Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smoke test
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Smok-Krik
Smok-Krik (ing. Smoke Creek Desert) — ABŞ-nin şimal-qərbində Nevadadan 97 km şimalda qərarlaşır. Piramid gölünün şimalında yerləşir. Yaxınlığından kontinental dəmir yolu keçir.
AMOKO
Amoco — Dünyanın ən böyük neft və qaz istehsalçılarından biri. 1889-cu ildə yaradılmışdır. Müxtəlif ölkələrdə 42.000 işçisi var. "AMOKO" Şimali Amerikada ən böyük təbii qaz istehsalçısıdır. Şirkət energetika, neft və qaz emalı, kimya və neft-kimya sahələrində də fəaliyyət göstərir.
Moby
Riçard Mellvil Holl (ing. Richard Melville Hall) – Moby adı ilə məşhur olan amerikalı bəstəkar, musiqiçi və dj. == Həyatı == Riçard 11 sentyabr 1965-ci il Nyu-York ştatının Harlem şəhərində anadan olub. Konnektikut ştatının Darien şəhərində böyüyüb. Valideynləri onu uşaqlıqdan bəri Moby deyə çağırırdılar. Bu ad onun əcdadı olan Herman Mellvil tərəfindən yazılmış Mobi-Dik adlı əsərdən götürülmüşdü. O uşaqlıqdan bəri gitara, bass-gitara, zərb alətləri və klavişli musiqi alətlərində çalmağı öyrənir. == Musiqi Karyerası == Hələ 13 yaşında olarkən o, hardkor pank-rok qrup olan "The Vatican Commandoes" qrupunda çıxış edirdi. 1989-cu ildə "Instict Records" səsyazma şirkəti ilə müqavilə bağlayır. Bundan əvvəl isə müxtəlif klublarda house dj-i kimi çalışırdı.
Smoq
Smoq (ingliscə smoke-tüstü, foq-duman) — havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir. İri şəhərlərdə və sənaye rayonlarında kimya, metallurgiya müəssisələrindən, avtomobillərdən Smoq sakit havada və ya az küləkli vəziyyətdə yaşayış məntəqələrində uzun müddət qala bilir. Smoq çox vaxt tüstü ilə duman qarışığından yaranır. Bu halda su buxarının kondesasiyası tüstünün havada asılı vəziyyətdə olan bərk hissəcikləri ətrafında gedir, havada istehsalın qaz halında olan qarışıqları da iştirak edir(Buna London tipli smoq deyilir). Bəzən günəş şüalarının təsiri ilə qaz tullantılarında kimyəvi reaksiya zamanı əmələ gələn qazlardan ibarət davamlı göy tüstü müşahidə olunur, duman olmur (buna Los-Anceles tipli smoq deyilir). Alçaq temperaturda istilik-qızdırma sisteminin su buxarı ilə məişət qaz tullantıları birləşərək buzdan smoq əmələ gətirir. Smoq insan orqanizminə mənfi təsir göstərir, nəfəs orqanlarında xroniki xəstəliklərin yaranmasına, gözlərin xəstələnməsinə, bir çox hallarda çox saylı insan ölümünə səbəb olur, bitkilərə ziyan vurur. == Mənbə == AMEA, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işcisi, i.e.n.- Eminov Z.N., Bakı şəhəri, H.Əliyev adına liseyin coğrafiya müəllimi, c.e.n.- Səmədov Q.M., "COĞRAFİYA ENSİKLOPEDİYASI", 2012-ci il.
Smor
Smor- ABŞ və Kanadada populyar olan istirahət düşərgələrində tonqal ətrafında hazırlanan qəlyanaltı növü. İki parça qraham peçenyesi arasında tonqalda közərdilmiş zefir və şokolad parçasından ibarətdir. Hər il avqustun 10-u Milli Smor Günü olaraq qeyd edilir.
Soko
Stéphanie Sokolinski (26 oktyabr 1986) - "SOKO" ləqəbi ilə tanınan Fransız müğənni-bəstəkar, musiqiçi və aktrisadır. Rus-Polşa əsilli ata və Fransız-İtalyan əsilli anadan Fransanın Bordo şəhərində dünyaya gəlmişdir. Stéphanie Sokolinski adı çox uzun idi və beləcədə o daha tez yadda qalması üçün "Soko" ləqəbini uşaqlıqdan götürmüsdü. FİLMOQRAFİYA ▪L'escalier ( 2003) ▪P.J (2003) ▪Action Justice (2003) ▪Au secours, j'ai 30 ans ! (2004) ▪Ben et Thomas (2004) ▪Clara cet été là (2004) ▪Palais royal !
Sony
Sony Corporation (yap. ソニー Sony) — transmilli şirkət. Mənzil qərargahı Yaponiya və ABŞ-dadır. 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb. "Sony" sözü latın dilindən sonus (“səs”) və ingilis sözlərindən “sunny boys” (“günəşli oğlanlar”) sözlərindən yaradılmışdır. Morita dünyanın heç bir dilində olmayan sözü tapmaq istəyirdi. Yapon dilində “Sonny” sözünün tələffüzü (“sonni”) uğursuz biznesi xatırladan söz mənasını verdiyindən, o, “n” hərflərindən birinin pozulmasına qərar verir. Hazırda Sony Corporation — Sony Group holdinqin tərkibinə daxildir. == Fəaliyyəti == Sony Group əsas əməliyyat seqmenti: Sony Corporation Sony Computer Entertainment (Sony Playstation, video oyunlar ) Sony Pictures Entertainment Sony Music Entertainment (musiqi alətləri). Sony Financial Holdings (maliyyə sferasında əməliyyatlar — sığorta, banklar) Sony (mobil telefonlar) Sony Vaio (noutbuklar) Sony Bravia (televizorlar) 2005-ci il üçün əməkdaşlarının sayı 151400 nəfər olmuşdur.
Stoks qanunu
Stoks qanunu-özlü mayelərdə cismin hərəkəti zamanı meydana çıxan müqavimətinə aiddir. Bu müqavimət qüvvəsi (F) mayenin axma sürəti (v), özülülük əmsalı ( η {\displaystyle \eta } ) və cismin xətti ölçüləri (r) ilə mütənasibdir. F = 6 π η r v {\displaystyle F=6\pi \eta rv} Özülülük əmsalı maddəyə görə dəyişir.
Artur Stoks (velosipedçi)
Artur Stoks (13 noyabr 1875, Koventri, Uest-Midlends[d] – 4 aprel 1949, Koventri, Uest-Midlends[d]) — Böyük Britaniyalı keçmiş peşəkar velosiped yarışçısı. Artur Stoks Böyük Britaniyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Artur Stoks birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Smouk (Mortal Kombat)
Smouk (ing. Smoke) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Proqramlaşdırılmış robotlardan biridir.
Çeyn-Stoks tənəffüsü
Çeyn-Stoks tənəffüsü — periodik səthi seyrək tənəffüs hərəkəti ilə başlayaraq get-gedə tezləşə və dərinləşərək maksimal həddə çatdıqdan sonra təzədən səthiləşərək, səngiyərək uzun pauzaya keçməsilə xarakterizə olunan potoloji tənəffüs tipi. Bu hal ilk dəfə XIX əsrin əvvəllərində həkimlər Çeyn və Uilyam Stoksun işlərində təsvir edildiyindən onların şərəfinə adlandırılmışdır.
İmoko Volley Konegliano
İmoko Volley Konegliano — 2012-ci ildə yaradılmış İtaliya qadın voleybol klubudur. Yarandığı ildən etibarən ölkəsinin yüksək liqasında çıxış edən komanda ilk mövsümdəcə Seriya A1-in finalına qədər çıxa bilmişdir. == Heyəti == 2013-14 mövsümü üçün 3. Carli Lloyd 5. Aleksandra Klineman 6. Valentina Fiorin 7. Karlotta Daminato (L) 8. Berit Kauffeldt 9. Melissa Dona 10. Monica De Cennaro (L) 13.
Smosh: The Movie
The Smosh : The Movie Lionsgate Films -dən gələn Amerika komediya filmidir. Filmin önündə Anthony Padilla və Ian Hecoxdan ibarət YouTube dueti Smosh olacaq.
Smosh : The Movie
The Smosh : The Movie Lionsgate Films -dən gələn Amerika komediya filmidir. Filmin önündə Anthony Padilla və Ian Hecoxdan ibarət YouTube dueti Smosh olacaq.
Allium moly
Moli soğanı (lat. Allium moly) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Benjamin Spok
Benjamin Makleyn Spok (ing. Benjamin McLane Spock) — ABŞ pediatr, 1946-cı ildə nəşr edilmiş və ABŞ tarixində bestsellerə çevrilən "Uşaq və ona qulluq" kitabının müəllifi. Spokun "Siz düşündüyünüzdən daha çox bilirsiniz" çağırışı onu məşhurlaşdırmışdır. Spok ailə münasibətlərinin inkişafı çərçivəsində uşaqların ehtiyacların qavranılması məqsədilə psixoanalizi öyrənən ilk pediatr olmuşdur. Onun uşaqlara qayğı haqda ideyaları bir neçə valideyn nəslinə , valideynlərin övladlarına qarşı münasibətlərdə daha möhkəm və incə davranmalarına, onlarla şəxsiyyət kimi rəftar etmələrinə çox böyük təsir göstərmişdir. == Həyatı == Məktəbi bitirdikdən sonra Yel Universitetinə daxil olan Spok ilk əvvəl ingilis dili və ədəbiyyatını öyrənmiş, həmçinin idmanla məşğul olmuşdur. Hündür boy olması (189 sm) və fiziki göstəricilərinə görə onu tez bir zaman çərçivəsində universitetin avarçəkmə yığmasına götürürlər. O, 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ABŞ komandasına qızıl medal qazandırmışdır. Beləliklə, Benjamin Spok olimpiya çempionu olmuşdur. İdmanda əla göstəricilərinə baxmayaraq, Spok tibbi seçir.
Loko Moko
Loko Moko- Havayi mətbəxinə aid təam. Onun müxtəlif variantları mövcuddur, lakin ənənəvi Loko Moko hamburger çörəyi üzərinə düyü, yumurta, qəhvəyi qrevi qoymaqla hazırlanır. Digər növlərində tərkibinə Çili bibəri, basdırma, vetçina, Spam, linquiça, teriyaki toyuğu və müxtəlif ət növləri əlavə edilir. == Tarixi == Loko Moko ilk dəfə 1949-cu ildə, Hiloda, Linkoln Qril restoranında Riçard İnuye və həyat yoldaşı Nensi tərəfindən yeniyetmələr üçün hazırlanmışdır. İlk Loko Moko düyü və hamburger çörəyi üzərinə qrevi tökməklə hazırlanmışdır. Yumurta sonradan əlavə edilmişdir. Yeniyetmələr bu yeməyi onların üzvü olan Corc Okinotonun "Dəli"(ingiliscə:crazy) ləqəbinə uyğun adlandırıblar. Hilo orta məktəbində ispanca təhsil alan Corc Takanaşi "Loko" adını təklif edir ki, bu da ispancadan dəli mənasını verir. Moko hissəsi hissə loko sözü ilə uyğun olduğu üçün əlavə edilir.
Soka Qakkai
Soka Qakkai (yaponca: 創価学会, Hepbörn: Sōka Gakkai, "Dəyər yaranma cəmiyyəti") — yapon Niçiren buddist hərəkatı. Onun baş rəsmi məqsədi "sülhü, mədəniyyəti və təhsili" dəstəkləməkdir. İbadətində isə Lotus sutrası vacib rol oynayır. == İnancları == Soka Qakkai fəlsəfəsinin əsası 1222–1282 illərin arasında yaşayan Niçiren adlı rəhibdən gəlir. Niçiren Buddizmi Kamakura dövrünün "yeni Buddizm" məktəblərindən biridir. XIII əsrdən başlayaraq, Niçiren Buddizmin bir sıra məzhəbi formalaşıb və Soka Qakkai onlardan biridir. Hərəkətin təliminin tərkibi hissələrindən biri Lotus sutrası ilə bağlı Soka humanizmidir. Ona əsasən Soka Qakkai ibadətçiləri inanır ki, "Budda həyatın özüdür". == Tarixi == 1928-ci ildə Tsunesaburo Makiquçi və bəzi mənbələrinə görə həmin ildə, başqa mənbələrə görə isə 1928–1930 illərin arasında onun öyrəncisi Cosei Toda Niçiren Buddizmini qəbul ediblər. 1937-ci ildə Makiquçi başçısı olduğu Yaponiyada təhsil islhatı məsələsini araşdıran, 60 adamdan ibarət olan bir qrup Soka Qakkai hərəkətinin əsasını qoyub.
Sony Ericsson
Sony Mobile Communications AB (keçmiş Sony Ericsson Mobile Communications AB) — transmilli mobil telefon istehsalçısı. Sony şirkətinin bölməsi. Mərkəz-qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir. Əsası Sony Ericsson adı altında və ortaq şirkət formasında 1 oktyabr 2001-ci ildə Sony şirkəti və İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan Ericsson şirkəti tərəfindən qoyulmuşdur. 2012-ci il 16 fevral tarixində Sony şirkəti Ericssonun şirkətdəki payını satın almışdır. Sony Mobile Communications şirkətinin Tokio (Yaponiya), Çennai (Hindistan), Lund (İsveç), Pekin (Çin) və Silisium vadisində (ABŞ) tədqiqat və istehsal mərkəzləri var. Dünya bazarındakı payı baxımından Sony Mobile 2012-ci ilin I rübünün nəticələrinə görə dünyanın 10-cu böyük mobil telefon istehsalçısı və 2012-ci ilin 3-cü rübündə dünyanın 3-cü böyük smartfon istehsalçısıdır.
Sony Music
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Sony Pictures
Sony Pictures Entertainment Inc. (qısaca Sony Pictures və yaSPE) film və televiziya proqramlarının istehsalını, ticarətini və distribütorluğunu edən Amerika mərkəzli əyləncə şirkətidir. Yaponiya texnologiyası və media şirkəti olan Sony-ə aid şirkətdi r. 2007-ci ildə dəyəri 8,58 milyard $ olaraq açıqlanmışdır.
Sony Records
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Şamoy Çobanov
Şamoy Çobanov (19 yanvar 1965, Ağköynək, Qazax rayonu – 19 avqust 1990, Yuxarı Əskipara, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamoy Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş. Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş. Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. "Qanlı dərə" deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir.
Gələcəyin şoku
"Gələcəyin şoku" (ing. Future Shock) — Amerikalı sosioloq, postindusterial cəmiyyət konsepsiyasının müəlliflərindən biri Alvin Tofflerin həyat yoldaşı Xaydi Tofflerlə birlikdə yazdığı və ilk dəfə 1970-ci ildə çap olunmuş kitab; beynəlxalq bestseller. == Tarixi == Kitab 1965-ci ilin yayında "Horizon" jurnalında dərc edilmiş "Həyat yolu kimi gələcək" (ing. "The Future as a Way of Life") adlı məqalənin genişləndirilmiş və təkmilləşdirilmiş variantıdır. "Gələcəyin şoku" kitabı müəllifin əsərləri içərisində xüsusi yer tutur və ona böyük şöhrət gətirmişdir. == Mövzusu == Alvin Tofflerin qeyd etdiyi "gələcəyin şoku" hər şeydən əvvəl insanları əhatə edən sosial həyatdakı və mədəniyyətdəki dəyişikliklərdir. İnsan "cəmiyyət" adlı sistemin çox kiçik bir elementidir və onun təhlükəsizliyinin özünəməxsus çalarları var. Alvin Toffler qeyd edir ki, "İnsan orqanizminin ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa biləcəyi müəyyən hədlər mövcuddur. Əgər əvvəldən bu hədlər müəyyən olunmazsa və bu dəyişikliklər artmaqda davam edərsə, biz çoxlu sayda insanları onların sadəcə dözə bilməyəcəkləri təsirlərə məruz qoya bilərik. Onları "gələcəyin şoku" adlandırdığım qeyri-adi vəziyyətə düçar etməklə biz çox risk edirik".