Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sivriburun kefal
Sivriburun kefal (lat. Liza saliens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb. Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır. == Morfoloji əlamətləri == D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur. Burun hissəsi nisbətən kütdür. Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır.