Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şirvancıq
Şirvancıq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ərtik rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. Kəndin qədim adı Sirvancıq olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir. Toponim türk mənşəli şirvan etnoniminə -cıq şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lernakert qoyulmuşdur.
Şişmanlıq
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Şirvanlı
Şirvanlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Mustafa xan Şirvanlı — sonuncu Şirvan xanı. Həmzət bəy Qəbulov-Şirvanlı — publisist Vahid Şirvanlı — şair Əhliman Şirvanlı — şair, aşıq Kəndlər Şirvanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Bələdiyyələr Şirvanlı bələdiyyəsi (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Şirvanlı bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Şoranlıq
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Şirvancıq məbədi
Şirvancıq məbədi - Qərbi Azərbaycanın (indiki Ermənistan) Şörəyel mahalının Ərtik rayonu ərazisində, Alagöz dağının Qərb yamacında, Şirvancıq (15.07.1948-dən Lernakert) kəndində türk-xristian məbədi. Məbəd V əsrə aid bazilka tavanını çıxmaq şərti ilə ilkin görünüşünü saxlayıb. Xarici divarlarının ölçüsü 22.4x8.2 m-dir. Məbədin yerləşdiyi əraziyə ilk ermənilər XIX əsrin əvvəllərində rus işğalından sonra köçürülüb. В.М.Арутюнян, С.А.Сафарян. Памятники армянского зодчества, Москва, 1951, стр.38, 86; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.109-112.
Şirvanlı (Ağdam)
Şirvanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Şirvanlı kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəngərli kəndi mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Şirvanlı (Bərdə)
Şirvanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Şirvanlı (Neftçala)
Şirvanlı (əvvəlki adı: Yarski) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi vahidi tərkibindəki Yarski kəndi Şirvanlı kəndi adlandırılmışdır. Kənddə İbrahim İsmayıl oğlu Babayev adına orta ümumtəhsil məktəbi yerləşir. Kənddə "Həsənağa" məscidi dini icması fəaliyyət göstərir.
Şirvanlı (Oğuz)
Şirvanlı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə, Qumlaq kəndinin şərqində yerıəşir. Qumlaq İnzibati Ərazi Dirəsinə daxildir. “Şirvan” – dünyanın yaranışından soraq vrən işıqlı sözdür. Oğuz rayonundakı Şirvanlı kəndi də öz adında bu işıqlı sözü yaşatmaqdadır. “Şirvan” toponimi nəinki respublikamızın Sabirabad, Ağdam, Bərdə, Oğuz, İsmayıllı, Şamaxı, Neftçala rayonlarında, həmçinin Orta Asiyada, İranda, Şimali İraqda, Kiçik Asiyada geniş arealda yayılmışdır. Azərbaycan ərazisində Şirvanşahlar dövləti, Şirvan xanlığı, Şirvan bəylərbəyliyi, Şirvan vilayəti olmuşdur. Bakı şəhərindəki Şirvanşahlar sarayı dünyanın nadir memarlıq incilərindən biridir. Şirvan düzü Azərbaycan Respublikasının barlı - bərəkətli coğrafi ərazisidir. Ərəb müəlliflərindən əl-Blazuri, ət-Təbəri, əl-İstəxri ilkin orta əsrlərdə Azərbaycan ərazisində Şamaxı şəhərinin yaxınlığında Şirvan adlı şəhərin olduğunu yazmışlar.
Şirvanlı (Qusar)
Şirvanlı (əvvəlki adı: Şirvanovka) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi adlandırılmış, Şirvanovka kənd inzibati ərazi dairəsi Şirvanlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Kənd Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XII əsrin sonlarında Rusiyanın mərkəzi quberniyalarından Şirvan zonasına köçürülmüş ailələrin XX əsrin əvvəllərində indiki əraziyə gəlmələri nəticəsində yaranmışdır. Kənd əvvəlcə Şirvanskoye, Sonralar Şirvanovka adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1162 nəfər əhali yaşayır. Kənddə Şahdağ Qusar futbol klubunun müxtəlif yaş qrupları üzrə bölmələri fəaliyyət göstərir.
Şirvanlı (dəqiqləşdirmə)
Şirvanlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Mustafa xan Şirvanlı — sonuncu Şirvan xanı. Həmzət bəy Qəbulov-Şirvanlı — publisist Vahid Şirvanlı — şair Əhliman Şirvanlı — şair, aşıq Kəndlər Şirvanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Bələdiyyələr Şirvanlı bələdiyyəsi (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Şirvanlı bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Şirvanlı bələdiyyəsi

Şoranlıq qaçançayırı
Şoranlıq qaçançayırı (lat. Aeluropus littoralis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qaçançayır cinsinə aid bitki növü.
Şoranlıq sirkəni
Şoranlıq sirkəni (lat. Atriplex halimus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Şoranlıq sistanxesi
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Şoranlıq süsəni
Şoranlıq süsəni (lat. Iris halophila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Şoranlıq toppuzlusu
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.
Mustafa xan Şirvanlı
Mustafa xan Xançobanlı (d. 1768 – ö. 17 sentyabr 1844) — sonuncu Şirvan xanı. Mustafa xan Ağası xan oğlu Şamaxı şəhərində anadan olmuşdu. О xeyli qaçqın həyat sürdükdən sоnra 1792-ci ildən xanlıq kürsüsünə sahib оldu. Bir zaman Azərbaycan xanlıqlarına və xanlarına qənim kəsilmiş Fətəli xan Qubalının əlindən canını götürüb qaçaraq Qarabağ xanlığına pənah gətirmiş оlan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qоlları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildi. Оnları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı. Bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və оradan da Avarstana getdilər. Оrada da qala bilməyən xanzadələr Qarabağa və оradan da Türkiyəyə getdilər.
Şirvanlı bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şirvanlı bələdiyyəsi (Neftçala)
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şirvanlı məscidi (Amasya)
Şirvan məscidi — 1895-ci ildə Azərbaycanın Qarabağ və Şirvan bölgəsindən Amasyaya köçən azərbaycanlılar tərəfindən toplanan ianələr hesabına Türkiyənin Amasya şəhərində Şeyx Hacı Mahmud Əfəndi tərəfindən təkkə-təsəvvüf ədəbiyyatının tanınmış nümayəndəsi, nəqşibəndi şeyxi Mir Həmzə Nigarinin şərəfinə inşa edilmiş məscid. Şirvan məscidi Azərbaycanın Qarabağ bölgəsindən olan Şeyx Hacı Mahmud Əfəndi tərəfindən Azərbaycanın Qarabağ və Şirvan bölgələrindən Amasiya şəhərində yaşayan Azərbaycan türklərindən toplanan ianələr hesabına 1895-ci ildə inşasına başlanmışdır. Amasyadakı məscidlərin əksəriyyəti dövlət adamları və nüfuzlu şəxslər tərəfindən tikdirilərkən, Şirvanl məscidi bir mürşidin, Mir Həmzə Nigarinin adına, sevənləri və müridləri tərəfindən inşa edilmişdir. 1885-ci ildə Xarputda vəfat edən Mir Həmzə Nigarinin cənazəsi vəsiyyəti üzrə sonradan Amasyaya aparılaraq orada bir evin arxasasına dəfn edilmiş və söyləndiyi kimi Şeyx Hacı Mahmut Əfəndinin başçılığı ilə toplanan yardımlarla məzarın üzəri bir türbəylə örtülərək yanında bir məscid tikilmişdir. Məscid kare planlı, tək qübbəli və tək minarəlidir. Tikintisində kəsmə daş və moloz daş malzəmlə birlikdə istifadə olunmuşdur. Şimal tərəfində dörd sütunlu, üç gözlü bir camaat yeri yerləşir. Klassik sütun başlıqlarının üzərindəki sivri kəmərlər qırmızı və bəyaz mərmər işlədilərək süslənmiş, bu bölümün üzəri üç kiçik qübbəylə örtülmüşdür. Ağ mərmərdən tikilmiş giriş qapısındaki naxışlar və motivlər türk memarlığı üslubunda qurulmuşdur. Türbə məscidin şərq tərəfində yer alır və məscidə bitişikdir.
Şirvanlı məscidi (Bərdə)
Şirvanlı məscidi — Bərdənin Şirvanlı (Bərdə) kəndində yerləşən məscid. XIX əsrin əvvəllərində inşa edilmişdir.
Həmzət bəy Qəbulov-Şirvanlı
Həmzət bəy Qəbulov-Şirvanlı (1884, Qax-1912, Tiflis) — publisist. == Həyatı == Stavropol gimnaziyasında, sonra Kiyev hərbi məktəbində oxuyub. Bir müddət Tiflisdə dövlət qulluğunda işlədikdən sonra 1908-dən bu şəhərdəki "Zakavkazye" qəzetində "müsəlman şöbəsi"nin müdiri işləyib. Məhz onun təəssübkeşliyi sayəsində bu qəzetdə Azərbaycan ədəbiyyatı haqqında çoxlu dəyərli yazılar çıxıb. Təkcə bunu desək yetər ki, M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı məhz Həmzət bəyin əliylə bu qəzetdə dərc edilib. Həmzət bəyin "Zakavkazye"dəki çoxlu məqalələri millətimizin ozamankı ən vacib problemlərinə həsr edilib. Nə yazıqlar ki, bu böyük şəxsiyyət Tiflisdə hədsiz yoxsulluq və xəstəlik içərisində yaşayaraq çox gənckən dünyasını dəyişib.
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu – Azərbaycanın Neftçala rayonunda tikintisi hələ də davam edən avtomobil yolu. Avtomobil yolunun tikintisi haqqında ilk addım Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən atılmışdır. İlham Əliyev 29 may 2014-cü ildə imzaladığı sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq yolun tikintisi ilə bağlı 3 milyon manatın ayrılması barədə göstəriş vermişdir. Lakin işlər planlaşdırıldığı kimi getmədiyindən İlham Əliyev 25 sentyabr 2017-ci ildə əlavə tədbirlərin görülməsi barədə ikinci sərəncam imzalamış və büdcədən 21,5 milyon manatın ayrılmasını nəzərdə tutmuşdur. Avtomobil yolu 37 min nəfərin yaşadığı 19 kənd və 1 qəsəbəni birləşdirir. Yolun uzunluğu 55 kilometr, eni 12 metrdir. Bura 7 metr enində yolun hərəkət hissəsi və 2.5 metr enində çiyinlər daxildir. Avtomobil yolunun altından suların ötürülməsi üçün müxtəlif ölçülü 76 ədəd dəmir-beton su borusu quraşdırılıb, su keçidləri inşa edilib.
Şorkənd–Beştalı–Bankə–Şirvanlı avtomobil yolu