Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eparse adaları
Eparse adaları (fr. Îles Éparses) — Adalar qrupu Hind okeanının cənubunda, Mozanbik boğazında yerləşir. Mozambik və Madaqaskar arasındakı yolun üzərində yerləşir. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir. 1892-ci ildə ərazilər frasnsanın lonizasiyasına məruz qalmışdır. 1912-ci ildə isə «Madaqaskar və onujn asılı ərazilərə» daxil edilir. Zaman-zaman adalar məskunlaşdırılmağa başlanılmışdır. Əsas hədəfsə quano və kakos toplamaq və tısbağa çanağının satışı olmuşdur. == Tərkibi == Bura əsasən Mərcan adaları daxildir: Bank-du-Qeysir (Komor adaları və Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Bassas da İndiya adaları (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) 10 adsız ada Avropa adası (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Avropa adası 8 adsız ada Qloryoz adaları (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Qrand-Qloryoz İl-dyu-Lis Qəza qayası Cənub qayası Yaşıl qayalar (3 ada) 3 adsız ada Xuan de Nova adası (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Tromelin adası (Mavriki tərəfindən ərazi iddiaları irəli sürülür) Adaların ümumi ərazisi — 38,6 km², əhalisi 56 nəfər (stansiya işçiləri).
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Sarsel
Sarsel (fr. Sarcelles) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1 127 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 17 km şimal, Serji bələdiyyənin 24 km şərqdə yerləşir.
Sparks
Sparks – 1970-ci ildə Ron və Rassell Mael qardaşları tərəfindən yaradılan ABŞ rok qrupudu. Əvvəlki illərdə eksperimental pop rok, proto-pank, psixodeliya, proq elementləri ilə ifa edən Sparks qrupu sonra disko janrına keçib. Zaman-zaman qrup inkişafının istiqamətini radikal dəyişirdi, lakin musiqi tənqidçilər (xüsusilə britaniyalı) tərəfindən yüksək qiymətlər alırdı. Bu qrup bir sıra musiqiçilərə (Depeche Mode, New Order, Morrissey və s.) təsir gostərib və müasir musiqi tarixində ən nüfuzlu və yenilikçi qruplardan biri sayılır. Sparks qrupunun yeddi sinqlı "UK Top 40" -a daxil idi; bu sıradan birincisi ən yüksək yerə (#2) çatan "This Town Ain't Big Enough for Both of Us" sinqlı qrupun ən tanınan mahnısıdır.
Sparta
Sparta (Qədim Elence; Attika ləhcəsi: Σπάρτη Spártē, qədim Dor ləhcəsi: Σπάρτα Spártā) — klassik antik dövrdə ən çox „Λακεδαίμων" Lakedaimon olaraq adlandırılan şəhər. E.ə. II minilliyin sonunda Dori istilasından sonra Peloponnes (Mora) yarımadasında dorilər tərəfindən qurulan şəhər və şəhər dövləti. Yunanıstanda qədim dövlət. Spartanın tarixi şəhər-dövlətlərin siyasi təkamülündə istisnalıq təşkil edir. Spartalıların digər yunanlarla eyni kökdən gəlməsinə baxmayaraq, dövlət demokratik idarəçilik istiqamətində heç bir inkişafa nail olmamışdı. Bunun əvəzində, Sparta müasir elit diktatorluğa bənzər formada inkişaf etmişdi. Dövlət 6 əsrdən sonra mədəni cəhətdən də inkişafı dayandırmışdı. Ölkənin ətraf aləmdən təcrid olunması qismən bunun səbəblərindən biri idi. Şimal-qərbdən və Qərbdən dağlarla əhatələndiyinə və limanların azlığına görə Spartalıların ətraf dünyada yaşanan inkişafdan faydalanmaq şansı az idi.
Spassk
Spassk — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir
Narse
Narse (Qafqaz Albaniyası)
Parfe
Parfe (от fr. parfait) -1894-cü ildən məşhur olan soyuq desertdir. Qaymaq, şəkər tozu, vanildən ibarət olub, dondurulmuş metal formada olur. Bəzən parfeyə çalınmış yumurta da tökülr.Tarixən parfe fransız deserti olmuşdur. Bundan əlavə kulinarlar amerikan parfesi də hazırlayırlar ki, buna da dondurma və digər inqridiyentlər də qatılır. Aromatlışdırıcı kimi kofe, kakao, tünd şokolad, meyvə konservləri də qatılır. Parfeni stakanlardan da təqdim edirlər.
Sears
Sears, Roebuck and Company (türk. Sirs, Roubak end Ko), Sears kimi daha yaxşı tanınır — bir neçə beynəlxalq pərakəndə satış şəbəkəsini idarə edən Amerika şirkəti. Sears, XIX əsrin sonlarında Riçard Sirs və Alva Robark tərəfindən quruldu. Şirkətin yeniliyi, malların poçt sifarişi kataloqları vasitəsi ilə son müştərilər tərəfindən sifariş verilməsi idi. O vaxt şirkət mülki silahların, xüsusən Kolt revolverlərinin satışı üzrə ixtisaslaşmışdı. Bu fəaliyyətlə başlayaraq, XX əsrin ortalarına qədər şirkət ABŞ-nin ən böyük perakendecisi oldu və kataloqları dünya miqyasında şöhrət qazandı. Şirkət bir çox məşhur ədəbi əsərlərdə xatırlanır. İkinci Dünya Müharibəsindən sonra, rəqabət və demoqrafik dəyişikliklər nəticəsində şirkətin müştəriləri əhəmiyyətli dərəcədə daraldı — böyük mağazaları kənddə və şəhərin mərkəzində yerləşdi, əhali isə əsasən şəhərətrafına köçmüşdür. Zaman keçdikcə onların kataloqları xeyli azaldı. «Сирс, Робак энд К°» // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Space
Space (azərb. Fəza‎) — Monteneqronun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Slavko Kaleziç "Space" mahnısı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 217-də təmsil etmişdir. Mahnı Monteneqrolu bəstəkarlar Adis Eminiç, İva Borşiç və Momçila Zekoviç tərəfindən bəstələnmişdir.
Spark
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.
Parsa
Parsa (farsca : پارسا pārsā) verilmiş ad və ya soyad kimi istifadə olunan, fars mənşəli, mənası "mömin, dindar" mənasını daşıyan sözdür.
Harramiz Soares
Harramiz Quieta Ferreira Soares (3 avqust 1990, San Tome) — futbolçu. Daha çox Harramiz kimi tanınır. Portuqaliya klubu olan Faransenin futbolçusu. == Karyerası == Harramiz Soares 20 iyun 2021-ci ildə Neftçiyə transfer olundu.
Katarina Sparer
Katarina Sparer (d. 22 fevral 1990; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Katarina Sparer İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Linaria spartea
Linaria spartea (lat. Linaria spartea) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü.
Miconia sparrei
Miconia sparrei (lat. Miconia sparrei) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Mikania sparrei
Mikania sparrei (lat. Mikania sparrei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Nikolas Sparks
Nikolas Çarlz Sparks (ingiliscə Nicholas Charles Sparks 31 dekabr 1965 Omaha, Nebraska, ABŞ) tanınmış məşhur amerikalı yazıçıdır. Romanlarını sevgi və tale mövzularında yazır. Onun çapdan çıxmış 20 romanı vardır. Sparksın kitabları 50-dən çox dilə tərcümə edilmişdir. Təkcə ABŞ-də 75 milyondan çox, dünya üzrə isə 105 milyondan çox satılmışdır.. Nikolas Çarlz Sparks Nebraska ştatının Omaha şəhərində professor Patrik Maykl Sparks (1942–1996) və evdar qadın Cil Emma Mariya Sparksın (1942–1989) ailəsində 31 dekabr 1965-ci ildə dünyaya gəlmişdir. Nikolasın ingilis, irland, alman və çex kökləri vardır. 1985-ci ildə məktəb vaxtı Sparks öz birinci "The Passing" adlı əsərini və 1989-cu ildə "The Royal Murders" əsərini yazmışdır (Hansı ki, bu əsərlər heç vaxt çap olunmamışdır.). O, Notr-Dam universitetində idman təqaüdü ilə təhsil almışdır. 1985-ci ildə birinci kursda oxuyarkən onun iştirak etdiyi komanda qaçış üzrə kollec rekordu nəticəsini göstərmişdir.
Sarsel (rayon)
Sarsel (fr. Sarcelles) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Val-d’Uaz. Suprefektura — Sarsel. Rayon əhalisi 2006-cı ildə 447 070 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1228 nəf / km². Rayon sahəsi — 364 km².
Sarsen Amanjolov
Sarsen Amanjolov (27 dekabr 1903, Semipalatinsk vilayəti[d], Bozqır general-qubernatorluğu – 28 yanvar 1958, Almatı — Sovet dilçi-türkoloqu, qazax dilçiliyinin banilərindən biridir. Filologiya elmləri doktoru (1948), professor (1948), Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1954). İbtidai, orta və ali təhsil müəssisələri üçün qazax dili qrammatikasının əsaslarını, qazax yazılarının əsaslarını (əlifba və orfoqrafiya), qazax terminologiyasının əsas prinsiplərini, kiril dilində qazax dialektologiyasının əsaslarını inkişaf etdirmişdir. Orfoqrafiya, rus-qazax, rus-qazax hərbi və rus-qazax kənd təsərrüfatı lüğətləri tərtib və redaktə edilmişdir. Sarsen Amanjolov 27 dekabr 1903-cü ildə Şərqi Qazaxıstan vilayətinin Ulan rayonunun Eqinsu kəndində anadan olmuşdur. 1916-cı ildə Katon-Karaqaydakı Rus-Qazax məktəbini bitirib Ust-Kamenogorskdakı əsl məktəbə daxil oldu. Lakin maddi problemlər üzündən məktəbdən çıxdı. Bir müddət sonra Semipalatinskdə üç aylıq müəllimlər kursuna daxil oldu, sonra doğma kəndində müəllim işlədi. 1924-cü ildə Şərqi Qazaxıstan vilayətinin icraiyyə komitəsinin məsul katibi vəzifəsinə işə dəvət edildi. 1926-cı ildə Daşkənddəki Orta Asiya Dövlət Universitetinin pedaqogika fakültəsinin qazax dili və ədəbiyyatı şöbəsinə daxil oldu.
Sparta təlimi
Aqoqe (yun. ἀγωγή — Spartada oğlanların təlim-tərbiyə sistemi. Sparta tərbiyə sistemi- Lakonika əkinçilik ölkəsi idi. Əsas yeri qul əməyi tuturdu. Qullar amansızcasına istismar edildiklərindən, bəzən üsyan edir, öz sahibkarlarına divan tuturdular. Qədim yunan mütəfəkkiri Aristotelə görə, Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi güdülürdü. Burada vəzifə möhkəm və davamlı hərbiçilər, gələcək quldarlar yetişdirmək idi. Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. 7 yaşa qədər spartalılar ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar. Sonra elə bir vaxt gəldi ki, dövlət böyüməkdə olan nəslin tərbiyə və təlimini öz üzərinə götürdü.
Spartel burnu
Spartel burnu (isp. Espartel, ərəb. رأس سبارتيل‎) — Mərakeşin Cəbəllütariq boğazı sahillərində yerləşən burun. Tanjer şəhərindən 10 km aralıdadır. Burundan bir qədər aralıda 12 min il öncə batnış Spartel adası yerləşirdi. Bəzi tətqiqatçılar bu adanın Altantida olması fikirini irəli sürürlər. burundan cənuba doğru dünyanın ən uzun çimərliklərindən (47 km) biri yerləşir. Herkules mağaraları buradadır. Atlantik okean və aralıq dənizi arasında bir ərazidə yerləşməsi onun əhəmiyyətini artırır. 1782-ci ilin oktyabrında ABŞ İstiqlal müharibəsinə aid britaniyalılarla ispanlar arasında Spartel burnu döyüşü baş vermişdir.
Spassk-Tatarski
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Staroe Çaplino
Staroe Çaplino — Çukot Muxtar Dairəsində vaxtı ilə mövcud olan yaşayış məntəqəsi. Burada Rusiya Federasiyasının sərhəd xidməti fəaliyyət göstərir. Çaplino burnunda yerləşir. Yaşayış məntəqəsi Un’аzik’ olaraq adlanırdı və 19-cu əsrdə özünün ən pik dövrünü yaşayırdı.. Kənd əhalisinin əsas məşğuliyyəti balina və morj ovlanması olmuşdur. 1958-59-cu ildə Staroe Çaplino və bir sıra şayayış məntəqəsi fəaliyyət göstərir.
Rubi Sparks
Rubi Sparks (ing. Ruby Sparks) — 2012-ci il ABŞ istehsalı romantik, fentezi, komediya-dram filmi. Rejissoru Conatan Deyton və Valeri Farisdir. Ssenarisi Zoi Kazan tərəfindən yazılıb. Baş rollarda Pol Dano və Zoi Kazan çəkilib. Film gənc yazar Kelvindən bəhs edir, bir gün o, gördüyü yuxudan sonra xəyalındakı qız haqqında kitab yazmağa qərar verir. Onun yaratdığı bu personaj möcüzəli şəkildə öz evində peyda olur. Rubi Sparks — Internet Movie Database saytında.
Porşe
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Şpree
Şpre (alm. Spree‎) — Hafel çayının yan qolu. Almaniyanın şimal hissəsində yerləşir. Almaniyanın Saksoniya, Brandenburq, Berlin əyalətlərindən və 700 metrlik bir hissəsi Çexiya ərazisindən keçir. Uzunluğu təxminən 400 kilometrdir. Berlindən keçən hissəsinin uzunluğu 44 km-dir. Bundan sadəcə 182 km gəmiçilikdə istifadə olunur. Sahəsi 10.105 km2-dir. Hafel çayının yan qolu olmasına baxmayaq, ondan uzundur və sürəti 2 dəfədən artıq çoxdur. Şprenin sürəti 36 m3/san və Hafel çayının sürəti 15 m3/san-dir.
Sedrik Soareş
Sedrik Rikardo Alveş Soareş (31 avqust 1991-ci ildə anadan olub) — Sedrik (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ˈsɛdɾik]]]) kimi də tanınan, Premyer liqa təmsilçilərindən olan Sauthempton klubunda və Portuqaliya milli futbol komandasında müdafiənin sağ cinahında çıxış edən peşəkar Portuqaliya futbolçusudur. Sedrik karyerasına Sportinq CP klubunda start vermişdir. O, dörd Primeyra liqa mövsümü ərzində klub ilə ümumilikdə 94 oyuna çıxmış və iki qolla yadda qalmışdır. Sedrik 2015-ci ildə Sauthempton klubu ilə müqavilə imzalamışdır. Sedrik Portuqaliyanın gənclər milliləri ilə 72 oyuna çıxmışdır. O, Portuqaliya millisi ilə debütünü 2014-cü ildə etmişdir. Sedrik milli ilə UEFA Avro 2016-da iştirak etmiş və turnirin qalibi olmuşdur. Sedrik Almaniyanın Baden-Vürtemberq bölgəsinin Singen şəhərində Portuqaliyalı immiqrantların ailəsində anadan olmuşdur. Sedrikin iki yaşı olarkən valideynləri ölkəni tərk etmişdir. O, 1999-cu ildə səkkiz yaşı olarkən Sportinq de Portuqal klubunun akademiyasına qəbul olmuşdur.