Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhməd Tövhid Əfəndi
Əhməd Tövhid Əfəndi (30 noyabr 1904, Konstantinopol – 24 aprel 1966, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndinin oğlu Osmanlı şahzadəsi. Şahzadə Tövhid Əfəndi 30 noyabr 1904-cü ildə atasının Çamlıcadakı köşkündə dünyaya gəldi. Fatma Gövhəri Sultanın əkizidir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı Nervaliter xanımdır. İlk təhsilini şahzadələr məktəbində alan Tövhid Əfəndi 5 iyun 1918-ci ildə Heybəliadada yerləşən Osmanlı Donanma Akademiyasında hərbi təlimlərə başladı. Ancaq həmin ilin oktyabrında Mudros sülhü səbəbilə təhsili yarım qaldı və yenidən İstanbula döndü. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Tövhid Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Ardından Romaya, daha sonra isə Nitsaya köç edən Tövhid Əfəndi və ailəsi burada Səniha Sultana məxsus Qarabasel villası yaxınlığında bir köşkə yerləşdi.
Tövhidi dinlər
İbrahimi dinlər, həmçinin Tövhidi dinlər və ya Vəhy dinləri — Yaxın Şərqdən çıxmış, ortaq nöqtə olaraq İbrahim peyğəmbəri əsas alan dini təlimlərə verilən ad. Hazırkı üzvləri: İbrahim dinləri, İbrahim nəslinin peyğəmbərləri ilə müqayisə olunan Orta Şərq mənşəli monoteist dinlərdir. Xronoloji qaydada, İbrahim dinləri Yəhudilik, Xristianlıq və İslamdır. Bəzən bəhailər də bu kateqoriyaya daxil olur. Yəhudilik və Xristianlıq peyğəmbərlərindən İbrahimin oğlu İshaqın nəsilləri; İsmail peyğəmbər Məhəmməd İslamın nəslindən sayılır. İbrahim kəlməsi "çox millətlərin atası" mənasını verir. Məkkəlilər İbrahimin dinini mandayizm adlandırırdılar. Quranda İbrahim bir hanif olaraq xatırlanır. İbrahimin adı Tanahda Abram olaraq xatırlanır. İslam mədəniyyətində səmavi dinlər anlayışı bəzən İbrahim dinləri anlayışına cavab olaraq istifadə olunsa da, tam eyni deyil.
Tövhidli (Xudabəndə)
Tövhidli (fars. توحيدلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (43 ailə).
Tovhid
Tövhid (ərəb. توحيد‎) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır. Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir." və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həmdə layiq olan sadəcə odur." Söz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar. İbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır.
Tovhid surəsi
112-ci surə əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) Qur’ani-kərimin yüz on ikinci surəsi olan dörd ayədən ibarət əl-İxlas surəsi Məkkə surələrindən sayılaraq ən-Nas (Qur’ani-kərimin 114-cü) surəsindən sonra nazil olub. Əl-İxlas surəsi islamın ən vacib, onu digər dinlərdən fərqləndirən – Allahın vəhdaniyyətini – yek olduğunu açıq və aydın, eyni zamanda qəti – bəyanı ilə seçilir. Özünün bu tutumuna görə, o – qısa olmasına baxmayaraq – Qur’ani-kərimin üçdə birinə bərabərləşdirilir [3, III, 230; 9, IX, 71–74; 22, XX, 227–228]. Məhəmməd Hüseyn ət-Təbatəbai (1902 – 1981) qeyd edir ki, onun aləmində əl-İxlas surəsinin Qur’ani-kərimin üçdə birinə bərabər etdirən ən ədalətli əsas Qur’anın üç – tövhid, nübuvvət və miad – üsulundan biri olan tövhidi özündə əhatə etməsindədir [27, XX, 452]. Bu surə Qur’ani-kərimin əmrlə başlayan altı surəsindən biridir [35, I, 268]. Əl-İxlas surəsini Məkkə surəsi kimi tanıyanlar sırasında İkrimə ibn Əbi Cəhl Amr ibn Hişam əl-Quraşi əl-Məxzumi Əbu Usman (? – 634), Abdullah ibn Məs‘ud ibn əl-Haris ibn Ğafil ibn Habib ibn Şəmx ibn Far ibn Məxzum ibn Sahilə ibn Kahil ibn əl-Haris ibn Təmim ibn Sə‘d ibn Huzeyl ibn Mudrikə ibn İlyas ibn Mudar Əbu Abd ər-Rəhman əl-Huzəli əl-Məkki (? – 653), Cabir ibn Abdillah ibn Amr ibn Haram əl-Ənsari Əbu Abdillah (? – 697), Mucahid ibn Cəbr Əbu əl-Həccac əl-Məkki (642–722), əl-Həsən əl-Basri ibn Əbi əl-Həsən Yəsar Əbu Səid (642–728), İta ibn Əbi Ribah (? – 733), əz-Zəməxşəri Carullah Əbu əl-Qasim Mahmud ibn Umər (1075–1144), ər-Razi Əbu Abdillah (Əbu əl-Fadl) Fəxr əd-Din Muhamməd ibn Umər ibn Huseyn ət-Təbəristaninin (1149–1210) adlarını çəkmək olar.
Məşədi Nəsir Lövhi
Sadıqov Məşədi Nəsir Hacı Sadıq oğlu (Məşədi Nəsir Lövhi) — Azərbaycan şairi. Məşədi Nəsir Lövhi Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Məclisi-üns üzvlərindən olmuşdur. Qardaşı Məşədi Əyyub Baki də şair idi. Məşədi Nəsir Lövhi 1901-cü ildə vəfat edib.
Tövil (Val-d'Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Tövil (Val-d’Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Lokhid Martin
Lockheed Martin öz sahəsində lider, çoxmillətli, 1995-ci ildə Lockheed Corporation və Martin Marietta şirkətlərinin iştirakı ilə yaradılmış olan texnologiya və aviasiya şirkətidir. Hal-hazırda idarə heyətinin rəhbəri və şirkətin prezidenti Merlin Hevsondur.. Şirkət ABŞ Silahlı Qüvvələrinın onurğa sütunudur və son olaraq beşinci nəsil təyyarə olan F-35 hərbi təyyarəsi ilə diqqət mərkəzindədir. Lockheed Martin müdafiə sənayesinin dünya miqyasında gəlir nisbətində ən böyük payına sahibdir.. 2005-ci ilə olan məlumata görə, gəlirinin 95%-ini ABŞ Müdafiə Nazirliyi, ABŞ Federal Hökumət Büroları və xarici hərbi təşkilatlardan əldə edir. Əsas konstruktorlarının Lockheed Martin olduğu bir qrup 2006-cı ildə F-22 Raptor qırıcısı ilə aviasiya sahəsində mühüm mükafat hesab edilən Collier Trophy mükafatını əldə etmişdir. Lockheed Martin mərkəzi ABŞ-nin Vaşinqton bölgəsinə məxsus Merilend əyalətində olan aviasiya, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar əsaslı və beynəlxalq işçiləri olan ABŞ şirkətidir. Lockheed Martinin qurulması 1995-ci ildə iki uğurlu şirkətin birləşməsi ilə baş vermişdir. Bunlardan birincisi 1912-ci ildə yaradılmış və aviasiya sahəsində fəaliyyət göstərən Lockheed, ikincisi isə 1961-ci ildə yaradılmış olan elektronika, kimya, aviasiya sahələrində məhsul istehsal edən Martin Marietta şirkəti olmuşdur. 1994-cü ilin mart ayında Lockheed və Martin Marietta şirkətləri arasında birləşmə görüşləri ilə başlamışdır.
Tovlis Papa
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Tovsif Məmmədov
Məmmədov Tovsif Muxtar oğlu (22 mart 1929, Astara – 21 oktyabr 2013, Bakı) — texnika elmləri doktoru, professor. Məmmədov Tovsif Muxtar oğlu 1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1952-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1962-ci ilə qədər "Buzovnaneft" NQÇİ-də neft hasilatı üzrə usta köməkçisindən mədən rəhbərinə qədər vəzifələrdə işləmişdir. 1962-1972-ci illərdə "Azneft" İB-nin Quyuların sınağı və əsaslı təmiri idarəsində baş mühəndis olmuşdur. 1967-ci ildə "Köpük reagentlərinin tətbiqi ilə neft quyularının məhsuldarlığının artırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1983-cü illərdə "Suraxanıneft" NQÇİ-də baş mühəndis, 1983-1992-ci illərdə isə "Binəqədineft" NQÇİ-də rəis işləmişdir. 1981-ci ildə "Karbohidrogen məhlullarının və onların emulsiya sistemlərinin neft laylarına təsir üçün tətbiqinin nəzəriyyə və təcrübəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə neft və qaz sənayesi işçilərinin Elmi texniki cəmiyyətinin İdarə heyətinin sədri olmuşdur. 1983-1994-cü illərdə AzNKİ-da "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professoru idi. 1992-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi vəzifəsində işləmişdir.
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Ovid
Publi Ovidi Nazon (20 mart e.ə. 43[…], Sulmona[d], İtaliya[d] – 17, Konstansa[…]) — görkəmli Roma şairi, Metamorfoza əsərinin müəllifi. Publi Ovidi Nazon eradan əvvəl 43-cü ildə martın 20-də Sulmo (Sulmen) şəhərində anadan olmuşdur. İngilis dilli ölkələrdə Ovid kimi taninir. Roma şairi olan Publi Ovidi Nazon , özünün üç ən məşhur əsərlər toplusu : "Qəhrəman qadınlar" ("Heroidlər") , "Məhəbbət şeirləri" ("Amores") və "Metamorfozlar" əsərləri ilə məşhurdur. O , həmçinin Roma təqvimi haqqında olan "Fastlar" , "Kədərli elegiyalar" ("Trista") və sürgündə olarkən yazdiği "Pontdan Məktublar"("Epistulae ex Ponto") əsərlərinin müəlifidir . Bundan əlavə , bir neçə qisahəcmli şeirlərin də müəlifidir . Onun "Medeya" adli bir faciəsi də olmuşdur. Ovidi "Hüznlü məsnəvilər" ustadı kimi qiymətləndirilir. Onun adi Latin ədəbiyyatinin kanonik şairləri ilə bir sırada çəkilir.
COVID-19
Koronavirus xəstəliyi 2019 (COVID-19) — SARS-CoV-2 virusunun səbəb olduğu xəstəliyin adı. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığı bildirildi. 31 Dekabr 2019-cu ildə başlayan virusa Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2019-nCoV adı verildi, daha sonra Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitəsi tərəfindən SARS-CoV-2 olaraq yenidən adlandırıldı. Bəzi tədqiqatçılar, koronavirusun ən çox yayıldığı yer Huanan Dəniz Bazarı olduğunu bildirdi. 18 Fevral 2020-ci il tarixində koronavirusun pnevmoniyasının başlanğıcında 2,009 təsdiqlənmiş ölüm və 75,200 təsdiqlənmiş yoluxma qeydə alındı. Uhan ştammı SARS-CoV ~ 70% genetik oxşarlığı olan 2B qrupundan olan Betakoronavirusun yeni bir növü kimi müəyyən edildi. Virusun yarasa koronavirusuna 96% bənzərliyi var, buna görə də yarasaların mənşəyi geniş şübhə altındadır. == Araşdırılması == Beynəlxalq alimlər qrupu 2003-cü ildəki pandemiya zamanı SARS xəstəliyinə tutulmuş insanların yeni SARS-CoV-2 koronavirusuna qarşı immunitetli olduğunu aşkar edib. Həmin adamların orqanizmində S-proteinə qarşı anti-cismlər inkişaf edib ki, bu da koronavirusun insan hüceyrələrinə daxil olmasına qarşı mühüm rol oynayır. Tədqiqat zamanı bu anti-cismlərdən biri — S309 üzə müəyyən edilib.
Lohid adası
Lohid adası ing. Lougheed Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Ada Kraliça Yelezaveta adalarının cənub-qərb hissəsində, Ellef-Rinqnes, Baterst, Melvil, Makkenzi-Kral böyük adaları arasında yerləşən Şahzadə Qustav Adolf dənizinin mərkəzində yerləşir. Ellef-Rinqnes adası Lohid adasından 68 km şimal-şərqdə (Makleyn boğazı vasitəsilə), Baterst adasının sahil qrupuna daxil olan Kameron adası 51 km cənubda (Desbarat boğazı vasitəsilə), Melvil adası 94 km məsafədə yerləşir. Makkenzi-Kral 95 km şimal-şərqdə (Hazen boğazı vasitəsilə) və Kral-Kristian adası 67 km şimal-şərqdə yerləşir. Adanın sahəsi 1308 km²-dir. Sahil xəttinin uzunluğu 246 km-dir. Adanın uzanmış forması var, uzunluğu 82 km, maksimum eni 28 km-dir (cənub hissəsində). Adanın relyefi əsasən alçaqdır və alçaq sahil zolağından adanın daxili hissəsində hündürlüyü 60-110 metr olan yuvarlanan düzənliyə qədər yüksəlir.
Tovin (Miyanə)
Tovin (fars. طوين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (27 ailə).
Solmaz Rüstəmova-Tohidi
Solmaz Əli qızı Rüstəmova-Tohidi (20 fevral 1953, Bakı, Azərbaycan SSR) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Respublikasının əməkdar elm xadimi (2018). Solmaz Rüstəmova-Tohidi 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1985-ci ildə farsca "İran kommunist mətbuatı mühacirətdə" (fars. مطبوعات کمونیست ایران در مهاجرت‎) mövzusunda namizədlik, 2001-ci ildə "Kominternin Şərq siyasəti və İran" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir. Elmi tədqiqat istiqamətləri: XX əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi tarixi, bu ölkələrdə nəşr tarixi, ideologiya tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya tarixi və onun nəzəri aspektləri, miqrasiya tarixi, İran cəmiyyəti tarixi. Elmi işləri Azərbaycanda, Rusiyada, İranda, Türkiyədə, İngiltərədə, Niderlandda, Avstriyada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda müxtəlif dillərdə: Azərbaycan, rus, ingilis, türk, fars dillərində nəşr edilmişdir. Son 10 ildə 21 beynəlxalq konfransda iştirak etmişdir.
COVID-19 pandemiyası
Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi.
COVID-19 testi
COVID-19 testi — Tənəffüs yolu koronavirusu 2019 (COVID-19) və əlaqədar SARS-CoV-2 virusu üçün laboratoriya testləri , infeksiyaya cavab olaraq istehsal olunan virusun və antikorların varlığını aşkar edir. Nümunələrdə virusların olması koronavirus RNT- yı aşkar edən RT-PCR ilə təsdiq olunur. Bu test spesifikdir və yalnız SARS-CoV-2 virusunun RNT -yı aşkar etmək üçün hazırlanmışdır. Ən son və ya aktiv infeksiyaları təsdiqləmək üçün istifadə olunur. == PCR testləri == == COVID-19 yanal axın testləri == Tez-tez COVID-19 yanal axın testləri olaraq da adlandırılan COVID-19 sürətli antijen testləri, SARS-COV-2 infeksiyasını (COVID-19) aşkar etmək üçün istifadə olunan sürətli antijen testləridir. Minimum təlimlə tez tətbiq olunur, əhəmiyyətli xərc üstünlükləri təklif edir, digər növ COVID-19 testlərinin bir hissəsinə başa gəlir və istifadəçilərə 5–30 dəqiqə ərzində nəticə verir. Bununla birlikdə, yüksək saxta mənfi nisbətə malikdirlər. Sürətli antijen testləri bir çox ölkələrdə kütləvi yoxlama və ya populyar test metodlarının bir hissəsi olaraq istifadə olunur. Asimptomatik olmayan və potensial olaraq virusu digər insanlara yaya biləcək, əks halda yoluxduqlarını bilməyən şəxsləri tanımaq üçün dəyərli olduqları düşünülür. Bu, daha yüksək həssaslığa malik olduqları və halları daha dəqiq müəyyən edə bildikləri üçün, ümumiyyətlə simptomatik şəxslər üçün faydalı bir test olaraq görülən PCR kimi digər COVID-19 test formalarından fərqlənir.
COVID-19 vaksini
COVID-19 vaksini — COVID-19 xəstəliyinə qarşı insanlarda imuniteti təmin etməyi hədəfləyən biyoteknoloji peyvənd. 231 peyvənd namizədi hələ tədqiqat mərhələsindədir və bunlardan heç birinin təhlükəsizliyini və effektivliyini sübut edən klinik sınaqlar hələ tamamlanmamışdır. Avqust ayında ən azı 24 peyvənd namizədi elan edildi və ya klinik sınaqlara məruz qaldı. Bunlardan 6-sı III, 18-i I–II sınaq mərhələlərindədir. 2020-ci il fevral ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna qarşı bir peyvəndin 18 aya hazır olacağına ümid etdiyini açıqladı. Peyvəndin yaradılması virusun davamlı mutasiyası ilə çətinləşir. Effektivliyi insan orqanizmində immunitet reaksiyası yaratmaq qabiliyyətindən asılıdır. 2020-ci ilin avqust ayında Rusiyada Gam-COVID-Vac adlı bir rus peyvəndi qeydiyyata alındı. == Tarixi == 2020-ci ildən etibarən elm aləminə koronavirus ailəsinə aid bir neçə infeksiya artıq məlum idi. Heyvanlarda bu infeksiyalara quşların quş koronavirusu, və itlərdə it koronavirusu, pişiklrədə pişik koronavirusu daxildir.
Tovi Lovis
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.
Ermənistanda COVID-19 pandemiyası
Ermənistanda COVID-19 pandemiyası — 1 mart 2020-ci il tarixdə Ermənistanda ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu. == Hadisələrin ardıcıllığı == === Mart === 1 mart 2020-ci ildə, 2019–20-ci il koronavirus pandemiyasının ilk hadisəsi Ermənistanda öz təsdiqini tapdı. Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində xəbəri təsdiqlədi. Martın 16-da hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 14-dək davam edən fövqəladə vəziyyət elan etdi. Fövqəladə tədbirlərə bütün təhsil müəssisələrinin, eləcə də, Gürcüstan və İranla sərhədlərin bağlanması, 20-dən çox insanın toplaşmasına qadağa qoyulması və 2020-ci il Ermənistanın Konstitusiya referendumunun təxirə salınması daxildir. 18 mart tarixinə qədər, özünütəcrid vəziyyətində olan 799 nəfərdən əlavə, Zaxqadzorun Qızıl Saray Otelində və Dilican şəhərinin Monte Melkonyan Hərbi Kollecində karantində qalan 444 nəfər vardı. Martın 20-də Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq və aradan qaldırmaq üçün fiziki şəxslər və təşkilatlardan dövlətə maliyyə yardımı fonduna 398 milyon 401 min 619.8 Dram pul köçürülüb. Pul köçürmələrinin ümumi sayı 2210 olub. Həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycandan olan hakerlərin internetdə erməni istifadəçilərin səhifələrini qırması və onların adından pandemiya haqqında yalan məlumatlar yaymasının qarşısını aldığını bəyan edib. Martın 21-də Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Ermənistanın müxtəlif bölgələrində 600-dən çox şəxsin karantində olduğunu söylədi.
Esvatinidə COVID-19 pandemiyası
Esvatinidə ilk koronavirus xəstəsi 14 mart 2020-ci ildə təsdiqlənmişdir. Bu insan 33 yaşlı qadın idi və ABŞ-də yaşayan Esvatinili idi. O, ABŞ-dən Lesotoya gedəndə özünü pis hiss edən qadın Esvatinidə xəstə olduğunu bildi. Daha sonra Almaniya turistlərində də eyni virus aşkarlandı. 24 martda 300-ə yaxın insan test edildi. Onların arasından yaxın aylarda ABŞ-yə səyahət etmiş 52 yaşlı qadının testi pozitiv çıxdı. 3 apreldə doqquzuncu xəstə karantinə alındı.
Fransada COVID-19 pandemiyası
Dünyaya yayılan COVID-19 koronavirus pandemiyasının ilk yoluxma faktı Fransa Səhiyyə Nazirliyi tərəfindən 24 yanvar 2020-ci ildə Bordo şəhərində qeydə alındığı təsdiqləndi. 14 fevral 2020-ci ildə Parisdə ölkədə və Avropada Covid-19 infeksiyasından ilk ölüm hadisəsi baş verdi. 13 apreldə xalqa səslənən Fransa prezidenti Makron qismi komendant saatının mayın 11-dək uzadıldığını açıqladı. 2 ay davam edən qismi komendant saatı 11 may 2020-ci ildə bitdi və 1-ci normallaşma prosesi başladı. Küçəyə çıxmaq üçün icazə tələbi ortadan qalxdı. 28 May tarixində 2-ci normallaşma prosesi ilə bağlı edilən açıqlamada 2 iyun 2020-ci il tarixində bir çox xidmət müəssisəsinin ölkə daxilində fəaliyyətini bərpa edəcəyi açıqlandı. 15 noyabr 2021 tarixi etibarilə Fransada 5.187.879 təsdiqlənmiş sağalma faktı qeydə alınsa da virus səbəbiylə həyatını itirən sayı 100.073 nəfərə çatdı. Pandemiyanın Fransa və Fransa dəniz ərazilərinə yayılmasında əsas faktorlardan biri 17–24 Fevral tarixləri arasında Qrand Est ərazisinin Müluz şəhərində müntəzəm təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Evangelizm kilsəsinin illik yığıncağı idi. Qatılanların ən azından yarısının virusla təmas etdiyi düşünülür. == Yoluxma faktı bilgiləri == === Müluz faktları === 17 – 24 fevral tarixləri arasında Müluzda təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Xristian Açıq Qapı Kilsəsi deyə adlandırılan kilsədə Evangelizmlərin illik yığıncağı, Fransada koronavirusun yayılmasında önəmli bir səbəb oldu.
Kürasaoda COVID-19 pandemiyası
Kürasaoda ilk koronavirus xəstəsi 13 martda təsdiq olunub. == Gedişat == Kürasaoda ilk koronavirus xəstəsi 13 martda təsdiq olunub. Bu insan Niderlanddan Kürasaoya istirahət məqsədilə gedən 68 yaşlı kişi idi. Həmin gün onun həyat yoldaşında da bu xəstəlik aşkarlandı. O vaxtdan bəri cütlüklə əlaqədə olan hər kəs koronavirus testindən keçirildi.
Mozambikdə COVID-19 pandemiyası
Mozambikdə COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu dünya miqyasında 2019-cu il (COVID-19) koronavirus xəstəliyi pandemiyasının bir hissəsidir. Virusun 2020-ci ilin martında Mozambikə çatdığı təsdiqlənib. 12 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 31 dekabr 2019-cu ildə ÜST-ə bildirilmiş Çinin Hubey əyalətinin Uhan şəhərində bir qrup insanda yeni bir koronavirusun tənəffüs xəstəliyinə səbəb olduğunu təsdiqlədi. 30 yanvar 2020-ci ildə Beynəlxalq İctimai Səhiyyə Fövqəladə Vəziyyəti elan olundui və və 11 martda pandemiya kimi qəbul edildi. COVID-19-dan ölüm halları 2003-cü ildəki SARS ilə müqayisədə xeyli aşağıdır, lakin yoluxma əhəmiyyətli dərəcədə yüksəkdir və əhəmiyyətli ümumi ölüm nisbəti var. Mozambik üçün model əsaslı simulyasiyalar göstərir ki, zamanla dəyişən reproduksiya nömrəsi R t üçün 95% inam intervalı 2020-ci ilin dekabrında və 2021-ci ilin yanvarında 1.0-ı keçib.
Nepalda COVID-19 pandemiyası
Nepalda ilk koronavirus xəstəsi 5 yanvarda aşkarlanıb. Nepalda ilk koronavirus xəstəsi 5 yanvarda aşkarlanıb. Bu xəstə Hubey Universitetindən ölkəsinə qayıdan 31 yaşlı müəllim idi. Bəzi ölkələrdə xəstəxanalar avadanlıqlarla təchiz olunsa da, bu ölkədə avadanlıqlar az idi. Ona görə də, həmin gün Hindistandan, Pakistandan və digər ölkələrdən avadanlıqlar gətirildi. 24 yanvarda fövqəladə vəziyyət oldu. Evdən çölə çıxmaq qadağan edildi. Hamı evdə də qaldı. Xaricdən gələnlər tez karantinaya alındı. Nepal koronavirusun təsirini azaldan nadir ölkələrdən oldu.