Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miopatiya
Miopatiya — əzələ xəstəliyi olub , əzələ zəifliyi ilə müşahidə olunur. == Patofiziologiyası == Əzələ hüceyrələrində tamlığın və metobolik prosesslərin pozulması genetik inkişaf anomaliyası , infeksiya, toksinlər, iltihab , horomonal və elektrolit balansının pozulması nəticəsində baş verə bilir. == Təsnifatı == Miopatiyalar iki böyük qrupa bölünür: Anadangəlmə miopatiyalar (muskular distrofiyalar, metobalik miopatiyalar, mitoxondrial miopatiyar) Qazanılmış miopatiyalar ( iltihabi , infeksiyon ,toksik, sistem xəstəliklərinə bağlı )Iltihabi miopaiyalar Polimoizitlər Dermatomiozitlər əlavə cisimcikli miozitlərInfeksiyon Virus infeksiyaları (İİV, influenza virusu, Epstein-Barr virusu) Bakterial piomiozitlər (Staphylococcus aureus və streptococci ) Spiroxetlər (Laym xəstəliyi) Parazitik infeksiyalarToksik Miopatiyalar Dərmanlar( Steroidlər, xolesterin azaldan dərmanlar, Propofol, Amiodaron, kolxisin,Omeprazol, Triptofan) Toksinlər ( Alkoqol, Toluin)Sistem xəstəliklərlə bağlı miopatiyalar Endokrin xəstəliklər ( Tiroid, Paratiroid, Pituitary ya adrenal disfunksiya) Sistem iltihabi xəstəliklər ( Qırmızı qurd eşənəyi, Revmatoid artrit ,Sklerodermiya ,Şeqren sindromu, sarkoidoz ,qarışıq birləşdirici toxuma xəstəlikləri ) Elektrolit disbalansı (kalium ya maqnezium anormallığı, hipofosfatemiya) Kritik xəstəlik miopatiyası Amiloid miopatiyası ( birincilli amiloidoz, ailevi amiloidoz) == Klinik əlamələr == Miopatiyalar sensor əlamətlər olmadan motor (hərəki) simptomlarla xarakterizə olunur. Kramp, fiziki yüklənmədə yorğunluq ,əzələ ağrıları çox rast gəlinən əlamətlərdəndir.
Empatiya
Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır. “Empatiya” sözü yunan dilindəki ἐμπάθεια (empateya), “fiziki bağlılıq, meyl” sözündəndir. Bu da ἐν (en), “içində” + πάθος (patos), “hissiyat” sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır. Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə “hiss, emosiya” mənalarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb.
Samatiya
Samatiya (yun. Ψαμάθεια,türk. Samatya) — İstanbulun Fateh mahalının bir qonşuluğudur. Mərmərə dənizi sahilində, Yeddiqüllə qonşuluğunun qərb sərhədində yerləşir. == Etimologiyası == Qonşuluğun adı, qonşuluqda olan qum miqdarının çoxluğuna görə "qum" mənasını verən Psamathion (Ψαμάθιον) Yunan sözündən yaranmışdır. == Tarixi == 383-ci ildə, ilk monastır təşkilatı, o zamanlar səddin xaricində, Samateyiyada, Konstantinopol'da quruldu.Yaxın zamana qədər, Samatiyada, əksəriyyətlə 1458-ci ildə Sultan II Mehmed tərəfindən yerləşmiş olan ermənilər yaşayırdı və daha əvvəl Sulu Manastırı (suyun monastırı) olaraq da adlandırılan Müqəddəs Corc kilsəsini ehtiva edirdi. Kilisə Osmanlı fəthindən əvvəl Şərqi Pravoslav kilsəsi idi.Qonşuluq, 1782-ci ildə İstanbulun ən böyük yanğınları birində dağıdıldı. == Samatiya Bugün == Həmçinin Samatiyada əhəmiyyətli bir ictimai xəstəxana, İstanbul Təhsil və Araşdırma Xəstəxanası yerləşir. Samatiyanın şəhərətrafı dəmir yolu xətti Sirkəci-Halqalı üzərində bir stansiyası ("Qocamustafapaşa" olaraq adlandırılmışdır) var. İstanbulun ən mənzərəli balıq bazarlarından biri qatar stansiyasının dərhal qarşısındakı rübdə yerləşir.
Hipatiya
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi. == Həyatı və elmi == Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır. Hipatiya riyaziyyatçı, astronom və filosof idi.
İsgəndəriyyəli Hipatiya
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi. == Həyatı və elmi == Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır. Hipatiya riyaziyyatçı, astronom və filosof idi.
Simpatik sinir sistemi
Simpatik sinir sistemi (yun. συμπαθής hissiyyat, həssas) - vegetativ sinir sisteminin bir hissəsi. Simpatik sinir sistemini vegetativ sinir sisteminin döş-bel hissəsi (onurğa beyninin yan sütunu - lat. nucleus intermediolateralis deyilən mərkəzi) və bu hissədən çıxan afferent (qanqliondan qabaqkı) liflər, parasimpatik sinir sisteminin isə orta beyin, soğanaq və oma hissələri (vegetativ mərkəzlər) və onlardan xaric olan efferent (qanqliondan qabaqkı) liflər təşkil edir. Simpatik sinir sistemi fizioloji cəhətcə adrenalinotrop xassəyə malikdir, yəni simpatik sinir sistemində olan reseptorlar seçici olaraq adrenalinəoxşar kimyəvi maddələrlə qıcıqlanır. Simpatik sinir sisteminin əsas vəzifəsi trofik (qidalandırıcı) vəzifədir; bu sistem orqanizmdə maddələr mübadiləsini (oksidləşmə prosesini, qida maddələrinin sərf olunmasını), tənəffüs prosesini, ürəkdöyünməni, əzələlərə oksigen daşınmasını sürətləndirir, hərarəti tənzim edir və s. == Təşkil olunması == Simpatik sinir sistemi aşağıdakı törəmələrdən təşkil olunmuşdur: Onurğa beyninin yan sütunundan yerləşən mərkəzdən - lat. nucleus intermediolateralis; Həmin mərkəzi təşkil etmiş sinir hüceyrələrindən xaric olan qanqliondan qabaqkı liflərdən - lat. fibrae preganglionares; Onurğayanı (birincidərəcə) qanqlionlardan - lat. ganglia paravertebralia; Onurğaönü (ikinci dərəcə ya ara) qanqlionlardan - lat.