SLASH

v 1. şallaqlamaq, qamçılamaq, qamçı ilə / şallaqla vurmaq; 2. məc. amansızcasına / kəskin surətdə tənqid etmək; to ~ at smb. bir kəsi ciddi tənqid etmək; 3. kəsmək, dərin yara vurmaq; to ~ smb. with a knife bir kəsə bıçaqla dərin yara vurmaq; 4. kəsib doğramaq, doğramaq; to ~ smth. to pieces bir şeyi parça-parça doğramaq; 5. kəskin surətdə azaltmaq; to ~ a budget büdcəni kəskin surətdə azaltmaq

SLAPDASH
SLAT
OBASTAN VİKİ
Slashdot
Slashdot( /.) <sləş-dot> – texniki mövzular üzrə ixtisaslaşmış və texniki auditoriyaya maraqlı olan mövzuları əhatə edən ingilisdilli sayt. 1997-ci ildə əsası qoyulub. Materialların əksəriyyətini oxucular göndərir və redaksiyanın yoxlamasından sonra dərc olunur. “Slashdot” adı saytın yaradıcıları tərəfindən URL’ə parodiya kimi seçilib, belə ki, saytın adının tələffüzü hər kəsi çaşdırır (h-t-t-p-colon-slash-slash-slashdot-dot-org). Saytdakı hər mövzu müzakirə olunur və tez-tez bu müzakirələr böyüyərək fleymə (FLAME) çevrilir. İngilis dilində saytlar haqqında işlədilən “to become slashdotted” (“sləşdot olmaq”) neologizmi də yaranıb. Hər hansı populyar saytda (məsələn, Slashdot’da) az tanınan sayta yerləşdirilən istinadlar səbəbindən həmin sayta müraciətlərin kəskin artması nəticəsində avadanlıqların gücü çatmadıqda və son nəticədə həmin sayta erişmək mümkün olmadıqda bu ifadə işlədilir. Buna “sləşdot effekti” (SLASHDOT EFFECT) də deyirlər. Veb ünvanı: http://www.slashdot.org Veb sayt 1997-ci ildə "CmdrTaco" adı ilə tanınan Hope College tələbələr Rob Malda və "Hemos" kimi tanınan Jeff Bates-in təsisçisi tərəfindən yaradılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,785 s.