Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fridrix Şellinq
Fridrix Şellinq (alm. Friedrich Wilhelm Joseph Schelling‎; 27 yanvar 1775[…], Leonberq, Ştutqart[d] – 20 avqust 1854[…]) — alman idealist filosof. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Yohann Qotlib Fixte tərəfindən irəli sürülən fundamental qavrayış və idealist düşüncə tərzi fikirlərini qəbul etməklə birlikdə, insan iradəsinə zidd hadisələrin baş verməsi fikrinə qarşı çıxmışdır. Kklassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir.
Tomas Şellinq
Tomas Şellinq (ing. Thomas Crombie Schelling) (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis. == Həyatı == Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib. Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası (ing. Strategy of Conflict) 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı.
Sterling (yüngül pulemyot)
Sterling, Böyük Britaniya istehsalı olan yüngül pulemyotdur. Silah, 1944-cü ildə Sten pulemyotunun yerini alması üçün dizayn edilib və 1953-cü ildə istehsalına başlanılmışdır. 1994-cü ildə yerini L85A1 piyada silahına buraxıb.
Ceyms Sterlinq
Ceyms Stirlinq (22 aprel 1926[…], Qlazqo – 25 iyun 1992[…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. == Həyatı == II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu. Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur. 1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.
Eduard Şperlinq
Eduard Şperlinq (alm. Eduard Sperling‎; 29 noyabr 1902, Dortmund, Prussiya – 25 fevral 1985, Dortmund, Şimali Reyn-Vestfaliya) — alman Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu. == Həyatı == 1902-ci ildə Hamm şəhərində anadan olmuşdur. Öncə boksla məşğul olurdu, amma sonra güləşə keçdi. 1925—1928-ci illərdə Nürnberqdə yaşayanda məşhur Karl Döppelin rəhbərliyi altında məşq edirdi. 1926-cı ildə Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya və Avropa çempionu oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında gümüş medalı qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930-cu ildə Avropa çempionatında 4-cü yeri tutdu.
Funt-sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Funt sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Kris Smollinq
Kristofer Lloyd "Kris" Smollinq (d. 22 noyabr 1989, Qrinviç) ingilis futbolçudur. Hal-hazırda Mançester Yunayted FK klubunun formasını geyinir. == Karyerası == === Klub karyerası === 2007-ci ildə Meydston Yunayted FK klubunda peşəkar olan Smollinq karyerasındakı ilk matçına 11 dekabr 2007 tarixində 1–1 nəticələnən matçda Harlou Taun FK qarşısında çıxdı və stadionda 90 dəqiqə qaldı. İlk qolunu isə 24 mart 2008 tarixində 4–2 qazandıqları matçda İst Tarrok Yunayted FK qarşısında atdı. Smollinq iyun 2008 tarixində Fulhem FK-ya 10 bin £ qarşılığında transfer oldu. Fulhem forması altındakı ilk matçına 24 may 2009 tarixində 2–0 məğlub olduqları matçda Everton FK qarşısında çıxdı. Avropa kuboklarındakı ilk matçına 17 sentyabr 2009 tarixində 1–1 bitən matçda CSKA Sofia qarşısında çıxdı. Ancaq Fulhem formasıyla qolu yoxdur. Smollinq 27 yanvar 2010 tarixində Mançester Yunayted FK klubuna transfer oldu.
Milton Sperlinq
Milton Sperlinq (ing. Milton Sperling) — Amerika kino prodüseri. == Həyatı == Milton Sperlinq Nyu-York şəhər kollecini bitirdikdən sonra kino sahəsinə üz tutur və Paramountda klerk kimi çalışmağa başlayır. 1931-ci ildə məşhur Warner Bros. kino şirkətində Deril F. Zanuk və Hel Uallisin yanında katib işləyir. Bir qədər sonra Sperlinq, Edvard Smollun yanında assistent kimi müstəqil filmlərdə çalışır. Zanuk 20th Century Fox-da Milton Sperlinqi işə götürür. 20th Century Fox-da olan səmərəli fəaliyyəti zamanı Milton 1936-cı ildə Harri Uornerin (ing. Harry Warner) qızı Betti Uornerlə tanış olur. Onlar 1939-cu ildə ailə həyatı qururlar.
Oskar Şmerlinq
Oskar İvanoviç Şmerlinq (rus. Оскар Иванович Шмерлинг; 1 (13) iyul 1863[…], Stavropol, Stavropol quberniyası[d], Rusiya imperiyası – 2 yanvar 1938[…], Tbilisi, Gürcüstan SSR, SSRİ) — alman mənşəli rus və gürcü rəssamı, karikaturaçı, "Molla Nəsrəddin" jurnalının əməkdaşı. == Həyatı və rəsm fəaliyyəti == Oskar Şmerlinq 1863-cü ildə Stavropolda hərbi qulluqçu ailəsində anadan olub. Tbilisi realnı məktəbində oxuyub. 1880–1881-ci illərdə özünün müstəqil "Ağcaqanad" (gürc. კოღო) jurnalını çıxarır, lakin bu jurnal maddi imkanlar baxımından yetərli olmur. Həmin illərdə "Falanj" (gürc. ფალანგა) jurnalına qoşulur, lakin karikatura barəsində təcrübəli olmadığı üçün 1884-cü ildə peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənmək imkanı qazanır. 1889-cu ildə akademiyanı gümüş medalla bitirir. Oranı bitiridikdən sonra 1 il ərzində Qarabağda Xankəndində yaşayır və Şuşada təşkil olunmuş teatr tamaşalarına dekorasiyalar verməklə məşğul olur.[mənbə göstərin] Onun əsərləri Almaniyanın "Papifaks", Rusiyanın "Səmimi söz" (rus.
Rahim Sterlinq
Rahim Şakil Sterlinq (ing. Raheem Shaquille Sterling; 8 dekabr 1994, Kinqston, Yamayka) — ingilis futbolçu, "Çelsi" futbol klubunun və İngiltərə milli futbol komandasının futbolçusu. == Klub karyerası == === Kuins Park Reyncers === Sterlinq "Liverpul"a transferindən öncə yeddi il ərzində "Kuinz Park Reyncers"in futbol məktəbində oynamışdır. === Liverpul === Sterlinq 2010-cu ilin fevral ayında "Liverpul" ilə razılığa gəlmişdir. 1 avqust 2010-cu ildə "Borussiya Münhenqladbax"la dostluq oyununda ilk dəfə forma geyinmişdir. "Liverpul" forması ilə ilk qolunu isə "Hibernian"a vurmuşdur. === Mançester Siti === 14 iyul 2015-ci ildə 49 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə transfer olunmuşdur. == Milli komanda karyerası == Sterlinq əslən Yamaykalı olduğu üçün millinin U-17 yığmasında, həmçinin İngiltərənin U-17 yığmasında oynaya bilir.
Rene Şmerlinq
Rene Şmerlinq(ing. Rene Schmerling; 5 (18) dekabr 1901, Tiflis – 18 fevral 1967, Tbilisi)— Rene Oskarovna Schmerling (gürcü: რენე შმერლინგი; 5 dekabr 1901 - 18 fevral 1967), orta əsrlər və Bizans gürcü sənətinə dair əsərləri ilə tanınan gürcü sənətşünasdır. == Bioqrafiyası == Şmerlinq 1901-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olub. Rəssam və qrafik rəssamı Oskar Şmerlinqin qızı idi. 1929-cu ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirdi Şmerlinq Corciya Dövlət Muzeyində işləyirdi.. Şmerlinq Corciya Dövlət Muzeyində işləyirdi. 1941-ci ildə Milli Akademiyanın Gürcüstan İncəsənət Tarixi İnstitutunun (indiki Gürcüstan Sənəti Tarixinin Araşdırılması və Abidələrin Mühafizəsi Milli Mərkəzi) qurucularından biri idi. 1967-ci ildə ölənə qədər orada böyük elmi işçi vəzifəsində çalışdı . Əsərləri gürcü paleoqrafiyası, memarlıq, dəmirçilik, işıqlı əlyazmalar və digər orta əsrlər və Bizans sənətləri ilə əlaqədardır. 1950-ci illərdə bu bölgələrin erkən xristian memarlığını öyrənmək üçün Svaneti və Dağıstan ekspedisiyalarına rəhbərlik etdi.
Maks Şmelinq
Maksimilian Adolf Otto Ziqfrid Maks Şmellinq (Almanca tələffüz: [ˈʃmeːlɪŋ]; 28 sentyabr 1905-ci il – 2 fevral 2005-ci il )– 1930-1932-ci illər aralığında ağır çəki üzrə boks yarışında dünya çempionu olmuş alman boksçu. Onun 1936 və 1938-ci illərdə amerikalı qaradərili boksçu Co Luislə olan qarşıdurması ümumdünya mədəni hadisələrdən birinə çevrilmişdir. 1924-cü ildə peşəkar karyerasına başlayan Şmelinq 1928-ci ildə ABŞ-a səfər etmişdir. Onun Conni Risko üzərində doqquzuncu raunddakı texniki nokautu sensasiyaya səbəb olmuşdur. O, 1930-cu ildə rəqibi Cek Şarkinin diskvalifikasiyası nəticəsində ağırçəki üzrə olan boks yarışlarında dünya çempionu olmuşdur. Maks 1931-ci ildə Yunq Striblinqə texniki nokautla qalib gələrək tacını uğurla qoruya bilmişdir. 1932-ci ildə Şarki ilə revanş zamanı Maks 15-ci raunda verilən ziddiyyətli qərar səbəbindən məğlub olaraq dünya tacını itirmişdir. 1933-cü ildə Nyu-Yorkda yəhudi əsilli boksçu Maks Bayerlə baş tutmuş döyüşdə Maks nokauta düşmüş, oyunun hakimi görüşü məcburi olaraq 10-cu raundda saxlamalı olmuşdur. 1933-cü ildən başlayaraq Şmelinq Almaniyada “Ziqfrid” adlandırılmış və nasist propaqandası tərəfindən “Nasist marionet”inə çevrilmişdir. O, ideal ari irqi sahibinin təcəssümünə çevrilmişdir.
Pavel Şillinq
Pavel Lvoviç Şillinq(alm. Paul Schilling von Cannstatt‎) - (5 aprel 1786, Ravel (İndiki Tallin)- 25 iyul 1837) — diplomat, şərqşünas. == Həyatı == Pavel Lvoviç Şillinq 5 aprel 1786-cı ildə Raveldə (İndiki Tallin) anadan olmuşdur. O, 1812-1814-ci müharibə zamanı döyüşlərdə iştirak etmişdir. O, Sumy 3-cü alayının kapitanı idi. 1814-ci ildə "İgidliyə görə" Hərbi Merit yazısı ilə Sankt Vladimir ordeni və qılınc ilə təltif edilmişdir. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir == Fəaliyyəti == O, 21 oktyabr 1832-ci ildə Sankt-Peterburqdakı mənzilində kəşf etdiyi teleqraf aparatını quraşdırmışdır. Şillinq qədim çin və tibet əlyazmalarını toplamaqla, Asiya xalqlarının tarixi və dilləri üzərində tədqiqatlar aparmaqla da məşğul olmuşdur. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Rod Serlinq
Rod Sterlinq (25 dekabr 1925, Sirakuz - 28 iyun 1975, Roçester) - ABŞ yazıçısı, senaristi, televizor proqramı aparıcısı. 1950-ci illərdə efirdə olan "The Twilight Zone" proqramı ilə tanınmışdır. Televizor sənayesinə də töhfələr vermişdir. Rod Serlinq tez-tez Hallivudda irqçilik, millətçilik ilə bağlı problemlər yaşamışdır. == Yaradacılığı == === Filmləri === Patterns (1955) Requiem for a Heavyweight (1956) The Comedian (1957) A Town Has Turned to Dust (1958) The Velvet Alley (1958) The Twilight Zone (1959–1964 serial) Night Gallery (1970–1973 serial) Planet of the Apes (1968) The Loner (serial) Encounter with the Unknown (1975) (təqdim edən) The Undersea World of Jacques Cousteau (təqdim edən). === Qısa hekayələr === Escape Clause (1960) The Fever (1960) The Mighty Casey (1960) The Monsters Are Due on Maple Street (1960) Walking Distance (1960) Where is Everybody?
Paula Selinq
Paula Selinq (rum. Paula Seling) — 25 dekabr 1978-ci ildə anadan olmuş Rumıniyalı məşhur müğənni. Paula Selinq Ovidiu Çerneutsyanu ilə birlikdə "Playing with Fire" mahnısı ilə Rumıniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və finala vəsiqə qazanaraq, Rumıniyaya 3-cü yeri qazandırıb. Bu Rumıniyanın müsabiqə tarixində əldə etdiyi ən yüksək nəticə olub. Selinq 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində ölkəsini yenidən təmsil etmək üçün Rumıniyanın Milli Finalına qatılacağını bildirsə də, daha sonra mahnısının hazır olmadığı üçün seçimlərə qatılmayıb. Lakin müğənni növbəti illərdə Avroviziyaya yenidən qayıtmaq niyyətində olduğunu açıqlayıb. Paula Selinq Avroviziya 2012-nin final mərhələsində Rumıniyanın səslərini açıqladı. 1 mart 2014-cü ildə Paula Selinq və Ovidiu Çerneutsyanunun "Miracle" mahnısı ilə Kopenhagendə keçiriləcək 2014 Avroviziya Mahnı Müsabiqəsində yenidən Rumıniyanı təmsil etmək üçün seçildikləri elan edildi.
Pavel Lvoviç Şillinq
Pavel Lvoviç Şillinq(alm. Paul Schilling von Cannstatt‎) - (5 aprel 1786, Ravel (İndiki Tallin)- 25 iyul 1837) — diplomat, şərqşünas. == Həyatı == Pavel Lvoviç Şillinq 5 aprel 1786-cı ildə Raveldə (İndiki Tallin) anadan olmuşdur. O, 1812-1814-ci müharibə zamanı döyüşlərdə iştirak etmişdir. O, Sumy 3-cü alayının kapitanı idi. 1814-ci ildə "İgidliyə görə" Hərbi Merit yazısı ilə Sankt Vladimir ordeni və qılınc ilə təltif edilmişdir. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir == Fəaliyyəti == O, 21 oktyabr 1832-ci ildə Sankt-Peterburqdakı mənzilində kəşf etdiyi teleqraf aparatını quraşdırmışdır. Şillinq qədim çin və tibet əlyazmalarını toplamaqla, Asiya xalqlarının tarixi və dilləri üzərində tədqiqatlar aparmaqla da məşğul olmuşdur. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954)
"Milyon funt sterlinq dəyərində bank bileti" (ing. The Million Pound Note) — rejissor Ronald Nimin filmi. == Məzmun == 1903-cü ildə amerikalı Henri Adams bədbəxt vəziyyətdə Britaniyaya gəlib çıxır. Cibində qara qəpiyi belə olmayan bu adam təsadüfən Monpelye qardaşları ilə tanış olur. Qardaşlar ona bir zərfdə pul verirlər. Zərfdən 1 milyon funt-sterlinq dəyərində bank bileti çıxır. Bu biletin onda olmasının sayəsində Henri Londonun yüksək təbəqəli adamlarının əhatəsinə düşür...