Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sipyer
Sipyer (fr. Sipyer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 38,15 km², əhalisi 348 nəfərdir (2006) artım tendensiyası ilə: 372 nəfər (2012), əhalinin sıxlığı 9,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 374 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 372 nəfər.
Ksander Skinner
Skinner qutusu
Skinner qutusu (ing. Skinner box) və ya operant tənzimləmə otağı (ing. operant conditioning chamber) – içərisindəki heyvanın (əsasən siçanın) qida və su əldə edə bilmək üçün basa biləcəyi bir düymənin olduğu aparat. Heyvanın tələb olunan hərəkəti etməsi və qarşılığında mükafatlandırılması prinsibi ilə işləyir. Təcrübənin əvvəlində qutunun içinə bir siçan qoyulur. Siçanın qutudakı hərəkətlərinə məhdudiyyət qoyulmur və rahatca dolaşmasına icazə verilir. Qutunun içində dolaşarkən qida əldə etməsini təmin edən düyməyə təsadüfən basan siçan sonrakı cəhdləri boyunca sürət qazanır və düyməyə basdıqca mükafatlandırıldığını öyrənir. Beləcə, operant tənzimləmə uğurla həyata keçirilmiş olur. Berres Frederik Skinner tərəfindən ixtira olunan bu qutuda bir heyvanın hər reaksiyasını qeydə alan cihaz var. Skinner qutusunun quruluşu heyvandan və təcrübənin formasından asılı olaraq dəyişdirilə bilər.
Yom Kippur
Yom-Küpür yaxud Kəffarə günü (ivrit dilində: יוֹם כִּפּוּר‎‎) - yəhudilər üçün ən mühüm bayramlardan biri. Tişri ayının 10-cu günündə keçirilən bu bayram oruc və tövbə ilə icra olunur. Еврейская электронная энциклопедия. «Иом-Киппур».
Burres Frederik Skinner
Burres Frederik Skinner (20 mart 1904[…] – 18 avqust 1990[…], Kembric, Massaçusets) — XX əsr Amerika psixologiya elminin görkəmli nümayəndəsi, Biheviorizmin tanınmış nümayəndələrindən biri olan amerikalı psixoloq. == Həyatı == Frederik Skinner Pensilvaniya ştatında Qreys və Uilyam Skinnerin ailəsində anadan olub. Atası hüquqşünas idi. O, yazıçı olmaq niyyəti ilə Nyu Yorkdakı Hamilton Kollecində İngilis ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. İntelektual xüsusiyyətlərinin yüksək olmasına görə Hamilton kollecində özünü sosial cəhətdən zəif hiss edirdi. Buna görə də yazıçılıq onu qane etmədiyindən elmlə məşğul olmağa başlayır. 1926-cı ildə İngilis ədəbiyyatı üzrə bakalavr dərəcəsi aldıqdan sonra, 1927-ci ildə o, biheviorizmlə tanış olur və Harvard Universitetinə daxil olur. Skinner Harvard Universitetini bitirir və 1931-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Sonrakı beş ili o, Harvard Tibb Məktəbində işləyir və heyvanların sinir sisteminin tədqiqi ilə məşğul olur. 1936-cı ildə Yvonne (Eve) Blue ilə evlənmiş və bu evlilikdən Julia Vargas və Deborah Buzan adlı 2 qızı dünyaya gəlmişdir.
Yom Kippur müharibəsi
Yom Kippur müharibəsi və ya digər adları ilə Ramazan müharibəsi, Oktyabr müharibəsi (ivr. ‏מלחמת יום הכיפורים‏‎, Milẖemet Yom HaKipurim, və ya מלחמת יום כיפור, Milẖemet Yom Kipur; ərəb. حرب أكتوبر‎, Ḥarb ʾUktōbar, və ya حرب تشرين, Ḥarb Tišrīn) Misir və Suriyanın başçılığı altındakı Ərəb dövlətlərindən ibarət koalisiya ilə İsrail arasında 6–25 oktyabr 1973-cü il tarixləri arasında baş vermiş döyüşlərə verilən addır. Bəzi ədəbiyyatlarda 1973 Ərəb-İsrail müharibəsi də adlandırılır. Döyüşlər ən çox 1967-ci ildə baş vermiş Altıgünlük müharibə ərzində İsrail tərəfindən ələ keçirilmiş ərazilərdə, Sinay yarımadasında və Qolan təpələrində baş tutmuşdur. Müharibənin baş verməsinin əsas səbəblərindən biri də Misir prezidenti Ənvər Sadatın Süveyş kanalını yenidən açmağa cəhd etməsi olmuşdur. Müharibə 6 oktyabr tarixində yəhudi xalqı üçün ən müqəddəs gün sayılan Yom-Küpür günü Ərəb koalisiyası tərəfindən İsrail mövqelərinə gözlənilən hücumla başladı. Misir və Suriya qoşunları gözlənilməz hücum nəticəsində atəşkəs xəttini keçərək Sinay yarımadası və Qolan təpələrinə daxil oldular. ABŞ və SSRİ müharibəni kəskin şəkildə pisləsə də, hər iki dövlət müharibə ərzində qarşı cəbhələrdə mövqe tutdular ki, bu da nüvə silahına malik iki dövləti qarşı-qarşıya qoydu. Misir qoşunları uğurlu hücum əməliyyatı nəticəsində Sinay yarımadasına daxil olsa da, İsrail tərəfi öz qoşunlarını üç gün ərzində toplayaraq əks-hücuma keçdi və hücumda olan Misir qüvvələrini geri çəkilməyə məcbur etdi.
Skiflər
Skiflər — antik dövrdə və orta əsrlərdə həm Şərqi Avropa, həm də Asiya ərazisində yaşayan xalqları adlandırmaq üçün istifadə edilən Qədim yunan mənşəli ekzoetnonim. Qədim yunanlar skiflər yaşayan ölkəni Skifiya adlandırırdılar. (q.yun. Σκυθική, yun. Σκυθία, lat. Scythia). Skiflər haqqında ilkin məlumatlar antik dövr yazarlarının (Herodot və s.) əsərlərindən, eləcə də Dunayın aşağısından Tuvaya qədər olan ərazilərdə aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir. Skif-sarmat dili İran dil qrupunun şərqi-iran yarımqrupuna aid olub. Bəzi tədqiqatçılar skiflərin İran mənşəli olduğunu bildirir. Bir assur mənbəsində e.ə.
Kristallik sipər
Kristallik sipər (rus. кристаллический щит, ing. shield) — platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. "Sipər" termini E. Zyüss (1885), "Kristallik sipər" isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.