Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tövsiyə məktubları
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Tövsiyə məktubu
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Fövziyə Sultan
Fövziyə Sultan (28 oktyabr 1928, Paris – 9 aprel 2014, Paris) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Fövziyə Sultan 28 oktyabr 1928-ci ildə — Osmanlı səltənətinin ləğvindən 6 il sonra Parisdə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun boşnaq əsilli son xanımı Hayriyə xanımdır. Uşaqlıq illəri ailəsiylə birlikdə sürgündə keçən Fövziyə Sultan hələ 3 yaşında ikən atası vəfat etdi və anası onu da alaraq öncə Nitsaya, daha sonra isə Qahirəyə getdi. Burada anası Seyfulin adlı bir tatarla evləndi və ögey atası tərəfindən sevgiylə böyüdüldü. Burada xədiv İsmayıl Paşanın oğlu İbrahim Hilmi Paşanın xanımı Vicdan xanımla yaxın münasibət qurdu və bu vasitə ilə Misir kral ailəsinə daxil oldu. Bu illər ərzində Sorbonna Universitetində jurnalistika və sosiologiya üzrə təhsil alan Fövziyə Sultan eyni universitetin ingilis-fransız dilləri üzrə sinxron tərcüməçilik bölümünü də bitirmişdir. 1951-ci ildə Fövziyə Sultan Misir xədivi Hüseyn Kamilin qızı Qədriyə Sultanın (d. 1888 — ö. 1955) oğlu Məhəmməd Hüseyn Xeyri bəylə evləndi.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı.Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.1941-ci ildə ildə Məhəmməd Rza Pəhləvi şah elan edilmişdir. Eyni zamanda şah və həyat yoldaşının ailə həyatı dağılmağa başlamışdır.
Maeda Toşiie
Maeda Toşiie (前田 利家, 15 yanvar 1538 və ya 15 yanvar 1539, Naqoya – 27 aprel 1599) – Azuçi-Momoyama dövrünün nüfuzlu Yaponiya daymyolarından biri. 1551-ci ildə Oda Nobunaqaya xidmət etməyə başlamışdır.1559-61-ci illər istisna olmaqla, Nobunaqanın ölümünə qədər onun xidmətində olmuşdur. Bu dövr ərzində Nobuqananın əsas generallarından birinə çevrilmiş, Ovari əyalətinin daymyosu olmuşdur. Növbəti illərdə isə Toyotomi Hideyoşinin yaxın müttəfiqinə çevrilmişdir. == Fəaliyyəti == === Oda klanı ilə === Toşşie Nobunaqanın başlıca hərbi əməliyyatlarının çoxunda iştirak etmişdir. 1560-cı ildə ronin kimi Okehazama döyüşündə, 1561-67-ci illərdə Mino əyalətinin işğalında, 1570-73-cü illərdə Asaqi Naqamasa və Asakura Yoşikaqeyə qarşı hərəkatlarda, Osakada Təmiz torpağın buddizmi rahiblərinin silahlı qüvvələrinə qarşı mübarizədə, 1575-ci ildə muşketyor kimi Naqaşino döyüşündə Nobunaqa üçün döyüşmüşdür. 1575-ci ildə Nobunaqa Eçizen əyalətini yenidən işğal etmiş və əyalətin idarəsini Şibata Katsuieyə tapşırmışdır. Bu zaman Toşiieni Şibatanın idarəçiliyini təftiş etməklə vəzifləndirmişdir. Tezliklə o, bir daymyonun gəlirinə və statusuna malik olmuş, 1581-ci ildə isə Nobunaqa tərəfindən Noto əyalətinin daymyosu seçilmişdir. Həmin dövrdə Noto əyaləti Oda rejiminin Eçiqo əyalətinin daymyosu olan Uesuqi Kaqekatsuya qarşı müharibədə vacib yerlərdən biri hesab olunurdu.
Tovsif Məmmədov
Məmmədov Tovsif Muxtar oğlu (22 mart 1929, Astara – 21 oktyabr 2013, Bakı) — texnika elmləri doktoru, professor. == Həyatı == Məmmədov Tovsif Muxtar oğlu 1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1952-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1962-ci ilə qədər "Buzovnaneft" NQÇİ-də neft hasilatı üzrə usta köməkçisindən mədən rəhbərinə qədər vəzifələrdə işləmişdir. 1962-1972-ci illərdə "Azneft" İB-nin Quyuların sınağı və əsaslı təmiri idarəsində baş mühəndis olmuşdur. 1967-ci ildə "Köpük reagentlərinin tətbiqi ilə neft quyularının məhsuldarlığının artırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1983-cü illərdə "Suraxanıneft" NQÇİ-də baş mühəndis, 1983-1992-ci illərdə isə "Binəqədineft" NQÇİ-də rəis işləmişdir. 1981-ci ildə "Karbohidrogen məhlullarının və onların emulsiya sistemlərinin neft laylarına təsir üçün tətbiqinin nəzəriyyə və təcrübəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə neft və qaz sənayesi işçilərinin Elmi texniki cəmiyyətinin İdarə heyətinin sədri olmuşdur. 1983-1994-cü illərdə AzNKİ-da "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professoru idi. 1992-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi vəzifəsində işləmişdir.
Toşiya Fucita
Toşiya Fucita (d. 4 oktyabr 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 3 qol vurub.
Novıye Matı (Bakalı)
Novıye Matı (başq. Яңы Маты, rus. Новые Маты) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 21 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (62 %) üstünlük təşkil edir.