlman cənub əyalətlərində separatçı üsyanlara qarşı güclü silahlı bir yanaşma etdi.