Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suvacal
Suvacal — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Suvacal oyk., mür. Qusar rayonunun Xuray i.ə.v.-də kənd. Qusarçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Suvacal hibrid coğrafi addır, oykonim ləzgi dilindəki sıva (dağ) və türk dillərindəki çal (təpə) sözlərindən ibarət olub, "dağın təpəsi" mənasındadır. Coğrafi ad kəndin fiziki-coğrafi mövqeyini əks etdirir. Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Kənddə ləzgi kəndlərindən (gəlin) köçüb gəlmiş ləzgilər də yaşayır.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Şvabax
Şvabax (alm. Schwabach‎) — Almaniyanın Bavariya torpağında şəhər. Nürnberq yaxınlığında yerləşən şəhərin əhalisi 40 minə yaxın, sahəsi 40,71 km²-dir. Şəhər XIX əsrin sonlarında iri tikiş ləvazimatları mərkəzi kimi seçilirdi. Həmçinin, qızıl, gümüş, mis və dəmir simlərin, sabun, şam və saxsı qabların istehsalı ilə məşhur idi. XIX əsr bəstəkarı Adolf Genzelt və XV–XVI əsrlər alman heykəltəraşı Adam Kraft burada doğulmuşlar. Şvabax, həmçinin Adolf Hitlerin buranın fəxri vətəndaşı olması ilə tanınır. XV əsrin sonu XVI əsrin əvvəllərinədək Almaniyada geniş istifadə edilən şrift növü olan "Şvabaxer" öz adını Şvabax şəhərinin adından almışdır.