Sider dövrü və ya sadəcə Sider (yun. σίδηρος sídiros dəmir deməkdir) — Paleoproterozoy erasının ilk geoloji dövrüdür və 2500-2300 milyon il əvvəllər arasında davam etmişdir.
Dəmir birləşmələrinin çöküntüləri bu dövrdə artdı. Bu dəmirlə zəngin birləşmələr anaerob sianobakteriyaların istehsal etdiyi oksigenin dəmir ilə birləşərək əmələ gətirdiyi dəmir bir oksid olan maqnetitdən (Fe3O4) əmələ gəlmişdir. Bu prosesin Yerin okeanlarından dəmiri çıxardaraq dənizləri təmizlədiyi düşünülür. Sonda okeanlarda qalan dəmir oksigenlə reaksiyaya girə bilməyəcək qədər az miqdarda qaldıqda proses oksigenlə zəngin bir atmosferin yaranmasına gətirib çıxardı. Bu ikinci, sonrakı hadisə elmdə oksigen fəlakəti kimi tanınır.[1][2]