Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Aleksey Qriqoryeviç Staxanov (rus. Алексе́й Григо́рьевич Стаха́нов; 3 yanvar 1906, Luqovaya[d], Orlov quberniyası[d] – 5 noyabr 1977, Torez, Donetsk vilayəti) — kömür sənayesi yenilikçisi, mədən mühəndisi, Sosialist Əməyi Qəhrəmanı (1970), 1936-cı ildən Sov.İKP üzvü.
Aleksey Staxanov | |
---|---|
rus. Алексей Григорьевич Стаханов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 yanvar 1906 |
Doğum yeri |
|
Vəfat tarixi | 5 noyabr 1977 (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | dağınıq skleroz |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, mədənçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aleksey Staxanov əmək fəaliyyətinə 1917-ci ildə başlamışdır. 1927-ci ildən kömür sənayesində çalışmışdır. 1935-ci ilin avqustunda işlədiyi "Mərkəzi-İrminov" şaxtasında (Kadiyevka, indiki Staxanov şəhəri) növbə ərzində 102 ton (normadan 14 dəfə artıq) kömür çıxarmışdı. Staxanovun əmək qələbəsi ilə bütün ölkədə kütləvi sosializm yarışının yeni mərhələsinin — Staxanov hərəkatının başlanğıcı qoyulmuşdur. SSRİ Ali Sovetinin (1-ci çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Kadiyevka şəhəri 1978-ci ildən onun şərəfinə Staxanov adlandırılmışdır.