Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ernst Ştayinq
Ernst Ştayniq (alm. Ernst Steinig‎; 2 yanvar 1900 – XX əsr) — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı. == Həyatı == 1900-cü ildə Klyayn-Lasovis (müasir Polşanın ərazisi) kəndində anadan olmuşdur, amma Dortmundda böyümüşdür və orada da güləş ilə məşğul olmağa başladı və 1920-ci ildə ən görkəmli alman pəhləvanlarından biri oldu. 1924-cü ildə Almaniya çempionatında 2-ci yeri tutdu və Avropa çempionatında 7-ci oldu. 1925-ci ildə Almaniyan çempionu və Avropa Çempionatının gümüş mükafatçısı oldu. 1926-cı ildə yenə Almaniya çempionu ola bildi və Avropa Çempionatında bürünc medalı qazandı. 1927-ci ildə keçirilən Avropa çempionatında 9-cu yeri tutdu. 1928-ci ildə Amsterdam Yay Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1929-cu ildə keçirilən Avropa çempionatında 4-cü oldu.
Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
Stasin
Kiprli Stasin (q.yun. Στασῖνος) — e.ə. VII yaşamış yunan ədəbiyyatının erkən dövrünün əfsanəvi şairi. Bəzi mənbələrə görə, o, Troya müharibəsi hadisələri haqqında məşhur poemanın yer aldığı 11 kitabdan ibarət "Kipriya" poemasının müəllifi hesab olunur. Patriarx I Fotiyə görə, onun müəllifi Salaminli Hegesi idi, lakin bu əsər bəzən hətta Homerin özünə aid edilir. 1995-ci ildə Halikarnasda tapılan kitabəyə görə müəllif yerli şair "Kipriya"nın müəllifi hesab olunur.
Viola stagnina
Viola stagnina (lat. Viola stagnina) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola canina subsp. stagnina (Kit. ex Schult.) Wigand Viola montana var. stagnina (Kit.) Regel Viola stagnina var. lacteoides (W.Becker & Kloos) Hof Viola stagnina var.
"Stalin" mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940–1954-cü illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. == Təsis edilməsi == Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : " Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində" — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə qərar.. "Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində" — 1 fevral 1940 -cı il tarixli qərar.. Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. == Ləğv edilməsi == Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. == Həmçinin bax == SSRİ İosif Stalin Mükafat == Ədəbiyyat == "Сталинские премии: две стороны одной медали": Сб. документов и художественно-публицистических материалов / Сост.
Stalin mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940–1954-cü illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : " Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində" — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə qərar.. "Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində" — 1 fevral 1940 -cı il tarixli qərar.. Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. SSRİ İosif Stalin Mükafat "Сталинские премии: две стороны одной медали": Сб. документов и художественно-публицистических материалов / Сост.
Stalin repressiyaları
Stalin repressiyaları — SSRİ-də Stalin dövründə (1927–1953) həyata keçirilən kütləvi siyasi repressiyalardır. "Böyük təmizləmə" dövrü adlanan kütləvi repressiyalar, N. İ. Yejovun NKVD rəhbəri vəzifəsinə təyin edilməsi ilə başladı. Yejov tərəfindən 1937-ci ilin iyulunda SSRİ NKVD-nin 00447 nömrəli əmrinin nəşri edildi. Bu müddət 1938-ci ilin sentyabr-noyabr aylarında N. İ. Yejovun himayəsində olan şəxslərin NKVD-də, polisdə və s.-də genişmiqyaslı həbsləri və onun Lavrenti Beriyanın NKVD-nin rəhbəri kimi əvəzlənməsi ilə başa çatdı. SSRİ Xalq Komissarları Sovetinin və Kommunist Partiyası Mərkəzi Komitəsinin 17 noyabr 1938-ci il tarixli qərarı ilə NKVD-nin və prokurorluğun hər hansı kütləvi həbs və köçürmə əməliyyatları həyata keçirməsi qadağan edildi, SSRİ NKVD-nin xüsusi əmrləri ilə yaradılmış məhkəmə üçlükləri ləğv edildi və s. 1991-ci ildə tarixçi V. N. Zemskov "Sotsis" jurnalında diqqətlə öyrənilmiş arxivlərin məlumatlarını dərc etdi: ümumilikdə 1921-ci ildən 1954-cü il fevralın 1-dək 3.777.380 nəfər əks-inqilabi cinayətlərə görə, düşərgələrdə və həbsxanalarda bir müddət saxlanmağa məhkum edilmiş, 642.980 nəfər güllələnmə cəzasına məruz qalmışdır. SSRİ DTK-nın sədri V. A. Kryuçkov siyasi repressiyaların statistikasını göstərirdi: o, 1930–1953-cü illər üçün SSRİ DTK-da qeydiyyat haqqında məlumatlara dəfələrlə istinad etdi. — 3.778.234 siyasi məhbus, onlardan 786.098-i ölüm cəzasına məhkum edilib. Stalin repressiyalarının rəsmi ideoloji əsası — "sosializm quruculuğu başa çatdıqda sinfi mübarizənin kəskinləşməsi" konsepsiyası 1928-ci ilin iyulunda Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Stalin tərəfindən formalaşdırıldı. 1938-ci ildən 1956-cı ilə qədər yenidən çap edilmiş "Sov.
Stalin repressiyası
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Vasili Stalin
Vasili İosifoviç Stalin (Cuqaşvili) (24 mart 1921, Moskva – 19 mart 1962, Kazan; gürc. ვასილი იოსების სტალინი (ჯუღაშვილი), rus. Василий Иосифович Сталин (Джугашвили)) — Sovet hərbi təyyarəçisi. General-leytenant (1949). İosif Stalinin kiçik oğlu. Polkovnik (1942) General-mayor (1946) General-leytenant (1949) Василий Сталин на сайте «Авиаторы Второй мировой». Василий Сталин на сайте «Красные соколы». Киевский телеграф. «Она не бросила сына вождя». Фото В.И. Сталина на сайте «Полки и самолёты».
İosif Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
Stalin göydələnləri
Stalin göydələnləri (rus. Сталинские высотки) — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablarda bu binalar "yeddi bacı" adlanır. Binalar məhbusların və mülki inşaatçıların qüvvələri vasitəsiylə tikilib. 1922-ci ildə Sovetlərin Birinci Ümumittifaq Qurultayında Moskvada Sovetlər Sarayının(ru) tikilməsi ideyası yarandı və bu ideya ömrünün sonuna qədər Stalini rahat buraxmadı. 1931-ci ildə Sovetlər Sarayının layihəsi üçün Ümumittifaq müsabiqəsi təşkil edildi, burada məşhur memarlar iştirak etdilər. 160 layihə təqdim olundu, lakin bütün tələblərə cavab verən layihə yox idi. Buna görə də layihələrin işlənməsi 1932–1933-cü illərə qədər davam etdi. Və sonda Boris Mixayloviçin(ru) layihəsi əsas götürüldü. Binannın hündürlüyü 420 metr və 100 mərtəbədən ibarət olması nəzərdə tutulurdu.
Rzauddin Stalin
Rzauddin Stalin (benq. রেজাউদ্দিন স্টালিন ; 22 noyabr 1962, Cessur, Şərqi Pakistan) — Banqladeş şairi və televiziya xadimi. Nəzrul İnstitutunun direktor müavinidir.
Sagina ammannioides
Ammaniyayabənzər bergiya (lat. Bergia ammannioides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinin bergiya cinsinə aid bitki növü. Lechea verticillata Willd. Sagina ammannioides B.Heyne ex Wall. Tillaea rubella Blanco Bergia ammannioides var. glaber Abdallah & Sa'ad Bergia ammannioides var. pentandra Wight Bergia oryzetorum Fenzl ex Zoll. Bergia pentandra Cambess. ex Guill. & Perr.
Sanciv Stalin
Sanciv Stalin (ing. Sanjeev Stalin; 17 yanvar 2001, Karnataka) — Hindistan futbolçusu, Hindistan Super Liqasında çıxış edən "Mumbay-Siti" FK-nin müdafiəçisi.O , 2017 FIFA U-17 Dünya Kuboku da daxil olmaqla müxtəlif beynəlxalq səviyyədə Hindistanı təmsil etmişdir. Sanciv Stalinin Stalin və anası Parameşvaridir. O, Banqalorun Karnataka şəhərində anadan olmuşdur. Valideynləri kiçik bir geyim mağazası işlədir. 10 yaşında Stalini hind-iranlı məşqçi Cəmşid Nəssiri görmüş və ona futbol akademiyasına daxil olmağı tövsiyə etmişdir.
Stalin (dəqiqləşdirmə)
Stalin
Stalin (soyad)
Stalin — soyad. Stalin — sovet siyasi, dövlət, hərbi və partiya xadimi. Sanciv Stalin — Hindistan futbolçusu. Rzauddin Stalin — Banqladeş şairi və televiziya xadimi. Cozef Stalin (həmkarlar ittifaqı üzvü) — Şri-Lanka həmkarlar ittifaqı üzvü. Muthuvel Karunanidhi Stalin — Hindistan siyasətçisi.
Stalin Qonsales
İvan Stalin Qonsales Montanyo (isp. Iván Stalin González Montaño; 13 noyabr 1980, Karakas) — Venesuela hüquqşünası və siyasətçisi. 26 sentyabr 2010-cu ildə Karakasın beşinci seçki dairəsi üzrə Milli Assambleyanın deputatı seçilmiş, İnzibati və Xidmətlər Parlament Komissiyasına sədrlik etmiş və 2016–2017-ci illərdə MUD müxalifət fraksiyasının lideri seçilmişdir. 2019-cu ildə Assambleyanın ikinci vitse-prezidenti seçilmişdir. 2019-cu ildə Venesuelada prezidentlik böhranı zamanı Xuan Quaydonun köməkçisi kimi çalışırdı.
Stalin Rivas
Stalin Xose Rivas (isp. Stalin José Rivas; 5 avqust 1971) — yarımmüdafiəçi kimi çıxış etmişVenesuela futbolçusu. O, "bütün zamanların ən təbii istedadlı venesuelalı futbolçusu" kimi təsvir edilmişdir. Rivas 1989–1996-cı illər arasında Venesuela milli futbol komandasının heyətində 34 oyun keçirmiş və 3 qol vurmuşdur.
Stalin Valensiya
Stalin Evander Valensiya Kortes (isp. Stalin Evander Valencia Cortéz; 10 oktyabr 2003) — Ekvador futbolçusu, "Onse Kaldas" FK-nin müdafiəçisi.
Stalin tunikası
Stalin tunikası və ya Stalinka — İosif Stalinlə əlaqəli tunika və ya gödəkçə növü. 1920-ci illərdən 1950-ci illərə və sonralar Sovet İttifaqında hökumət rəsmiləri (və İkinci Dünya Müharibəsindən sonra Sovet peyk dövlətlərinin rəsmiləri) tərəfindən tez-tez siyasi forma kimi geyilirdi. Birinci Dünya Müharibəsində meydana çıxan İmperator Rusiya Ordusunun "Fransız tunikası"ndan təkamül edib. Fərq onda idi ki, Stalinkanın yumşaq yaxası var idi. Onun sadə üslubu Stalinin daha mürəkkəb quruluşlu paltarları geyinməkdən imtina etməsi və lider üçün obraz yaratmağa çalışan sovet modelyerləri tərəfindən edilən son dəyişikliklər nəticəsində yaranıb.
Kiprli Stasin
Kiprli Stasin (q.yun. Στασῖνος) — e.ə. VII yaşamış yunan ədəbiyyatının erkən dövrünün əfsanəvi şairi. Bəzi mənbələrə görə, o, Troya müharibəsi hadisələri haqqında məşhur poemanın yer aldığı 11 kitabdan ibarət "Kipriya" poemasının müəllifi hesab olunur. Patriarx I Fotiyə görə, onun müəllifi Salaminli Hegesi idi, lakin bu əsər bəzən hətta Homerin özünə aid edilir. 1995-ci ildə Halikarnasda tapılan kitabəyə görə müəllif yerli şair "Kipriya"nın müəllifi hesab olunur.
Russkaya Starina (jurnal)
Russkaya Starina (rus. Русская старина) — tarix jurnalı. Əsası M.İ. Semevski tərəfindən qoyulmuşdur; 1870-ci ildən 1918-ci ilədək Peterburqda ayda bir dəfə nəşr olunmuşdur. "Russkaya Starina"da Rusiya dövlət xadimlərinin və rus mədəniyyəti nümayəndələrinin xatirələrinə, gündəliklərinə, qeydlərinə, məktublarına, habelə müxtəlif sənədli materiallara çox yer verilirdi. V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.
Stalin (Trotskinin kitabı)
Stalin (rus. Сталин) — 1938-1940-cı illərdə Lev Trotski tərəfindən yazılmış İosif Stalinin ikicildlik tərcümeyi-halı. İkinci cild müəllifin qətlinə görə tamamlanmadı. Nəşr ABŞ-nin İkinci Dünya Müharibəsinə daxil olması səbəbindən nəşriyyat tərəfindən təxirə salındı, kitab Soyuq müharibə başlayandan sonra işıq üzü gördü. Kitabda açıq-aşkar antistalinist yönüm var: sovet lideri bir sıra cinayətlər, o cümlədən Vladimir Leninin zəhərlənməsini törətməkdə ittiham olunur. Kitab bir çox dillərə tərcümə edilmişdir; ilk dəfə 1990-cı ildə SSRİ-də nəşr olunmuş və bestsellerə çevrilmişdir. Ömrünün Meksikada keçirdiyi son bir neçə ilində Lev Trotski əsasən Sovet lideri İosif Stalin haqqında böyük əsər hazırlamaqla məşğul idi. Keçmiş Xalq Komissarının bu tərcümeyi-halının yaradılmasına 15 ildən çox vaxt həsr edilib. O, “xırda əyalət bolşevik funksionerinin” Sovet Rusiyasının “totalitar diktatoru”na çevrilməsi və “özünün həqiqətən də qeyri-məhdud hakimiyyəti təmin etməsi” haqqında sənədlər və materiallar toplamışdır. Sovet Rusiyası və "özünü həqiqətən qeyri-məhdud bir güc təmin edir".
Stalin (film, 2006)
"Stalin" filmi — 2006-cı ildə çəkilmiş Teluqu filmidir. Stalinin həyatda yeganə missiyası hamıya kömək etməkdir. O, Hindistan Ordusunda mayordur. Lakin, sonra yerini polkovnik-leytenant İqbal Kakara təslim etdi. Stalin Sumati adlı fiziki qüsurlu bir qıza yardım edir. Lakin, Sumatiyə yuxarıdan aşağı baxdıqlarına görə o, intihar edir. Stalin bundan çox təsirlənir. Elə macəralar da bundan sonra başlayır. Mövzu, hər kəsin başqalarına kömək etməsi lazım olduğunu və bunun müqabilində sadəcə bir şükür axtarmamalı, kömək alanlara daha üç nəfər kömək etmələrini söyləmələri lazım olan bir şərtlə, onlardan kömək alanların da eyni şeyi tələb etməsi prinsipi ilə işləyir. . Stalin bu zəncirin insanlar arasında köməkçi davranış inkişaf etdirəcəyini düşünür, lakin təəssüf ki, zəncirin işə yaramadığını görür.
Stalin rayonu (Bakı)
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Stalin abidəsi (Şovi)
Stalin abidəsi — Gürcüstanın Şovi kəndində Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinə həsr olunmuş gümüş heykəl. Əsərdə kresloda oturan Stalin fiquru Odessada tikilmiş digər Stalin heykəlinə bənzəyir. Bu gün Gürcüstanda Stalinin nadir heykəllərindən biridir.
Stinq
Stinq (ing. Sting) kimi tanınan Qordon Metyu Tomas Samner, 2 oktyabr 1951[…] — məşhur ingilis müğənnisi. O, 1977-ci ildən 1986-cı ilə qədər çox uğurlu "The Police" qrupunun solisti, mahnı müəllifi və basçısı olub. 1985-ci ildə artist solo karyerasına başlayır. Solo musiqiçi və "The Police" qrupunun üzvü kimi Stinq 17 "Qremmi" mükafatı sahibidir. The Dream of the Blue Turtles (1985) ...Nothing Like the Sun (1987) The Soul Cages (1991) Ten Summoner's Tales (1993) Mercury Falling (1996) Brand New Day (1999) Sacred Love (2003) Songs from the Labyrinth (2006) If on a Winter's Night...
Ernst Ştayniq
Ernst Ştayniq (alm. Ernst Steinig‎; 2 yanvar 1900 – XX əsr) — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı. == Həyatı == 1900-cü ildə Klyayn-Lasovis (müasir Polşanın ərazisi) kəndində anadan olmuşdur, amma Dortmundda böyümüşdür və orada da güləş ilə məşğul olmağa başladı və 1920-ci ildə ən görkəmli alman pəhləvanlarından biri oldu. 1924-cü ildə Almaniya çempionatında 2-ci yeri tutdu və Avropa çempionatında 7-ci oldu. 1925-ci ildə Almaniyan çempionu və Avropa Çempionatının gümüş mükafatçısı oldu. 1926-cı ildə yenə Almaniya çempionu ola bildi və Avropa Çempionatında bürünc medalı qazandı. 1927-ci ildə keçirilən Avropa çempionatında 9-cu yeri tutdu. 1928-ci ildə Amsterdam Yay Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1929-cu ildə keçirilən Avropa çempionatında 4-cü oldu.
Simgə Sağın
Simgə Sağın (8 avqust 1981, İstanbul, Türkiyə) — alban əsilli türkiyəli müğənni, bəstəkar və aktrisadır. İstanbul Texniki Universiteti və Türkiyə Dövlət Konservatoriyasını bitirmişdir.