Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Susay
Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır. == Tarixi == Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər. == Coğrafiyası və iqlimi == Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.
Çağatay Ulusoy
Çağatay Ulusoy (d. 23 sentyabr, 1990, Türkiyə, İstanbul) — Türk model və aktyorudur. == Həyatı == 1990-cı ildə İstanbul Bakırköydə anadan olub.
Fərəc Ulusoy
Fərəc Quliyev və ya Fərəc Ulusoy (tam adı: Quliyev Fərəc İbrahim oğlu; 22 dekabr 1962, Üstüpü, Ordubad rayonu) — ictimai-siyasi xadim, istiqlalçı deputat, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədri. == Həyatı == Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 oğlu var. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildə həbs edilmiş və 2002-ci ildə azadlığa buraxılmışdır. Həbsdə ikən 5 kitab və elmi-nəzəri məqalələr yazmışdır.
Lush
Lush — amerikalı müğənni Mitskinin ilk studiya albomu. 31 yanvar 2012-ci ildə yayımlanıb. Mitski albomu SUNY Purcase-də təhsil alarkən tələbə layihəsi kimi hazırlayıb. == Trek siyahısı == Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.
Masiela Lusha
Masiela Luşa (ing. Masiela Lusha; 23 oktyabr 1985, Tirana, Albaniya — ABŞ aktrisası, yazıçı və filantrop.
Susay bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sushi Nakazawa
Sushi Nakazawa (azərb. Nakazava suşisi‎) – Nyu-York şəhərində, Manhettendə, Kommersiya küçəsində yerləşən elit suşi restoranı. Restoran qidaların hazırlanmasına və yüksək keyfiyyətinə görə təriflənilir. Restoran Alessandro Borqonone tərəfindən açılmışdır. O, Deyvid Gelbin "Cironun suşi arzuları" adlı sənədli filmini izlədikdən sonra Ciro Ononun tələbəsi Daysuke Nakazavanı restoranın baş aşbazı təyin etmişdir. == Aşbaz == Daysuke Nakazava Yaponiyada anadan olmuş və böyümüşdür. Nakazava Ciro Ononun keçmiş tələbəsidir.
Susay məscidi
Susay məscidi — Azərbaycanın Quba rayonunun Susay kəndində tikilmiş tarixi-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Azərbaycanın Quba rayonunun Susay kəndində tikilmiş Susay məscidinin XIV və ya XIX əsrdə tikilməsi ilə bağlı fikirlər mövcuddur. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 2001-ci ildə qeydiyyata götürüləndə məscidin inşa tarixi 1854-cü il kimi göstərilib. Lakin kənd sakinlərinin dediklərinə görə məscid XIV əsrdə tikilib. Onlar bu tarixi məscidin qapısına qeyd olunmuş tarixə əsaslanaraq qeyd edirlər. Palıd ağacından yonulan qapının üzərində onu hazırlayan ustanın adı və hazırlandığı tarix, hicri təqvimi ilə 721-ci il (1321) göstərilib. Bundan başqa kənd sakinləri məscidin qədim qapılarından birinin Azərbaycana gələn ingilislər tərəfindən Londona aparıldığını və hazırda həmin qapının Fransadakı muzeylərdən birində saxlanıldığı iddia edirlər. Məscidin inşasında çay daşından və yaxınlıqdakı “Bağça dərəsi” adlanan yerdən çıxarılan kərpiclərdən istifadə olunub. Məscidin içərisindəki üzərində qədim işarələr olan böyük sütunlar da palıddandır.