Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sideratlar
Sideratlar, (frans. sideration) yaşıl gübrə – yaşıl gübrə üçün yetişdirilən bitkilər, torpağı üzvi maddə və azotla zənginləşdirmək məqsədi ilə şum zamanı torpağa basdırılan yaşıl bitki kütləsi. Acı paxla, narınc, payızlıq çöl noxudu, xaşa, lərgə, yonca və s. kimi paxlalı bitkilər Sideratlar adlanır. Sideratlar torpağın fiziki-kimyəvi xüsusiyyətlərini yaxşılaşdırır. Şum qatını üzvi maddələr, azot, kökyumrusu bakteriyaları, həmçinin başqa qida elementləri ilə zənginləşdirir, torpağın məhsuldarlığını artırır.
Siderit
Siderit – Fe [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Mn - (oliqonit), Mg- (sideroplezit), Ca- (siderodot), Co- (kobalt-oliqonit) saxlayan sideritlər. Rəng – bej, sarımtıl-boz, sarımtıl-qonur, qonur, qəhvəyi; Mineralın cizgisinin rəngi –ağ, sarımtıl; Parıltı – şüşə, ayrılma müstəvi-lərində–sədəfi, sıx kütlələrdə–tutqun; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,7-4,0; Sərtlik – 4-4,5; Kövrəkdir; Ayrılma – {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; Lüminessensiya – limonu-sarı; Morfologiya – kristallar: nadir rast gəlir; çox vaxt əyilmiş üzlərlə səciyyələnən romboedrik, lövhəvarı, skalenoedrik; İkiləşmə: {0112} üzrə polisintetik və {0001} üzrə; Mineral aqreqatları: bütöv dənəvər, sıx torpaqvari kütlələr, sferolitlər, böyrəkvarı əmələgəlmələr, konkresiyalar, oolitlər, bəzən druzalar. Hidrotermal sideritə filiz mineralları ilə birlikdə, adətən, polimetal, bəzən isə qalay- volfram yataqlarında rast gəlinir. Həmçinin əhəngdaşı, dolomit və karbonatların əvəz olunması ilə əlaqədar olaraq yaranan metasomatik kütlələr təşkil edir. Bəzən siderit peqmatitlərdə, bazaltların boşluq və çatlarında müşahidə olunur. Sedimentogen siderit dəniz hövzələrinin laqun və körfəzlərində və hövzələrin dərinliyi az olan hissələrində lay və konkresiyalar şəklində əmələ gəlir. Əhəngli-gilli çöküntülərdə, çökmə dəmir filizlərində və b. qeyd edilir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sidhart Malhotra
Sidharth Malhotra (16 yanvar 1985, Yeni Dehli) — hind kino aktyorudur. Malhotra Pəncablı ailədə anadan olmuşdur. O, 18 yaşından etibarən modellik etməyə başlamışdır. O, həmçinin My Name is Khan filmində rejissor assistenti kimi işləmişdir. Sidharth Malhotranın boyu 1,85 metrdir.
Natrium sitrat
Na3C6H5O7 - limon turşusunun natrium duzudur. Mr(Na3C6H5O7)=258,06 Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər. Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur. Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir.
Sider Muzeyi
Sider Muzeyi (isp. Museo de la Sidra) — İspaniyanın Asturiya regiounun Nava şəhərinin Plaza del Prinsip de Asturiya bölgəsində yerləşən muzeydir. Muzey 1996-cı ildə Şahzadə Filipp tərəfindən açılmışdır. Muzey Asturiyanın milli içkisi olan alma şərablarını nümayiş etdirən tematik muzeydir. Muzey Asturiyanın Etnoqrafik Muzeylər Şəbəkəsinin bir hissəsidir. İnteraktiv siderin yaradılışı bütün prosesləri əhatə edir. Artan alma, yığılma, qıcqırtma, qablaşdırılması bu spirtli içkinin istehlakına bilavasitə təsir göstərir. Parlayan alma şərabına həsr olunmuş xüsusi sahə fəaliyyət göstərir. Muzeydə, həmçinin bitkilərin tozlanması kimi məsələlərə və alma ağaclarının inkişafına xüsusi diqqət yetirilir. Yay və qış saat dəyişilməsi muzeyə də öz təsirini göstərir.
Sider dövrü
Sider dövrü və ya sadəcə Sider (yun. σίδηρος sídiros dəmir deməkdir) — Paleoproterozoy erasının ilk geoloji dövrüdür və 2500-2300 milyon il əvvəllər arasında davam etmişdir. Dəmir birləşmələrinin çöküntüləri bu dövrdə artdı. Bu dəmirlə zəngin birləşmələr anaerob sianobakteriyaların istehsal etdiyi oksigenin dəmir ilə birləşərək əmələ gətirdiyi dəmir bir oksid olan maqnetitdən (Fe3O4) əmələ gəlmişdir. Bu prosesin Yerin okeanlarından dəmiri çıxardaraq dənizləri təmizlədiyi düşünülür. Sonda okeanlarda qalan dəmir oksigenlə reaksiyaya girə bilməyəcək qədər az miqdarda qaldıqda proses oksigenlə zəngin bir atmosferin yaranmasına gətirib çıxardı. Bu ikinci, sonrakı hadisə elmdə oksigen fəlakəti kimi tanınır.
Siera Bravo
Siera Bravo (ing. Ciara Bravo) — Amerikalı aktrisa və fotomodel. Siera Bravo 18 mart 1997-ci ildə Kentukki ştatının İsgəndəriyyə şəhərində anadan olub. 9 yaşında o, bəzi modellik şoularında, o cümlədən Dallasda, Texasda Mike Beaty Model və Talent Expoda iştirak edir, burada Management 101-dən Brian Leder və Frederik Levay tərəfindən diqqət çəkir. 2008-ci il ərzində Siera dinləmələrdə iştirak edir və Newport Aquarium üçün reklam çarxlarında görünür. Növbəti il ​​o, bir neçə qısametrajlı filmdə rol alır, tezliklə Disney Schoolhouse-da bir neçə rol səsləndirdi və Timsahların davranışlarını öyrədə bilərsinizmi? filmində kamo rolunda çıxış edir. 2009-cu ildə Nickelodeonun Big Time Rush serialında Keti Nayt rolunu canlandılır. 2019-cu ildə YouTube Premium-da yayımlanan Wayne televiziya serialında əsas rollardan birini oynayır.
Sirat körpüsü (film, 2007)
Filmdə bir yerdə böyüyən kimsəsizlərdən bəhs olunur. Kimsəsiz gənclərin müstəqil həyata atılmasıyla fəlakətlər baş verir. Uşaq evində bir yerdə böyüyən altı uşaqdan biri Cəbi (Səmimi Fərhad) adam vurmaqdan neçə il həbs yatıb həbsxanadan çıxır. Lakin o "tavan"dadır (qumar borcu). Cəbinin həbsxanadan çıxdığı ilk gün altı dost böyüyüb boya-başa çatdıqları uşaq evini ziyarət edirlər. Lakin görəndə ki, biznesmen Əfrasiyab (Ayşad Məmmədov) uşaq evini artıq sökdürüb və yerində başqa bir bina tikdirəcək, onlar qərara gəlirlər ki, həm qisas, həm də Cəbinin borcunu qaytarmaq üçün Əfrasiyabın evini aparsınlar. Ev oğurlanır və cəhənnəmə gedən yolun bütün qapıları uşaqların üzünə açılır. Çünki Əfrasiyabın evindən oğurladıqları seyfin içindən pul əvəzinə 10 kq. narkotik maddə çıxır. Bununla da gənclərin ayağı altındakı Sirat körpüsü yırğalanmağa başlayır.
Sısert
Sısert (rus. Сысерть) — Rusiyada yerləşən şəhər (1946-cı ilə qədər şəhər tipinin qəsəbəsi), Sverdlovsk vilayətinin Sırset şəhər dairəsinin mərkəzi. 1932-ci ilə qədər Sısertski zavod (rus. Сысертский завод) kimi adlanırdı. Sısert komi-zıryan dilindən hidronimdir, "si" - "tüç", "syort" - "sıx küknar meşəsiylə çay vadisi", yəni "dar meşə vadisiylə çay". Bundan başqa birdənədə izah etmə var, Sısert başqırd dilindən "dumanlı yer" kimi tərcümə edilir. Çay vadisində dumanlar həqiqətən nadir şey deyil. 1879-cu ildə Sısertdə rus yazıçısı Pavel Bajov doğulub. 1680-ci ildə məşhur filiz tanıyanlar qardaşlar Babinlər - Aramil qəsəbəsindən gələnlər - burada dəmir filizini tapdılar. Aramillilər kiçik sobalarda onu əridirdilər.