Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pambıq yığımı Staxanovçuları (film, 1937)(I)
Elmi-kütləvi filmdir. Burada məşhur pambıqçı Bəsti Bağırova tərəfindən tətbiq edilən iki əllə pambıq yığma üsulu haqqında danışılır. Film saxlanılmayıb. Rejissor: İvan Tartakovski Operator: Mirzə Mustafayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Pambıq yığımı Staxanovçuları (film, 1937)(II)
Elmi-kütləvi filmdir. Burada məşhur pambıq ustası Qüdrət Səmədovun iki əllə pambıq yığmasından, onun iş üsulundan söhbət gedir. Film saxlanılmayıb. Rejissor: İvan Tartakovski Operator: Mirzə Mustafayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Aleksey Staxanov
Aleksey Qriqoryeviç Staxanov (rus. Алексе́й Григо́рьевич Стаха́нов; 3 yanvar 1906, Luqovaya[d], Orlov quberniyası[d] – 5 noyabr 1977, Torez, Donetsk vilayəti) — kömür sənayesi yenilikçisi, mədən mühəndisi, Sosialist Əməyi Qəhrəmanı (1970), 1936-cı ildən Sov.İKP üzvü. == Həyatı == Aleksey Staxanov əmək fəaliyyətinə 1917-ci ildə başlamışdır. 1927-ci ildən kömür sənayesində çalışmışdır. 1935-ci ilin avqustunda işlədiyi "Mərkəzi-İrminov" şaxtasında (Kadiyevka, indiki Staxanov şəhəri) növbə ərzində 102 ton (normadan 14 dəfə artıq) kömür çıxarmışdı. Staxanovun əmək qələbəsi ilə bütün ölkədə kütləvi sosializm yarışının yeni mərhələsinin — Staxanov hərəkatının başlanğıcı qoyulmuşdur. SSRİ Ali Sovetinin (1-ci çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Kadiyevka şəhəri 1978-ci ildən onun şərəfinə Staxanov adlandırılmışdır. == Həmçinin bax == Staxanov hərəkatı Staxanov mayı (film, 1936) == Ədəbiyyat == С.Гершберг. Стаханов и стахановцы.
Staxanov hərəkatı
Staxanov hərəkatı — SSRİ-də sosialist istehsalı yenilikçilərinin — qabaqcıl fəhlələrin, kolxozçuların, mühəndis-texnik işçilərin yeni texnikanı mənimsəməklə əmək məhsuldarlığını yüksəltmək uğrunda kütləvi hərəkatı. 1935-ci ildə sosializm yarışının yeni mərhələsi kimi yaranmışdır. "Staxanov hərəkatı" onun təşəbbüsçüsü olan Donbas şaxtaçısı Aleksey Staxanovun adı ilə bağlıdır; Azərbaycan SSR-də Staxanov hərəkatının təşəbbüskarları — neft sənayesində Ağa Nemətulla, İsmayıl Mikayıl, Q.Əsədov, toxuculuq sənayesində K.Rzayeva, M.Nəbiyev, baramaaçmada A.Həsənov, M.Qafarov, duz sənayesində M.Musayev, kənd təsərüffatında B.Bağırova, Q.Səmədov və başqaları olmuşlar. Staxanov hərəkatının müxtəlif üsullarından Böyük Vətən müharibəsi illərində istifadə olunmuşdur. Bu sahədə qazanılan təcrübə müharibədən sonra da öz əhəmiyyətini saxlamışdır.
Staxanov mayı (film, 1936)
Filmdə Bakının sənaye müəssisələrində Staxanov hərəkatının təbliğindən bəhs olunur.