Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stiker (mesajlaşma)
Stiker — ani mesajlaşma platformaları vasitəsilə göndərilən cizgi filmləri və yapon smaylik tipli "emojilər"in qarışığı olan emosiya və ya hərəkəti təmsil edən personajın illüstrasiyası. Stiker mesaj hesab olunur. Onlar emotikonlardan daha çox müxtəlifliyə malikdirlər və üz reaksiyası ilə bədən dilini təsvir etmək qabiliyyətinə görə internet "reaksiya üzü" mədəniyyətindən əsas götürürlər. Stikerlər mürəkkəb, obraza əsaslanan ifadələrdir və insanlara qəribə animasiyalar vasitəsilə ünsiyyət qurmaq üçün yüngül vasitələr verir. Stikerlər ilk dəfə Koreyada yaradılmış mobil mesajlaşma proqramı "Line" tərəfindən populyarlaşdırıldı. "Naver Corporation" proqramı Yaponiya bazarını nəzərə alaraq tərtib etdi, çünki "KakaoTalk" Cənubi Koreyada artıq üstünlük təşkil edən mobil mesajlaşma xidməti idi. Stikerlərin hər yerdə mövcud olan emoji sisteminin anime üslublu sənət əsərləri ilə qarışığı və yapon dilində daha uzun mesajların yazmaq yerinə stiker göndərmək bu xüsusiyyətin yapon istifadəçiləri cəlb etməsinə kömək etdi. "Line"ın üstünlüyü artdıqca, "Line"ın stiker dəstlərində nümayiş olunan maskot personajları da məhsul kimi məşhurlaşdı. 2013-cü ildə stikerlər Asiya bazarlarından kənarda da böyüməyə başladı: "Path" 2013-cü ilin mart ayında yeni şəxsi mesajlaşma sisteminin bir hissəsi kimi stikerlər əlavə etdi. Ardınca aprel ayında "Facebook" və "Facebook Messenger" mobil proqramlarına da stikerlər əlavə olundu.
Snickers
Snickers — qovrulmuş yerfındığı (fındıq və ya günəbaxan tumu da ola bilər), karamel və nuqadan ibarət, üzəri südlü şokoladla örtülmüş şokolad batonu. ABŞ-də ən çox satılan şokolad batonudur. Dünyada illik satışı 2 milyard dollar aralarındadır. İlk zamanlar Böyük Britaniya və İrlandiyada Marafon adıyla satılırdı, daha sonra isə Snickers adı ilə bütün dünyada tanınmağa başladı. Snickers batonu ilk dəfə 1923-cü ildə ABŞ-də konditer Frenk Mars tərəfindən hazırlanmışdır. Ancaq kütləvi istehsal yalnız 1930-cu ildə başlamışdır. 1929-cu ilin noyabrında Çikaqo şəhərində Snickers batonları hazırlanan zavod fəaliyyətə başlamışdır. Batonun adı Mars Incorporated şirkətinin banisi olan Mars ailəsinin atının adından götürülmüşdür.
Stinger
FIM-92 “Stinger” (ingil. FIM-92 Stinger — iynə, sancaq) — Amerika istehsalı daşınan zenit-raket kompleksi (DZRK), alçaqdan uçan hava hədəflərinin (təyyarə, helikopter, Pilotsuz uçuş aparatı (PUA)) vurulması üçün nəzərdə tutulur. Bir adam tərəfindən daşınan, çiyinə alınaraq atəş açılan, infraqırmızı və ultrabənövşəyi şüalarla idarə olunan, passiv atəş aç-unut prinsipi ilə işləyən raket sistemidir. Bir ekipaj tərəfindən MANPADS (Çiyindən atılan) istifadəsi, yüksək təsirlilik və məhvetmə xüsusiyyətlərinə malik olması quru qoşunlarında vacib bir silah növü kimi istifadəsinə səbəb olmuşdur. ABŞ-də “General Dynamics/Raytheon Corporation” şirkəti tərəfindən və lisenziya altında Almaniyada “EADS” şirkəti tərəfindən istehsal olunur. İlk 260 ədədi 1979-cu ilin ortasında istehsal olunub, bundan sonra istehsalçı şirkət 2250 ədədlik ABŞ ordusu üçün ümumi dəyəri 105 milyon ABŞ dolları olan növbəti partiyanın sifarişini alır. 1981-ci ildən istehsalına başlanılmış və eyni zamanda silahlanmaya qəbul olunub. Ən yayılmış DZRK-dan biridir. ABŞ-dən əlavə 30 dövlətin silah arsenalına daxildir. İstehsal olunmuş “Stinger” raketlərinin sayı 70 mindən artıqdır.
Stryker
IAV Stryker, ABŞ ordusunda istifadə olunan General Dynamics Land Systems tərəfindən istehsal olunan Kanada istehsalı olan 8 təkərli LAW III-dən hazırlanmış ilk 8x8 konstruksiyalı zirehli döyüş vasitəsidir. Stryker, ABŞ ordusunun 1980-ci ildə istifadə etməyə başladığı M2/M3 Bradleydən sonra istifadə etdiyi ilk yeni zirehli döyüş maşınıdır. ABŞ hərbçiləri tərəfindən 2002-ci ildən bəri həm personal daşıyıcısı, həm də tank məhv edən ACV rolunda istifadə olunur. Əməliyyat mənzili 500 km, maksimum sürəti 100 km/s təşkil edir. M1126 Zirehli personal daşıyan M1127 Zirehli maşın M1128 Mobil silah sistemi.105 mm M68A1 topa malikdir M1129 120 mm haubitsa M1130 Komanda maşını M1131 Dəstək maşını M1132 Mühəndis maşını M1133 yaralıları daşımaq üçün maşın olub silah sistemləri yoxdur M1134 Anti-tank maşını.
Spiker
Parlamenrin spikeri (ing. Speaker, hərf. natiq) — bir palatalı parlamentin və ya çox palatalı parlamentin palatasının sədri. Bu termin siyasi leksikonda geniş yayılmışdır, lakin rəsmi olaraq yalnız ingilisdilli dövlətlərdə və ölkələrdə istifadə olunur. Parlamentin spikeri vəzifəsi ilk dəfə 1377-ci ildə İcmalar Palatasında təqdim edildi, onun ilk sədri Tomas Hangerford (ing. Thomas Hungerford) oldu. Spikerin əsas funksiyalarına Parlament Palatasının iclaslarının təşkili (qaydalara əməl olunmasına nəzarət, ayrı-ayrı deputatlara söz vermək, səsvermənin nəticələrini elan etmək) və onun vəzifəli şəxslərinə rəhbərlik etmək daxildir. Bundan əlavə, spiker hakimiyyətin digər qolları ilə münasibətlərdə parlamentin nümayəndəsi kimi çıxış edir. Bəzi hallarda spiker parlamentin lideri sayılır və ona digər deputatlara verilməyən səlahiyyətlər və səlahiyyətlər verilir. O, görkəmli siyasi xadimdir və qanunvericilik prosesinin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bir sıra ştatlarda və ölkələrdə prezident vəzifəsində vakant yer yarandığı halda, bir və ya bir neçə palatanın spikeri eyni anda prezidentin səlahiyyətlərini icra edən təyin edilir.
Tiker
Tiker (ing. ticker symbol) və ya ehtiyat simvolu. Birjada spesifik ehtiyatların hesablanması üçün nəzərdə tutulub. Valyutaların kodu tikerin analoqu sayılır. Tiker Tomas Edison tərəfindən ixtira edilmişdir.
Ben Stiller
Bencamin Edvard Mira Stiller (30 noyabr 1965[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı aktyor, komediyaçı və rejissor. O, komediya ustaları Cerri Stiller və Enn Miranın oğludur. Stiller "Frat Pack" kimi tanınan məşhur komediya aktyorlarından ibarət olan qrupdandır. Stillerin çəkildiyi filmlər Kanada və ABŞ-dən 2,6 milyard dollardan çox gəlir əldə edib, hər filmi orta hesabla 79 milyon dollar gəlir gətirib. Uğurlu karyerası boyunca o, "Emmi", çoxsaylı "MTV Film" mükafatları, "Britanniya" və "Yeniyetmələrin Seçimi" mükafatı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülmüşdür. == Həyatı == Bencamin Edvard Mira Stiller 30 noyabr 1965-ci ildə Nyu-York şəhərində doğulub. O, şəhərin Yuxarı Qərb tərəfində (ing. Upper West Side) böyüyüb. Onun atası komediyaçı Cerri Stillerin valideynləri Polşa və Qalisiyadan ABŞ-ə köçmüş yəhudilərdir. Stillerin anası Enn Mira İrlandiya katoliklərindədir və onun atası ilə evləndikdən sonra İudazim dinini qəbul etmişdir.
Corc Stiqler
Corc Stiqler (ing. George Joseph Stigler) (17 yanvar 1911[…], Sietl, Vaşinqton – 1 dekabr 1991[…], Çikaqo) — amerikalı iqtisadçı. 1982-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Corc Stiqler ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində anadan olub. Corc Stiqler ali təhsil almağa Vaşinqton Universitetində başlamış, sonra isə Şimal-Qərb Universitetində təhsilini davam etdirmişdir. 1939-cu ildə Çikaqo Universitetində Frenk Naytın elmi rəhbərliyində doktorluq dərəcəsinə yüksəlmişdir. Corc Stiqler II Dünya müharibəsi illərində Kolumbiya Universitetində gizli atom bombası istehsalı layihəsi olan Manhetten layihəsi üçün riyazi və statistik tədqiqatlar aparmışdır. Sonra 1947–1958-ci illərdə Kolumbiya Universitetinin iqtisadiyyat bölməsində müəllim işləmişdir. Corc Stiqler Çikaqo məktəbinin klassik liberalizm və azad bazar prinsiplərini qəbul edib yaymış, bu məqsədlə qurulan və hələ də böyük nüfuzu olan Mount Pelerin Cəmiyyətinin qurucu üzvü olmuşdur. Corc Stiqler 1991-ci ildə vəfat etmişdir.
Viktor Stinqer
Viktor Stinqer (29 yanvar 1935 – 27 avqust 2014 və ya 25 avqust 2014, Havay) amerikalı zərrəcik fiziki, filosof, müəllif və din skeptiki. Zərrəciklər fizikası sahəsində tədqiqatçı alimi kimi karyerası boyunca Stinqer Yeni Ateizm ilə əlaqələndirildi. O, bir çox elmi populyar kitabların müəllifidir. 2007-ci ildə bestseller olan "Tanrı: Uğursuz Hipotez: Elm tanrının mövcud olmadığını necə göstərir" kitabı da daxil olmaqla, fizika, kvant mexanikası, kosmologiya, fəlsəfə, din, ateizm və psevdoelm mövzuları üzrə geniş auditoriya üçün nəzərdə tutulmuş on iki kitab nəşr etdi. Son kitabı Tanrı və Multikainat: Bəşəriyyətin Kosmosa dair Genişlənən Görüşü (2014) idi. O, Huffington Postda müntəzəm elm köşə yazıçısı idi. Stinqer məşhur "elm sizi aya, din sizi göydələnlərə götürər" aforizminin müəllifidir.
Bram Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Brem Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
FIM-92 Stinger
FIM-92 “Stinger” (ingil. FIM-92 Stinger — iynə, sancaq) — Amerika istehsalı daşınan zenit-raket kompleksi (DZRK), alçaqdan uçan hava hədəflərinin (təyyarə, helikopter, Pilotsuz uçuş aparatı (PUA)) vurulması üçün nəzərdə tutulur. Bir adam tərəfindən daşınan, çiyinə alınaraq atəş açılan, infraqırmızı və ultrabənövşəyi şüalarla idarə olunan, passiv atəş aç-unut prinsipi ilə işləyən raket sistemidir. Bir ekipaj tərəfindən MANPADS (Çiyindən atılan) istifadəsi, yüksək təsirlilik və məhvetmə xüsusiyyətlərinə malik olması quru qoşunlarında vacib bir silah növü kimi istifadəsinə səbəb olmuşdur. ABŞ-də “General Dynamics/Raytheon Corporation” şirkəti tərəfindən və lisenziya altında Almaniyada “EADS” şirkəti tərəfindən istehsal olunur. İlk 260 ədədi 1979-cu ilin ortasında istehsal olunub, bundan sonra istehsalçı şirkət 2250 ədədlik ABŞ ordusu üçün ümumi dəyəri 105 milyon ABŞ dolları olan növbəti partiyanın sifarişini alır. 1981-ci ildən istehsalına başlanılmış və eyni zamanda silahlanmaya qəbul olunub. Ən yayılmış DZRK-dan biridir. ABŞ-dən əlavə 30 dövlətin silah arsenalına daxildir. İstehsal olunmuş “Stinger” raketlərinin sayı 70 mindən artıqdır.
Stoker (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir.
Ticket to Ride (albom)
Ticket to Ride — The Carpenters albomu.
Maks Ştirner
Maks Ştirner (alm. Max Stirner‎), əsl adı Yohan Kaspar Şmidt; 25 oktyabr 1806[…], Bayroyt, Bavariya Krallığı – 26 iyun 1856[…] və ya 25 iyun 1856, Berlin) — alman filosofu olmuşdur. O əsasən ekzistensializmin, nihilizmin, postmoderizmin və anarxizmin ən əsas anarxo-individualizmin öndərlərindən biri olaraq görülür. Ştirnerin əsas əsəri Eqo və mülkiyyətdir. Bu əsər ilk dəfə 1845-ci ildə Leypsiqdə dərc olunub və həmin dövrdə müxtəlif nəşrlərilə tərcümələri günümüzə qədər nəşr olunur. == Bioqrafiya == Maks Ştirner Bayroyt, Bavariada doğulmuşdur. Onun həyatı haqqında Şotlandiyada doğulan alman yazıçı Con Henri Mekkey 1898-ci ildə Almaniyada nəşr elətdirdiyi Maks Ştirnerin bioqrafiyası əsərində (Max Stirner – sein Leben und sein Werk) yazıb. Maks Ştirner nəfəs alətləri ustası olan atası Albert Christian Heinrich Schmidt (1769–1807) və əczaçı olan anası Sophia Elenora Reinlein'ın (1778–1839) tək övladı idi. Atası 19 aprel 1807-ci ildə 37 yaşında vərəmdən vəfat edib. Onun anası maddi çətinliklər səbəbindən Heynrix Ballersted adındakı əczaçı ilə evləndi və onlar qərbi Prussiyanın Kulm şəhərində(indiki Polşa ərazisi) yerləşdilər.
Adalbert Ştifter
Adalbert Ştifter (23 oktyabr 1805[…], Qorni-Plana[d][…] – 28 yanvar 1868[…], Lins, Sisleytaniya) — avstriyalı yazıçı, şair, rəssam və pedaqoq idi. O, yazılarında təsvir olunan canlı təbiət mənzərələri ilə tanınırdı. == Həyatı == Şifter Bohemiyanın Oberplan şəhərində (müasir Çexiyanın Qorni-Plana şəhərində) anadan olub. O, varlı kətan toxucusu İohann Stifter və həyat yoldaşı Maqdalenanın böyük oğlu idi. İohann 1817-ci ildə aşmış vaqon altında qalaraq əzilib ölmüşdü. Stifter Kremsmünsterdəki Benediktin Gimnaziyasında təhsil alıb və 1826-cı ildə hüquq öyrənmək üçün Vyana Universitetinə getdi. 1828-ci ildə o, Fenni Qraypl-a aşiq oldu, lakin beş il davam edən münasibətdən sonra valideynləri onun sonrakı yazışmalarını qadağan etdi və onun bu itkisi heç vaxt sağalmadı. Şifter 1835-ci ildə Amaliya Muhaupt ilə nişanlanıb, 1837-ci ildə evlənsə də, onlar xoşbəxt ola bilmədilər. Hamilə qala bilməyən həyat yoldaşı və Şifter müxtəlif vaxtlarda Amaliyanın üç qardaşı qızını övladlığa götürməyə çalışıblar. Onlardan biri, Kuliana bir neçə dəfə qaçdı və nəhayət yoxa çıxdı, ancaq dörd həftə sonra Dunayda boğularaq tapıldı.
Mersedes Ştiber
Mersedes Ştiber (4 sentyabr 1974, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. Mersedes Ştiber, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Mersedes Ştiber, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.