Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Terenti Qraneli
Terenti Samsonoviç Kvirkveliya (gürc. ტერენტი სამსონის ძე კვირკველია, daha çox Terenti Qraneli ədəbi təxəllüsü ilə tanınır; 3 iyun 1897, Tsalencixa, Kutaisi quberniyası, Rusiya imperiyası – 10 oktyabr 1934, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü şairi və esseisti, qrafika rəssamı. Terenti Kvirkveliya 1897-ci ildə (digər mənbələrə görə — 1898-ci ildə) Samson Kvirkveliyanın yoxsul kəndli ailəsində anadan olmuşdur. Yeddi yaşında anası İvlitanı itirmişdir. Anası doğuş zamanı həyatını itirmiş, özündən sonra iki qızı və bir oğlunu atasının himayəsində buraxmışdır. Qısa müddət sonar ata yenidən evlənmişdir. Terentinin anası Dariya Meboniya övladlığa götürülmüş uşaqlara doğmaları kimi yanaşmışdı. Xüsusilə bu valideyn istiliyini ömür boyu xatırlayan Terentini çox sevirdi. Ailədə oğlanın istedadını erkəndən görüb onu ibtidai məktəbə göndərirlər və yerli xeyriyyəçi və ictimai xadim Yakov Şanava uşağa kitab oxumaq sevgisi aşılayır və ona kitabxanasından istifadə etməyə icazə verir. Burada gənc Terenti dünya ədəbiyyatının klassikləri ilə tanış olur.
Lauri Törni
Lauri Törni (28 may 1919, Vıborq – 18 oktyabr 1965) — müxtəlif vaxtlarda 3 ölkənin (Finlandiya, Almaniya, ABŞ) hərbi qulluqçusu olmuş fin hərbçi, Finlandiyanın ali hərbi ordeni sayılan Mannerheym nişanının sahibi. Lauri Törni Finlandiya SSRİ-nin hücumlarından müdafiə olunmaq üçün almanlar ilə ittifaq qurduqdan sonra, 7 həftəlik waffen-ss təlimləri keçmək üçün Avstriyanın Vyana şəhərinə getmişdir. İyul ayında həm fin zabiti, həm də Alman waffen-ss kiçik leytenantı kimi Finlandiyaya qayıtmışdır. 1941-1944-cü illərdəki Finlandiya Sovet müharibəsində hərbi etimadının böyük bir hissəsini qazandı. Qərb mənbələrində bu müharibəyə Davam müharibəsi deyilir. Öz birliyi ilə düşmən xətlərinin dərinliklərinə girərdi. Ruslara çoxlu itki verdirmişdir. Bu səbəbdəndə Sovetlər başına 3 milyon Fin markası (təxminən 650.000 dollar) mükafat təyin etmişdilər. Sovetlər və Finlandiya arasında imzalanan sülh sazişindən çox da məmnun qalmamış, sabotaj hazırlığı üçün Almaniyaya getmişdir. Müharibənin gedişatına görə təhsili yarımçıq qalmış və Finlandiyaya etibarlı şəkilə qayıda bilməmişdir.
Terekti
Terekti — Qərbi Qazaxıstanda yaşayış məntəqələrinin adı: Terekti (2007-ci ilə qədər Lineevka) — Akmola vilayətinin Zərendə rayonunda kənd. Terekti (2018-ci ilə qədər Sadovoye) — Almatı vilayətinin Sarkənd rayonunda kənd.
Toronto
Toronto — Kanadada ən böyük şəhər. Ontario əyalətinin mərkəz şəhəridir. Əhalisinin sayı 2,7 milyondan çoxdur. Kanadada əhalinin ən çox məskunlaşdığı şəhər hesab olunur. Bölgə (Böyük Toronto Ərazisi; Greater Toronto Area - GTA) əhalisinin sayı 5.113.149 nəfərdir. Toronto beynəlxalq ticarət, maliyyə, incəsənət və mədəniyyət mərkəzi olmaqla, dünyanın ən multikultural və kosmopolitan şəhərlərindən biri kimi tanınır. İnsanlar artıq 10.000 ildən çoxdur ki, çaylar, dərələr və meşələrdən ibarət geniş yamaclı bir yaylada yerləşən Torontonun ərazisində məskunlaşmışlar. Şəhər, Kanadanın ən böyük 5 bankının mərkəzi olan və bir çox böyük yerli və xarici şirkətin əsas qərargahı sayılan Toronto Birjasına ev sahibliyi etməkdədir. İqtisadiyyatı texnologiya, dizayn, maliyyə xidmətləri, təhsil, incəsənət, moda, biznes xidmətləri, ekoloji yeniliklər, qida xidmətləri və turizm sahələrində bir sıra üstünlüklərə malikdir. Torontoda ibtidai və orta təhsili təmin edən dörd ictimai məktəb şurası fəaliyyət göstərir: "Gələcəyim"Katolik Məktəb Şurası, Viamonde Məktəblər Şurası(CSV), Toronto Katolik Rayon Məktəblər Şurası(TCDSB) və Toronto Şəhər İdarə Heyəti(TDSB).
Torrent
Torrent — internetdən fayl yükləmək üçün lazım olan hər məlumatı içində saxlayan,'torrent' adlı kiçik bir fayldır. Torrentdə fayl adları, bu faylların ölçüləri, haradan yüklənəcəkləri kimi məlumatları özündə saxlayır. Torrent fayllarını və axtarış mühərriklərini bir çox veb saytdan(isohunt, torrentz) əldə etmək mümkündür. Torrnetlə, filmlər və oyunlar da daxil olmaqla, ən nəhəng faylları sürətli yükləmək mümkündür. Torrent ilə fayl yükləməyin internet istifadəçiləri üçün bir çox üstünlüyü vardır. Əvvəlcə Torrentin dünya səviyyəsində məşhur bir istifadə şəbəkəsinin olduğunun vurğulamaq lazımdır. Bu torrent fayllarını yükləyən istifadəçi daha sonra BitTorrent proqramlarından biri vasitəsilə (utorrent, bittorrent) bu faylı açar və yükləmə əməliyyatına başlar. Torrent yalnız fayl paylaşmasını təmin edən bir vasitə deyil eyni zamanda cib telefonlarına qədər sadələşdirilmiş və gələcək illərdə bəlkə televiziyalara və peyk şəbəkələrinə qədər bir çox yerə girmə potensialına sahib bir texnologiyadır. Torrentin üstünlükləri: Çox az ölçülü bir fayldır Torrent ilə internet üzərindən dərhal hər şeyi endirə bilməniz mümkündür Hər faylın özünə xas bir torrent faylı mövcuddur. Sizə təklif olunan faylın istədiyiniz hissəsini seçə və yükləyə bilərsiniz Fayli yükləmək üçün lazım olan torrent programını(client) asanlıqla internetdən endirə bilərsiniz BitTorrent 2 İyul 2001 tarixində ilk dəfə istifadə edilməyə başlanmışdır.
Toruni
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Trento
Trento — İtaliyada Trentino-Alto Adige Muxtar Vilayətinin paytaxtı və eyni adı daşıyan Trento (Muxtar) vilayətinin mərkəzidir. Şəhərin əhalisi 111.000 nəfərdir. Bələdiyyə Başçısı Alberto Pacherdir. 157 km²-lik bir sahəyə malikdir.
Aristoksenus (Tarentli)
Arxitas (Tarentli)
Tarentli Arxitas (yun. Ἀρχύτας ὁ Ταραντίνος, m. ö. 428 – 347) — yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi, Filolausun öyrəncisi olmuşdur. == Həyatı == Arxitas, siyasətlə məşğul olmuş və yüksək hərbi vəzifələrdə çalışmışdır. Arxitas Cənubi İtaliyaya gələn Platonu Siciliya hökmdarı II Dionusiusun qəzəbindən qoruya bilmişdir. Bundan sonra Platon onun yaxın dostu olmuşdur. Onun zamanımıza yalnız fraqmentlərlə çatan "Riyazi elmlər" və "Söhbətlər" əsəri bilinməkdədir. Arxitasın fəlsəfi fikirləri haqqında zamanımıza çox az bilgi çatmışdır. Məlumdur ki, o kainatın sonsuz olmasını iddia edirdi.
Bella Moretti
Bella Moretti (12 mart 1989, Las-Veqas, Nevada) — ABŞ pornoaktrisası. Bella Moretti ləqəbi ilə tanınan Ariel Miles 2008-ci ildə porno karyerasına başlayıb.
Bulbophyllum morenoi
Bulbophyllum morenoi (lat. Bulbophyllum morenoi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Erika Lorents
Erika Lorents (d. 18 fevral 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Erika Lorents, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Erika Lorents, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Moisey Xorenli
Moisey Xorenli və ya Movses Xorenatsi (erm. Մովսես Խորենացի) — erməni tarixçisi, "Ermənistan tarixi" kitabının müəllifi. Dünya akademik elmi onu, yazılarındakı, verdiyi məlumatlardakı İnterpretasiya, interpolyasiya və anaxronizmə görə daha çox qeyri-ciddi qəbul edir və yazdıqlarını şübhə altına alır. Britannika Ensiklopediyasının verdiyi məlumata görə M.Xorenli haqqında məlumatı "Ermənistan tarixi"ndə yazılan avtobioqrafik məlumatlardan başqa heç bir mənbələrdən tapmaq mümkün olmayıb. Ümumiyyətlə, kitabdakı V əsrdən sonrakı dövrə aid olan məlumatların yer alması onun V əsrdə yox, VII-IX əsrlərdə yaşadığına işarə edir. Ona görə də M.Xorenlinin Mesrop Maştotsun tələbəsi və Saak Baqratuni ilə "tanışlığı" şübhə altına alınır. Devid Marşal Lenqin fikrinə görə artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda "Ermənistan tarixi"nin V əsrə aid olduğuna inanan alim yox idi. Ümumiyyətlə, kanonik erməni tarixinə şübhə ilə yanaşan hər bir alim, tədqiqatçi sovet erməni alimləri tərəfindən çox kəskin, "milliyətçi hücumlara" məruz qaldıqlarını qeyd ediblər. Ronald Suni misal kimi, M.Xorenlinin həyat və yaradıcılığını kəskin şübhə altına alan Robert Tompsona edilən "milliyətçi" hücumları göstərir. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә].
Movses Xorenli

Okiseius morenoi
Okiseius morenoi (lat. Okiseius morenoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin okiseius cinsinə aid heyvan növü.
Olea lorentii
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Phillyrea lorentii

Rockstar Toronto
Rockstar Toronto (əvvəllər — Rockstar Canada) — Oakvill, Ontario, Kanadada yerləşən Rockstar Games şirkətinin hesabatlarının aparıldığı və oyunların təkmilləşdirildiyi ofisi. Ofis Toronto şəhərindən təxminən 20 dəqiqəlik yolda yerləşir. Şirkət 2002-ci ilədək Rockstar Canada adı altında fəaliyyət göstərsə də, 2002-ci ildə Rockstar Games tərəfindən adı dəyişdirilərək Rockstar Toronto adlandırılmışdır. Nintendo Wii oyun konsolunun satışa çıxarılmasından sonra, Rockstar Toronto bu konsol üçün oyunların portasiya edilməsini öz üzərinə götürdü. Onların son layihəsi: 2015-ci ildə satışa çıxarılan Grand Theft Auto V videooyunu olmuşdur.
Toronto Raptors
Toronto Reptors — Ontario əyalətini Toronto şəhərini təmsil edən Kanadanın peşəkar basketbol klubu. ABŞ Milli Basketbol Liqasındakı (NBA) Şərq Konfransının Atlantik qrupunda mübarizə aparır.
Toronto Reptors
Toronto Reptors — Ontario əyalətini Toronto şəhərini təmsil edən Kanadanın peşəkar basketbol klubu. ABŞ Milli Basketbol Liqasındakı (NBA) Şərq Konfransının Atlantik qrupunda mübarizə aparır.
Toronto Universiteti
Toronto Universiteti (ing. University of Toronto) — Şimali Amerikanın ən böyük elmi-tədqiqat mərkəzlərindən biri. Ali məktəb Kanadanın Ontario əyalətinin Toronto şəhərində yerləşir. 15 mart 1827-ci ildə kral IV Georq Yuxarı Kanadada Kral Kollecinin yaradılması haqqında xartiya imzalayır. Dini yönümlü kollecin ilk prezidenti Toronto şəhərinin Anqlikan kilsəsinin yepiskopu Con Straçan təyin edilir. Həmin il Kral Kollecinin üçmərtəbəli yunan intibahı üslubunda inşa edilmiş və hazırda tarixi abidə kimi qorunan binası tikilir. ilə sıx əlaqələr qurur. 1849-cu ildə Yuxarı Kanadanın yeni yaradılmış məsul hökuməti səs çoxluğu ilə Kral Kollecinin Toronto Universiteti adlandırılması haqqında qərar verir. Ali məktəb bütünlüklə kilsə ilə əlaqəni kəsir. 1878-ci ildə universitetin Tətbiqi Elmlər Məktəbi yaradılır və Skule adlandırılır.
Toronto bayrağı
Toronto bayrağı (fr. Drapeau de Toronto) – Kanadanın Ontario əyalətinin Toronto şəhərinin bayrağı. 21 yaşlı Corc Braun Kolleci tələbəsi Rene de Santis tərəfindən dizayn olunmuşdur və 1974-cü ildə Qədim Toronto Bayraq Dizayn Komitəsinin təşkil etdiyi müsabiqədə qalib gəlmişdir. 1997-ci ildə şəhərlə bağlı aparılan dəyişikliklərdən sonra yeni şəhər şurası yeni dizayn axtarmağa başlamış, lakin təklif olunan variantların heç birini qəbul etməmişdir. De Santis orijinal bayraq üzərində bir neçə kiçik dəyişiklik aparmağı təklif etmiş və hazırladığı yeni bayraq 1999-cu ilin oktyabrında qəbul olunmuşdur. Bayraqda göy fonda Toronto Şəhər Zalının əkiz qüllələri təsvir olunmuşdur. Ən aşağıdakı qırmızı ağcaqayın yarpağı isə qüllələrin aşağısındakı Şura Bölməsini təmsil edir. Yuxarıdakı və qüllələr arasındakı boşluq "T" hərfi şəklindədir və şəhərin adının ilk hərfinə işarədir. Bayrağın bir versiyası Toronto Yanğınsöndürmə Xidmətinin sərəncamında olan "William Lyon Mackenzie" yanğınsöndürən qayığında istifadə olunur. Toronto bayrağı Toronto.ca rəsmi saytında.
İmpuls momenti
İmpuls momenti — maddi nöqtənin O fırlanma mərkəzinə nəzərən impuls momentinin modulu, onun impulsunun modulu ilə çevrənin radiusu hasilinə bərabərdir, L=pr=mυr. BS-də impuls momentinin ölçü vahidi-1kqm2/san-dir. İmpuls momenti vektotrial kəmiyyətdir və onun istiqaməti sağ yivli burğu qaydasıilə təyin olunur:Burğunun dəstəyini zərrəciyin hərəkəti istiqamətində fırrlatdıqda,onun irəliləmə istiqaməti impuls momenti vektorunun istiqamətini göstərir. Fırlanma hərəkətinin tənliyi ΔL/Δt=M şəklində yazırlar. Burada M zərrəciyə təsir edən qüvvə momentidir. Həmin tənliyə görə,zərrəciyin impuls momentinin vahid zamanda dəyişməsiona təsir edən qüvvə momentinə bərabərdir. M=0 -dırsa ΔL/Δt=0 və L=const. Bu,İmpuls momentinin saxlanma qanunu-dur: Qapalı sistemdə baş verən istənilən proses zamanı onun impuls momenti sabit qalır. İmpuls momentinin saxlanma qanunu fəzanın izotropluğu ilə əlaqədardır. Yəni qapalı sistemi fəzada müəyyən bucaq qədər fırlatdıqda onun fiziki xassələri dəyişmir.
Macarıstan forinti
Macarıstan forinti — Macarıstanın pul vahidi. ISO 4217 əsasən valyutanın kodu HUF-dur (ing. Hungarian Forint kəlməsindən). 1945-1946-cı illərdəki hiperinflyasiyadan sonra 1946-cı il avqustun 1-də dövriyyəyə buraxılmışdır (keçmiş vahid pengö idi). O vaxtı pengönun forintə nisbəti 4⋅1029:1 idi. Tarixən 1 forint = 100 fillerə bərabər idi, lakin 1999-cu ildən bəri filler dövriyyədən çıxarılıb. 16 noyabr 2015-ci il tarixində forint beynəlxalq banklararası CLS sistemində hesablaşmalar üçün istifadə olunan sərbəst konversiya edilən valyutaların siyahısına daxil edilmişdir. == Tarixi == Pul vahidinin adı 13-cü əsrdən bəri fiorino d'oro (qızıl florin) adlı qızıl sikkənin zərb edildiyi Florensiya şəhərinin adından gəlir. 1806-1892-ci illər arasında Avstriya-Macarıstan imperiyasının pul vahidi macar dilində olan forint idi, həmin pul vahidi almanca Avstriya-Macarıstan quldeni və ya Avstriya florini kimi tanınırdı. Qulden 100 kreytserə bərabər idi (krajczar, müasir macar dilində krajcár).
Tarentli Arxitas
Tarentli Arxitas (yun. Ἀρχύτας ὁ Ταραντίνος, m. ö. 428 – 347) — yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi, Filolausun öyrəncisi olmuşdur. == Həyatı == Arxitas, siyasətlə məşğul olmuş və yüksək hərbi vəzifələrdə çalışmışdır. Arxitas Cənubi İtaliyaya gələn Platonu Siciliya hökmdarı II Dionusiusun qəzəbindən qoruya bilmişdir. Bundan sonra Platon onun yaxın dostu olmuşdur. Onun zamanımıza yalnız fraqmentlərlə çatan "Riyazi elmlər" və "Söhbətlər" əsəri bilinməkdədir. Arxitasın fəlsəfi fikirləri haqqında zamanımıza çox az bilgi çatmışdır. Məlumdur ki, o kainatın sonsuz olmasını iddia edirdi.
Salvia lorentii
Salvia palaestina (lat. Salvia palaestina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Salvia alliaria Parsa Salvia lorentii Hochst. Salvia rassamii Boiss. Salvia sieberi C.Presl Salvia sinaica Delile ex Benth.