Xəzər Universiteti Tibb və Stomatologiya fakültəsi

Tibb fakültəsi Xəzər Universitetində fəaliyyətə başlayan ilk fakültələrdəndir. 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Təhsil Qanunu qəbul edildikdən sonra həmin qanunun 31-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.93-cü il tarixli 60 saylı qərarı ilə Təhsil Nazirliyi nəzdində Dövlət Ali Ekspert Komisiyyası (DAEK) yaradıldı. Bu Komissiyanın əsas işi Azərbaycanda Təhsil Qanunu əsasında özəl təhsil müəssisələrinin yaranma qaydalarının hazırlanması, fəaliyyət normativlərinin müəyyənləşdirilməsi və akkreditasiya olunması idi. Xəzər Universiteti bu komissiyada ekspertizadan keçən ilk özəl universitet oldu. Bu komissiyasının 10 aprel 1993-cü il tarixli 9/1 saylı qərarında bir sıra ixtisaslarla yanaşı universitədə ümumi müalicə işi üzrə kadr hazırlanması da qeyd olundu.

Tibb fakültəsi
Xəzər Universiteti
Yaradılma tarixi 1992
Dekan dos. Nigar Bağirova
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Ünvan Məhsəti küç. 11, AZ1096
Digər məlumatlar
Sayt www.khazar.org

Yaranma tarixi[redaktə | mənbəni redaktə et]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Xəzər Universitəsində tibb fakültəsinin fəaliyyət dövrünü 4 mərhələyə bölmək olar:

  • Fəaliyyətə başladığı vaxtdan 1996-cı ilə qədər olan dövr (bu dövrü əsasən fakültənin quruculuq dövrü adlandırmaq olar. 1995-ci ilin dekabrında fakültədə kadr hazırlığı aparılan yeganə ixtisas olan müalicə işi ixtisasının fəaliyyəti dayandırıldı)
  • 1997-1998-ci tədris ilindən 2004-2005-ci tədris ilinə qədər olan dövr (Fəaliyyəti dayandırılmış müalicə işi ixtisasının bazasında Tibbi biologiya ixtisasının açılması və fəaliyyəti)
  • 2004-2005-ci tədris ilindən 2006-2007-ci tədris ilinə qədər olan dövr (Yenidən Müalicə işi və stomatologiya ixtisaslarının açılması)
  • 2006-2007-ci tədris ilindən bu günə qədər olan dövr ( Mövcud olan bütün tibbi ixtisaslara tələbə qəbulunun dayandırılması və fakültənin indiki vəziyyəti)

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Fakültədə aşağıdakı 3 ixtisas üzrə kadr hazırlığı aparılırdı:

  • Tibbi biologiya
  • Müalicə işi
  • stomatologiya

Fakültə dekanları[redaktə | mənbəni redaktə et]

Tibb fakültəsinə fəaliyyəti müddətində 4 dekan rəhbərlik etmişdir:

Tələbələr[redaktə | mənbəni redaktə et]

Təhsil Nazirliyinin 4 may 2006-cı il tarixli kollegiya iclasında özəl ali məktəblərdə kadr hazırlığı aparılan bir sıra ixtisaslar, o cümlədən tibb ixtisasları üzrə 2006/2007-ci tədris ilindən başlayaraq tələbə qəbulunun dayandırılması haqqında qərar verildi və artıq 5 ildir ki göstərilən ixtisaslar üzrə tələbə qəbulu aparılmır. hazırda universitetdə 3 ixtisas üzrə cəmi 83 yerli, 35 əcnəbi tələbə təhsil alır.

Məzunlar[redaktə | mənbəni redaktə et]

Universitetdə tibbi ixtisaslar üzrə 211 məzun olmuşdur. Onlardan 42-si əcnəbi vətəndaşlardır. Məzunlar Azərbaycanda, eləcə də xaricdə müxtəlif xəstəxana və klinikalarda çalışır, bir sıra məzunlar isə müxtəlif xarici ölkələrin ali məktəblərində tibbi təhsillərini davam etdirirlər.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Khazar University catalog (2010-2011)
  • Xəzər universiteti tibb fakültəsi: Dünən və bu gün. Xəzər-Xəbər, (jurnal) № 290, səh.41-47. Noyabr, 2010. Xəzər universiteti