Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sultanşah
Rüknəddövlə Sultanşah — Qavurd bəyin oğlu, Kirman hakimi. Məlikşahın hakimiyyətini qəbul etmişdi. 1084-cü ildə vəfat etmiş, yerinə qardaşı Turanşah gəlmişdi.
Cəlaləddin Sultanşah
Cəlaləddin Sultanşah — I Güştaspın kiçik oğlu. == Həyatı == Nə vaxt anadan olduğu bilinmir. III Fəribürzdən kiçik idi. 1222-ci ildə atası tərəfindən Gürcüstana yollanmışdı. Çar IV Georgi ilə bağlanmış müqaviləyə əsasən Cəlaləddin Rusudan ilə evlənəcəkdi. O burada xristian olmuş və xristian adətləri ilə böyüməyə başlamışdı. 1226-cı ildə Cəlaləddin Mənguberdinin Tiflisi tutmasından sonra azad olundu və sünnət edilərək müsəlman oldu. Bu hadisə mənbələrdə belə təsvir olunur: Sultan gürcülərin ölkəsini tutanda yetimi əsarət məngənəsindən azad etdi... Şirvanşahın oğluna gəlincə, o, sanki gözəl bir halə arasındakı parlaq mirvari dənəsi idi. Sultan ona ən yüksək səviyyədə tərbiyə verdi, hökmdar övladı kimi sünnət etdirdi.
Sultangah (Bostanabad)
Sultangah (fars. سلطانگه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (77 ailə).
Sultanlar
Hüsülü — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 1 dekabrda Azərbaycan respublikası Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib. == Tarixi == Hüsülü kəndi Laçın rayonunun Malıbəyli kəndinin inzibati ərazi vahidində yerləşmişdir. Keçmiş adı Sultanlar (Sultanlı, Sultankənd kimi də qeydə alınmışdır) olmuşdur. Yaşayış məntəqəsi qaraçorlu tayfasından Həmzə sultanın adı ilə adlandırılmışdır.. Hüsülü kəndi 1992-ci il Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənddə Həmzə sultanın tikdirdiyi XVIII əsrə aid Həmzə Sultan sarayı qalırdı. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Hüsülü kəndi dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Validə sultanlar
Bəzi Osmanlı padşahlarının anası övladları taxta çıxmadan öncə vəfat etmiş və bu səbəbdən Validə sultan ola bilməmişdir. Aşağıdakı cədvəldə həm Osmanlı padşah anaları, həm də Validə sultanları göstərilir. == Maraqlı faktlar == Validə sultan ünvanını ən qısa müddət daşıyan — Şevkəfzə Sultandır (3 ay). Validə sultan ünvanını ən uzun müddət daşıyan — Turhan Xədicə Sultandır (35 il). Bu ünvanı 2 dəfə alan ilk validə sultan — Əminə Xatundur. İstanbulda dəfn olunan ilk Osmanlı validə sultanı — I Gülbahar Xatundur. İstanbulda dəfn olunan son Osmanlı validə sultanı — Heyranıdil Qadınəfəndidir.
Sultanay (Askın)
Sultanay (başq. Солтанай, rus. Султанай) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Yaybulək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 9 km, kənd sovetliyindən (Yaybulək): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 117 km. == Əhali == == Tanınmış şəxsləri == Məhəmməd Xuseynov — din xadimi.