Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sensor
Sensor — fiziki kəmiyyəti ölçən və onu hər hansı bir müşahidəçi və ya alət tərəfindən oxuna bilən siqnallara çevirən alət. Sensor ona toxunan zaman siqnalı qəbul edir və ona cavab verir. Sensor alətlə və ya müşahidə ilə fiziki miqdarda ölmələri və siqnalda çevirmələri oxuya bilən çeviricidir. Məsələn, civə şüşəli termometr kolibrovka olunmuş şüşə boruda mayenin genişlənməsi və sıxılmasında ölçülmüş temperaturu çevirir. Termocüt temperaturu voltmeter ilə oxuna bilən çıxış gərginliyinə çevirir. Dəqiqlik üçün çox sensorlar tanınan standartların əksinə karibrovka olunur. Sensorlar əsas toxunma ilə tutqun və ya aydınlaşmış lampaların və qaldırıcı düymələrin toxunma həssaslığı kimi gündəlik obyektlərdə istifadə olunur. Əksər insanların heç vaxt xəbərdar olmadığı sensorlar üçün həmçinin sonsuz sayda tətbiqlər var. Tətbiqlərə maşınlar, mexanizmlər, kosmos , tibb istehsalat və robot texnikası daxildir. Sensor adətən elektrik və ya optika siqnalının formasında funksional olaraq əlaqələndirilmiş çıxışı əmələ gətirməklə giriş miqdarına cavab verən qurğudur.
Ponor
== Ponor == Ponor (serb-xorvat-ponor-qıf)-qalın karstlaşan süxur laylarında əmələ gələn və səth sularının hərəkət etdiyi mürəkkəb quruluşlu dərin quyuya deyilir. Ponorun yayıldığı sahələrdə çayların qəflətən "yox olması", yer altına enməsi, müəyyən məsafədən sonra yenidən səthə çıxması və ya bulaq şəklində təzahür etməsi (belə bulaqlara voklüz deyilir), göllərin su səviyyəsinin qeyri-dövrü tərəddüd etməsi, yox olub, qəfildən meydana gəlməsi və s. hadisələr müşahidə edilir.
Bad Spenser
Bad Spenser (it. Carlo Vicente Pedersoli); 31 oktyabr 1929[…], Neapol, İtaliya krallığı – 27 iyun 2016[…], Roma) — İtaliya aktyoru, ssenaristi, prodüsseri və musiqiçisi. == Həyatı == Bad Spenser 31 oktyabr 1929-cu ildə İtaliyanın Neapol şəhərində fabrikant ailəsində anadan olmuşdu. 1935-ci ildə birinci sinfə getmişdi. 1937-ci ildə üzgüçülüyə başlamışdı. 1940-cı ildə ailəsi ilə birlikdə Roma şəhərinə köçmüşdü. Bu şəhərdə gimnaziyaya yazılmış və üzgüçülük bölməsinə qeyd olunmuşdu. Bad Spenser 17 iyun 2016-cı ildə vəfat edib.
Diana Spenser
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], Parisin 13-cü dairəsi[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Herbert Spenser
Herbert Spenser (ing. Herbert Spencer; 27 aprel 1820[…], Derbi, Derbişir[d][…] – 8 dekabr 1903[…], Brayton, Şərqi Susseks qraflığı[d][…]) – ingilis filosofu və sosioloqu. İngiltərədə sosiologiyanın əsasını qoyanlardan biridir. Pozitivizimin təşəkkülündə əvəzsiz rolu olmuşdur. == Həyatı == Məşhur ingilis filosof və sosioloqu Herbert Spenser, 1820-ci ildə Derbidə (Derbişir qraflığı) doğulmuşdur. Atası Corc Anqlikan məzhəbi ilə əlaqəli bir məktəbdə müəllim idi. Atası da daxil olmaqla bir çox ailə üzvü müəllim olan Spenser qırx yaşına qədər heç bir təhsil almamışdır. Kembircdə təhsil almaq təklifindən imtina etmişdir. Təəccüblü bir qürürla "Nə uşaqlığımda, nə də gəncliyimdə heç bir dənə də İngilis dili dərsi almamışam, indiyə kimi qrammatika mövzusunda heç bir biliyim yoxdur" demişdir. Sistemli təhsil almamasına, oxumağı çox sevməməsinə baxmayaraq bir çox elm sahəsində minlərlə fikir ortaya qoymuş, və təkamül nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi olmuşdur.
Oktavia Spenser
Oktavia Spenser — ABŞ-lı aktrisa və yazıçı.1970-ci ilin may ayında anadan olmuşdur.
Spenser Treysi
Spenser Treysi (ing. Spencer Tracy, 5 aprel 1900 - 10 iyun 1967) - Amerika aktyoru.
Spenser Tunik
Spenser Tunik (ing. Spencer Tunick; d. 1 yanvar 1967) — yəhudi əsilli ABŞ fotoqrafı.
Spenser körfəzi
Spenser körfəzi (ing. Spencer Gulf) – Avstraliya qitəsi sahillərində, Cənubi Avstraliya ştatında, Böyük Avstraliya körfəzindən yuxarıda yerləşən körfəz. Körfəzin ən uzun hissəsi 320 km, ən enli hissəsi isə 129 km-dir. Körfəzin qərb sahilində Eyr yarımadası, şərq hissəsində isə onu Müqəddəs Vinsent körfəzindən ayıran York yarımadası yerləşir. Körfəzi Böyük Avstralia körfəzindən ayıran şərti sərhəd Matteu Flinders tərəfindən Eyr yarımadasındakı Keyp ucqarından York yarımadasındakı Keyp Spenserə qədər uzanan xətt müəyyən edilmişdir. Körfəzin sahillərində yerləşən ən böyük şəhərlər Port Linkoln, Uaylla, Port Payri və Port Avqustdur. == Tarix == Körfəz Matteu Flinders tərəfindən 20 mart 1802-ci ildə Uels şahzadəsi Diananın əcdadı Corc Con Spenserin (İkinci Örl Spenser) şərəfinə adlandırılmışdır.
Fotoelektrik sensor
Fotoelektrik sensor əsasən infraqırmızı işıq şüasından istifadə edərək məsafəni, obyektin mövcud olub-olmamağını hiss edən qurğudur. Onlardan sənayenin müxtəlif sahələrində geniş istifadə olunur. Üç əsas növü var: qarşılıqlı, geriyə əks olunan və maneədən əks olunan. == Növləri == Qarşılıqlı fotoelektrik sensorlar iki hissədən ibarət olur: emitter, yəni şüanı göndərən qurğu və qəbuledici. Emitterdən göndərilən şüa qəbulediciyə çatdıqda sensorda heç bir dəyişiklik baş vermir. Lakin emitter və qəbuledici arasında maneə olduqda şüa çatmadıqda sensor bununla çıxış siqnalı verir.Geriyə əks olunan fotoelektrik sensorlarda emitter və qəbuledici hissə bir qurğuda yerləşir və həmin qurğunun qarşısında əksetdirici lövhə olur. Emitterdən göndərilən şüa həmin lövhədən əks olunaraq qəbulediciyə çatır. Şüa hər hansı maneə ilə rastlaşdıqda və əksolunmadıqda sensor çıxış siqnalı verir.Maneədən əks olunan fotoelektrik sensorlarında da emitter və qəbuledici bir qurğuda yerləşir.
Sensor ekran
Sensor ekran — toxunmaya reaksiya verən ekrandan təşkil olunmuş, informasiyanın giriş təchizatı. == Tarix == Sensor ekran proqramlaşdırılma mərhələləri üzrə tədqiqatlar çərçivəsində ABŞ-də ixtira edilib. 1972-ci ildə istehsal edilmiş PLATO IV kompüter sistemi İK-şüa torundan və 16x16 ölçülərində blokdan ibarət sensor ekrana malik idi. Hətta ekranın bu qədər kiçik və aşağı dəqiqliyinə baxmayaraq tələb olunan yerə toxunduqda əməliyyat icra olunurdu . 1971-ci ildə ilk dəfə Samuyel Herst tərəfindən qrafik planşet, dördməftilli rezistiv prinsipi üzrə (US patent 3662105) eloqraf hazırlanmışdır. == Sensor ekranların iş prinsipləri == Sensor ekranların müxtəlif fiziki prinsiplərdə işləyən tipləri mövcuddur. === Rezistiv sensor ekranlar === ==== Dördməftilli ekran ==== Rezistiv sensor ekran şüşə paneldən və elastik plastik membrandan ibarətdir. Panelə və membrana rezistiv örtüyü çəkilmişdir. Şüşə və membran arasındakı sahə mikroizolyasiya edilmişdir. Ekrana toxunduqda, panel və membran qapanır və analoq-rəqəmsal çevirici müqavimət dəyişikliyini və toxunmanın (X və Y) koordinatlarını qeydə alır.
Sonqor (Şaran)
Sonqor (başq. Соңғор), rus. Сунгуровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Pisarev): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 58 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (92%) üstünlük təşkil edir.
Spenser (İspaniya futbolçusu)
Enrike Qomez Munoz (isp. Enrique Gómez Muñoz) və ya Spenser (isp. Spencer; 20 iyul 1898, Sevilya – 14 mart 1926) — hücumçu mövqeyində çıxış etmiş İspaniya futbolçusu. == Klub karyerası == İspaniyanın Sevilya şəhərində anadan olan Spenser 1913-cü ildə, 15 yaşında doğma klubu "Sevilya FK"-ya qoşulmuşdur. O, karyerasının böyük əksəriyyətini burada keçirmişdir. Spenser diqqətini dərslərə cəmləməsi üçün futbol oynamağı dayandırmasını istəyən atasını yanıltmaq üçün bu ləqəblə oyun keçirmişdir. Spenser hərbi xidmətini yerinə yetirmək üçün Ovyedo şəhərinə köçürüldükdən sonra "Real Ovyedo FK"-da çıxış etmişdir. == Vəfatı == Spenser apandisit cərrahiyyəsi zamanı yaranan fəsadlar səbəbindən 14 mart 1926-cı ildə, 27 yaşında vəfat etmişdir. Həmin gün "Sevilya"nın həmin il İspaniya Kral Kubokunda "Real Madrid FK"-nı qarşıladığı ev oyunundan əvvəl bir dəqiqəlik sükutla yad edilmişdir. Oyundan sonra hər iki komandanın oyunçuları onun tabutunu minlərlə azarkeşin iştirakı ilə qəbiristanlığa aparmışdır.
Jülyen Ponso
Jülyen Ponso (28 noyabr 2000-ci ildə anadan olub) — Liqa 2 təmsilçilərindən olan Loryan klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Loryan === Ponso Loryan klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. 14 fevral 2018-ci ildə Mesliye Loryan klubu ilə 2020-ci ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Ponso peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valansyen klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 2-də debütünü üç gün sonra yenidən Valansyen klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə Cimmi Kabotu əvəz etmişdir. Liqa 2 görüşündə Loryan rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir.
Sonkor-türk dili
Sonkor dili və ya türkcəsi — danışıq dili səviyyəsində ana dili kimi işlənilir, cəmi 35 min adam tərəfindən İranın Sonkor şəhərində və Fərhadxan yaşayış yerində danışılır. Sözügedən dil də ədəbi dil səviyyəsinə malik olmadığından ümumtürk dilinin və ya oğuzcanın bir dialekti kimi qiymətləndirilə bilər.
La-Far-an-Şansor
La-Far-an-Şansor (fr. La Fare-en-Champsaur, oks. La Fara de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05054. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 418 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 210 nəfərin (15-64 yaş arasında) 155 nəfəri iqtisadi cəhətdən, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 75.3%). Fəal 155 nəfərdən 138 nəfəri (76 kişi və 62 qadın), 17 nəfəri işsizdir (6 kişi və 11 qadın).
La-Mot-an-Şansor
La-Mot-an-Şansor (fr. La Motte-en-Champsaur, oks. La Mota de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05104. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 185 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 101 yaş arasında (15-64 yaş arasında) 81 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80,2%, 1999-cu ildə bu 68.0%). Fəaliyyət göstərən 81 nəfərdən 75 nəfər (43 kişi və 32 qadın) işləyir, 6 nəfər işsizdir (2 kişi və 4 qadın).
Sen-Bonne-an-Şansor
Sen-Bonne-an-Şansor (fr. Saint-Bonnet-en-Champsaur, oks. Sant Bonet de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05132. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1683 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1001 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 733 nəfər iqtisadi fəal, 268 hərəkətsiz (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə 71.0%) olmuşdur. Fəal 733 nəfərdən 664 nəfəri (363 kişi və 301 qadın), 69 nəfəri işsizdir (21 kişi və 48 qadın).
Sen-Julyen-an-Şansor
Sen-Jülyen-an-Şansor (fr. Saint-Julien-en-Champsaur, oks. Sant Julian de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05147. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 302 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı, xüsusilə heyvandarlıq (mal-qara və qoyunçuluq) təşkil edir. Qış və yay turizmi inkişaf etdirilir.
Sent-Ezeb-an-Şansor
Sent-Özeb-an-Şansor (fr. Saint-Eusèbe-en-Champsaur, oks. Sant Esèbe de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05141. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 138 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 82 nəfərin (15-64 yaş) 56 nəfəri iqtisadi cəhətdən fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.3%, 1999-cu ildə 72.3%). Fəal olan 56 nəfərdən 46 nəfər (24 kişi və 22 qadın), 10 nəfər işsiz (8 kişi və 2 qadın) idi.
Sent-Özeb-an-Şansor
Sent-Özeb-an-Şansor (fr. Saint-Eusèbe-en-Champsaur, oks. Sant Esèbe de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05141. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 138 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 82 nəfərin (15-64 yaş) 56 nəfəri iqtisadi cəhətdən fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.3%, 1999-cu ildə 72.3%). Fəal olan 56 nəfərdən 46 nəfər (24 kişi və 22 qadın), 10 nəfər işsiz (8 kişi və 2 qadın) idi.
Sen-Bonne-an-Şansor (kanton)
Sen-Bonne-an-Şansor (fr. Saint-Bonnet-en-Champsaur) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0518. Sen-Bonne-an-Şansor kantonuna cəmi 18 kommuna daxildir, onlardan ən əsası Sen-Bonne-an-Şansor kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 7 089 nəfər təşkil edirdi.