Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stendal
Stendal (fr. Stendhal; 23 yanvar 1783 – 23 mart 1842) əsl adı Mari-Henri Beyle olan fransız yazıçı. Xarakterlərin daxili psixoloji vəziyyətini yaxşı aça bildiyi üçün realizm nümayəndələrindən biri sayılır. 1830-cu ildə yazılmış "Qırmızı və qara" və 1839-cu ildə yazılmış "Parmanın kartezian kilsəsi" romanları ilə tanınır. 1783-cü ildə Qrönoblda dünyaya gəlmişdir. Vəkil ailəsində doğulmuşdur. 7 yaşında ikən anasını itirən S. humanist və respublikaçı olan babasının himayəsində böyümüşdür. 1799-cu ildə həribi nazirlikdə qulluğa girmiş, I Napaleonun İtaliya səfərində (1800) iştirak etmişdir.1806–14 illərdə intendant kimi Napaleonunir sıra hərbi səfərlərində, o cümlədən Rusiyaya yürüşündə iştirak etmiş, Moskvanın yandırılmasının , Borodino düyüşünün fransız ordusunun Rusiyadan qaçmasının şahidi olmuşdur. Napaleonun süqutundan sonra İtalyaya getmiş, karbonarlar hərəkatının rəhbərləri ilə əlaqə saxlamış, italyan romantikləri ilə yaxınlaşmış, 1821-ci ildə Fransaya qayıtmış, ədəbi həyatda fəal iştirak etmişdir. 1814-cü ildə Milana köçmüşdür.
Stendal sindromu
Stendal sindromu — hiperkulturemiya və ya Florensiya sindromu incəsənətin insan üzərində təsiri nəticəsində, xüsusilə incəsənət əsəri fövqəladə gözəl olduqda və ya çoxsaylı incəsənət əsəri bir məkana toplanmış olduqda insanın ürək döyüntülərinin sürətlənməsi, başgicəllənməsi, ürəkgetməsi, hətta hallüsinasiyalara səbəb ola bilən psixosomatik xəstəlik vəziyyətidir. Bu termin həmçinin digər şəraitlərdəki (məsələn, təbiətdəki mənzərələr) gözəllik bolluğunu görməyə olan reaksiyanı əks etdirə bilər. Sindrom 19-cu əsrdə yaşamış məşhur fransız yazıçı Stendalın (Henri Mari Beyl) şərəfinə belə adlandırılıb. Belə ki, yazıçı 1817-ci ildə Florensiyaya səyahət edir və bu hadisə ilə qarşılaşır. Bu haqda "Neapol və Florensiya: Milandan Reccoya səyahət" kitabında bəhs edir. O, Nikkolo Makiavelli, Mikelancelo Buonarroti və Qalileo Qalileyin dəfn olunduğu Santa Kroçe Baziliyasına səfər edir və ilk dəfə Cottonun freskalarını görəndən sonra emosiyaların əsirinə çevrilir. O yazırdı: Florensiya incəsənətini görən bir çox adam bu başgicəllənmələri və ürəktutmaları yaşayıb, lakin bunun sindrom kimi qəbul olunması 1979-cu ilə təsadüf edir. Həmin ildə italyan psixiatrı Graziella Magherini Florensiyada səfərdə olan yüzdən çox turisti müşahidə etmiş və onların keçirdiyi hissləri təsvir etmişdi. Word Spy definition Graziella Magherini. La Sindrome di Stendhal Arxivləşdirilib 2009-05-05 at the Wayback Machine.
Senday
Senday (yap. 仙台市) — Yaponiyanın Tohoku regionunda yerləşən Miyaqi prefekturasının paytaxtı.
Stenop
Stenop (fr. Sténopé) — obyektivsiz, əvəzində diafraqma şəklində kiçik dəlikdən və qarşısında işıq keçirməz qutudan ibarət fotoqrafik cihazdır. Obyektlərdən əks olunan işıq şüaları kiçik dəlikdən keçərək fotoapparatın divarinda tərsinə çevrilmiş təsvir yaradır. Müasir fotoqrafiyada "pinhol" (ing. Pinhole — "iynə dəliyi") adı da geniş yayılmışdır. Dəliyin diametri ilə dəliklə işığahəssas materialın arasındakı məsafənin nisbətinə əməl edildikdə daha çox sahə dərinliyi olan təsvir əldə edilir. Stenopun əsas üstünlüklərindən biri onun sonsuz sahə dərinliyinə malik olmasıdır. Dəliyin kiçik olması ilə əlaqədar olaraq ekspozisiya üçün saniələrlə, saatlarla hətta günlərlə vaxt tələb edilə bilər. Stenopdan yüxu gördüyümüz təsvirlərə bənzər landşaft şəkilləri çəkmək üçün də istifadə edilir. Stenoplar adətən fotoqraflar tərəfindən əldə düzəldilir.
Tenday
Tenday (天台宗) – buddizmin Yaponiyadakı sektalarından biri. IX əsrdə Çindəki Tyantay sektası əsasında yaradılmışdır. Bu sekta XIII əsrə kimi Yaponiyanın ən populyar iki buddist sektasından biri idi. Sektanın nəzəriyyələri Lotus sutrasına əsaslanır. Tenday sektasının əsası 806-cı ildə keşiş Sayço tərəfindən qoyulmuşdur. Yaponiyadakı Tenday sektası Çindəki Tyantay sektasına əsaslanır. Bu sektanın mərkəzi Çinin Tyantay dağında yerləşdiyi üçün belə adlandırılmış, daha sonra Tenday sektası üçün də bənzər addan istifadə olunmuşdur. Sayço 804-cü ildə Çinə səyahət edərək 9 ay boyunca Tyantay dağında buddizmi öyrənmiş və Tyantay buddizminin ustası olmuşdur. Sayço Yaponiya imperatoru Kammudan icazə alaraq Kiotonun şimal-şərqində yerləşən Hiey dağında buddizm məbədi tikdirmişdi. Sayço Çindən Yaponiyaya qayıdanda bu məbədi Tenday sektasının mərkəzinə çevirmişdir.
Stendli ardıcı
Stendli ardıcı (lat. Juniperus standleyi) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Sendal Berqman
Sendal Berqman (ing. Sandahl Bergman) - ABŞ aktrisası, kaskadyoru və rəqqasəsidir. Arnold Şvartsenegger ilə iki filmdə rol almışdır. İlk mükafatını 1982-ci ildə qazanmışdır. Sendal Barbar Konan filmində "Valeriya" obrazını canlandırdığına görə Qızıl Qlobus mükafatına layiq görülmüşdür. Sendal Berqman 14 noyabr 1951-ci ildə ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində anadan olmuşdur. Sendal uşaqlıqdan çox sarışın qız olmuş və boyu nisbətən hündür olubdur. 20 yaşında olarkən ABŞ horeoqrafı Bon Fossun diqqətini cəlb etmişdir. Məhz həmin horeoqraf tərəfindən Sendal film karyerasına başladı. İlk dəfə televiziyada musiqili şoularda peyda olmuşdur.
Ştənde (Baltas)
Ştənde (rus. Штанды, başq. Штәнде) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Ştənde kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 18 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 83 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99%) üstünlük təşkil edir.
Paul Karpenter Stendli
Paul Karpenter Stendli (ing. Paul Carpenter Standley, 21 mart 1884 – 2 iyun 1963, Tequsiqalpa) — Amerika botaniki. «Flora of New Mexico». Wooton, Elmer Ottis. — Lehre: Cramer, 1972, [Nachdr. d. Ausg.] Вашингтон, 1915. «Flora of Glacier National Park Montana». Стэндли, Пол К. — Lehre: Cramer, 1969, Author. repr.
Senday meydanı (Minsk)
Senday meydanı (rus. Сендайский сквер; belar. Сэндайскі сквер) – Belarusun paytaxtı Minskdə yerləşən mədəniyyət parkı. Yaponiyada yerləşən və Minsklə qardaşlaşmış Senday şəhərinin şərəfinə yaradılmışdır. Senday meydanı Minsklə Yaponiyanın Senday şəhəri arasındakı qardaş şəhər əlaqələrinin şərəfinə 2002-ci ildə yaradılmışdır. Belə ki, 2002-ci ildə Yaponiyanın "Citizen" saat şirkəti Minskə günəş batareyaları ilə işləyən saat hədiyyə etmişdir. İki sferblatı olan saat həm Minsk saatını, həm də Senday saatını göstərir. Belarus Musiqi Teatrının binasının önündə quraşdırılmış bu saat "Dostluq saatları" kimi adlanmağa başlamışdır. 2003-cü ildə park üzərində işlər tamamlanmış, 5 il sonra park yapon üslubunda olan dekorativ elementlərlə bəzədilmişdir. 2007-ci ildə Senday şəhərindən olan rəsmi nümayəndələr parkda sakura ağacları əkmişdirlər.
Senday zəlzələsi və sunami (2011)
Martın 11-də ümumdünya vaxtı ilə saat 05:46-da (YSV ilə saat 14:46-da) Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi prefekturası sahillərindən 130 kilometr uzaqlıqda Sakit Okeanda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4–6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir. Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb. Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi prefekturasında çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksək sürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima prefekturalarında 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb.
Senday zəlzələsi və tsunami (2011)
Martın 11-də ümumdünya vaxtı ilə saat 05:46-da (YSV ilə saat 14:46-da) Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi prefekturası sahillərindən 130 kilometr uzaqlıqda Sakit Okeanda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4–6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir. Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb. Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi prefekturasında çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksək sürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima prefekturalarında 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb.
Beatris di Tenda (Milan hersoqinası)
Beatris di Tenda (it. Beatrice Lascaris di Ventimiglia; təq. 1372[…], bilinmir – 13 sentyabr 1418, Binasko[d], Milan əyaləti) — Milan hersoqu Filippo Mariya Vizkontinin ilk xanımı, Milan hersoqinası. == Mənbə == Bueno de Mesquita, D. M. (Daniel Meredith) (2011) [1941]. Giangaleazzo Visconti, Duke of Milan (1351–1402): A Study in the Political Career of an Italian Despot (reprint ed.). Cambridge, UK: Cambridge University Press. ISBN 9780521234559 Tuchman, Barbara Wertheim (1978). A distant mirror : the calamitous 14th century. New York: Knopf. p.