Ermənistanda COVID-19 pandemiyası

Ermənistanda COVID-19 pandemiyası — 1 mart 2020-ci il tarixdə Ermənistanda ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu.

Ermənistanda COVID-19 pandemiyası
İlk qarşılaşma 1 mart 2020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ermənistanda COVID-19 yayılması xəritəsi[1]:
  1–9 təsdiqlənmiş xəstə
  10–49 təsdiqlənmiş xəstə
  50–199 təsdiqlənmiş xəstə

Hadisələrin ardıcıllığı

[redaktə | mənbəni redaktə et]

1 mart 2020-ci ildə, 2019–20-ci il koronavirus pandemiyasının ilk hadisəsi Ermənistanda öz təsdiqini tapdı. Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində xəbəri təsdiqlədi.[2][3]

Martın 16-da hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 14-dək davam edən fövqəladə vəziyyət elan etdi. Fövqəladə tədbirlərə bütün təhsil müəssisələrinin, eləcə də, Gürcüstanİranla sərhədlərin bağlanması, 20-dən çox insanın toplaşmasına qadağa qoyulması və 2020-ci il Ermənistanın Konstitusiya referendumunun təxirə salınması daxildir.[4]

18 mart tarixinə qədər, özünütəcrid vəziyyətində olan 799 nəfərdən əlavə, Zaxqadzorun Qızıl Saray Otelində və Dilican şəhərinin Monte Melkonyan Hərbi Kollecində karantində qalan 444 nəfər vardı.[5]

Martın 20-də Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq və aradan qaldırmaq üçün fiziki şəxslər və təşkilatlardan dövlətə maliyyə yardımı fonduna 398 milyon 401 min 619.8 Dram pul köçürülüb. Pul köçürmələrinin ümumi sayı 2210 olub.[6] Həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycandan olan hakerlərin internetdə erməni istifadəçilərin səhifələrini qırması və onların adından pandemiya haqqında yalan məlumatlar yaymasının qarşısını aldığını bəyan edib.[7]

Martın 21-də Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Ermənistanın müxtəlif bölgələrində 600-dən çox şəxsin karantində olduğunu söylədi. O əlavə etdi ki, Ermənistanın insanları karantinlə təmin etmə gücü özünün son həddinə çatır və vətəndaşlar artıq profilaktik tədbir olaraq özünütəcridi özləri tətbiq etməlidirlər.

Martın 22-nə olan məlumata görə, 190 təsdiq olunmuş yoluxma halı mövcuddur: onlardan 133-ü Eçmiədzinlə və İrəvandakı tikiş fabriki ilə əlaqəlidir.[5] 11 xəstədə sətəlcəm var, onlardan 3-ü reanimasiyadadır.

23 mart səhər saat 10 üçün olan məlumata görə xəstələrin sayı 194-ə çatıb. Səhiyyə naziri Armen Torosyan bildirib ki, koronavirusa yoluxmuşlar arasında ağır və çox ağır vəziyyətdə xəstə yoxdur, hamının vəziyyəti qənaətbəxş hesab edilir.[8] Həmin gün Ermənistan parlamenti ikinci oxunuşda özünü təcrid (karantin) rejiminin pozulmasına görə məsuliyyətin tətbiq edilməsi haqqında qanun qəbul edib. Layihəyə əsasən şəxsin özünütəcrid və ya yoluxma rejimi pozulduqda və nəticədə o səhhətində ciddi problemlər əldə edirsə (hər hansı orqanın fəaliyyəti pozulursa), minimum əmək haqqı 500–700 misli miqdarında cərimə, yaxud 1 aydan 3 aya qədər həbs, yaxud maksimum 2 il müddətinə azadlıqdan məhrum edilir. Təcrid olunmuş və ya izolyasiya edilmiş şəxs qaydaları pozarsa və bu hərəkətlər digər şəxsin ehtiyatsızlıqdan ölümünə gətirib çıxararsa, belə halda 2–4 il müddətinə azadlıqdan məhrumetmə müəyyən ediləcək və şəxs müəyyən vəzifə tutma hüququndan məhrum ediləcəkdir. İnformasiya fəaliyyətini həyata keçirənlərə gəldikdə isə, informasiyanın dərc edilməsinə məhdudiyyət pozulduqda vətəndaş minimum əmək haqqı maaşının 50–300 mislindən 300 mislinədək cərimə olunacaq. Əgər KİV–in inzibati məsuliyyətə cəlb edildiyi informasiyası bir gün ərzində silinməzsə, cərimə minimum əmək haqqının 500-dən 1000 mislinədək təkrar tətbiq ediləcəkdir.[9] Həmin gün qüvvəyə minən başqa bir qanuna əsasən ABŞ, Avstraliya, Türkiyə, Rusiya, İsrail, İran, Kanada, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya, Norveç, İsveçrə, Çin, Gürcüstan və Aİ ölkələri (Avstriya, Belçika, Bolqarıstan, Almaniya, Danimarka, Estoniya, İrlandiya, İspaniya, İtaliya, Latviya, Polşa, Litva, Lüksemburq, Xorvatiya, Kipr, Yunanıstan, Macarıstan, Malta, Hollandiya, İsveç, Çexiya, Portuqaliya, Rumıniya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa) vətəndaşlarının Ermənistana girişinə qadağa qoyuldu.

Martın 24-də Ermənistanda 55 yeni koronavirus xəstəsi aşkarlanıb. Beləliklə, Ermənistanda koronavirusa yoluxanların sayı 249-ə çatıb, onlardan ancaq ikisi sağalıb.[10] Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanda martın 24-dən etibarən çatdırılma xidməti istisna olmaqla, bütün kafe və restoranlar bağlanacaq. Onun sözlərinə görə, tikinti işləri, həmçinin yüngül sənaye müəssisələrinin bir sıra istiqamətlərinin fəaliyyəti dayandırılacaq. Ərzaq məhsullarının istehsalı, eləcə də ərzaq mağazalarının işi adi rejimdə davam edəcək.[11] Həmin gün ilk dəfə olaraq Razdan (Aşağı Axta) şəhərində koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

25 martda Ermənistanda 265 koronavirusa yoluxma halı qeydə alınıb. Növbəti gün Ermənistanda koronavirusdan ilk ölüm halı qeydə alınıb.

28 martda koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 407-ə çatıb. Onlardan həmin günə kimi 30 nəfəri sağalıb.[12] Koronavirusa həmçinin Ermənistan Silahlı Qüvvələrinin 5 hərbçisi də tutulub.[13] Amerika Erməni Milli Komitəsinin xəbərinə əsasən, ABŞ Ermənistana koronavirusla mübarizəyə 1,1 milyon dollar ayıracaq.

Aprelin 13-də Ermənistanda fövqəladə vəziyyət rejimi bir ay müddətinə uzadılması qərara alınıb. Rejim 14 aprel tarixindən yerli vaxtla saat 17:00-dan 14 may saat 17:00-a qədər qüvvədə olacaq.[14]

İyun ayında koronavirusla mübarizə üçün Serbiya Ermənistana 1 milyon dollar məbləğində humanitar yardım göstərəcəyəni bildirib. Bunlar 10 ədəd süni nəfəsalma aparatı, xəstənin vəziyyətinə nəzarət üçün 10 monitor, 500 min cərrahi və 100 min respirator maska, 25 min qoruyucu eynək, 25 min ədəd tibbi qoruyucu kostyum və digər zəruri əşyalardır.[15]

  1. "Коронавирусная инфекция 2019-nCoV внесена в перечень опасных заболеваний". 2020-02-02. 2020-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
  2. "First Case of Coronavirus Confirmed in Armenia". Asbarez.com (ingilis). 2 March 2020. 6 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2020.
  3. "Armenia reports first coronavirus infection". Reuters (ingilis). 1 March 2020. 1 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2020.
  4. "Armenia declares one-month state of emergency for coronavirus". Reuters (ingilis). 1 March 2020. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2020.
  5. 1 2 "COVID-19: Updates From Armenia". EVN Report. 13 March 2020. 12 October 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 March 2020.
  6. "COVİD-19 ilə mübarizə üçün xəzinədarlıq hesabına 400 milyon dram daxil olub". 2020-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
  7. "MTX: Azərbaycan hakerləri Ermənistanda koronavirusla bağlı vəziyyət barədə dezinformasiya yaymağa çalışıblar". 2020-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
  8. "Ermənistanda koronavirus testlərinin keçirilməsi müvəqqəti dayandırılıb". 2020-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
  9. "Ermənistan parlamenti ikinci oxunuşda özünü təcrid rejiminin pozulmasına görə məsuliyyətin tətbiq edilməsi haqqında qanun qəbul edib". 2020-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
  10. "Paşinyan: "Ermənistanda koronavirusa yoluxma 249 halı təsdiqlənib"". 2020-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
  11. "Ermənistanda martın 24 — dən etibarən bütün kafe və restoranlar bağlanacaq". 2020-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
  12. "Ermənistanda bir sutka ərzində 35 yeni koronavirus halı qeydə alınıb". 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  13. "Ermənistan ordusunda yoluxanların sayı beşə çatıb". 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  14. "Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  15. "Serbiya Ermənistana 1 milyon dollar məbləğində humanitar yardım göstərəcək". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-12.