Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Creeper
Creeper — dünyada ilk kompüter virusu. Creeper 1971-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perspektiv tədqiqat agentliyinə xidmət göstərən şirkətin əməkdaşı tərəfindən yaradılıb. Amma "Creeper"i "yetkin" virus saymayanlar da var.
Sweater Weather
"Sweater Weather" — amerikan alternativ rok qrupu The Neighbourhood-un mahnısı. Mahnı qrup üzvləri Cessi Ruterford, Zak Ebels və Ceremi Fridman tərəfindən yazılıb, prodüserliyi Castin Pilbrou etmişdir. Mahnı onların debüt albomu I Love You.-nun aparıcı sinqlı kimi yer alır. "Sweater Weather" 2013-cü ilin iyun ayında "Billboard Alternativ Mahnılar" hit-paradında birinci sıraya yüksəldi. 2020-ci ildə mahnı TikTok sosial şəbəkəsində yenidən populyarlıq qazandı. Mahnı 2022-ci il tarixində Spotify-da ən çox oxunan mahnılar arasında ilk 100-də yer alıb.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.
Şeşpər-şeşpər
Şeşpər-şeşpər — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biri. == Ümumi məlumat == Şeşpər-şeşpər yazın əvvəllərində və payızda keçirilən uşaq oyunlarındandır. Bu oyun bəzi yerlərdə, əsasən də Bakı kəndlərində "Şeşpər-şeşpər", bəzi yerlərdə "Şumaqədər", bəzi yerlərdə "Şappu", bəzi yerlərdə isə "Hadar-hadar" adlanır. Oyun uşaqları çevikliyə alışdırır və onlarda güc yaradır. Bu oyun bəlkə də hərbi məşq məqsədilə yaranmış, sonra uşaq oynuna çevrilmişdir. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər iştirak edir. Hər oyunçu özü ilə 50–60 sm uzunluğunda ucları yonulmuş çoxlu ağac gətirir. Bu ağaclara şeşpər deyilir. Böyük dairə çəkilir. Oyuna ilk başlayan oyunçu püşk yolu ilə müəyyənləşdirilir.
Şeşpər
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.