Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stator
Stator (ing. stator, lat. sto-dayanıram) — elektrik maşınının tərpənməz hissəsi; maqnit keçiricisi və daşıyıcısı konstruksiya funksiyasını yerinə yetirir. Stator nüvədən və gövdədən ibarətdir. Dəyişən cərəyan maşınlarında nüvə üzərinə izolyasiya lakı çəkilmiş elektrotexniki polad vərəqlərdən (0.35–0.5 mm qalınlığında) yığılır. Nüvənin yuvalarında Stator dolağı yerləşdirilir. Dövri cərəyanlardan mühafizə üçün Stator dolağının naqilləri bir neçə paralel birləşdirilmiş məftildən ibarət olur.
Stater dövrü
Stater — (yun. σταθερός (statherós) — sabit, möhkəm) və ya Stater dövrü — Paleoproterozoy erasında son geoloji dövrdür və 1800–1600 milyon il əvvəlləri əhatə edir. Bu tarixlər stratiqrafiyaya deyil, xronometriyaya əsaslanır.Dövr müvafiq qitələrdə yeni platformaların yaranması ilə səciyyələnir. Oksigen səviyyəsi indiki dəyərinin 10–20%-i qədər idi.Straterin əvvəllərində, superqitə Kolumbiya yaranmışdır.
Amator
Amator və ya Həvəskar (fransızca: amateur) — Bir işi və ya peşəni həyatını qurmaq üçün və ya pul üçün deyil, zövq üçün işləyən həvəskar, bu işə maraqlı insanlar üçün istifadə olunan bir termindir. Bunun əksi “peşəkardır”. Həvəskarlar öz işlərində mütəxəssis deyillər, peşə olaraq da bu işi peşə olaraqda öyrənməmişlər. Bu söz həm də “təcrübəsiz” və “səriştəsiz” kimi sərt şəkildə istifadə olunur. Qədim fransız dilində “sevən, aşiq” mənasını verən “amateur” sözünün kökü 1784-cü ilə təsadüf edir. Fransız dilinə isə yenə latıncadan eyni mənaya gələn “amatorem” (nom.“amator”) sözündən girmişdir..
Sektor
Dairə sektoru - dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə deyilir. Sektorun sahəsi S = пr²a/360⁰-ə bərabərdir. Burada a — qövsün dərəcə ölçüsü , r — radiusdur.
Statoil
Equinor (ex Statoil) — Norveç neft şirkəti. Əsası 1972-ci ildə qoyulmuş Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir. Statoil dünya xam neftin və Avropaya isə qazın əsas ixracatçılarından biridir. 9-dan çox ölkədə 2000-dən artıq yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkətə 2004-cü ilin ortalarından etibarən Helge Lund başçılıq edir. 2006-cı ilin ortalarından etibarən mətbuatda Statoilin Norveçin digər sənaye nəhəngi Norsk Hydro ilə birləşəcəyi barədə məlumatlar yayıldı. Bu təklif Avropa birliyi tərəfindən (Avropa İqtisadi Zonası tələblərini ödədiyi səbəbindən) müsbət qarşılandı. Norveç Parlamanti isə təklifi 2007-ci ilin 8 İyun tarixində qanuniləşdirdi.
Statoyl
Equinor (ex Statoil) — Norveç neft şirkəti. Əsası 1972-ci ildə qoyulmuş Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir. Statoil dünya xam neftin və Avropaya isə qazın əsas ixracatçılarından biridir. 9-dan çox ölkədə 2000-dən artıq yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkətə 2004-cü ilin ortalarından etibarən Helge Lund başçılıq edir. 2006-cı ilin ortalarından etibarən mətbuatda Statoilin Norveçin digər sənaye nəhəngi Norsk Hydro ilə birləşəcəyi barədə məlumatlar yayıldı. Bu təklif Avropa birliyi tərəfindən (Avropa İqtisadi Zonası tələblərini ödədiyi səbəbindən) müsbət qarşılandı. Norveç Parlamanti isə təklifi 2007-ci ilin 8 İyun tarixində qanuniləşdirdi.
Status
Status (lat.- vəziyyət) Hansısa ierarxiyada, vəziyyətdə, sistemdə tutulan pillə. Şəxsin, dövlət strukturunun, beynəlxalq təşkilatın, dövlətin beynəlxalq təşkilatda tutduğu vəziyyət, onların hüququ vəziyyəti. == Sosiologiya və psixologiya == Cəmiyyətdə şəxsin statusu : cəmiyyətdə ictimai təşkilatın yeri ; insanın sosial rolu: lider, təşkilatçı, icraçı ; insanın cəmiyyətdə statusu: aşağı, yüksək.
Statut
Statut (qədim lat. statutum — qərar) — çoxmənalı termin. Statut (orta əsrlər) — orta əsrlərdə ayrı-ayrı şəhərlərin , korporasiyaların və nəsillərin hüquqi vəziyyətini müəyyənləşdirən hüquqi sənəd. Statut (anqlosakson hüquqi) — anqlo-sakson hüquq sistemində vacib əhəmiyyətli hüquqi akt. Statut (təşkilatın nizamnaməsi)| — təşkilatın təşkilini və fəaliyyətini tənzimləyən hüquqi sənəd. Ordenin statutu — ordenin təsviri, təltif qaydaları və istifadə qaydaları. Statut (təsvir) — təsvir xarakterli hüquqi akt. Statut (orqanik statut) — XIX əsrdə bəzi ölkələrdə konstitusiya aktının qəbul edilmiş adları.
Stupor
Stupor (lat. stupor "keylik, uyuşuqluq") — tibbdə, xüsusilə psixatriyada hərəki pozğunluğun bir növü. Mutizm (səssizlik) hərəkətsizliyi, taqətsizlik, halsızlıq, qıcığa qarşı reaksiya sönüklüyü.
Statira
Statira (yun. Στάτειρα; e. ə. IV əsr – e.ə. 331) — Əhəmənilər sülaləsindən olan Persiyalı III Daranın arvadı olan Persiya kraliçası. O, ehtimal ki, ərinin bacısı idi. O, əri müharibəyə gedəndə onu müşayiət edirdi. Məhz buna görə o, İss döyüşündən sonra Makedoniyalı İskəndər tərəfindən eramızdan əvvəl 333-cü ildə İss şəhərində əsir düşmüşdür. Onun əri, anası Sisiqambis və qızları II Statira və Dripetida də daxil olmaqla, İskəndərdən qaçarkən bütün ailəsini ərazidə tərk etdi. İskəndərin onlara böyük hörmətlə yanaşdığı bildirilir.Statira eramızdan əvvəl 332-ci ilin əvvəllərində Oxus adlı oğlunu dünyaya gətirərkən öldü.
Stratfor
“Stratfor” Qlobal Məlumat Şirkəti 1996-cı ildə ABŞ Texas ştatının Austin şəhərində tanınmış siyasi alim Corc Fridman tərəfindən yaradılıb və bütün dünyada 2 milyonluq oxucu kütləsinə malikdir. “Stratfor” müstəqil, qeyri-siyasi və siyasi, iqtisadi, hərbi təhlilləri ilə tanınan qurumdur. Şirkətin məhsullarından ABŞ və xarici hökumətlər, qlobal korporasiyalar və fərdi şəxslər faydalanır.
Bator
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Stata
Stata(ümumi təyinatlı statistik proqram təminatı paketi; 1985-ci ildə StataCorp şirkəti tərəfindən yaradılıb. Bütün dünyada bir çox biznes qurumları və elmi müəssisələr bu proqramdan geniş istifadə edir. İstifadəçilərinin əksəriyyəti müxtəlif tədqiqat sahələrində, xüsusilə, iqtisadiyyat, sosiologiya, politologiya, biotəbabət və epidemiologiya sahələrində çalışır. Stata verilənlərin idarəolunması, statistik təhlil, qrafika, modelləşdirmə və proqramlaşdırma imkanlarına malikdir. Stata adı ingilis dilindəki statistics və data sözlərindən yaranıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 812 s.
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. == Motaatıcı tabor == Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Tank taboru == Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Rabitə taboru == Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi == Təmir taboru == Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd.Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
Setor
Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır. Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.
Con Taytor
Con Taytor (ing. John Titor) — 2036-cı ildən gəldiyini iddia edən şəxs. 2000-2001-ci illərdə müxtəlif internet xəbər saytlarında qeyri-müəyyən, bir çoxunun yanlışlığı sübut edilə bilən məlumatlar yollamış, yaxın gələcək haqqında proqnozlar və yaşadığı zaman haqqında məlumatlar vermişdir. Belə ki, göndərdiyi yazılar 2000-2037-ci illər arasında "baş verən" bir sıra hadisələrlə bağlıdır. İddiaları arasında diqqəti cəlb edən məlumatlardan biri 2015-ci ildə Üçüncü dünya müharibəsinin baş verəcəyini bildirməsi olmuşdur. Con Taytorun söylədikləri dünyada bir çox mübahisələrə səbəb olmuşdur. == Populyar mədəniyyətdə == 2003-cü ildə Con Taytor Fondu "Con Taytor: Zaman səyahətçisinin nağılı" adlı kitab (ISBN 1-59196-436-9) nəşr etmişdir. Kitabda Con Taytorun iddiaları müzakirə olunur. 2004-cü ildə ABŞ-də Con Taytorun hekayəsinə əsaslanan "Zaman səyahətçisi Sıfır" adlı tamaşa səhnələşdirilmişdir. 2009-cu il istehsalı və əsasında 2011-ci ildə anime serialı da çəkilən "Steins;Gate" adlı vizual roman Con Taytor və onun hekayələrindən bəhs edir.
Epileptik status
Epileptik status - uzunsürən epileptik tutma və ya aralarındakı fasilə zamanı şüurun tam bərpa olunmadığı çoxsaylı təkrarlanan tutmalarla özünü büruzə verən təxirəsalınmaz vəziyyətdir. == XBT-10 üzrə təsnifatı == G41.0 Epileptik status - grand mal (tonik-klonik tutmalar) G41.1 Epileptik status -petit mal (absanslar statusu) == Etiologiyası == Rejimin pozulması, somatik və infeksion xəstəliklər, epilepsiya əleyhinə preparatların tətbiqində fasilə, yaxud onların qəbulunun dayandırılması və ya dozasının azaldılması. == Dövrləri == Predstatus (tutmanın başlanmasından 0-9 dəq), başlanğıc ES (10-30 dəq), inkişaf etmiş ES (31-60 dəq), refrakter ES (60 dəq-dən artıq). == Klinika == ES zamanı tonik və ya klonik tutmalar bütün ətraflarda qeyd olunur, çox vaxt gözlərin çevrilməsi və ya onların klonik dartılması ilə birgə baş verir, birtərəfli xarakter daşıya bilir. Absanslar ES-si zamanı şüurun dəyişməsi qeyd olunur, bu zaman reaksiyalar hissəvi olaraq saxlana bilər, dezorientasiya, afaziya, amneziya, oral və bilək avtomatizmləri müşahidə edilir. Absanslar ES-si diaqnozu EEQ-də epileptik aktivlik aşkar olunduqda təsdiq edilə bilər. == Diferensial diaqnoz == Metabolik ensefalopatiyalar (qara ciyərin, böyrəklərin zədələnməsi və s.), dərman intoksikasiyaları, psixozlarla aparılır. == Müalicə == Əgər tutmalar 10 dəq-dən artıq davam edirsə, stasionara nəqliyyatla göndərişin təşkilinə başlanmalıdır. Məqsəd – 30 dəq tamam olmamış tutmaların qarşısını almaqdır (30 dəq ərzində ESdən sonra baş beyin neyronlarında patoloji dəyişikliklər baş verir). Xəstəxanaya qədər olan mərhələdə tənəffüs yollarının keçiriciliyi təmin olunur, oksigen verilir, benzodiazepinlərin (relanium) bütün üsullarla yeridilməsi effektivdir – v/d, ə/d, rektal.
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Satoru Moçizuki
Satoru Moçizuki (d. 18 may 1964) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. == Funksiyası == Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10-15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.
Satoru Yamaqişi
Satoru Yamaqişi (d. 3 may 1983) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 11 oyun keçirib.
Satton-Hu
Satton-Hu (Sutton Hoo) — Vudbricin şərqində İngilis Suffolk qraflığındakı kurqan nekropoludur. Burada 6-7-ci əsrlərdə Anqlo-Sakson kralının toxunulmamış cənazə gəmisi də daxil olmaqla, 1938-1939-cu illərdə Böyük Britaniya tarixindəki bəlkə də ən əhəmiyyətli arxeoloji tapıntılar edilmişdir. == Aşkarlanması == Alimlər Satton-Hu xəzinəsini Edit Meri Prittinin marağı və enerjisi sayəsində kəşf etdilər. Yerli qocalardan kurqanların içərisində qızıl olduğunu eşidən bu şəxs mistik ritualları çox sevirdi. Pritti təpələrdə sirli fiqurlar görməyə başlayanda, qazıntı apararaq ruhları sakitləşdirmək qərarına gəlir və kömək üçün İpsviç Diyarşünaslıq Muzeyinin işçilərinə müraciət etdi. Xanım Pritti qazıntı işlərinə haradan başlayacağı - böyük kurqandan (əvvəllər soyğunçular tərəfindən açıq şəkildə hücuma məruz qalan böyük təpədən) yoxsa üç kiçik təpədən - sualı ilə qarşılaşdı. Əvvəlcə kiçik təpə açıldı, ancaq orada aşkar edilən həvəskar arxeoloqları məyus etdi - görünür, xəzinə ovçuları dəfn otağını çoxdan ziyarət etmişdilər. 1939-cu ilin mayında böyük təpə açıldı və qazıntının nəticələri bütün gözləntiləri aşdı. Dəfn kamerasının içərisində cənazə qayığının çürümüş qalıqları tapıldı - onun vəziyyəti mismar tapıntılarına əsasən qiymətləndirilə bilər. Əraziyə gələn Kembric Universitetinin nümayəndələri müəyyən etdilər ki, bu məzarlığa ən bənzər İsveçdəki Vendel və Köhnə Upsala qəbristanlığından məlumdur.
Baş Ştatlar
Baş Ştatlar - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Birləşmiş Ştatlar
Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
Konfederativ Ştatlar
Amerika Konfederativ Ştatları (həmçinin Konfederativ Ştatlar, Konfederasiya, AKŞ, ing. Confederate States of America, The Confederacy, CSA) — de-fakto müstəqil, tanınmamış dövlət. 1861-1865-ci illərdə ABŞ-nin quldarlıq tərəfdarı olan 11 cənub ştatının ABŞ-nin tərkibindən çıxdıqlarını elan edərək (sesessiya) yeni dövlətdə birləşmələri nəticəsində yaranmışdır. Həmin illəri əhatə edən vətəndaş müharibəsi nəticəsində məğlub olan Konfederativ Ştatların ərazisi ABŞ tərəfindən ələ keçirilərək 10 ildən artıq davam edən Cənubun rekonstruksiyası prosesindən sonra təkrarən ABŞ-nin tərkibinə qatılmışdır. == Tarixi == === Yaranması === Amerika Konfederativ Ştatları 1860-cı il prezident seçkilərində quldarlığın qatı əleyhdarı Avraam Linkolnun ABŞ prezidenti seçilməsinin təsdiqlənməsindən dərhal sonra, yəni 4 fevral 1861-ci ildə 6 cənub ştatı (Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya və Luiziana) tərəfindən elan olunmuşdur. Bu 6 ştat və martın 2-də onlara qoşulan Texas ABŞ-nin tərkibindən çıxdıqlarını və 1787-ci il Konstitusiyası ilə federal hökumətə həvalə edilən hüquqların ştatların öhdəsinə geri qaytarıldığını elan etdilər. Bu hüquqlara ştatların ərazisindəki hərbi obyektlər, limanlar və gömrüklər üzərində nəzarət, vergi və rüsumların yığılması daxil idi. AKŞ-nin yaranmasından bir ay sonra, martın 4-də ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln səlahiyyətlərinin icrasına başladı. Öz inauqurasiya çıxışında o, sesessiyanı hüquqi cəhətdən əsassız adlandırdı və cənub ştatlarına qarşı hərbi əməliyyatlara başlanmayacağını, lakin federal mülkiyyətin qorunması və vergi yığımı üzərindəki nəzarətin qorunması üçün güc tətbiq edilə biləcəyini bildirdi. 12 aprel 1861-ci ildə Cənubi Karolina ştatının qoşunları general Pyer Boreqarın rəhbərliyi altında ştatın ərazisindəki Çarlston limanında yerləşən Samter hərbi istehkamını bombalayaraq, buradakı qarnizonu təslim olmağa məcbur etdi.