Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sparadok burnu
Sparadok burnu (bolq. нос Спарадок, ‘Nos Sparadok’ \'nos spa-ra-'dok\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Byers yarımadası sahillərindən 200 m məsafədə yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun Barkley körfəzindən 300 m şimalda yerləşmişdir. Burun E.ə 445-435-ci ildə Frakiya hömdarı olan Sparadokun adını daşıyır. Burun Nedelya burnundan 1.58 km cənub-qərbdə, Leyr burnundan 2.23 km cənub-şərqdə yerləşmişdir. Burun 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands.
Lüdmila Bobrus-Poradnik
Lüdmila Konstantinovna Bobrus-Poradnik (qızlıq soyadı: Bobrus; d. 11 yanvar 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lüdmila Bobrus, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lüdmila Bobrus, həm də Dünya Çempionatlarında 2 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Lüdmila Bobrus, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lüdmila Bobrus növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Cənubi Sporad adaları
Cənubi Sporad adaları (Dodekanes) – Egey dənizində, Kiçik Asiya yarımadasının cənub-qərb sahili yaxınlığında adalar qrupu. == Haqqında == Cənubi Sporad adaları Yunanıstan ərazisinə daxildir. Sahəsi 3541 kv. km.-dir. Əhalisi 200 min nəfərdir (2005). Əsas adaları Rodos, Samos, İkariya, Kos, Karpatos adalarıdır. Relyefi dağlıqdır. Maksimum hündürlüyü 1434 metrdir (Samos adasında Kerketefs dağı). Cənubi Sporad adalarında kolluqlar, bəzi yerlərində həmişəyaşıl palıd, şam və sərv meşələri geniş yayılmışdır. Əhalisinin əsas məşğuliyyəti subtropik əkinçilik, (üzümçülük), bağçılıq, heyvandarlıq, (davar) və balıqçılıqdır.
Şoradil (Sərab)
Şoradil (fars. شوره دل‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (88 ailə).