METEOR

(yun. meteora-atmosfer və göy hadisələri; meteoros-göydə uçan, süzən) – bərk hissəciklər (M.cisimləri) atmosferə daxil olduqda onun yuxarı qatlarında baş verən hadisə. M. cisimləri atmosfer ilə qarşılıqlı təsirdə başlanğıc kütləsini itirməyə başlayır. Bu zaman işıqlanma baş verir və onların ionlanmış izi yaranır. Çox parlaq olmayan M. qəflətən yaranıb, gecə göyündə sürətlə hərəkət edən və sönən ulduz kimi müşahidə olunduğundan «uçan ulduz»da adlanır. Bolid törədən M. cisminin qalığı Yer səthinə meteorit şəklində düşür. Bu qalıq Yer atmosferində parçalanır və meteor seli muşahidə edilir. Heç bir selə aid olmayan M.sporadik M. adlanır. M. insan tarixində hələ qədim əfsanələrdən və bir çox xalqın əsatirindən məlumdur. M. barədə ilk yazılı məlumatlara Ermitajda (Sankt-Peterburq) saxlanan Qədim Misir papirusunda (e.ə. 20 əsr), həmçinin qədim Çin əlyazmalarında (e.ə. 1768 il), rus mənbələrində (1091) rast gəlirik. Anaksaqor M.-u Günəşin daş kütləsinin parçaları, Aristotel isə Yerin odlu göy sferinə yaxınlaşdırdıqda alovlanan buxarlanması kimi təsvir etmişdir. İlk dəfə 1798 ildə iki məntəqədən eyni zamanda müşahidə etməklə 22 M-un hündürlüyü ölçülmüşdür. M.-un müasir fiziki nəzəriyyəsinin əsası 1920-24 illərdə qoyulmuş, ilk radiolokasiya müşahidəsi 1942-44 illərdə aparılmışdır. Ulduz ölçüsü +1 və -10 arasında olan M.-un spektrinə görə aşkar edilmişdir ki, M. şüalanması əsasən atom spektirinin parlaq emissiya xətləridir. M.-un spktirindəki ən intensiv xətlər dəmirin, natriumun, maqneziumun, kalsiumun, xro-mun, azotun, oksigenin və s. elementlərin atom və ionlarına məxsusdur.
METABOLİT SU
METEOR ASTRONOMİYASI
OBASTAN VİKİ
Meteor
Axan ulduz və ya Meteor — Günəş sisteminin kiçik cisimlərindən biridir. Onlar kometlərin parçalanması nəticəsində yaranan, həmçinin Günəşə yaxınlaşarkən itələmə qüvvəsinin təsiri ilə kometləri tərk edən hissəciklərdir. Yanan daş normalda daş alovu söndürür amma meteor nə qədər isdi ki daş belə yanır. Planetlərin toz mühiti içərisində ən dinamik maddə növü meteor maddəsidir. Bunların ən kiçikləri (ᐸ0,5 mkm) işığın təzyiqi ilə Günəş sistemini tərk edirlər. Nisbətən böyük meteor maddəsi Robertson-Poyntinq effekti nəticəsində Günəş sistemində qalır. Bunların hər birinin kütləsi qramın onda biri qədər, hətta daha kiçik olur. Nadir halda bəzi meteor cisminin kütləsi qramlarla olur. Bu cisimlərin konsentrasiyası çox kiçikdir: yerətrafı fəzada 1 km3 həcmdə iki mikrometeor vardır. Yerə nisbətən sürətləri 10–15 km/san olan mikrometeorlar əksəriyyət təşkil edirlər.
MBDA Meteor
MBDA Meteor raketi, çoxmillətli “MBDA” şirkəti tərəfindən hazırlanan, 320 km məsafəli, radarla idarə olunan hava-hava tipli döyüş raketidir. Yüksək intensivlikdə olan elektron müharibə mühitində işləyən və qabaqcıl ramjet mühərrik texnologiyasından istifadə edən raket 2016-cı ildə Avropa ölkələrində istehsal olunmağa başlanmışdır. Meteor raketi AIM-120 AMRAAM raketinin əvəzinə yeni nəsil, çox uzaq mənzilli, görüş dairəsindən kənarda fəaliyyəti təmin edəcək bir önləmə raketinin axtarışı ilə ortaya çıxmışdır. Raket üzərində həyata keçirilən işlər, layihədə bir sıra digər Avropa ölkələrinin iştirakı və qısa müddət ərzində Boeing-in dəstəyini bu layihəyə verməsi ilə MBDA şirkətinin rəhbərliyi çərçivəsində beynəlxalq bir proqrama çevrildi. Aktiv idarə olunan radar, yüksək sürətlərdə hərəkətinə imkan verən ramjet mühərriki və uzun mənzili sayəsində qısa və orta mənzildə effektiv MICA ilə işləyən meteor raketi; Eurofighter Typhoon, Dassault Rafale, Saab JAS 39 Gripen, Lockheed Martin F-35 Lightning II kimi döyüş təyyarələrində istifadə olunur. Meteor raketi, İngiltərə Kral Hərbi Hava Qüvvələri, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri, Alman Hərbi Hava Qüvvələri, İspaniya Hərbi Hava Qüvvələri, İtaliya Hərbi Hava Qüvvələri, Fransa Hərbi Hava Qüvvələri, İsveç Hərbi Hava Qüvvələri, Çex Respublikası Hərbi Hava Qüvvələri, Misir Hərbi Hava Qüvvələri, Hindistan Hərbi Hava Qüvvələri, Qətər Hərbi Hava Qüvvələri kimi bir çox dövlətin hərbi hava qüvvələri tərəfindən istifadə olunur.
Meteor seli
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Meteor yağısı
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Finlandiya Meteorologiya İnstitutu
Finlandiya Meteorologiya İnstitutu (fin Ilmatieteen laitos, isv. Meteorologiska institutet, ya da daha qısaca FMI) — Finlandiyada hava vəziyyəti təxmini etmək və hava vəziyyətinə dair məlumatlar toplayan və raporloyan dövlət agentliyidir. Finlandiya Nəqliyyat və Kimlik Nazirliyinə bağlanmışdır, ancaq təşkilatın yarı-muxtar bir quruluşu var. İnstitut yalnız məlumat toplama işə etməməkdədir. Hava hadisələrini atmosferik elmdə araşdırmaq məqsədiylə bir çox işlər görməkdədir. Təşkilatın əsas mərkəzi Kumpulan kampusu, Helsinki, Finlandiyadır. İnstitutda təxminən 540 kadr çalışmaqdadır.
Fukan meteoriti
Fukan meteoriti (çin. 福康) — 2000-ci ildə Çində, Fukan dağının yaxınlığında tapılmış meteorit. Siderolit tipi olub pallasit sinfinə daxildir, olivin kristallarına malikdir. Yaşının 4,5 milyard il olduğu təxmin edilir. 2000-ci ildə Çinin Fukan şəhəri yaxınlığında bir çinli alverçi kütləsi 1.003 kq olan meteorit tapmışdır. O, əsas kütlədən 20 kiloqram ayırmışdır. 2005-ci ilin fevralında meteorit Tukson Cavahirat və Mineral Sərgisinə aparılmış və orada Arizona Universitetindən Dante Lauretta tərəfindən nəzərdən keçirilmişdir. Sonda meteorit ABŞ-nin Arizona ştatının Tukson şəhərində yerləşən Arizona Universitetinin Ay və Planet Laboratoriyasında və Cənub-Qərbi Meteorit Mərkəzində alimlər — D.S. Lauretta, D. Hill, M. Killqor, D. Della-Cuistina və Y. Qoreva tərəfindən öyrənilmişdir. Fukan meteoriti pallasitlər sinfinə daxil olub nikel-dəmir matrisində böyük, parlaq olivin və ya hrizolitdən ibarətdir. Olivinlərin forması girdədən kələ-kötürə qədər dəyişir, çoxu çatlayıb, ölçüləri 5 millimetrdən bir neçə santimetrə qədər dəyişir.
Hoba meteoriti
Hoba (ing. Hoba) dünyada tapılmış ən ağır meteoritdi (çəkisi 60 tondan çoxdu). O, Afrikanın cənub-qərbində Namibiyada "Hoba West" fermasında saxlanılır, həmçinin meteorit elə bu əraziyə düşmüşdü. Bu meteorit Yer üzündə ən böyük təbii mənşəli dəmir parçasıdır. 66 tonn ağırlığında və 9 m³ həcmində olan bu dəmir meteorit hələ ibtidai zamanlarda planetə düşüb. Onu 1920-ci ildə Namibiyanın Qrotfonteyn şəhərində tapmışdılar. Hoba adını elə aşkar olunduğu "Hoba West" fermasına görə aldı. Onu tapan fermerin sözlərinə görə, o, bu meteoritə sahəni şümlayanda rast gəlmişdir. Meteorit təxmini 80 min il öncə Yer üzünə düşmüşdü. Nə zərbə kraterinin, nə də başqa düşmə izləri olmadığından, bu meteoritin tapılması sırf təsadüf nəticəsində baş verib.
MeteorJS
MeteorJS Node.js istifadə edərək yazılmış pulsuz və açıq mənbəli JavaScript veb sistemidir. Meteor sürətli prototip hazırlamağa imkan verir və çarpaz platforma (Android, iOS, Veb) ilə kod istehsal edir. MongoDB ilə inteqrasiya olunur və Tərtibatçıdan hər hansı bir sinxronizasiya kodunu yazmağı tələb etmədən məlumat dəyişikliklərini müştərilərə avtomatik yaymaq üçün yayılmış məlumat protokolu və yayım abunə nümunəsini istifadə edir. Müştəridə, Meteor hər hansı bir populyar olan JS sistemi;Vue, React, Svelte, Angular və ya Blazedən istifadə edilə bilər.
Meteora
Meteora — Yunanıstanın Tessali şəhərində yerləşən ortodoks monastrı. Təxminən 10-cu əsrə aid olduğu güman edilir. Theopetranın 5 kilometr cənubunda və Kalakamba şəhərinin 21 kilometr cənubunda yerləşir. Hündürlüyü 600 metrdir. Bu tapa şəkilli sildırım qayaların 20 milyon il əvvəl suyun çəkilməsi nəticəsində əmələ geldiyinə inanılır. Görünüşündən havada asılı olan daşlara bənzədiyinə görə Meteora (yun. Göylərdə dayanan) mənasındadır. UNESCO tərəfindən mühafizə edilən tarixi monastrlardan biridir.
Meteora (Linkin Parkın albomu)
Meteora – Linkin Parkın 2-ci studiya albomudur. 25 mart 2003 tarixində Warner Bros. tərəfindən şatışa çıxardılmışdır. Albomun ilk sinqlı Somewhere I Belong mart ayında yayımlandı. Sonra müvafiq olaraq "Faint", "Lying from You", "From the Inside", "Breaking the Habit" və "Numb" sinqlları yayımlandı. Meteora Modern Rock mahnıları siyahısının ən uğulu albom sayılır. Bu albom 2003-cü ildə Qremmi mükafatı almışdır. İndiyədək dünya üzrə 10 milyonun üzərində satış rəqəminə çatmışdır. Albomun 8-ci mahnısı "Figure.09" S.W.A.T filminin soundtreki olmuşdur. 12-ci mahni "Session" isə "The Matrix Reloded" filminin soundtreki olmuşdur.
Meteora (albom)
Meteora – Linkin Parkın 2-ci studiya albomudur. 25 mart 2003 tarixində Warner Bros. tərəfindən şatışa çıxardılmışdır. Albomun ilk sinqlı Somewhere I Belong mart ayında yayımlandı. Sonra müvafiq olaraq "Faint", "Lying from You", "From the Inside", "Breaking the Habit" və "Numb" sinqlları yayımlandı. Meteora Modern Rock mahnıları siyahısının ən uğulu albom sayılır. Bu albom 2003-cü ildə Qremmi mükafatı almışdır. İndiyədək dünya üzrə 10 milyonun üzərində satış rəqəminə çatmışdır. Albomun 8-ci mahnısı "Figure.09" S.W.A.T filminin soundtreki olmuşdur. 12-ci mahni "Session" isə "The Matrix Reloded" filminin soundtreki olmuşdur.
Meteora (album)
Meteora – Linkin Parkın 2-ci studiya albomudur. 25 mart 2003 tarixində Warner Bros. tərəfindən şatışa çıxardılmışdır. Albomun ilk sinqlı Somewhere I Belong mart ayında yayımlandı. Sonra müvafiq olaraq "Faint", "Lying from You", "From the Inside", "Breaking the Habit" və "Numb" sinqlları yayımlandı. Meteora Modern Rock mahnıları siyahısının ən uğulu albom sayılır. Bu albom 2003-cü ildə Qremmi mükafatı almışdır. İndiyədək dünya üzrə 10 milyonun üzərində satış rəqəminə çatmışdır. Albomun 8-ci mahnısı "Figure.09" S.W.A.T filminin soundtreki olmuşdur. 12-ci mahni "Session" isə "The Matrix Reloded" filminin soundtreki olmuşdur.
Meteora (dəqiqləşdirmə)
Meteora dəqiqləşdirmə
Meteorit
Axan ulduz və ya Meteor — Günəş sisteminin kiçik cisimlərindən biridir. Onlar kometlərin parçalanması nəticəsində yaranan, həmçinin Günəşə yaxınlaşarkən itələmə qüvvəsinin təsiri ilə kometləri tərk edən hissəciklərdir. Yanan daş normalda daş alovu söndürür amma meteor nə qədər isdi ki daş belə yanır. Planetlərin toz mühiti içərisində ən dinamik maddə növü meteor maddəsidir. Bunların ən kiçikləri (ᐸ0,5 mkm) işığın təzyiqi ilə Günəş sistemini tərk edirlər. Nisbətən böyük meteor maddəsi Robertson-Poyntinq effekti nəticəsində Günəş sistemində qalır. Bunların hər birinin kütləsi qramın onda biri qədər, hətta daha kiçik olur. Nadir halda bəzi meteor cisminin kütləsi qramlarla olur. Bu cisimlərin konsentrasiyası çox kiçikdir: yerətrafı fəzada 1 km3 həcmdə iki mikrometeor vardır. Yerə nisbətən sürətləri 10–15 km/san olan mikrometeorlar əksəriyyət təşkil edirlər.
Meteorit krateri
Meteoritlər
Meteorit və ya aerolit — elə nisbətən böyük kütləyə malik obyektlərdir ki, onlar Yerin cazibə sahəsinə daxil olarkən meteorlar kimi atmosferdə yanıb yox olmur və yerin səthiə düşürlər. İndiyədək yerdə 3000-ə qədər meteorit tapılıb. Güman etmək olar ki, ibtidai insanlar bu meteorit parçalarından metal alətlər düzəltmək üçün istifadə etmişlər. Meteoritlər kimyəvi tərkiblərinə görə üç qrupa bölünür: daş (aerolit), dəmir-daş (sidepolit) və dəmir (siderit) Aerolitin tərkibində 47% oksigen, 21% silisium, 16% dəmir, 14% maqnezium və 2% qarışıq vardır. Buradan görünür ki, daş meteoritin tərkibində O və Si elementlərinin nisbi miqdarı yer qabığındakına yaxındır, metal isə çoxdur. Siderolitin tərkibində 55% dəmir, 19% oksigen, 12% maqnezium, 8% silisium, 5% nikel və 1% qarışıq vardır. Siderit 91% dəmirdən, 8% nikeldən, 0,5% kobaltdan və qalan çox az hissə fosfor, kükürd və başqa qarışıqlardan ibarətdir. Meteorit növlərinin kimyəvi tərkibinin müqayisəsindən onlara verilən adların tərkiblərinə uyğun olduğu görünür. Qeyd edək ki kimyəvi elementlərinin faizlərini göstərən qiymətlər meteoritdən asılı olaraq öz yaxın ətrafında nisbətən aşağı və ya yuxarı ola bilər. Quruluş və yaranma şəraitinə görə meteoritlər iki qrupa bölünürlər: differensasiya olunmuş meteoritlər və xondritlər.
Meteorizm
Meteorizm (yun. μετεωρισμός — şiş, köp) və ya flatulensiya, osturaq — bağırsaqlarda qazların həddindən artıq yığılması. Bu, şişkinlik, çox miqdarda həzm qazının çox miqdarda (“püskürücü”) ifrazı ilə özünü göstərir. Sağlam bir yetkin insanda mədə və bağırsaqlarda təxminən 1 litr qaz var ki, bu qazlar əsasən bağırsaq mikroflorasının mikroorqanizmlərinin həyati fəaliyyəti nəticəsində əmələ gəlir. Yetkin bir insanda defekasiya prosesində və əlavə olaraq gün ərzində bağırsaqdan normal olaraq 0,1-0,5 litr qaz xaric olur. Meteorizmlə, çıxarılan qazın həcmi üç və ya daha çox litrə çata bilər. Sağlam insanlarda qaz qarışımının tərkibi aşağıdakı kimidir: azot N2 — 24—90 %; karbon qazı СО2 — 4,3—29 %; oksigen О2 — 0,1—23 %; hidrogen Н2 — 0,6—47 %; metan CH4 — 0—26 %; həm də az miqdarda: hidrogen sulfid H2S; ammonyak NH3; uçucu merkaptanlar. Qazın əmələ gəlməsinə karbohidratlı və lifli qidalar səbəb olabilir. Aşağıdakı səbəblər də bağırsaqlarda qaz sancılarının əmələ gəlməsinə səbəb olur: meyvələr tərəvəzlər kəpəkli taxıl məhsulları lobya və paxlakimilər qazlı içkilər sürətli yemək həzm sistemində pozumalar xronik bağırsaq xəstəlikləri sintetik qidalar rejimsiz qidalanma.
Meteorologiya
Meteorologiya (yun. μετέωρος (meteoros) – atmosfer və səma hadisələri, -λογία (logiya) – elm) — Yer atmosferinin xassələrini, quruluşunu və onda gedən fiziki prosesləri öyrənən elm. Bir sıra ölkələrdə meteorologiyanı dövrümüzdə mühüm əhəmiyyət kəsb etməsinə müvafiq olaraq atmosfer fizikası adlandırırlar. Planetimizi əhatə edən qazvari təbəqəyə atmosfer deyilir. Atmosferdə fasiləsiz olaraq mürəkkəb fiziki proseslər gedir və bu özünü bizim müşahidə etdiyimiz hava dəyişkənliyində göstərir. Hava şəraiti və onun kəskin dəyişmələri insan fəaliyyətinin müxtəlif sahələrinə təsir göstərir. Buna görə də müxtəlif hava şəraitinin yaranma səbələrini və atmosfer proseslərinin daxili mahiyyətinin öyrənilməsi müasir elmin mühüm sahələrindən biridir. Meteorologiya atmosfer və orada baş verən hadisələri öyrənir. Meteorologiya haqqında ilk təsəvvürləri eradan əvvəl 340-cı ildə yunan alimi Aristotel vermişdir. O "Meteorologika" adlı əsərində bu elm haqqında məlumat vermişdir.
Meteorologiya peykləri
Meteorologiya peykləri, (hava vəziyyəti peykləri) Dünyanın ətrafındakı buludların şəkillərini çəkən, istilik ölçmə edən və bu məlumatları Dünyadakı mərkəzlərə göndərən peyklərdir. Elm adamları meteorologiya peyklərindən aldıqları məlumatlara əsaslanaraq, önümüzdəki günlərdə havanın necə olacağına bağlı fırtına və qasırğalar ola biləcəklərini önə çıxardarlar. Bu təxminlər televiziya, radio və qəzet kimi rabitə orqanları ilə bizə çatdırılır. Meteorologiya xəritələri bu peyklərdən gələn məlumatlara görə yaradılmaqdadır. İlk meteorologiya peyki olan Vanguard 2 17 fevral 1959-cu ildə idarə edilmişdir. Peykin məqsədi buludların sıxlığını və rezistansını ölçməkdir, ancaq çox məhdud məlumat əldə edilmişdir. İlk müvəffəqiyyətli peyk 1 aprel 1960-cı ildə NASA tərəfindən atılan TIROS-1 olaraq qəbul edilir.
Meteoroloji raket
Bəzən bir tədqiqat raket adlanan bir səsli raket alt-orbital uçuş zamanı ölçmə aparmaq və elmi təcrübələri yerinə yetirmək üçün hazırlanmış bir alət daşıyıcısıdır. Raketlər Yerin səthindən 50 metrdən 1500 kilometrədək (31 -932 mil) cihazları aparmaq üçün istifadə olunur; ümumiyyətlə hava balonları və peykləri arasındakı hündürlük (balonların maksimal hündürlüyü təxminən 40 km) və peyklər üçün minimum hündürlük isə təqribən 120 km (75 ml)-dir. Səsli raketlər tez-tez hərbi artilleriyada raket mühərrikləri kimi istifadə edilir. NASA müntəzəm olaraq ekso-atmosfer bölgəsində 100– 200 km arasında (62 və 124 mil) 270-450 kiloqram olanTerrier Mk 70-i uçurtdu. Terimin mənşəyi dənizçilik lüğətlərindən irəli gəlir, beləki suyun dərinliyini ölçmək üçün gəmidən suyun içərisinə ağırlıqlı bir ip atmaq lazımdır. Termin özünün etimoloji kökləri Portuqaliyalı, İtalyan, İspan və Fransız sözü olub "sonda" və "sonde" kimi səsləndirilir. Raket kontekstində səsləndirilməsi ölçən qəbuletməyə ekvivalentdir. Səslənən raketin əsas elementləri bərk yanacaqlı raket motorudur və elmi yüküdür. Daha böyük, yüksək hündürlükdə raketlərin səmərəliliyinin artırılması və yük qabiliyyətini artırmaq üçün 2-3 mərhələ vardır. Ortalama uçuş müddəti 30 dəqiqədən azdır, adətən 5- 20 dəqiqə arasındadır.
Meteoroloji stansiya
Xüsusi meteoroloji kəmiyyətlər üzərində müşahidələr meteoroloji stansiyalarda aparılır. Stansiyalar 4 dərəcəyə ayrılırlar. I dərəcəli stansiyada yarımçıq proqramla müşahidələr aparılır, II və III stansiyalarda mexaniki rəhbərlik edilir. IV ixtisaslaşmış stansiyalardır. Onun yaxınlığında cihazların işinə mane ola biləcək heç bir maneə olmamalıdır. O qədər də çox hündür olmayan maneələr (ayrı-ayrı ağaclar, tikililər), stansiyadan öz boylarını 10 qatı qədər aralıda olmalıdır. Əhəmiyyətli maneələr isə (məs: meşə zolağı, şəhər evləri ) metroloji stansiyadan öz hündürlüklərinin 20 qatı qədər olmalıdırlar. Bu tələblər ona görə verilirki, həmin maneələr meteoroloji meydançada səbəst hava mübadiləsinə maneə olmasın. Meydançalar 36m x 26m; 26m x 26m ölçülərində ola bilər. Aqrometeoroloji stansiyalar isə 6m x 5m ölçüsündə olurlar.
Meteoroloji xidmət
Meteoroloji xidmət – iqlimin vəziyyətinin təbii, süni və ya antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).
Meteorololji müşahidə üsulu
Meteorololji müşahidə üsulu – meteoroloji kəmiyyətlərin ölçülməsi və atmosfer hadisələrinin qeydə alınması üsuludur. Meteoroloji kəmiyyətlərə havanın temperaturu və rütubətliyi, atmosfer təzyiqi, küləyin surəti və istiqaməti, buludların miqdarı və hündürlüku, yağıntıların miqdarı, istilik axınları və s. aiddir. Bunlara atmosferin xassələrini və ya atmosfer proseslərini birbaşa əks etdirməyən, lakin onlarla sıx əlaqəli olan aşağıdakı kəmiyyətləri də aid etmək olar: torpağın və suyun səth qatının temperaturu, buxarlanma, qar örtüyünün hündürlüyü və vəziyyəti, günəş parlaqlığının davamiyyəti və s. Atmosfer hadisələrinə tufan, çovğun, duman və bir sıra optik hadisələr aiddir. Ən tam və dəqiq müşahidələr meteoroloji və aeroloji rəsədxanalarda aparılır.
Meteorus coccineus
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin lecythidaceae fəsiləsinin barrinqtoniya cinsinə aid bitki növü. Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır.
Tunqus meteoriti
Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir. Подкаменная Тунгуска, 1908 год. "Тунгусский метеорит".

Значение слова в других словарях