Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suyoncası
Suyoncası (lat. Menyanthes) — menyanthaceae fəsiləsinə aid bitki cinsi. Menyanthes trifoliata L. cinsə aid yeganə növ. (sinonim: Menyanthes trifoliata var. trifoliata ) == İstinadlar == Suyoncası:The Plant List saytında takson barədə məlumat.
Üçyarpaq suyoncası
Üçyarpaq suyoncası (lat. Menyanthes trifoliata) — suyoncası cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Üçyarpaq yonca çoxillik ot bitkisi olub, su-bataqlıq bitkisidir. Kökümsovu uzun və sürünəndir. Kökümsovun zirvəsi azacıq qalxmış, üç hissədən ibarət qovuşuq uzun saplaqlı yarpaqlardan ibarətdir. Saplağın uzunluğu 20 sm, əsası genişlənmiş və uzun zarlı qını vardır. Yarpaqları bütövkənarlı, çılpaq, tərsyumurtaşəkilli və ya ellipsşəkillidir. Yazda çiçək oxunun uzunluğu 30 sm olur. Çiçəkləri tutqun-çəhrayı olub, diametri 1 sm-ə qədərdər. Çiçəklərdə toplanmış sıx fırçanın uzunluğu 3–7 sm-dir.
Tarla yoncası
Tarla yoncası (lat. Trifolium arvense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Çöl yoncası
Çöl yoncası (lat. Trifolium campestre) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amarenus campestris (Schreb.) Fourr. Chrysaspis campestris (Schreb.) Desv. Trifolium procumbens subsp. campestre (Schreb.) Gaudin Trifolium procumbens var. campestre (Schreb.) Ser. == Yarımnövləri == Trifolium campestre subsp. campestre Trifolium campestre subsp.
Çəmənlik üçyarpaq yoncası
Çəmənlik üçyarpaq yoncası (lat. Trifolium pratense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-40 sm, gövdəsi kifayət qədər möhkəm, budaqlı, adətən tüklü olan çoxillik ot bitkisidir. Yalançı zoğları yumurtaşəkilli, dartılısivriləşmiş, kənarları kirpiklidir. Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar isə qısa saplaqlıdır. Yarpaqcıqları iridir, yumurtaşəkilli formadan enli yumurtaşəkilli və elliptik formaya qədər dəyişəndir, uc hissədə küt və ya dayaz oyuqludur, alt tərəfdən adətən daha tüklüdür. Başcıqları 1-2 ədəd olub, qurtaracaqlıdır, dəyirmi yumurtaşəkilli və ya yumurtaşəkillidir, möhkəmdir, uzunluğu 2-3 (4) sm-dir, adətən əsasında təpə yarpaqları ilə əhatə olunmuşdur, oturaq və yaxud qismən uzun saplaqdadır. Çiçəkləri oturaq, çoxsaylı, uzunluğu 11–14 mm-dir. Tac açıq rəngdən, tünd-qırmızı, bəzən, bənövşəyi, nadir halda isə ağ rəngə qədər dəyişir. Paxlası yumurtaşəkilli, yuxarı hissəsi pərdəlidir, birtoxumludur.